Aida xanım İmanquliyevanın



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə63/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   59   60   61   62   63   64   65   66   ...   118

Cübran Xəlil Cübran 
 
 
 
 
– 197 –  
Gedin  öz  çəmənlərinizə  və  bağlarınıza.  Görün  ki,  arıya  güldən 
bal yığmaq həzz verir. 
Gülə də arıya balını vermək həzz verir. 
Zira, arı üçün gül bir həyat məbəyidir. 
Gül üçün də arı bir məhəbbət elçisidir. 
Hər ikisi – həm arı, həm də gül üçün – həzz vermək  və həzz al-
maq bir tələbat və bir vəcddir. 
Orfalesin camaatı, öz həzzlərinizdə güllərə və arılara bənzəyin». 
 
 
Gözəllik
 
 
Şair söylədi: “Bizimlə Gözəllikdən danış”. 
 O, cavab verdi: 
«Harada  axtaracaq  və  necə  tapacaqsınız  Gözəlliyi,  əgər  o  özü 
sizin həm yolunuz və həm də bələdçiniz olmasa? 
Siz onun haqqında necə danışa bilərsiniz, əgər o özü sizin nitqi-
nizin toxucusu olmasa? 
Kədərlilər  və  incimişlər  deyəcəklər:  “Gözəllik  –  xeyirxah  və 
mehribandır. 
Sanki bir gənc ana kimi, o, öz hüsnündən bir qədər utanmış hal-
da aramızda gəzişir”. 
Çılğınlar deyəcəklər: “Yox, gözəllik qorxulu və qüdrətlidir. 
Sanki  bir  fırtınadır  o;  ayaqlarımızın  altındakı  yeri  və  başımızın 
üstündəki göyü silkələyir”. 
Yorulmuş və əldən düşmüşlər deyəcəklər: “Gözəllik bir şirin pı-
çıltıya  bənzəyir.  Bizim  ruhumuzda  danışır  o.  Onun  səsi  bizim  sükutu-
muz  qarşısında  geri  çəkilir,  zəif  işıq  kölgə  qarşısında  qorxudan  əsən 
kimi”. 
Dəcəllərsə deyəcək: “Biz onu dağlarda qışqıran gördük. 
Onun qışqırığıyla birlikdə ayaq səsləri, qanadların çırpılması və 
şirlərin nəriltisi də gəlirdi”. 
Gecə  şəhərin  nəzarətçiləri  deyəcək:  “Gözəllik  sübh  şəfəqləri  ilə 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 198 – 
 
birlikdə Şərqdən yüksələcək”. 
Günorta  zəhmətkeşlər  və  yolçular  deyəcək:  “Biz  onun  qürub 
pəncərəsindən yerə necə əyildiyinin şahidi olmuşuq”. 
Qışda qara düşmüşlər deyəcək: “O, yazda, təpədən-təpəyə qona-
raq gələcəkdir”. 
Yayın istisində məhsul dərənlər deyəcəklər: “Biz onu payız yar-
paqları ilə oynayan görmüşük, saçlarında da qar vardı”. 
Bütün bunları siz gözəllik haqqında söylədiniz. 
Əslində isə siz ödənməmiş ehtiyaclarınızdan danışırdınız. 
Zira, gözəllik ehtiyac deyil, vəcddir. 
O,  nə  susuzluqdan  yanan  dodaq,  nə  də  irəliyə  uzadılmış  boş 
əldir. 
Alovlanmış ürək və sehrlənmiş qəlbdir gözəllik. 
Bu, sizin görmək istədiyiniz surət və ya eşitmək istədiyiniz nəğmə 
deyil. 
Elə  surətdir  ki,  gözlərinizi  yumanda  belə  onu  görməyə  bilmirsi-
niz və elə nəğmədir ki, qulaqlarınızı bağlasanız da, onu eşitməkdə da-
vam edəcəksiniz. 
Bu, qartımış ağac qabığının arxasındakı şirə və caynaqlara bir-
ləşmiş qanad da deyil. 
Əbədi çiçəklənən bağdır, əbədi uçuşan mələklər topasıdır gözəl-
lik. 
Orfalesin  camaatı,  gözəllik  müqəddəs  üzündən  niqabını  götür-
müş həyatdır. 
Lakin həyat da sizsiniz, niqab da siz. 
Gözəllik özünə güzgüdə baxan əbədiyyətdir. 
Əbədiyyət də sizsiniz, güzgü də siz. 
 
 
Din
  
 
Qoca bir kahin dedi: “Dindən danış bizə”. 
O söylədi:  


Cübran Xəlil Cübran 
 
 
 
 
– 199 –  
«Məgər  gün  ərzində  mənim  başqa  bir  şeydən  danışdığım 
oldumu? 
Məgər bütün əməllər və düşüncələr, eləcə də əməl və düşüncə ol-
mayanlar, əlinizlə daş yonanda, yaxud toxucu dəzgahını işlədəndə belə 
qəlbinizdə çağlayan heyrət və təəccübün özü din deyilmi? 
Kim  öz  inamını  əməllərindən,  əqidəsini  məşğuliyyətindən  ayıra 
bilər? 
Kim öz saatlarını qarşısına düzüb söyləyə bilər: 
“Bu, Allah üçün, bu isə mənim üçün; bu, ruhum, bax, bu isə bə-
dənim üçün?” 
Sizin  bütün  saatlarınız  qanadlarınızdır,  fəzanı  yaran,  sizi  özü-
nüzdən özünüzə aparan. 
Əxlaqını dəbdəbəli libas kimi geyinən kəs çılpaq qalsaydı, daha 
yaxşı olardı. 
Külək və günəş onun dərisinə zərər verməzdi. 
Davranışını  etikayla  müəyyənləşdirən  kəs  öz  bülbülünü  qəfəsə 
salmış olur sanki. 
Ən azad nəğmə belə dəmir barmaqlıqlardan və məftillərdən keçə 
bilməz. 
O kəs üçün ki, səcdə açıldığı kimi də bağlana bilən bir pəncərə-
dir, o kəs hələ ruhunun mənzilinə yetişməmişdir; zira, o mənzilin pən-
cərələri sübhdən sübhə qədər açıq olur. 
Sizin gündəlik həyatınız sizin məbədiniz və sizin dininizdir. 
Ona nə vaxt daxil olsanız, özünüzlə hər şeyinizi götürün. 
Götürün  özünüzlə  kotanınızı  və  şeypurunuzu,  çəkicinizi  və  udu-
nuzu götürün. 
Bütün o şeyləri ki, zərurət, yaxud heyrət üçün yaratmısınız. 
Zira,  dualarınızda  nə  uğurlarınızdan  yüksəyə  qalxa  bilər,  nə  də 
uğursuzluğunuzdan aşağı enə bilərsiniz. 
Özünüzlə bütün insanları da götürün. 
Zira, səcdənizdə nə onların ümidlərindən yüksəyə uça biləcək, nə 
də özünüzü onların ümidsizliyindən aşağı endirə biləcəksiniz. 
Əgər siz Allahı dərk etmiş olsaydınız, tapmaca tapmağa ehtiyac 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə