Aida xanım İmanquliyevanın



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə39/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   35   36   37   38   39   40   41   42   ...   118

Ə
min ər-Reyhani 
 
 
 
 
– 121 –  
Bununla  belə,  bir  şey  dəqiqdir.  Şərq  modern  elmlə  yanaşı  gedə 
bilməz. Riyakarlıqla əhatə olunmuş, ənənə ilə doldurulmuş, mücərrəd-
liklərə meyl etdirilmiş, mübaliğəli nitq və düşüncə ilə uyudulmuş Şərq 
zehni,  təfsilatın  intəhasızlığını  elmi  görüş  sahəsi  qədər  əhatə  edə  bil-
məz.  Modern  ideyaların  ona  aşılanması  müəyyən  məqamlarda  özünü 
mənfi  şəkildə  büruzə  verə  bilər;  lakin  onun  böyüməsinə  və  inkişafına 
düşmən  olan  ünsürlər  üzdə  həmişə  görünməsə  də,  həm  zəmanəylə 
ayaqlaşmaq üçün səmimi şəkildə cəhd göstərən liberal mütəfəkkirlərə, 
həm  də  dar  düşüncəli  mühafizəkarlara  təsir  etməsi  baxımından  əhə-
miyyətlidir.  
Bundan  başqa,  şərqlilərin  psixologiyası  mahiyyət  etibarilə  de-
duktivdir. Bunun onlara dəqiq bir qavrayış verməsi bir həqiqətdir, la-
kin eyni zamanda onların koordinasiya imkanlarını da əllərindən alır. 
Onlar  eyni  zamanda  əqli-elmi  xüsusiyyət  əldə  etməli  və  özlərini  pla-
netimiz  haqqında  sosioloji  və  əxlaqi  tətbiqləri  də  olan  müəyyən  təməl 
həqiqətlərə  uyğunlaşdırmalıdırlar.  Təkamül,  mühafizə  və  hətta  cazibə 
qanunu onların arasında layiqli bir yer tutmayıb. Çünki onlar dünyada 
yaşamırlar.  Onlar  kainatda  yaşayırlar.  Dağın  arxasında  nə  olduğunu 
görə  bilirlər,  lakin  gözlərinin  önündə  nə  olduğunu  görmürlər.  Məhz 
buna görə düşünürəm ki, onlar həyatın çətinliklərinə daha yaxşı dözər-
lər.  Yüksək  sadəlik  məziyyətinə  sahib  olmaları  səbəbilə  onlar  həyatı 
küll halında görürlər. Lakin eyni zamanda məhz bu səbəbdən baxışları 
iflasa uğrayanda və ya sadəlikləri öz ilahi dayağını itirəndə uzlaşmaz, 
ram olmayan və tamamilə irrasional olurlar. 
Məsələn, onlar dövlət təbəələri olaraq keçmişlərində anarxiya və 
öldürmə  ilə  xarakterizə  olunan  əsrləri  əhatə  edən  tabeliliyə  malikdir-
lər. Onlar hakimiyyətə kor-koranə tabe olur və yenə ona qarşı kor-ko-
ranə üsyan edirlər. İtaətkarlıqları da, üsyankarlıqları da dindən, bu və 
ya başqa etiqadın təəssübçülüyünün təlqinindən gəlir. Şübhəsiz ki, on-
lar tez-tez müstəbidlərə qarşı çıxıblar, istibdadın özünə isə tək-tük hal-
larda qarşı çıxıblar və yaxud da heç çıxmayıblar. Onlar taxt-tacı görə 
bilirlər, ancaq onun nədən hazırlandığını görə bilmirlər.  


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 122 – 
 
Digər tərəfdən, onların büsbütün və birdəfəlik öz ruhi mirasları-
nı itirmələri çox nadir hallardadır. Və nə vaxt ki, dini bir dəyişiklik və 
ya siyasi bir dağıdılma dövründə onu tapırlar, onda o, tezliklə yenidən 
həyati və canlandırıcı bir gücə çevrilir. Bu, keçmişin həqiqətidir. Lakin 
görəsən  onlar  indi  onu  həmişəlik  itirmə  təhlükəsi  ilə  üz-üzədirlərmi? 
Mən  qeyd  etdim  ki,  Şərq  zehni  hal-hazırdakı  vəziyyətində  elmi  baxışı 
əhatə  edə  bilməz.  Şərqlilər  isə  bütün  cazibəsinə  və  səadət  vədlərinə 
baxmayaraq  elmi  yalnız  uzaq  maddi  məqsədləri  aşkara  çıxaran  bir 
projektor kimi görə bilər. Onlar eyni zamanda bu məqsədə çatma təla-
şı  içərisində  həqiqətdən  ibarət  olan  işıq  nöqtələrinin  ilk  yayılışının 
minlərcə  düşüşünü  görməyə  başlayırlar.  Görəsən,  insanlar  mübarizə 
aparma iradəsinə və iradəni qoruma gücünə sahibdirlərmi? 
Mən şərqlilərin buna sahib olub-olmadıqları mövzusunda tərəd-
düd içindəyəm. Mən, eyni zamanda, qərblilərin də gücə sahib olmaları 
ilə  birlikdə  bu  gücün  inkişaf  əvəzinə  dağıdıcılıq  alətinə  çevrildiyini, 
onu görmə müdrikliyinə malik olub olmayacaqları mövzusunda da tə-
rəddüdlüyəm. Hətta Sivilizasiyanın tükənməz enerji mənbəyindən qida-
lanan robotlar kimi də şərqlilərin və qərblilərin təhlükəsiz bir şəkildə 
izinə düşəcəkləri bir yol vardır. Bu yol elə bir yoldur ki, bir qrup insa-
nı  kütləşmənin  təhlükəli  təsirlərindən,  başqa  bir  qrup  insanı  isə  aşın-
manın daha xətərli təsirlərindən qoruyacaq. Çünki tənbəllik və enerji-
lilik ziyankarlığın iki qütbüdür. Necə ki, bir alətin istifadə edilməməsi 
zərərlidir, eləcə də sui-istifadə edilən alət də cürbəcür zərərlərin müj-
dəçisidir. 
Lakin bədbəxt hadisə riskinin minimuma endirildiyi və ya bir sı-
ğorta şirkəti tərəfindən  qarşılandığı hal-hazırkı Qərb dünyasında kim 
öz  məqsədinə  çatmaq  üçün  ağıllı,  rasional  bir  addım  atar  ki?  Bircə 
mənzərədən  zövq  almaq,  həyatın  asudə  vaxtlarından  daha  yaxşı  həzz 
almaq və heç olmazsa yolda kömək istəyən gənc səyyahı eşitmək üçün 
bunu edə bilərlər. Həqiqətən də elm Faustdakı buynuzlu centlmen kimi 
hər gün qarşımızda yeni bir şirnikləndirmə ilə çıxanda bunu kim edər 
ki? 
Hətta  Şərq  heyrətləndirici  və  ovsunlayıcı  olaraq  dursa  belə! 
Əgər  o  bacarsaydı  geriyə  qayıdardı.  O,  qaçmağa  məcbur  olmasaydı, 


Ə
min ər-Reyhani 
 
 
 
 
– 123 –  
sonuna qədər izləyərdi. Lakin o, hətta əlifba kitabından başlasa da, is-
tiqaməti oxumağı və bu mövzuda tələsməməyi öyrənməyəcək. Bununla 
belə, əgər o, son məqamda elmin detallarına yiyələnməkdə və ya onun 
təsəvvürünün ucsuz-bucaqsız görüş sahəsini qavramada, yaxud da in-
kişaf  mexanizminin  praktiki  istifadəsində  müvəffəqiyyətsizliyə  düçar 
olarsa, onda onun bu müvəffəqiyyətsizliyinə çarəsiz səriştəsizlik və ya 
degenerasiyanın bir əlaməti kimi alçaldıcı nəzərlə baxmaq lazım deyil. 
Onun  müvəffəqiyyətsizliyi  ondakı  fitri  bir  şeyin  qalibiyyətidir.  Bu  fitri 
şey, zamanın maddi cazibələrinə güzəştə getsə də, onun insan robotu-
na  çevrilməsinin  qarşısını  alır.  Bu  müvəffəqiyyətsizlikdən  fayda  əldə 
etsələr Qərb xalqları üçün bir dərsdir.  
Mən şərqli zehninin ənənələrlə doldurulduğunu vurğuladım. La-
kin, qərbli zehni də nə qədər modern, nə qədər üsyankar olsa da, bü-
tövlükdə bundan azad deyil. Bu ola da bilməz, ya da olmamalıdır. Fak-
tiki  olaraq  hər  bir  xalq  tarixinə  işıq  saçan  və  həyatını  zənginləşdirən 
ənənələrə malikdir. Mədəniyyət çiçəyi ənənədən törəyir. Xarakterin in-
kişafı,  xalqın  adət  və  davranışları  başlıca  olaraq  ondan  asılıdır.  Bu-
nunla belə şərqlilər  və qərblilər arasında belə bir fərq var: birincilər 
öz ənənələrinin toxumlama, alaq basma və torpağı sərf edib qurtarma 
həddinə  qədər  böyüməsinə  icazə  verdikləri  halda,  sonuncular  nadir 
hallarda  öz  inkişaflarına  etinasızlıq  göstəriblər.  Başqa  sözlə,  Şərq 
xalqları öz ənənələrinə əsrlər boyunca batareyasını heç bir azaltma və 
ya  yoxlama  təşəbbüsü  göstərmədən  yığmasına  icazə  verdikləri  halda, 
Qərb xalqları yeni ənənələrin əldə edilməsində və ya yaradılması pro-
sesində nəyin daha çox və nəyin daha az zəif olduğu mövzusundan im-
tina etmədə nadirən tərəddüd ediblər. Bu aradan qaldırma və ələkdən 
keçirmə prosesindən xeyir götürsələr şərqlilər üçün bir dərsdir.  


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə