Ə
min ər-Reyhani
– 141 –
Bir gecə dağda yol ilə gedirdim. Birdən kiçik kilsənin yanındakı
tut yarpağından tüstü qalxdığını gördüm. O tərəfə yönəldim və birdən
gözüm sac üstə çörək bişirən bir qadına və sacın altını əncir və qoz
ağacı budaqları ilə qalayan bir qıza sataşdı. Bu zaman öz-özümə sual
verdim: “Bu qızın alışdırdığı odun qüvvəsi məhduddurmu?” Bu dəmir
lövhənin altında yanan köz, maddənin hər bir hissəsində şaxələnən
ümumi qüvvədən ayrıdırmı? Sən nə səfeh adamsan! Ağıllı adam da heç
belə suallar verər? Kainatda başqa qüvvədən tamamilə ayrı olan bir
qüvvə məgər varmı? Bəli. Maddə həqiqətən də parçalanır. Ancaq sən
orada olan gizli qüvvəni hərəkətə gətir! O tərpənər, titrəyişli hərəkət-
lər edər, alışar və sonra ayrıldığı və ya başlanğıcdan birlikdə olduğu
əsas hissəsinə geri dönər.
O qızın sacın altında qaladığı od bilirsənmi haradan gəlib və ha-
raya gedir? Ağaclar və bitkilər ancaq və ancaq Günəşin havada möv-
cud olan oksigendən ayırdığı karbondur. Odun gücü günəşin gücün-
dən gəlir. Günəşin gücü isə daim onun üstünə düşən meteorların gü-
cündən. Bəs meteorlar? Yoxdan var edən Allah necə də xeyirxahdır!
Ola bilər ki, o meteor öz yolunda Urandan, Saturndan və ya Siriusdan
keçsin. O da ola bilər ki, Siriusdan da uzaq olan bir planetdən keçsin.
Həmin planet Siriusun Günəşdən uzaq olduğu qədər Siriusdan özün-
dən uzaq ola bilər. Bəli. Bizim indi gördüyümüz şölə çox qədimdir, ey
cahil! Ola bilsin ki, o, milyon ildir ki, Günəşimizdən milyonlarla mil
uzaqda olan bir ulduzda alovlanıb. Bu alovlu qüvvə alışdırılıb ki, baş-
qa qüvvələr törətsin. Uca bir məqsəd üçün alovlanıb. Ona görə alov-
lanmayıb ki, nurunu fəzada yaysın, ya da tüstüsü evlərin kənarında
toplaşsın. Alovlanıb ki, öz cövhəri və fərd-toplu cövhəri arasında ta-
mamlansın və bundan çörəkdə olan yeni, gizli qüvvə meydana çıxsın.
O çörək də şairin mədəsində odlu qüvvədən ayrılan başqa bir qüvvə
doğursun. Bu qüvvə də qan vasitəsilə beyinə getsin və orada özü ilə in-
di qəribə oxşarlıq gördüyümüz alov arasında fikirlərin hərəkətini do-
ğursun. Siriusdan günəş yolu ilə yerə tərəf – bu, od yollarından biridir.
Yerdən günəş yolu ilə Siriusa – bu da fikrin yollarından biridir. Bu,
bəşəri nəfsin (ruhun) etdiyi səfərlərdən biridir. Dayanmadan, ara ver-
Şə
rq ruhunun Qərb həyatı
– 142 –
mədən və sonsuz olan bir səfər. Özündə “HARADAN?”ilə “HARA-
YA?”nı birləşdirən böyük, qəribə və sirli bir dövran.
Bəli. Mən qəti əminəm ki, fikir yoxa çıxmır və nəfs də fani deyil.
Əkinçinin əlindən qaya parçasının üzərinə düşən toxum mənə imkan
verir ki, sizə tam əminliklə, zəif də olsa bir sübut göstərim. Bu düşən
toxum ölmür. Onu gələn ilə kimi gözlə! Gör küləklər ona necə xidmət
edəcək, qış onu necə canlandıracaq, qopan tufan ona necə qayğı gös-
tərəcək – onun üçün dağların zirvələrindən torpaq sovurub gətirəcək,
buludların suyunu çəkib gətirəcək. Sən bir onun səxavətinə görə günə-
şə, xidmətinə görə də buluda təşəkkür etmək üçün başını necə qaldır-
masına nəzər sal!
Hədəfim və yolum
∗∗∗∗
Bu həyatdakı hədəfim insanı cəhalət, kasıbçılıq və qorxu buxov-
larından azad etmək, bəşəri ağrı-acıları yüngülləşdirmək, kabusları və
əqidədə, siyasi, ictimai və dini təlimlərdə olan azğınlıqları yox etmək
üçün var gücümü sərf edib yazı yazmaq, çıxış etmək və əməl etməkdir.
Ona gedən yolum: Partiyaçılıqdan, təəssübkeşlikdən və şəxsi ar-
zu və həvəslərdən xali azad fikir, azad araşdırma və azad sözdür.
Sübh kitabı
Cənablar! Bu gecənin mövzusu “Şərq ruhu və Qərb maddi mə-
dəniyyətidir”. Ancaq Şərq ruhu haqqında danışmazdan və Qərb mədə-
niyyətinin əsasına daxil olmazdan öncə, gəlin öyrənək görək o nədir.
Biz gərək bugünkü dünyada hökm sürən ruzi dalınca qaçmaq və özünü
müdafiə etmək kimi ilk heyvani instinktlərə yaxın olan arzular və mü-
naqişələrə nəzər salaq.
∗
1935-ci ildə Amerika Universitetinin bir qrup tələbəsinin “Sizin mübarizənizin
ən ali qayəsi nədir və bu qayəyə necə çatmaq istəyirsiniz?” sualına cavab.
Ə
min ər-Reyhani
– 143 –
Bu istəklərin hamısı və ya böyük bir hissəsi, belə demək müm-
künsə, “müharibədən sonrakı”
∗
düşüncə tərzi ilə məhdudlaşır. Bu,
pessimizm və ondan törəyən ümidsizlik, məsuliyyətsizlik düşüncəsidir.
Bu günün insanı pessimistlərin nəzərində ya hiyləgər meymun, ya da
xain canavardır.
Pessimistlər hesab edirlər ki, Qərb mədəniyyəti artıq qocalıb və
əcəli yaxınlaşıb. İnsan da mədəniyyət kimidir – inkişafın kulminasiya
nöqtəsinə çatır və ondan o yana keçə bilməyib yuvarlanaraq dərəyə –
əslinə geri dönür. Əgər kütlə hakimiyyətə gələrsə, intiqam yolunu tuta-
caq. İqtisadi quruluşlar da siyasi quruluşlar kimidir – aşıb-daşır və
yerini mədə və şəhvətlər tutur. Başqa sözlə desək, onlar inanırlar ki,
bütün mənəvi qüvvələr məhv olmaq üzrədir. Yəni Birinci Dünya Müha-
ribəsindən sonra insanda olan əxlaqi, əqli və ruhi keyfiyyətlər zəifləyib
və get-gedə yox olur. İnsanda ancaq iti dişli heyvanları xatırladan
qüvvə qalıb.
Lakin bu dumanlı-çiskinli günlərdə səsi az-az eşidilən bir qrup
var: mətbuatda, siyasət meydanında və ya ticari-iqtisadi dairələrdə sə-
si az eşidilən qrup. Bu qrup da pessimistlərin gördüyünü görür. Ancaq
eyni zamanda bunun arxasında olanları da görür. Maddi və mənəvi
həyatda əzəli bir qanun görür. Daim ucalığa – Əkizlər bürcünə insan
uğruna uzanan əl görür. Əlamətləri həmin səmavi nurlardan və onun
arxasında olan Ali Varlığın nurundan gələn bir ümid görür. İnsanın
mənəvi keyfiyyətlərini yeniləşdirməkdə sakit və təvazökar olan opti-
mistlər bəşəriyyətin düşdüyü bu pis vəziyyəti inkar etmirlər. Ancaq on-
lar inanırlar və qəti əmindirlər ki, həyatın ali prinsipi və ya mədəniy-
yətin əzəli qanunu zahirən hərəkətsiz görünsə də, hələ də öz daxilində
yaşayır. Cənablar! Budaq hələ təzədir, toxum da hələ ki yaşıldır. Bəli,
ikinci toxum da çıxacaq, böyüyəcək və əvvəl necə bərəkətli, tər, qollu-
budaqlı və kölgəsi dörd bir yanı tutan ağac idisə, elə də qayıdacaq və
əvvəlkindən daha çox xeyirli və barlı-bəhərli bir ağac olacaq. Bu,
böyümə, inkişaf etmə, yeniləşmə və davamlılıq qanunudur.
Doğrudan da, bu optimistlərin səsi bu gün Şərqə az-az gəlib ça-
∗
Birinci Dünya müharibəsini nəzərdə tutur.
Dostları ilə paylaş: |