Şə
rq ruhunun Qərb həyatı
– 176 –
Bu, yaratdığınız hər bir əşyanı öz ruhunuzla doldurmaq,
bütün müqəddəslərin ətrafınızda duraraq sizi müşahidə etdiyini
bilmək deməkdir.
Çox vaxt eşidirəm ki, yuxulu-yuxulu belə danışırsınız:
“Mərmərlə işləyən öz qəlbinin formasını daşda tapan torpağı
şumlayan sadə əkinçidən daha yüksəkdir.
Göy qurşağını kətana köçürə bilən bizim ayaqlarımız üçün çarıq
toxuyandan daha artıqdır.”
Lakin mən sizə deyirəm, özü də yuxulu yox, günorta ayıqlığında.
Külək kiçicik bir otla nəhəng palıddan daha az nəzakətlə danış-
mır.
Həqiqətən o kəs böyükdür ki, küləyin səsini məhəbbətindən şirin-
ləşmiş nəğməyə çevirə bilir.
Zəhmət – görünən məhəbbətdir.
Əgər məhəbbətlə işləyə bilmirsinizsə və iş sizdə ikrah yaradırsa,
yaxşı olar ki, işi dayandırasınız və məbədin qapılarının ağzında oturub
sevinclə işləyənlərdən sədəqə istəyəsiniz.
Zira, çörəyi biganəliklə bişirirsinizsə, deməli, dadsız çörək bişi-
rirsiniz, insanın aclığını da doyurmaz.
Üzümü də narazılıqla sıxırsınızsa, sizin narazılığınız zəhər olub
şərabınıza qarışacaq.
Siz lap mələk kimi oxusanız belə, əgər oxumağınızda eşq yox-
dursa, yalnız gündüzün və gecənin səsini batırmış olursunuz”.
Sevinc və kədər
Daha sonra bir qadın dilləndi: “Sevinc və Kədərdən danış bizə”.
O, cavab verdi:
“Sizin sevinciniz üzündən maskası düşmüş kədərinizdir.
O quyudan ki, sizin gülüşünüz yüksəlir, onu dəfələrlə doldurmu-
sunuz göz yaşlarınızla.
Və başqa cür də necə ola bilər axı?
Cübran Xəlil Cübran
– 177 –
Kədər içinizi nə qədər dərin qazıbsa, varlığınız bir o qədər se-
vinc tuta bilər.
İçinə şərab süzdüyünüz piyalə, həmin o piyalə deyilmi ki, dulus-
çu sobasında bişirilib əvvəlcə?
Məgər ruhunuzu oxşayan bu ud, həmin o ağac deyilmi ki, əvvəl-
cə bıçaqlarla oyulub?
Sevinəndə ürəyinizin dərinliyinə boylanın və onda görərsiniz ki,
sizə indi sevinc gətirən əvvəl sizi kədərləndirərdi.
Kədərlənəndə yenə ürəyinizin dərinliyinə boylanın və görəcəksi-
niz ki, əslində indi yasını tutduğunuz əvvəl sizin heyrət mənbəyiniz idi.
Bəziləriniz: “Sevinc kədərdən artıqdır,” digərləriniz isə: “Yox,
kədər daha böyükdür,”– deyəcək.
Lakin mən sizə deyirəm: onları ayırmaq olmaz.
Onlar birlikdə gəlirlər. Əgər biri indi səninlə süfrə başındadırsa,
əmin ol ki, digəri çarpayında dincəlir.
Həqiqətdə siz tərəzinin oxu kimisiniz – öz kədəriniz və sevinciniz
arasında. Yalnız boş olanda sakitləşir, tarazlıqda olursunuz.
Hər dəfə Xəzinədar öz qızıl-gümüşünü sizdə çəkmək istəyəndə,
sizin sevinc və kədəriniz qalxır-düşür”.
Evlər
Bir bənna qabağa çıxaraq söylədi: “Evlərdən danış bizə”.
O, belə cavab verdi:
“Şəhər divarları arasında ev tikəndə təsəvvür edin ki, vəhşi təbi-
ətin ortasında bir alaçıq tikirsiniz.
Daxilinizdəki qərib yolçu alatoranlıqda evini axtaranda onu ta-
pa bilsin.
Eviniz sizin genişlənmiş bədəninizdir.
O, günəş altında böyüyür və gecənin sakitliyində uyuyur. Əlbət-
tə, onun da öz yuxuları var.
Elə bilirsiniz, eviniz yuxu görmür? Yuxularında şəhəri tərk edə-
Şə
rq ruhunun Qərb həyatı
– 178 –
rək meşəliyə, yaxud təpənin başına səyahət etmir?
Kaş ki, yığa biləydim evlərinizi ovcuma. Onda mən bir səpinçi
kimi səpələyərdim onları meşələrə, düzlərə.
Onda vadilər sizin küçələriniz, yaşıl cığırlar isə xiyabanlarınız
olardı. Siz bir-birinizi üzümlüklərin arasında axtarardınız və gələndə
paltarlarınızda torpağın qoxusunu gətirərdiniz.
Amma bunun vaxtı hələ gəlib çatmamışdır.
Əcdadlarınız qorxularından bir-birlərinə çox sıx yaxınlaşmışlar.
Bu qorxu hələ bir müddət çəkəcək. Bu qala divarları hələ bir
müddət də ocaqlarınızı çəmənlərinizdən ayıracaq.
Deyin mənə, ey Orfalesin camaatı, bu evlərdə nəyiniz var? Bağlı
qapılar arxasında qoruduğunuz nədir axı?
Orda qüdrətinizin nişanəsi olan sülh və sakitlik varmı?
Orda xatirələriniz – insan idrakının zirvələrini bir-birinə bağla-
yan sayrışan tağlar – varmı?
Orda elə bir gözəllik varmı ki, taxtadan və daşdan düzəldilmiş
əşyalardan ayırıb ürəyi müqəddəs dağa doğru yönləndirsin?
Deyin görüm, bütün bunlar evlərinizdə varmı?
Yoxsa siz ancaq rahatlığa və rahatlıq hərisliyinə maliksiniz? Bu,
gizlincə evinizə qonaq kimi daxil olur, sonra ona yiyələnir və nəhayət,
ağasına çevrilir.
Hə, o, bir heyvan təlimçisinə çevrilərək, qarmaq və qamçı ilə si-
zin ən böyük ehtiraslarınızı özünə ram edir.
Əlləri ipək kimi olsa da, onun ürəyi dəmirdəndir.
O, sizi ona görə yuxuya verir ki, çarpayınızın başında durub cis-
minizin ləyaqətini ələ sala bilsin.
O, sizin sağlam hisslərinizə rişxənd edərək onları saxsı qablar
kimi qanqallığa tullayır, mənasızlaşdırır.
Beləcə, rahatlıq həvəsi qəlbin qüdrətini məhv edərək onun dəf-
nində irişə-irişə addımlayır.
Lakin sizə – fəzanın övladlarına, yuxularında belə dincəlməyən-
lərə – nə tələyə düşmək, nə də əhliləşmək yarayar.
Lövbər yox, dor ağacı olmalıdır sizin eviniz.
Dostları ilə paylaş: |