U.Bleyk, R.Emerson, U.Uitmen
– 331 –
Şərqin idealı – insanın
kamilləşməsi, Qərbin idealı
– cəmiyyətin təkmilləşdiril-
məsidir.
Ə
bu Turxan
İnsan nə üçün dua edərkən üzünü yerə yox, göyə tutur? Axı, Al-
lahı göydə axtarmaq elə yerdə axtarmaq qədər sadəlövh bir təsəvvür-
dür. Bəlkə belə məqamlarda insan öz mənəvi dünyasına müraciət etsə
daha məntiqli olar? Axı mənəvi dünyanın da öz səması, özünün əl-
çatmaz göyləri vardır.
Yaxud göyün bəlkə başqa, məcazi bir mənası da vardır? Şərq və
Qərb simvolikalarına görə göy və yerin sətiraltı mənası nədən ibarət-
dir? Qədim türklərin Göy tanrıçılığı ilə
mavi rəngin rəmziləşdirilməsi arasında
nə kimi əlaqə vardır? Göy sadəcə hən-
dəsi məkan, yaxud uzaqlara bir işarə-
dirmi, yoxsa nə isə daha dərin bir mə-
nanı ifadə edir? Göy bəlkə elə mənə-
vi dünyanın ifadəsidir? Bütün elmi
nailiyyətlərə baxmayaraq, hələ də bir sirr olaraq qalan, «qapısı bağlı
olan göylər» (S.Vurğun) elə məhz mənəvi dünya, ruh aləmi deyilmi?
İnsan kosmosda, göyün ənginliyində nə axtarır? Doğrudanmı in-
sanın əsas məqsədi göylərə qalxmaq, uzaq planetlərin və ulduzların
sirrini öyrənməkdir? Yoxsa, uzaqlara gedən yol fırlanıb insanın özünə
qayıdır?
İnsan üçün öz cismini öyrənmək kainatın quruluşunu bilməkdən
daha maraqlı olmalı deyilmi? Yoxsa insan üçün bədən sadəcə təbiətin
bir hissəsi və təbiət qanunlarının daşıyıcısı olmaqla maraq kəsb edir?
Bəs o öz iç dünyasına öz bədəni vasitəsilə deyil, hansı yolla daxil
olmalıdır?
Bəlkə İ.Götenin dediyi kimi, insan özünü doğrudan da ancaq
dünyanı dərk etdiyi dərəcədə dərk edə bilər?
Min illərin fəlsəfi düşüncələri, nəhayət, belə bir qənaətə gətirir
ki, insanın hissi dünyadan uzaqlaşaraq öz iç aləminə çəkilməsi də,
onun dünyaya yaxınlaşmaq, bu dünyanın ahəngini, qanunauyğunluqla-
rını daha dərindən öyrənmək təcrübəsi də – fərqli istiqamətdə gedən
proseslər olsa da, əslində eyni məqsədə xidmət edir. Fikir məkanı da
həndəsi məkan kimi əyilir və dövrə qapananda özündən ayrılmış insan
Şə
rq ruhunun Qərb həyatı
– 332 –
Gəlin istədiyimiz kimi dü-
şünək və düşündüyümüz ki-
mi yaşayaq.
Reyhani
yenidən özünə qayıdır.
İnsan dünyanı öyrəndikcə, yaşadığı hissi dünyanın dərinliklərinə
nüfuz etdikcə özündən uzaqlaşmır, başqa bir yolla yenə özünə qayıdır.
İnsanı özünə qaytarmalı olan yollardan biri daxili aləmdən, digəri təbi-
ətdən, xarici aləmdən keçir. Özünü öyrənmək istəyən insanın qarşısın-
da bu dünyaya yaxınlışmaq, yoxsa əksinə, ondan uzaqlaşmaq alterna-
tivi vardır? Bu yolların hansı daha optimaldır?
Artıq neçə əsrdir ki, insan onu əhatə edən aləm haqqında, hissi
dünya haqqında məqsədyönlü şəkildə biliklər əldə edir və dünyanı öz
maraq dairəsinə uyğun surətdə dəyişdirməyə çalışır. Bu, Qərb təfəkkü-
rünün «anlamadığın şeyə sahib ola bilməzsən» (İ.Göte) prinsipinə uy-
ğun olan bir seçimdir. İ.Göte bu məqamda məhz bir qərbli kimi fikir
yürüdür. Bir şərqli isə «ürəyimə
yatmayan mənim deyil», – deyər-
di, anlamağı yox, duymağı, sevməyi
önə çəkərdi. Şərqliyə görə, dünya-
nın dərki və əməli surətdə dəyişdi-
rilməsi insan üçün kənar bir hadisə-
dir və onu özündən uzaqlaşdırır. Özünə yaxınlaşmaq, özünü tapmaq
üçün insan hər cür təcrübi və rasional biliyin təsirindən xilas olaraq,
ancaq qəlbinin səsini dinləməlidir. Çünki insan qəlbi sanki dünyanın
kiçik modelidir. Aida İmanquliyeva da diqqəti bu məsələyə yönəldərək
fikrini əsaslandırmaq üçün Emersona müraciət edir: «İnsan kainatın
mənəvi mərkəzidir, təbiətin, tarixin və son nəticədə kainatın özünün
sirlərinin cavabı onda saxlanılır».
1
Lakin Qərbin digər böyük romantik şairi U.Uitmenin xəyal hü-
dudları kosmosda, sonsuzluqda, əbədiyyətdə deyil, yeni yaranmış
möhtəşəm Amerika dövlətinin sərhədləri çərçivəsində idi. Düzdür,
Uitmenin təsəvvüründə Amerika özü bir sonsuzluq idi və gənc demo-
kratik Amerika dövlətinin insanlara verdiyi azadlığın da hüdudu yox
idi. Amma hər halda söhbət konkret bir ölkədən və onun nə vaxtsa bü-
tün yer kürəsini əhatə etməli olan qüdrətindən gedir.
1
Bax: A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri, səh. 130.
U.Bleyk, R.Emerson, U.Uitmen
– 333 –
Yandırmasa idi, atəşi da-
ha parlaq nur zənn edərdi-
lər.
Ə
bu Turxan
Şair sanki əsr yarım sonra gündəmə gələcək kürəsəlləşməni ha-
mıdan öncə xəbər verərək Amerikanın timsalında bütöv bir dünya ob-
razı yaradır. Müasir amerikan ideoloqu S.Hantinqton sanki şairin ide-
allarının gerçəkləşməsini təsdiq edərək yazır: “Amerika dünyaya çev-
rilir. Dünya Amerikaya çevrilir. Amerika yenə də Amerikadır: Kosmo-
politik? İmperialist? Millətçi? Bax bu məsələdə amerikanların necə se-
çim edəcəyi həm millətin taleyini, həm də bütün dünyanın taleyini
müəyyənləşdirəcəkdir.”
1
Əslində bu gün ABŞ-ın super-
dövlətə çevrilməsi təkcə siyasətçilərin,
iqtisadi inkişafın, elmi-texniki tə-
rəqqinin deyil, həm də insan azadlı-
ğını, onun böyük daxili mənəvi po-
tensialını tərənnüm edən romantik poeziyanın sayəsində mümkün
olmuşdur.
Uitmen də azad Amerika torpağında yeni dünya qurmaq üçün in-
sanı öz içərisindəki ucsuz-bucaqsız daxili gücü işə salmağa çağırırdı:
Ey mənimlə mürgü vuran okeanlar,
Mən daha yatmayacağam, mən oyanmaq istəyirəm.
Mən indi sizin nəhayətsizliyinizi necə də gözəl duyuram,
Burada, dərinliklərdə indiyədək misli görünməmiş
böyük dalğalar və fırtınalar yetişir.
2
Lakin bu nəhayətsizlik, böyük dalğalar, fırtınalar əslində yalnız
bir gücü simvolizə edir. Bu, insanın daxili aləmindən qaynaqlanan mə-
nəvi gücdür. Bu kontekstdə qaranlıqların öz bətnində saxladığı böyük
güc potensialı da yada düşür ki, son nəticədə bu güc işığın doguluşu ilə
özünü büruzə verir.
İlk baxışda digər romantik şairlərə nisbətən Uitmen xeyli dərəcə-
də realistdir. Belə ki, o, uzaq keçmişlərdən və ya əlçatmaz gələcəkdən,
1
С.Хантингтон. Кто мы?: Вызовы американской национальной идентич-
ности. Пер. с англ. А.Башкирова. – М.: АСТ, 2004, стр. 572.
2
У.Уитмен. Рожденный на Поманоке // Г.У.Лонгфелло. Уолт Уитмен.
Стихотворения и поэмы, səh. 320.
Dostları ilə paylaş: |