Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə62/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   58   59   60   61   62   63   64   65   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 194 – 
 
Lakin  qoy,  həsrəti  güclü  olan  həsrəti  zəif  olana  deməsin:  “Sən 
niyə belə ləng və tərəddüdlüsən?” 
Zira,  əsl  xeyirxah  adam  çılpaqdan:  “Sənin  paltarın  hardadı 
ki?”, yaxud evsizdən “Nə oldu sənin evinə?” – deyə soruşmaz». 
 
 
Dua
 
 
Sonra kahinə xahiş elədi: “Bizə Duadan danış”. 
Cavabında o söylədi: 
«Siz dərddə və möhnətdə olanda dua edirsiniz; 
Kaş ki, siz sevinc və bolluq içində olanda da dua edə biləydiniz. 
Zira, dua sizin canlı efirə yayılmanızdır. 
Əgər  qəlbinizin  zülmətini  fəzaya  boşaltmaqda  bir  yüngüllük  ta-
pırsınızsa,  ürəyinizin  şəfəqini  saçmaqda  da  böyük  sevinc  vardır  sizin 
üçün. 
Ruhunuz  sizi  duaya  çağıranda  göz  yaşlarınızı  saxlaya  bilmirsi-
nizsə, ağlamağınıza baxmayaraq, o sizi haylamaqda davam etməlidir. 
Ta göz yaşınız gülüşə çevrilənə qədər. 
Dua edəndə siz göyə yüksəlir və sizinlə eyni saatda dua edənlər-
lə  görüşürsünüz.  Elə  kəslərlə  ki,  onlarla  duadan  qeyri  bir  məqamda 
görüşmək mümkünsüzdür. 
Bu səbəbdən də, bu görünməz məbədə yalnız vəcd və şirin ünsiy-
yət üçün girin. 
Zira, bu məbədə xahiş üçün girsəniz, heç nə almayacaqsınız. 
Siz ora özünüzü alçaltmaq üçün girsəniz, yüksəlməyəcəksiniz. 
Siz  ora  hətta  başqasına  xeyir  istəmək  üçün  girsəniz  belə  eşidil-
məyəcəksiniz. 
Kifayətdir ki, siz bu görünməz məbədə daxil olasınız. 
Mən sizə sözlərlə dua etməyi öyrədə bilmərəm. 
Allah özü sizin dilinizlə danışmayınca, eşidilməyəcəksiniz. 
Mən  sizə  dənizlərin,  meşələrin  və  dağların  dualarını  da  öyrədə 
bilmərəm. 


Cübran Xəlil Cübran 
 
 
 
 
– 195 –  
Lakin siz – dağların, meşələrin və dənizlərin övladları – onların 
dualarını öz ürəklərinizdə tapa bilərsiniz. 
Gecənin sakitliyinə qulaq kəsilsəniz, bu sükut içrə onların nə de-
diyini eşidərsiniz: 
“İlahi, bizim qanadlı Mənimizin yaradıcısı! İçimizdə hökm edən 
Sənin iradəndir. 
İçimizdə arzulayan Sənin arzundur. 
Sənin hökmünlə Sənə məxsus gecələrimiz Sənə məxsus gündüzlə-
rə çevrilirlər. 
Biz  Səndən  heç  nə  istəyə  bilmərik,  zira,  ehtiyaclarımız  içimizdə 
hələ doğulmamışdan qabaq Sən onlardan xəbərdarsan: 
Bizim  ehtiyacımız  Sən  özünsən  və  özünü  bizə  daha  çox  bəxş 
etməklə bizə hər şeyi vermiş olursan». 
 
 
Həzz
 
 
Sonra  şəhərə  ildə  bir  dəfə  gələn  zahid  irəli  çıxaraq:  “Həzzdən 
danış bizə”, – deyə söylədi. 
O belə cavab verdi: 
«Həzz azadlığın nəğməsi olsa da, azadlığın özü deyil. 
O, sizin arzularınızın çiçəklənməsidir, meyvəsi deyil. 
O, yüksəkliyi çağıran dərinlikdir, dərinliyin özü deyil. 
O,  qəfəsə  salınmışın  qanadlarını  gərməsi  olsa  da,  sonsuz  fəza 
demək deyil. 
Hə, həqiqətən, həzz azadlıq nəğməsidir. 
Əgər siz onu bütün ürəyinizlə oxusanız mən sevinərəm; lakin bu 
oxumada ürəyinizin itirilməsini heç istəməzdim. 
Bəzi  cavanlarınız  həzzi  elə  axtarırlar  ki,  sanki  o,  hər  şeydir; 
hamınız onları danlayır, mühakimə edirsiniz. 
Mən isə onları nə mühakimə edər, nə də danlayardım. Qoy, ax-
tarsınlar.  
Zira, tapacaqları təkcə həzz olmayacaqdır. 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 196 – 
 
Onlar yeddi bacıdır və ən balacası belə həzdən daha gözəldir. 
Məgər  yeri  qazıb  kök  axtaran  və  nəticədə  xəzinə  tapan  birisi 
haqqında heç eşitməmisinizmi? 
Yaşlılardan bəziləri həzzi sərxoşluq anında buraxılan səhvlər ki-
mi peşmanlıqla xatırlayırlar. 
Lakin  peşmanlıq  ağılın  dumanlandırılmasıdır,  cəzalandırılması 
deyil. 
Yaxşı  olardı  ki,  onlar  həzzlərini  yayın  məhsulunu  xatırladıqları 
kimi, minnətdarlıqla xatırlayaydılar. 
Lakin peşmanlıq onlara yüngüllük gətirirsə, qoy, olsun. 
Aranızda elələri də var ki, axtarmaq üçün o qədər gənc, xatirələ-
rə qapılmaq üçün isə hələ o qədər qoca deyillər. 
Onlar  axtarış  və  xatırlamadan  qorxaraq  bütün  həzzlərdən  yan 
qaçırlar ki, ruhu incitməmiş və təhqir etməmiş olsunlar. 
Amma hətta onların bu imtinası belə onlara həzz gətirir. 
Beləcə, əsən əlləri ilə kök axtarmaqlarına baxmayaraq, onlar da 
xəzinə tapmış olurlar. 
Amma soruşuram sizdən, ruhu kim təhqir edə bilər ki? 
Bülbül  gecənin  sakitliyini,  yaxud  işıldaböcək  ulduzu  təhqir  edə 
bilərmi? 
Sizin alovunuz və tüstünüz küləyə ağırlıq gətirə bilərmi? 
Yoxsa, düşünürsünüz, ruh bir gölməçədir ki, onu bir çöplə həyə-
canlandıra bilərsiniz?  
Çox zaman həzzdən imtina etməklə, siz arzularınızı yalnız varlı-
ğınızın dərin guşələrinə sıxışdırmış olursunuz. 
Kim bilir, bəlkə bu gün əldən çıxan sabahkı gününü gözləyir? 
Hətta  sizin  bədəniniz  belə  öz  qanuni  haqqını  bilir,  Onu  aldada 
bilməzsiniz. 
Bədəniniz isə qəlbinizin arfasıdır. 
Onda şirin musiqi, yaxud nizamsız səslər çalmaq artıq sizin işi-
nizdir. 
İndi ürəyinizdə soruşursunuz: “Bəs həzzdə nəyin yaxşı, nəyin pis 
olduğunu necə bilək?” 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə