Şə
rq ruhunun Qərb həyatı
– 200 –
qalmayacaqdı.
Yetər ki, ətrafınıza boylanasınız və O-nun uşaqlarınızla necə
oynadığının şahidi olacaqsınız.
Baxın fəzaya: Onun buludlar üzərində yeridiyini, əllərini şimşək-
lərdə uzadaraq yağışlarla yağdığını görərsiniz.
Onun çiçəklərdə gülümsəməyini, sonra isə boy ataraq ağaclarda
sizə əl etməsini görərsiniz».
Ölüm
Sonra əl-Mitra dilləndi: “İndi isə Ölüm barədə danışmağını
istəyirik”.
Əl-Mustafa dedi:
«Ölümün sirrini bilmək istəyirsiniz.
Onu həyatın ürəyində axtarmırsınızsa harda tapa bilərsiniz?
Gündüzləri kor olan, gecə gözlü bayquş işığın sirri üzərindəki
pərdəni qaldıra bilməz.
Əgər həqiqətən ölümün ruhunu görmək istəyirsinizsə, ürəyinizi
həyatın bədəninə geniş açın.
Zira, həyatla ölüm birdir, çayla dəniz bir olan kimi.
Ümid və arzularınızın dərinliyində qeybin lal biliyi yatmaqdadır;
Qar altında uyuyan toxumlar təki, ürəyiniz yuxusunda baharı
görür.
Yuxularınıza inanın, əbədiyyətin qapıları gizlənib onlarda.
Sizin ölüm qorxunuz bir çobanın sultan qarşısında əsməsinə bən-
zəyir; o zaman ki, sultan əlini onu şərəfləndirmək üçün uzatmışdır
artıq.
Məgər çobanın əsməsində üzərində sultan təmasını gəzdirəcəyin-
dən dolayı bir sevinc hiss olunmurmu?
Məgər o, daha çox öz əsməsi barədə düşünmürmü?
Zira, ölmək küləyin qarşısında çılpaq dayanmaq və günəşdə əri-
mək deyil, bəs nədir?
Cübran Xəlil Cübran
– 201 –
Nəfəsin kəsilməsi nəfəsin öz narahat qabarma və çəkilmələrin-
dən azad olması, qalxması, genişlənməsi və Allahı qayğısız şəkildə ax-
tara bilməsi demək deyilmi?
Yalnız sükut çayından su içdikdə həqiqətən nəğmə oxuyacaqsı-
nız. Yalnız dağın zirvəsinə çatanda həqiqi yüksəlişiniz başlayacaqdır.
Cisminizi torpaq özünə istəyəndə həqiqi rəqsinizi oynayacaqsız».
Vidalaşma
Budur, axşam düşdü.
Görücü əl-Mitra söylədi: “Eşq olsun bu günə, bu yerə və sənin
danışan ruhuna!”
O cavab verdi: «Məgər danışan mən idim? Məgər mən həm də
dinləyən deyildimmi?»
Sonra o, məbədin pilləkanları ilə endi və bütün xalq da onun ar-
xasınca yollandı. O öz gəmisinə yetişib göyərtəyə qalxdı.
Üzünü xalqa tutub səsini ucaltdı:
«Orfalesin camaatı, külək sizi tərk etməyimi tələb edir.
Külək qədər tələsməsəm də, getməliyəm.
Biz, daima tənha yollar axtaran yolçular, heç zaman yeni günü
dünənin qurtardığı yerdən başlamırıq; səhər şəfəqləri bizi heç zaman
qürubun bizi tərk etdiyi yerdə tapmayacaqdır.
Hətta yer yuxuda olanda belə, biz yol gedirik.
İnadkar bitkinin toxumlarıyıq biz. Və elə ki, yetkinliyə çatırıq,
ürəklərimiz dolub daşır, külək alıb aparır bizi və səpələyir hər yana.
Günlərim qısa oldu mənim, aranızda keçirdiyim, sizə söylədiyim
sözlər isə daha qısa idi.
Lakin səsim daha qulaqlarınızda səslənməyəcək və eşqim xatirə-
nizdən silinən bir zamanda mən yenidən qayıdacağam.
Daha zəngin bir ürəklə və ruha yaxın bir nəfəslə danışacam
onda.
Hə, dənizin qabarması ilə qayıdacam mən.
Şə
rq ruhunun Qərb həyatı
– 202 –
Baxmayaraq ki, ölüm məni gizləyə və böyük sükut məni öz ağu-
şuna ala bilər, anlamağınız üçün yollar axtaracam.
Boşuna axtarmayacam mən.
Əgər danışdıqlarımdan nəsə həqiqətdirsə, bu həqiqət daha aydın
səs və sözlərlə, fikirlərinizə daha yaxın bir şəkildə aşkarlanacaqdır.
Mən küləklə gedəcəm, Orfalesin camaatı, amma boşluğa düşmə-
yəcəm.
Əgər bu gün sizin ehtiyaclarınız ödənməyəcək və mənim eşqim
nakam qalacaqsa, qoy, onda o, bir vəd olaraq qalsın gələn günə
qədər.
İnsanın ehtiyacları dəyişir, amma eşqi dəyişmir. Və o, eşqindən
gözləyir ehtiyaclarının ödənməsini.
Odur ki, bilin, böyük sükutun içindən qayıdacam mən».
«Səhər şəfəqləri ilə əriyən və çəməndə şeh qoyub gedən duman
buludlarda yığılaraq yağış olub yerə yağır.
Dumana oxşarım vardı mənim.
Gecənin sakitliyində sizin küçələrinizi dolaşırdım və ruhum evlə-
rinizə daxil olurdu.
Ürəyinizin döyüntüsü ürəyimdə, nəfəsiniz üzümdə idi. Və mən
sizin hamınızı tanıyırdım.
Hə, mən həm sizin sevincinizə, həm də ağrınıza şərik idim. Və siz
yuxulayanda sizin yuxularınız mənim yuxularım olurdu.
Çox zaman aranızda dağlar qoynunda göl kimi idim mən.
Zirvələrinizi, əyri-üyrü yamaclarınızı və hətta gəlib keçən fikir və
arzu sürülərinizi əks etdirirdim özümdə.
Uşaqlarınızın gülüşü bir arx, gənclərinizin həsrəti bir çay olub
sükutuma dolurdular.
Mənim dərinliyimə yetişəndə belə bu arx və çaylar oxumaqlarını
kəsmirdilər.
Lakin nə isə gülüşdən şirin və həsrətdən böyük bir şey gəldi
mənə.
Bu, sizdəki sonsuzluq idi;
Bir azman insan ki, siz onun yalnız hüceyrə və əzələlərini təşkil
edirsiniz;
Dostları ilə paylaş: |