Şə
rq ruhunun Qərb həyatı
– 154 –
Başqasının mahiyyəti onun
sənə açdığında deyil, sənə aça
bilmədiyindədir. Ona görə
də, onu anlamaq istəyirsən-
sə, onun nə dediyini, yox, nə
demədiyini eşit.
Cübran
elmi-nəzəri şərhi ilk dəfə Aida İmanquliyeva tərəfindən verilmişdir. O,
yazır: «Cübran və ər-Reyhaninin yaradıcı potensialı Qərbin romantizm
dəyərlərinin mənimsənilməsi sayəsində güclənirdi ki, bu da ərəb yazı-
çılarını daha geniş, qlobal, ümumbəşəri problemlər qoya bilmək səviy-
yəsinədək yüksəldir və son nəticədə onları yalnız dünya ədəbi prosesi-
nin bərabərhüquqlu iştirakçısı deyil, həm də yeni bədii dəyərlərin car-
çısı edirdi»
1
. A.İmanquliyeva sadəcə olaraq C.X.Cübran, ər-Reyhani
və M.Nüaymə ədəbi-bədii yaradıcılığını təhlil etməklə kifayətlənmə-
yib, onların timsalında bütövlükdə planetimizdə gedən yeni tipli pro-
seslərin; Şərq və Qərb dünyagörüşlərinin və ədəbi-bədii dəyərlər siste-
minin vəhdəti məsələsinin elmi-fəlsəfi təhlilini verir. O, bu proseslərin
adı çəkilən ərəb yazıçılarının yaradıcılığında bədii ifadəsini araşdıraraq
yazır: «Onlara əzəldən Şərq xalqlarının mədəniyyətinə xas olan
ümumbəşəri və humanist ideallar
əsasında öz doğma mədəniyyətlə-
rində bu dəyərlərin təsdiqi üçün mü-
vafiq üsullar tapmaq asan idi. Eyni
zamanda, heç vaxt unutmaq lazım de-
yil ki, bu yazıçıları öz vətəninin adət-
ənənələrini və öz dilini qoruyub-sax-
layan mühacirlər mühiti əhatə edirdi.
Buna görə də, onlar iki mədəni ənənə-
nin – həm Şərqin, həm də Qərbin mədəni əlaqələrinin daşıyıcıları
oldular».
2
Bu kontekstdə Azərbaycanın böyük romantik şairi Hüseyn Cavid
yada düşür. Cavidi də, Cübranı da əgər bir yığcam fikirlə səciyyələn-
dirmək istəsək, ən yaxşı sözlər Cabbarlının söylədiyi «günbatan fikirli,
gündoğan duyğulu bir sima…» ifadəsi olardı.
Zahiri əlamətlərə görə Cavid və Cübran xeyli dərəcədə müxtəlif
şəxsiyyətlərdir. Biri – türk, o biri – ərəb, biri – müsəlman, o biri – xris-
tian. Lakin onlar mahiyyət müstəvisində çox yaxındırlar. Hər ikisi
1
A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri, səh. 63.
2
Yenə orada, səh. 55.
Cübran Xəlil Cübran
– 155 –
Gözəlliyin qavramı insa-
nı yüksəldir və nəcibləşdirir,
onu xeyirxahlığa və təmən-
nasızlığa qovuşdurur.
Aida İmanquliyeva
Qərb mədəniyyətinə yüksək dərəcədə bələd olan, amma öz şərqli təbi-
ətini dəyişməyən, hətta müasirlik axtarışında da Şərq ruhundan çıxış
edən mütəfəkkir-şairlərdir. Eyni zamanın məzmununu və pafosunu ey-
ni janrlarda ifadə edirlər. İkisinin də səcdəgahı gözəllikdir. (Cavid:
«Mənim Tanrım gözəllikdir, sevgidir», Cübran: «Gözəlliyin hüdudla-
rından kənarda nə din var, nə elm»
1
).
Cavid və Cübranın yaradıcılığını, onların həyat və fəaliyyətini
daha ətraflı öyrəndikdə gözlərimiz önündə fəlsəfədən də, poeziyadan
da, publisistikadan və bütün digər vasitələrdən də məhz öz xalqının,
millətinin, habelə bütün bəşəriyyətin tərəqqisi naminə bir vasitə kimi
istifadə edən böyük ziyalı, əsl huma-
nist insanlar canlanır.
Cavid üçün də, Cübran üçün də
əsas məqsəd ideyanı çatdırmaqdır. Bə-
dii üsul və təhkiyə ola bilsin ki, hətta
təsadüfi seçilmiş vasitələrdir. Yəni
əsas inkişaf xətti ideya ilə bağlı ol-
duğundan hadisələr sonradan seçilir və bu ideyanın təkamülünə uyğun-
laşdırılır. Hər ikisi irəlicədən qoyduğu bir fəlsəfi ideyanın bədii yolla
açılışına çalışarkən cari, gerçək hadisələrdən daha çox tarixi mövzula-
ra və rəvayətlərə müraciət edirlər. Bu mövzular ümumbəşəri mövzu-
lardır. Konkret zaman və məkanla bağlı deyildir. Hətta tarixdə həqiqə-
tən məlum olan hadisələr də konkret zaman-məkan müəyyənliyindən,
dövrün spesifik xüsusiyyətlərindən, milli-etnoqrafik mündəricədən
azad olunur, bütün bunlar ancaq rəmzlərlə təqdim edilir və təhkiyə yal-
nız ideyanın açılışına xidmət edir. Sanki bədii xarakter də, milli kolorit
də arxa plana keçir və ideyanın inkişaf yolunu kölgədə qoymamaq
üçün bir fon rolunu oynamaqla kifayətlənir. Yəni hər ikisində hadisələr
ikinci plandadır, fokusdan kənardadır və burada hər hansı detalın elə
bir əhəmiyyəti yoxdur.
Cavid də, Cübran da ənənəvi Şərq fəlsəfəsinə dərindən bələd
1
C.X.Cübran. Seçilmiş kəlamlar // “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalı, 2007,
№ 4, səh. 84.
Şə
rq ruhunun Qərb həyatı
– 156 –
Fikrin gücü təbiətin gü-
cündən daha böyükdür.
Reyhani
olan, daha doğrusu, bütün ruhu Şərq hikmətindən yoğrulmuş, lakin ey-
ni zamanda Yeni dövrün rasional düşüncə ənənələrini də gözəl mənim-
səmiş olan mütəfəkkirlərdir. Başqa sözlə desək, onların yaradıcılığı bir
sintezdir; min illərin keşməkeşlərindən keçib gələn və bir dağ çayını
xatırladan qəlb çırpıntıları dənizin lal sularına qatılaraq sakit və möhtə-
şəm Qərb düşüncəsini dalğalandırır.
Emosional-mənəvi pafos, çılğın zəka məntiqi təfəkkürün sürəkli
və geniş fəzasında rahatlıq tapır.
C.X.Cübranın yazdıqları forma etibarilə də hədisləri, hekayətləri,
aforizmləri xatırladır və ilk baxışda ənənəvi Şərq hikmətindən heç nə
ilə fərqlənmir. Diqqətlə araşdırdıq-
da isə Cübranın ənənəvi Şərq fəl-
səfi fikrini Qərb oxucusuna daha
yaxşı çatdıra bilmək üçün epik və li-
rik ifadə formalarının vəhdətindən
çıxış etdiyinin şahidi oluruq.
Məsələn, Şərq düşüncəsində dərin kök atmış belə bir ifadəni
yada salaq: “Allah insanın qəlbindədir”. Bu obrazlı deyilişə düzəliş
vermək heç kimin ağlına da gəlmir. Cübran isə Peyğəmbərin adı ilə
yazır: “Əgər sevirsinizsə deməyin ki, “Allah mənim qəlbimdədir”; da-
ha düzgün olar ki, deyəsiniz: “Mən Allahın qəlbindəyəm”.
1
Yəni bura-
da söhbət insanın Allahı ehtiva etməsindən deyil, onun Allah tərəfin-
dən ehtiva olunmasından gedir.
Sufizmdə geniş yayılmış “haqqa çatmaq”, “haqq məndədir” fikri
düzgün təfsir olunmadıqda insanın ən ali məqam kimi başa düşülməsi-
nə gətirir. Halbuki, insan Allah məqamına çata bilməz, sadəcə Onda
itə bilər. Məqsəd – özünü itirərkən haqqı tapmaqdır. Cübran bu ideyanı
ən ümumi şəkildə ifadə etməklə yanaşı, onu əyani obrazlarla da kon-
kretləşdirir: “Ərimək və gecəyə öz nəğməsini oxuyan çay kimi axıb
getmək!”.
2
1
C.X.Cübran. Peyğəmbər // “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalı, 2007, №3,
səh. 31.
2
Yenə orada.
Dostları ilə paylaş: |