Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə60/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   56   57   58   59   60   61   62   63   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 188 – 
 
Siz  ürəyinizin  mövsümlərini  zəmilərinizin  üzərindən  keçən  fəsil-
lər kimi qəbul edərdiniz. 
Sakitcə aləmi öz kədərinizin qışından müşahidə edərdiniz. 
Ağrının çoxunu özünüz seçmisiniz. 
Bu  bir  acı  dərmandır  ki,  onun  vasitəsi  ilə  Loğman  sizin  xəstə 
mənliyinizi sağaldır. 
Odur ki, Loğmana etibar edin və onun dərmanını sükut və itəat-
karlıqla için. 
Zira,  onun  əli  ağır  və  sərt  olsa  da,  Görünməzin  qayğıkeş  əli  ilə 
istiqamətləndirilir. 
Sizə  uzatdığı  piyalə  dodaqlarınızı  yandırsa  da,  o,  Dulusçunun 
müqəddəs göz yaşları ilə isladılmış palçıqdan düzəldilmişdir». 
 
 
Özünüdərk 
 
Bir kişi dilləndi: “Özünüdərkdən danış bizə”. 
O belə cavab verdi: 
«Sizin ürəkləriniz öz sükutunda gündüz və gecələrin sirrini bilir. 
Lakin qulaqlarınız ürəklərinizin bildiyini eşitmək həsrətindədir. 
Həmişə fikirlərinizdə bildiyinizi sözlərdə də tanımaq istərdiniz. 
Arzularınızın çılpaq bədəninə barmaqlarınızla toxunmaq istərdi-
niz. 
Bu, yaxşıdır. 
Ruhunuzun gizli bulağı qaynamalı və şırıltı ilə dənizə doğru ax-
malıdır; onda sonsuz dərinliyinizin xəzinəsi gözləriniz önünə açılacaq. 
Naməlum  xəzinənizi  tərəzidə  çəkməyə  can  atmayın;  biliyinizin 
dərinliyini xətkeşlə ölçməyə çalışmayın. 
Zira, Məniniz sərhədsiz və ölçüsüz bir dənizdir. 
Deməyin:  “Mən  Həqiqəti  tapmışam”,  yaxşı  olar  deyəsiniz: 
“Mən bir həqiqət tapmışam”.  
Deməyin: “Mən ruhun yolunu tapmışam”. 
Yaxşı olar deyəsiniz: “Mən mənim yolumla gedən ruha rast gəl-


Cübran Xəlil Cübran 
 
 
 
 
– 189 –  
mişəm”. 
Zira, ruh bütün yollardan istifadə edir. 
Ruh yalnız bir istiqamətdə hərəkət etmir və qamış kimi bitmir. 
Sonsuz ləçəkli şanagüllə kimi açılır ruh». 
 
 
Müəllimlik
 
 
Sonra bir müəllim söylədi: “Bizə Müəllimlikdən danış”. 
O dedi: 
«Heç  kim  sizə  biliyinizin  səhərində  mürgülü  şəkildə  artıq  möv-
cud olandan başqa bir şey aça bilməz. 
Məbədin  kölgəsində,  tələbələrinin  müşayəti  ilə  gedən  müəllim  öz 
müdrikliyi ilə deyil, inamı və eşqi ilə bölüşür əslində. 
Əgər  o  doğrudan  da  müdrikdirsə,  onda  o  sizi  öz  müdrikliyinin 
kandarından keçirməyə  çalışmayacaq,  əksinə, sizi öz ağlınızın qapısı-
na gətirəcəkdir. 
Astronom  kosmosu  necə  anladığından  danışacaq,  amma  sizə  öz 
anlamını verə bilməyəcək. 
Musiqiçi sizə bütün fəzanı dolduracaq ritmi oxuya bilər, lakin o 
sizə  nə  bu  ritmi  tuta  biləcək  qulaq  və  nə  bu  ritmi  təkrarlayacaq  səs 
vermək iqtidarındadır. 
Rəqəmlər elminə vaqif olan da sizə yalnız çəki və ölçülər dünya-
sından danışa bilər, sizi ora sala bilməz. 
Zira,  bir  adamın  idrakının  qanadları  başqasına  borc  verilə  bil-
məz. 
Hər biriniz Allahın biliyində ayrıca dayandığınız kimi, Allahı ta-
nımaqda və yeri anlamaqda da hər biriniz öz ayrılığını pozmamalıdır». 
 
 
Dostluq
 
 
Bir gənc xahiş elədi: “Dostluqdan danış bizə”. 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 190 – 
 
Əl-Mustafa belə cavab verdi: 
«Sizin dostunuz sizin gerçəkləşən ehtiyaclarınızdır. 
O,  sizin  məhəbbətlə  əkdiyiniz  və  məhsulunu  minnətdarlıqla  yığ-
dığınız tarlanızdır.O, sizin süfrəniz və sizin ocağınızdır. Çünki siz onun 
yanına öz aclığınızla gəlir və onda sakitlik axtarırsınız.  
Dostunuz  fikrini  sizinlə  bölüşəndə,  özlüyünüzdə  “yox”  deməyə 
çəkinməyin, “hə”ni isə içinizdə saxlamayın. 
O susanda belə ürəyinizdə onu dinləməkdə davam edin. 
Zira, dostluqda bütün fikirlər, bütün arzular, bütün ümidlər səs-
küyü sevməyən bir sevinc içində sözsüz doğulur və paylaşılır. 
Dostunuzdan ayrı düşəndə kədərlənməyin; 
Zira, onda ən çox sevdiyiniz onun yoxluğunda daha aydın bilinir, 
alpinistə dağ düzənlikdən daha yaxşı göründüyü kimi. 
Qoyun,  dostluqda  ruhani  dərinləşmədən  savayı  heç  bir  təmən-
nanız olmasın. 
Zira, öz sehrinin açılmasından savayı başqa bir şeydə də marağı 
olan məhəbbət – məhəbbət deyil, təhərsiz atılmış tordur ki, ona yalnız 
faydasız şeylər düşə bilər. 
Qoyun, sizdə ən yaxşı şey – dostunuz üçün olsun. 
Əgər  o  sizin  dənizinizin  çəkilməsini  bilməlidirsə,  qoyun,  o  həm 
də sizin qabarmanızı tanısın. 
Zira,  nəyinizə  lazımdır  sizə  o  dost  ki,  onu  yalnız  vaxtınızı 
öldürmək üçün arayırsınız. 
Onu yalnız vaxtınızı yaşamaq üçün arayın! 
Zira,  dost  sizin  ehtiyaclarınızı  ödəmək  üçündür,  daxilinizdəki 
boşluğu doldurmaq üçün yox. 
Qoyun, gülüş və paylaşılan sevinclər dostluğunuzu şirinləşdirsin. 
Zira, xırdalıqların şehində ürək öz səhərini açır və təravətləndi-
rir». 
 
 
 
 
 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə