Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə106/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   102   103   104   105   106   107   108   109   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 334 – 
 
Hiss  və  ağıl  həyat  gəmisi-
nin  yelkəni  və  sükanı  kimi-
dir;  biri  hərəkətə  gətirir,  o 
biri istiqamətləndirir. 
Cübran 
mücərrəd göylərdən və ya naməlum ümmanlardan deyil, bu günün ger-
çəkliklərindən,  konkret  bir  dövlətdən,  onun  sahillərini  yuyan  hamıya 
məlum Atlantik okeandan və hətta bu ölkədə gedən geniş quruculuq iş-
lərindən,  istehsalatdan  bəhs  edir.  Onun  dünyası  –  Amerikadır.  Və 
bütün bunlar realizmə çox yaxın görünür.  
Lakin diqqətlə yanaşdıqda Uitmen keçmişi də, gələcəyi də, göy-
ləri  də,  dünyanın  bütün  ümmanlarını  da  öz  ölkəsinin  məkanına  daxil 
edir. O. Bir ölkədən yox, bütün dünyadan bəhs edir. Sadəcə olaraq, bü-
tün  dünya,  kainat  bu  ölkənin  sonsuzluğuna  və  əbədiyyətinə  yerləş-
dirilir. Din də, mənəviyyat da, ilahi qüdrət də demokratik Amerikanın 
azadlıq idellarında əriyir. Onun dini – vətənə məhəbbətidir: 
 
Heç kim və heç nə təkcə özü yaşamır, 
Mən deyirəm ki, bütün yer və səmadakı bütün ulduzlar 
 
ancaq din naminə mövcuddurlar.  
... Amma mən bunu da deyirəm ki, həqiqi din  
 
mənim dövlətimin qüdrətidir  
Bu dindən kənarda nə bir həyat, nə bir varlıq vardır.
1
  
 
İbn Ərəbidən 700 il, Füzulidən 300 il sonra dini hisslə sevginin 
yeni formatda birləşdirilməsi! Vətən sevgisinin ilahiləşdirilməsi! Həm 
də  bu,  artıq  Şərq  poetik  ənənələ-
rindən gələn sevgi deyil, praqmatik 
bir sevgidir. Uitmen poeziyasında eş-
qin  potensialı  dövlət  quruculuğu  ide-
allarına sublimasiya edir.   
Əslində  Uitmenin  vəsf  etdiyi 
vətən  –  coğrafi  məkan  deyil,  azadlıq 
və  demokratiyadır.  Təsadüfi  deyil  ki,  o,  Demokratiyanı  da  Məhəbbət 
və Dunlə bir sırada sadalayır.
 2
  
Romantik pafos Uitmeni Amerika hüdudlarından çıxararaq klas-
sik Şərqə aparır və burada o, Nəsimi ilə görüşür: 
 
                                                 
1
 Yenə orada, səh. 313-314. 
2
 Yenə orada, səh. 315. 


U.Bleyk, R.Emerson, U.Uitmen 
 
 
 
 
– 335 –  
Sən bir zərrəsən  
                      əbədiyyətdən,  
Öz insanlığına dua elə sən.  
Bleyk 
Bütün dünya məndə sığdı,  
 
 görünənlər və görünməzlər.
 1
 
  
 İnsan  özündə  olan  daxili  qüdrəti,  mənəvi  gücü  və  bu  gücün 
“göylərlə” əlaqəsini, tükənməzliyini duyanda yaşadığı dünyadan kəna-
ra çıxmaq və bu dünyanı ehtiva etmək istəyir, dünyaya sığmazlıq hissi 
yaşayır. Aida İmanquliyeva Uitmen poeziyasının ümumi ruhundan do-
ğan bu qənaəti onun “Allahlar” şeirində daha aşkar şəkildə ifadə etdi-
yini nəzərə çatdıraraq yazır ki, Uitmen insanın özünü Allah adlandırır-
dı.
2
 Lakin,  əlbəttə,  şair  bu  ideyaya  Şərq  təsəvvüf  poeziyasında  geniş 
yayılmış  “Ənəl-Həqq”  ideyasından  fərqli  bir  yolla  gəlir.  Burada 
insanın  məqsədi  Allaha  yaxınlaşmaq, 
O-na  çatmaq  deyil,  insanı  həqiqətən 
özünə bir ideal, bir tanrı seçərək, dini 
hissi  böyük  hərflərlə  İnsana  pərəstiş 
duyğusu ilə əvəz etməkdir.  
Aida  İmanquliyeva  Əmin  ər-
Reyhanidə  də  Uitmen  poeziyası  ilə  bənzərliklər  tapır.  Hər  iki  böyük 
sənətkarın  “şairin  missiyası”  haqqında  düşüncələri  də  üst-üstə  düşür. 
«U.Uitmen  belə  hesab  edir  ki,  şairin  borcu  “xalqın  rəhbəri  olmaq  və 
insanların  arzularından  bəhs  etməkdir...”.  Şair  şəxsiyyətinə  bu  cür 
münasibəti  ər-Reyhanidə  də  görürük.  O,  lirik  personajının  “mən” 
obrazında  sanki  bütün  bəşəriyyətin  amallarını  ifadə  etməyə,  özünün 
mənəvi  fəaliyyətində  onun  hüdudsuz  yaradıcı  imkanlarını  təcəssüm 
etməyə  səy  göstərir.  Ər-Reyhani  şair  obrazında  özünün  ictimai  və 
vətəndaş ideallarını təcəssüm etdirir».
3
  
 
Aida xanimin yaradıcılığına müraciət etdiyi ən görkəmli roman-
tik şairlərdən biri də Bayron idi. Yuxarıda göstərdiyimiz kimi, o, Bay-
ronun  Cayld  Harold  əsərini  Əmin  ər-Reyhaninin  “Xalidin  kitabı”  ilə 
müqaisə edir. Və bu müqaisə Bayron qəhrəmanının Qərbdən Şərqə və 
                                                 
1
 Yenə orada. 
2
 A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri, səh. 100. 
3
 Yenə orada, səh. 155. 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 336 – 
 
Romantiklər  gələcəyi  bə-
rabərhüquqlu,  azad  və  xoş-
bəxt insanların cəmiyyəti ki-
mi  təsəvvür  edirdilər.  Bu, 
onların  poeziyasının  ən  sə-
ciyyəvi  və  daimi  mövzusu-
dur.   
Aida İmanquliyeva 
ər-Reyhani  qəhrəmanının  Şərqdən  Qərbə  səyahəti  ilə  əlaqədar  idi. 
Bayronun oz qəhrəmanı ilə bərabər səyahəti zamanı düşüncələrinə da-
ha  geniş  planda  baxsaq,  burada  real  tarix  ilə  romantik  təxəyyül 
arasında müəyyən fərqlər olduğu aşkara çıxar. 
Bayron özünün Avropa ölkələrinə səfəri zamanı o vaxtlar Avstri-
ya imperiyasına daxil edilmiş İtaliyada, Osmanlı imperiyasının ərazisi-
nə daxil olan Yunanıstanda, bir tərəfdən,  əsarətdə olan xalqların milli 
azadlıq mübarizəsinə təəssübkeşlik edir, digər tərəfdən də, Şərqə doğru 
getdikcə, fərqli bir həyat və düşün-
cə tərzini öyrənərək, öz yaradıcılı-
ğını daha da zənginləşdirir.  
Bayronun  şəxsi  baxışları  onun 
«Çayld Harold» əsərində qəhrəmanın 
səyahətlərini  müşayət  edən  müəllif 
sözləri ilə ifadə olunur. O, qədim mə-
dəniyyətə malik olan, keçmiş qüdrəti 
ilə  yadda  qalan  yunanların  türk  əsa-
rətində  rahatca  yaşamalarına  biganə 
qala bilmir və onları azadlıq uğrunda mübarizəyə səsləyir.  
 
Siz həmin yunansınız ki,  
babalarinizdan fars qorxur, Troya tir-tir əsirdi.
1
 
... 
Mənim Elladam! Gözəlliyin sərdabəsi! 
Süqutunda da ölməz, möhtəşəm. 
De, sənin varislərin: oğulların, qızların, 
Kimin hünəri ilə səfərbər olacaqdır?!
2
 
 
Maraqlıdır ki, həmin mövzu XIX əsrin digər görkəmli romantik 
şairi F.Hölderlinin «Hiperion» romanında da tərənnüm olunur. Hölder-
lin  də  qədim  yunanların  böyük  ideallarını  və  xariqələrini  yada  salır. 
Lakin onun qəhrəmanı guya türklər əleyhinə azadlıq mübarizəsinə qo-
                                                 
1
 Дж.Г.Байрон.  Собрание  сочинений  в  4-х  томах,  т.2,  М.,  «Правда»,  1981, 
стр. 194. 
2
 Yenə orada, səh. 191. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə