Aida xanım İmanquliyevanın



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə41/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   37   38   39   40   41   42   43   44   ...   118

Ə
min ər-Reyhani 
 
 
 
 
– 127 –  
çox kiçik təsirə malikdir. Bu cür inqilabi ruh heç nəyə baxmayaraq is-
lam dini ilə bir o qədər dərindən bağlı olmayan türkə uyğun gəlsə də, 
islamın  güclü  olduğu  İran  və  Ərəbistana  rahat  şəkildə  daxil  ola  bil-
məz, Qahirə və Dəməşq kimi islam mərkəzlərində alqışlarla qarşılana 
bilməz.  
Beləliklə,  öz-özlüyündə  bu  hərəkat  təcridə  məhkumdur.  Lakin 
müəyyən  manevr  imkanları  da  vardı.  İstər  digər  Şərq  ölkələrində  qa-
dın hərəkatlarının radikallaşaraq güclənməsi və ənənəvi maneələri aş-
ması məqamında, istərsə də reaksiya dönəmində türk qadınının bir-iki 
addım geriləyərək özünün az inkişaf etmiş şərqli bacıları ilə görüşmək 
şansını yaxalamasında. Sonuncudan, mənim fikrimcə, daha çox bəhrə-
lənmək olardı. Sıçramaq sürünmək qədər təhlükəlidir. Lakin, məsələn, 
evdə birinci mərtəbədən ikinci mərtəbəyə qalxmaq o qədər də təhlükəli 
deyil, nəinki hərəmxanadan rəqs meydançasına, yaxud biznes dünyası-
na  sıçramaq...  Jurnalist  qadın  gözəl  rəqqas  da  ola  bilər,  yaxşı  arvad 
da olmağı bacarar; lakin o, onunla eyni bir yeni iqtisadi şəraitdə özü-
nü itirmiş minlərlə bacılarına kömək edə bilməz. Lakin hətta jurnalist 
qadın belə çevrilişlər və fırtınalar zamanında başını itirə bilər.  
Həqiqətən, respublikanın qərs meydançası yaman sürüşkəndir. 
Misirdə  rəqs  meydançaları  müsəlman  qızlar  üçün  hələ  bağlıdır 
və  yaxın  zamanlarda  açılması  da  gözlənilmir.  Sürüşkən  döşəmənin 
əvəzinə o hələ tikanlı cığırlarda yeriyir. Tikanlar və çətinliklər isə Av-
ropadan  gəlmir.  Qahirədəki  əl-Əzhər  Universiteti  cürbəcür  əcaib  bit-
kilər  yetişdirən  istixanadır  və  milləti  istənilən  növ  tikanlı  hasarlarla 
təchiz etmək iqtidarındadır. 
 Əl-Əzhərin  professorları  dünyadakı  başqa  həmkarlarından  da-
ha  sərt  və  daha  mühafizəkardırlar  və  Avropadan  gələn  hər  hansı  bir 
yeniliyə qarşı Quranı qoymaqdan başqa yol bilmirlər. Məsələn, bu ya-
xınlarda  gənc  islahatçılarla  bu  professorların  şlyapa  ilə  bağlı  qızğın 
mübahisəsi çıxmışdı. Bu professorlardan biri bir kitab yazaraq orada 
sübut etdi ki, şlyapa mömin müsəlman üçün uyğun bir şey deyil və Qu-
randa buna icazə yoxdur. Yeri gəlmişkən, deyə bilərəm ki, cənubi Ərə-
bistanın o yerlərində daha çox günəşdən qorunmaq lazım gəlir. Və or-


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 128 – 
 
dakı ərəblər, əl-Əzhərin oxumuş şeyxlərindən az dindar deyillər. Çöldə 
işləyən bu kişi və qadınlar şlyapanı faydalı sayırlar; samandan özləri 
düzəltdikləri enli şlyapalar geyirlər. 
Mübahisəyə  gəldikdə  isə,  bu  ağır  əmmaməli  müsəlman  profes-
sorlarını özlərindən çıxarmaq o qədər də çətin deyil. Müasir misirlilər 
içərisində  Qasım  Amin  adlı  çox  görkəmli  yazarlardan  birisi,  özü  də 
bilmədən  bir  zaman  onların  hamısını  özündən  çıxartmağa  nail  oldu. 
Onun  “Qadın  azadlığı”  adlı  bir  kitabına  qarşı  onlarla  kitab  yazıldı. 
Hər  iki  tərəf  də  Qurana  istinad  edirdi.  “Qadının  yerini  peyğəmbər 
göstərmişdir”,  –  deyirdilər  professorlar.  Qasım  Amin  isə  yazırdı: 
“Peyğəmbər qadının əsarətdə və acınacaqlı qulluqda olduğunu gördü 
və onu zamanın imkan verdiyi mövqeyə qaldıraraq məhz Quran vasitə-
si ilə onun üzünə inkişaf və azadlıq yolunu açdı. Biz peyğəmbərin işini 
davam  etdiririk.”  Özü  qazi  olan  bu  islahatçını  Quranı  səhv  anlamaq 
və yanlış şərh etməkdə heç kim günahlandıra bilməzdi. 
Bu, qırx il əvvəl olmuşdu. O zaman ki, Türkiyədə qadın azadlığı 
barədə  fikirlər  nadir  hallarda  səsləndirilərdi.  Və  deməli  Qasım  Amin 
təkcə Misirdə deyil, bütün islam aləmində tək idi və bu gün onun ölü-
mündən  əlli  il  sonra  da  o,  milli  hərəkatın  yolunu  işıqlandırmaqdadır 
və onun çoxlu davamçıları arasında hətta əl-Əzhər Universitetinin tə-
ləbələri də vardır.  
Lakin onun prinsiplərinin bu gün ən görkəmli ifadəçisi hörmətli 
və  qüdrətli  bir  qadındır;  mərhum  milli  lider  Saad  Zaqlolun  xanımı. 
Britaniya  hökuməti  onun  ərini  1922-ci  ilə  sürgün  edərkən  ondan  so-
ruşdular ki, ərini müşayiət etmək istəmirmi? O “Yox,” demişdi, “bur-
da qalıb onun işini davam etdirəcəm.” Qasım Aminin digər nüfuzlu ar-
dıcılı, eynən Zaqlolun dul xanımı kimi çadrasını atmış qadın, siyasətlə 
fəal məşğul olan ictimai lider və gözəl təşkilatçı Huda Şiravidir. Huda 
xanım da Avropada tanınan Şərq qadınlarındandır. O tez-tez Avropa-
da  olur,  bir  konqresdən  digərinə  keçərək  öz  ölkəsinin  və  cinsinin  hü-
quqlarının müdafiəsinə çalışır.  
Qasım Amin də bu və ya digər şəkildə ictimaiyyət tərəfindən ta-
nınmağa,  qəbul  olunmağa  başlamışdır.  Misir  Universitetində,  bu  ya-
xınlarda,  böyük  islahatçının  ideyalarından  ilhamlanaraq  əsər  yazmış 


Ə
min ər-Reyhani 
 
 
 
 
– 129 –  
bir qadın yazıçı mükafatlandırılmışdır; Misir heykəltəraşı Muxtara hö-
kumət  tərəfindən  Misirin  abidəsini  yaratmaq  sifarişi  verildikdə  isə  o 
bu əsəri qadın azadlığı ideyaları əsasında hazırlamağı qət etdi. Əslin-
də onun əsəri Qasım Aminə həsr olunmuşdu; mərmərdən düzəldilmiş, 
ayaq üstə dayanan çadrasız qadın Millət Anasını təcəssüm etdirir. 
Bütün bunlar yazılı söz vasitəsi ilə digər ərəbdilli ölkələrə də tə-
sir edir. Bu gün Qahirədə xristian və müsəlman qadınlarının redaktor-
luğu  ilə  qadın  hərəkatına  həsr  olunmuş  bir  sıra jurnallar  çıxır. Lakin 
yazarlar  arasında  ən  çox  fərqlənəni  livanlı  xristian  Mari  Ziadidir  ki, 
onun  evi  hər  iki  cinsdən  və  ən  müxtəlif  dinlərdən  olan  intellektuallar 
üçün maqnit rolunu oynayır. Bu baxımdan mənim Yaxın Şərqdə tanıdı-
ğım yeganə evdir onun evi. Ziadi xanım Maiy ləqəbi altında əsərlər ya-
zır  və  sürətlə  qadın  hərəkatının  liderlərindən  birinə  çevrilməkdədir, 
təkcə Misirdə yox, ərəbcə mütaliə olunan hər yerdə. 
Suriya  çoxlu  qüvvələrin  təsiri  altındadır.  Ordakı  müsəlman  qa-
dınlar köhnə ənənələrə qarşı çıxsalar da, hələlik görünür ki, daha ra-
dikal addımlara hazır deyillər. Çadrasını cıraraq onu azadlıq bayrağı 
kimi yelləyən türk qadınının qəhrəmanlığı onda yoxdur; və son qırx il-
də bir çox Misir ailələrinə əcnəbi mürəbbiyələr və müəllimələr tutaraq 
öz  qızlarına  evdə  təhsil  verməyə  imkan  verən  iqtisadi  şərait  də  burda 
yoxdur. 
Bundan  başqa  Suriyada  geniş  yayılmış  fransız  modası,  daha 
doğrusu Paris bulvarlarının ənlik kirşanlı modası burdakı ictimai qıcı-
ğı  elə  səviyyəyə  çatdırmışdır  ki,  hətta  gənclər  belə  narazılıqlarını  və 
qəzəblərini bildirirlər. Axı, gəzməyə, ya bazarlığa çıxarkən baş örtüyü-
nü əminlik üçün taxmış, lakin eyni zamanda onların çılpaq qollarını və 
ayaqlarını  aşkarlayan  fransız  geyimli  qadınlar  onların  bacıları  və 
gənc xanımlarıdır. Təbii ki, bu, eybəcərlikdir və dözülməzdir. Lakin ki-
şilərin  qıcığı  və  narazılıqları  daha  kobud  və  kriminal  formalarda  aş-
karlanır.  Paris  geyimlərində  görünən  müsəlman  qadınları  küçələrdə 
nitrat  turşusu  ilə  hücumlara  məruz  qalırlar.  Və  yanan  təkcə  onların 
ipək  və  sətin  paltarları  olmur.  Onlardan  bəzilərinin  üzləri  yandı-
rılmışdır.  Daha  bir  hadisə  Dəməşqdə  baş  vermişdir.  Beyrutdan  daha 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə