Aida xanım İmanquliyevanın



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə52/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   48   49   50   51   52   53   54   55   ...   118

Cübran Xəlil Cübran 
 
 
 
 
– 163 –  
 Yalnız  insanların  çoxu-
nun fikir və arzularını ifadə 
edən,  emosiya  və  yaşantı-
larında obyektiv şəkildə bü-
töv  bir  nəslin  hiss  və  arzu-
ları  əks  olunan  şəxs  böyük 
sənətkar hesab edilə bilər. 
  
Aida İmanquliyeva 
nın taleyi və gələcəyi haqqında konseptual səviyyədə fikirlər yürütsün 
və öz milləti barədə danışarkən ümumən millətin mahiyyəti haqqında, 
milli tərəqqinin hərəkətverici qüvvələri haqqında orijinal ideyalar irəli 
sürsün.  
Cübran millətin mahiyyətini və keçdiyi tarixi inkişaf yolunu ay-
rıca insanın həyat mərhələləri ilə müqayisə edir və milli inkişafın düs-
turunu  tapmaq  üçün  bəşər  tarixində  məlum  olan  sivilizasiyaların  mü-
qayisəli təhlilini apararaq hər bir sivilizasiyanın doğulma mərhələsini, 
gələcək, yetkinlik və nəhayət, qocalıb-çürümə dövrlərini bir qanunauy-
ğunluq  kimi  irəli  sürür.  Bu  baxımdan 
ərəb  sivilizasiyasının  yaranışında  isla-
mın  mütərəqqi  rolunu  xüsusilə  qeyd 
edir:  «Ərəb  mahiyyəti  islamdan  3  əsr 
əvvəl  formalaşmış  və  öz  fərdi  varlığını 
artıq dərk etmiş olsa da, ancaq Məhəm-
məd  peyğəmbərlə  doğulmuş  və  qarşı-
sındakı maneələri qasırğa kimi dəf edən 
möhtəşəm bir əzəmətlə yüksəlmişdir».
1
 
Ərəblər  hələ  müasir  mənada 
bir  millət  kimi  formalaşmadıqları 
halda, ərəb perspektivinin məhz bir millət halında araşdırılması və mü-
asir  dövrdə  sivilizasiyanın  strukturunda  ərəblərin  iştirakı  üçün  tələb 
olunan  şərtlər  barədə  yürütdüyü  mühakimələr  bütövlükdə  milli  və 
ümumbəşəri tərəqqi konsepsiyası baxımından da maraq doğurur. Düz-
dür,  Cübran  millətlər  və  sivilizasiyalar  haqqında  öz  modelini  Herder-
dən və Hegeldən bir qədər sonra irəli sürür, lakin bu, orijinal modeldir 
və  özünəməxsus  xüsusiyyətlərə  malik  olmaqla  yeni  ekstrapolyasiya 
imkanları  açır.  Və  Cübran  Yaspersin  və  Toynbinin  bəşəri  inkişaf  tə-
limlərinin bəzi məqamlarını onlardan əvvəl söyləməklə, bir ərəb mütə-
fəkkirinin  çağdaş  zamanda  da  Qərb  filosoflarını  qabaqlamaq  iqtida-
rında olduğunu əyani surətdə sübut edir. 
                                                 
1
 C.X.Cübran.  Millətlər  və  onların  mahiyyəti  //  “Fəlsəfə  və  sosial-siyasi  elmlər” 
jurnalı, 2008, № 1, səh. 172. 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 164 – 
 
 
 
 
Ə L A V Ə 
C.X.Cübrandan seçmələr 
 
 
 
Peyğəmbər
 
 
 
Gəminin gəlməsi 
 
Seçilmiş və sevilən, öz gününün səhəri əl-Mustafa on iki il Orfa-
les şəhərində onu geriyə, doğulduğu adaya qaytaracaq gəmisinin gəl-
məsini gözləyirdi. Və on ikinci ildə, sentyabr ayının yeddisində – biçin 
ayında o, qala divarlarından bayırda, bir təpənin başına çıxaraq dəni-
zə sarı boylandı və dumanla bərabər yaxınlaşan gəmini gördü. 
Ürəyinin  qapıları  taybatay  açıldı  və  onun  sevinci  dənizdən  çox 
uzaqlara uçdu. O, gözlərini qapadı və qəlbinin sakitliyində dua etdi.  
Lakin təpəni enincə qüssə onu haqladı və o, ürəyində fikirləşdi: 
“İndi  mən  qüssələnmədən  və  könül  rahatlığı  ilə  necə  gedim? 
Yox, ruhumu yaralamadan tərk edə bilməyəcəm mən bu şəhəri.  
Uzun, çox uzun idi bu divarlar arasında keçirdiyim ağrılı günlər, 
tənhalıq  dolu  gecələr.  Kim  öz  ağrısından  və  tənhalığından  asanlıqla 
ayrıla bilir ki? 
Bu küçələrə ruhumun çoxlu damlalarını səpələmişəm və bu təpə-
lərin  arasında  həsrətimin  çoxlu  uşaqları  dolaşır.  Ayağı  yalın,  başı 
açıq; və mən onları ağrısız tərk edə bilmərəm. 
Bu  gün  mən  libasımı  soyunmuram;  yox,  dərimi  soyuram,  öz 
əllərimlə. 


Cübran Xəlil Cübran 
 
 
 
 
– 165 –  
Arxada düşüncələri deyil, aclıq və susuzluqdan incəlmiş ürəyimi 
qoyub gedirəm. 
 Lakin daha dözə bilmirəm. 
Hamını  özünə  doğru  səsləyən  dəniz  məni  də  çağırır  və  mən 
gəmiyə minməliyəm. 
Qalmaq.  Həyat  saatlarının  gecə  uzunu  yanmasına  baxmayaraq, 
donmaq, buz bağlamaq və palçığın içində bərkimək deməkdir. 
Burda  qalanları  necə  həvəslə  götürərdim  özümlə.  Lakin  bu 
mümkünmü? 
Səs  ona  qanad  vermiş  dil  və  dodağa  artıq  dözə  bilmir.  İndi  o, 
özü, efir axtarışına çıxmalıdır, tək-tənha. 
Qartal da öz yuvasını qayalarda qoyub günəşə sarı tək uçur”. 
Təpənin ətəyinə çatınca, o, bir daha dənizə sarı boylandı və gə-
misinin limana yaxınlaşdığını gördü; gəminin göyərtəsində dənizçilər, 
– onun doğma torpağının adamları – durmuşdular. 
Onun qəlbi qışqırıb onlara dedi: 
“Mənim qədim anamın uşaqları, qabarmalar üstə çapanlar. 
Yuxularımda  neçə  dəfə  üzüb  gəlibsiniz.  İndi  isə  mən  ayıq  ikən 
gəlmisiniz və bu, mənim ən dərin yuxumdur. 
Mən getməyə hazıram və həsrətimin bütün yelkənləri açıq halda 
küləyi gözləyir. 
Yalnız bir daha köksümü ötürüm, bu sakit havada bir daha bura-
ları  məhəbbətlə  seyr  edim.  Sonra  isə  mən  sizinləyəm,  dənizçilər  ara-
sında dənizçi. 
Sən  isə,  geniş  dəniz,  yuxulu  ana,  çaylar  və  arxlar  üçün  yeganə 
rahatlıq və azadlıq məkanı, bu çay daha bir döngə burularaq açıqlıq-
da nəğməsini bir də oxuyacaq və mən sənə qovuşacam, sonsuz damla 
sonsuz okeana qatılan kimi”. 
Gedərkən  o,  uzaqdan  öz  tarla  və  üzümlüklərini  tərk  edib  şəhər 
darvazalarına doğru tələsən kişi və qadınları gördü. 
O,  onların  səslərini  eşidirdi;  onun  adını  çağırır,  bir  tarladan  o 
birinə qışqıraraq onun gəmisinin gəldiyini xəbər verirdilər. 
O, öz-özünə dedi: 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə