Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə53/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   49   50   51   52   53   54   55   56   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 166 – 
 
“Görəsən, ayrılıq günü görüş günü ola biləcəkmi? 
Deyiləcəkmi ki, mənim qürubum, əslində, mənim səhərim idi? 
Kotanını şumun içində qoyub gələnə və ya şərab presinin çarxını 
buraxıb gələnə mən nə verə biləcəm? 
Mənim  ürəyim  bol  meyvə  gətirmiş  bir  ağaca  dönə  biləcəkmi  ki, 
mən o meyvələri dərib adamları qonaq edim? 
Arzularım  necə,  bulaq  kimi  çağlayacaqmı  ki,  gələnlərin  piya-
lələrini doldura bilim? 
Mən bir arfayammı ki, Qüdrət Sahibinin əli toxunsun, ya bir ne-
yəmmi ki, nəfəsi içimdən keçsin? 
Mən  sükut  axtarıcısıyam  və  görəsən,  bu  sükutda  hansı  xəzinəni 
tapmışam ki, indi onu inamla paylaşa biləm? 
Əgər  bu  gün  mənim  biçin  günümdürsə,  görəsən,  hansı  unudul-
muş fəsillərdə, hansı tarlalarda səpin səpmişəm? 
Əgər  bu,  doğrudan  da,  mənim  çıraq  qaldıracaq  saatımdırsa, 
onun içində alışacaq alov mənimki deyil. 
Mən öz çırağımı boş və sönük qaldıracam 
Gecənin  gözətçisi  özü  çırağımı  yağla  dolduracaq  və  o  da 
alışdıracaq”. 
* * * 
O, bunları sözlərlə dedi. Lakin çox şey isə deyilməmiş qaldı ürə-
yində. Çünki özünün ən dərin sirrini ifadə etməkdə aciz idi. 
Şəhərə girəndə, bütün camaat onu qarşılamağa çıxdı. Onlar bir 
ağızla onu çağırırdılar. 
Şəhərin ağsaqqalları qabağa çıxaraq söylədilər: 
“Tərk etmə bizi hələ. 
Bizim  alatoranlığımızın  gündüzü  oldun  və  sənin  gəncliyin  bizə 
arzulamaq üçün arzular bəxş etdi. 
Aramızda nə qərib, nə də qonaqsan; bizim oğlumuzsan, əzizimiz-
sən. 
Hələ nurunu itirməyib üzünə həsrət gözlərimiz”. 
Kahin və kahinələr də ona söylədilər: 
“Qoyma dənizin dalğaları bizi ayırsın, aramızda keçirdiyin illər 
bir xatirəyə dönsün. 


Cübran Xəlil Cübran 
 
 
 
 
– 167 –  
Bizim  aramızda  bir  ruh  kimi  gəzirdin,  kölgən  isə  üzümüzə  işıq 
kimi düşürdü. 
Səni  çox  sevirdik.  Lakin  dilsiz  və  ağızsız  idi  bizim  sevgimiz, 
pərdə ilə örtülmüşdü. 
İndi  isə  o,  var  gücü  ilə  səni  çağırır  və  bütün  aşkarlığı  ilə  qar-
şında görünəcək. 
Həmişə  belə  olub  məhəbbət  ayrılıq  saatınadək  öz  dərinliyini 
tanıya bilmir”. 
Digərləri də gəldilər və yalvardılar ona. Lakin o, cavab vermədi 
onlara.  O,  yalnız  başını  aşağı  saldı  və  yaxında  dayananlar  onun  göz 
yaşlarının sinəsinə necə düşdüyünün şahidi oldular. 
 O  da,  camaat  da  məbədin  qarşısındakı  böyük  meydana 
yollandılar. 
Orada səcdəgahdan əl-Mitra adlı bir qadın çıxdı. O, görücü idi. 
Əl-Mustafa bu qadına hədsiz şəfqətlə baxdı, çünki bu, məhz hə-
min qadın idi ki, onun şəhərə gəldiyi bircə gün olmasına baxmayaraq 
hamıdan əvvəl onu tanımış və ona iman gətirmişdi. Qadın onu salam-
layaraq dedi: 
“Allahın  Peyğəmbəri,  əlçatmazın  axtarışlarında  sən  uzun  müd-
dət öz gəmin üçün uzaq üfüqlər aradın. 
İndi isə budur, sənin gəmin gəlmişdir və sən getməlisən. 
Yaddaşında  qalan  torpaq  və  ali  istəklərinin  məkanı  üçün  çəkdi-
yin həsrət çox böyükdür və nə bizim sevgimiz sənin əl-qolunu bağlaya 
bilər, nə də bizim ehtiyaclarımız səni bu yoldan saxlaya bilər. 
Səndən yalnız bircə istəyimiz var. Nə qədər ki, bizi tərk etməmi-
sən danış bizimlə və öz həqiqətindən bizə də bəxş et. 
Biz  onu  uşaqlarımıza  ötürərik,  onlar  da  öz  uşaqlarına  və  o 
itməyəcək. 
Öz  tənhalığında  sən  bizim  günlərimizin  axarını  müşahidə  etmi-
sən, öz oyaqlığında isə bizim yuxumuzun ağlamağını və gülməyini din-
ləmisən. 
Odur ki, indi özümüzü göstər bizə, doğumla ölüm arasında olan-
lardan sənə nə açılıbsa hər şeyi danış bizə”. 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 168 – 
 
O cavab verdi: 
“Orfalesin  camaatı,  mən  qəlblərinizi  hələ  də  riqqətə  gətirən 
şeydən başqa nədən danışa bilərəm ki”? 
 
 
Məhəbbət 
 
Onda əl-Mitra dedi: “Məhəbbətdən danış bizə”. 
O,  başını  qaldırıb  camaata  baxdı.  Camaatın  üzərinə  sükut  çök-
dü. 
O, uca səslə söylədi: 
“Məhəbbət sizi nə zaman çağırsa, gedin onun arxasınca,  
Baxmayın ki, yolları ağır və sərtdir. 
Onun qanadları sizi ağuşuna alanda, müqavimət göstərməyin. 
Baxmayın ki, qanadlarının arasında gizlənmiş qılınc sizi yarala-
ya bilər. 
O, sizinlə danışan zaman inanın ona. 
Baxmayın ki, şimal küləyi bağı viran qoyan kimi, onun səsi sizin 
arzularınızı darmadağın edə bilər. 
Axı, məhəbbət başınıza tac qoydugu kimi, həm də çarmıxa çəkir.  
Sizi böyütdüyü kimi, budayır da.  
O, sizin zirvələrinizə yüksələrək günəşin şəfəqləri altında titrəşən 
ən zərif budaqlarınızı əzizləyir.  
O, həm də sizin torpağa sığınmaq istəyən, köklərinizə doğru enir 
və onları titrədir. 
Taxıl dərzləri kimi o sizi özündə toplayıb bağlayır. 
Aşkarlanmanız üçün sizi üyüdür 
Sizi qabıqdan ayırmaq üçün ələyir. 
Ağarana qədər sürtür. 
Yumşalanadək yoğurur. 
Sonra sizi müqəddəs oda tapşırır ki, Allahın müqəddəs ziyafətin-
də müqəddəs çörək ola biləsiniz. 
Bütün bunları məhəbbət sizin başınıza ona görə gətirəcək ki, siz 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə