Aida xanım İmanquliyevanın



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə61/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   57   58   59   60   61   62   63   64   ...   118

Cübran Xəlil Cübran 
 
 
 
 
– 191 –  
 
Nitq
  
 
Sonra alim dedi: “Nitqdən danış”. 
O belə cavab verdi:  
«Siz fikirlərinizlə düz gəlməyəndə danışmağa başlayırsınız. 
Daha  ürəyinizin  tənhalığına  sığmayanda,  dodaqlarınıza  köçür, 
orada yaşamaq istəyirsiniz və bu zaman səs də yalnız əyləncə və oyun 
olur. Söhbətlərinizin çoxunda fikir yarıölü haldadır. 
Zira,  fikir  azad  bir  quşdur,  söz  qəfəsində  qanadlarını  gərsə  də, 
uça bilmir. 
Aranızda elələri var ki, tənhalığın qorxusundan çoxdanışan biri-
sini axtarır. 
Tənhalığın  sükutunda  gözləri  qarşısında  onların  çılpaq  mahiy-
yətləri açılır; onlar isə qaçırlar bu məqamdan. 
Elələri də var ki, söhbətin gedişində özləri də bilmədən, anlama-
dıqları həqiqəti aşkarlamış olurlar. 
Lakin elələri də var ki, həqiqəti sözlərlə ifadə etməsələr də özlə-
rində daşıyırlar. 
Belələrinin köksündə ritmik sükutla ruh yaşayır. 
Yolda, yaxud bazarda dostunuzla rastlaşanda, qoyun, dodaqları-
nızı tərpədən və dilinizi yönəldən ruhunuz olsun. 
Qoyun, səsinizin səsi onun qulağının qulağı ilə söhbətləşsin. 
Zira, onun qəlbi şərabın dadını yadda saxlayan kimi sizin ürəyi-
nizin həqiqətini qoruyub saxlayacaqdır.  
Şərabın rəngi belə unudulanda, qabını da tapmaq artıq mümkün 
deyil». 
 
 
Zaman
 
 
Astronom soruşdu: “Ustad, bəs zaman necə?” 
O, cavab verdi: 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 192 – 
 
«Siz  zamanı  –  ölçüsüz  olanı  və  ölçüyə  gəlməyəni  ölçmək 
istəyirsiniz. 
Siz  öz  davranışınızı  və  hətta  ruhunuzu  saatlara  və  fəsillərə  uy-
ğunlaşdırmaq, tabe etdirmək istəyirsiniz. 
Zamandan çay düzəltmək və onun sahilində oturub onun axınına 
tamaşa etmək istəyirsiniz. 
Buna baxmayaraq, sizdəki zamansız olan həyatın zamansızlığını 
dərk edir. 
Bilir ki, dünən bu günün xatirəsi, sabah isə bu günün arzusudur. 
Daxilinizdə  nəğmə  oxuyan  və  düşünən  hələ  də  ulduzları  fəzaya 
səpələyən o ilk anda yaşamaqdadır. 
Aranızda kim hiss eləmir ki, onun sevgisinin gücü sonsuzdur? 
Kim eyni zamanda hiss eləmir ki, sonsuz olmağına baxmayaraq, 
məhəbbət  onun  varlığının  mərkəzində  cəmlənmişdir;  aşiqanə  fikir  və 
əməllərin ardıcıllığı kimi uzanıb getmir. 
Məgər zaman məhəbbətlə bərabər deyilmi, bölünməz və ölçüyə-
gəlməz? 
Lakin  əgər  öz  düşüncələrinizdə  zamanı  fəsillərlə  ölçməlisinizsə, 
qoy, onda hər fəsil bütün digər fəsilləri də özündə birləşdirmiş olsun. 
Qoy,  bu  gün  dünəni  yaddaş,  gələcəyi  isə  həsrət  vasitəsi  ilə 
bağrına bassın!» 
 
 
Xeyir və Şər 
 
Şəhərin  ağsaqqallarından  biri  soruşdu:  “Xeyir  və  Şərdən  danış 
bizə”. 
 O, cavab verdi: 
«Mən sizdəki xeyirdən danışa bilərəm, şərdən deyil.  
Zira, şər öz aclıq və susuzluğundan əziyyət çəkən xeyirdən başqa 
nədir ki? 
Həqiqətən,  xeyir  ac  olanda  qidanı  hətta  qaranlıq  mağaralarda 
belə axtarmağa hazırdır. O, susuzluqdan yananda iylənmiş sudan belə 


Cübran Xəlil Cübran 
 
 
 
 
– 193 –  
içməyə çəkinməz. 
Siz özünüzlə vəhdətdə olanda xeyirsiniz. 
Lakin özünüzlə vəhdətdə olmayanda da, sizə şər demək olmaz. 
Zira,  bölünmüş  ev  hələ  oğru  yuvası  demək  deyil,  sadəcə  bölün-
müş evdir. 
Sükansız gəminin də təhlükəli adalar arasında məqsədsiz şəkildə 
üzməsi hələ onun batması demək deyil. 
Siz özünüzdən verməyə hazır olanda xeyirsiniz. 
Lakin özünüz üçün fayda gəzəndə belə şər deyilsiniz. 
Zira, siz fayda gəzəndə torpağın dərinliyinə işləyən və onun dö-
şünü əmən köklərdən başqa bir şey deyilsiniz. 
Əlbəttə, meyvə kökə deməyəcək: “Mənim kimi ol; yetişmiş və şi-
rəli, daim öz bolluğu ilə bölüşən”. 
Zira, meyvə üçün vermək bir tələbat olduğu kimi, kök üçün də al-
maq elə bir tələbatdır. 
Ayıq danışanda siz xeyirsiniz. 
Lakin yuxulu-yuxulu boşboğazlıq edəndə də siz şər deyilsiniz. 
Zira, hətta kəkələmək belə dilinizi möhkəmləndirə bilər. 
Öz məqsədinə doğru inamlı addımlarla yeriyəndə siz xeyirsiniz. 
Lakin ona doğru axsaya-axsaya gedəndə də siz şər deyilsiniz. 
Çünki hətta axsayanlar belə geriyə getmirlər. 
Lakin, ey güclü və sürətlilər, diqqətli olun ki, şikəst yanında xe-
yirxahlıq edirmişsiniz kimi axsamayasınız. 
Sonsuz üsullarla siz – xeyirsiniz, lakin xeyir olmayanda belə şər 
deyilsiniz siz. 
Sadəcə bir qədər astagəl və tənbəlsiniz. 
Heyf ki, marallar tısbağalara cəldlik öyrədə bilməzlər. 
Sizin böyük Məninizə doğru həsrətinizdə böyük  xeyir vardır. Bu 
həsrət hamınıza xasdır. 
Lakin bəzilərinizdə bu həsrət dənizə doğru tələsən və özü ilə qa-
yaların sirlərini və meşənin nəğmələrini aparan gur seli xatırladır. 
Bəzilərinizdə isə bu, zəif arx kimidir. Döngə və dalanlarda azan 
və dənizə yetişməmiş tükənən arx. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə