Aida xanım İmanquliyevanın



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə55/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   51   52   53   54   55   56   57   58   ...   118

Cübran Xəlil Cübran 
 
 
 
 
– 173 –  
ölüm deməkdir. 
Həqiqətən,  öz  gündüzlərini  və  gecələrini  almağa  layiq  bilinən, 
sizdən də qalan hər şeyi almağa layiqdir. 
Həyat  okeanından  içməyə  layiq  bilinmişdir,  sizin  kiçik  arxınız-
dan öz camını doldurmağa layiqdir, əlbəttə. 
Sizdən kömək almaq cəsarətindən, inamından və hətta mərhəmə-
tindən də böyük layiqlilik varmı? 
Axı, siz kimsiniz ki, insanlar sizin qarşınızda öz ürəklərini açma-
lı, vüqarlarını ayaqlarınızın altına sərməlidirlər ki, onların çılpaq ma-
hiyyətlərinə baxıb layiqliklərini müəyyənləşdirə biləsiniz? 
Birinci özünüzə baxın, verməyə və vermə aləti olmağa layiqsiniz-
mi? 
Zira, həqiqətdə, həyata verən həyatın özüdür, siz isə, özünüzü ve-
rən sayanlar, şahiddən başqa bir şey deyilsiniz. 
Siz  alanlar  –  və  həqiqətdə  hamınız  alansınız  –  üzərinizə  minnət 
yükünü götürməyin  ki, nə özünüzün, nə də verənin boynuna boyundu-
ruq keçirməyəsiniz. 
Yaxşısı  budur,  verənlə  bir  yerdə,  onun  hədiyyəsi  ilə  qanadlanın 
göylərə. 
Zira,  öz  borcun  barədə  çox  düşünmək,  anası  məhsuldar  torpaq 
və atası Tanrı olanın ürəyinin səxavətinə şübhə etmək deməkdir”. 
 
 
Yemək və içmək 
 
Sonra  qoca  bir  karvansaraçı  dilləndi:  “Bizə  yemək-içməkdən 
danış”. 
O dedi: 
“Kaş ki, siz torpağın ətri hesabına yaşaya və bitki kimi işıqla qi-
dalana biləydiniz. 
Lakin bir halda ki, siz yeməkdən ötrü öldürməyə, susuzluğunuzu 
yatırtmaqdan ötrü körpələrin südünü oğurlamağa məcbursunuz, onda 
bunu elə edin ki, qoy, səcdəyə bənzəsin. 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 174 – 
 
Qoy,  süfrəniz  müqəddəs  qurbangah  yeri  olsun.  Burada  meşənin 
günahsız  və  təmiz  varlıqları  insanın  daxilində  yaşayan  daha  təmiz  və 
daha məsum olana qurban verilsin. 
Heyvanı öldürəndə ürəyinizdə deyin: 
“Səni öldürən qüvvə ilə mən də öldürüləcəyəm və məni də yeyə-
cəklər. 
Çünki,  səni  mənim  əlimə  təslim  edən  qanun  məni  daha  qüdrətli 
Ələ təslim edəcəkdir. 
Sənin  və  mənim  qanım  ilahi  ağacın  köklərini  qidalandıran  şirə-
dən başqa bir şey deyil.” 
Almanı dişləyəndə, ürəyinizdə ona deyin: 
“Sənin toxumların mənim bədənimdə yaşayacaq, 
Sənin sabahkı çiçəklərin mənim ürəyimdə açacaqdır. 
Sənin ətrin mənim nəfəsim olacaq, 
Keçən hər fəsilə biz birlikdə sevinəcəyik.” 
Payızda üzümlüklərinizdən üzümü şərab presi üçün yığanda ürə-
yinizdə deyin: 
“Əslində mən də üzümlüyəm və mənim də meyvələrim beləcə şə-
rab presinə yığılacaq cavan şərab kimi, məni də əbədiyyət küplərində 
gizləyəcəklər.” 
Qışda bu şərabı açanda, ürəyinizdə hər bir qədəh üçün nəğməniz 
olsun; 
Nəğmələrinizdə  ötən  payız  günlərini,  üzümlüyü  və  şərab  presini 
bir daha xatırlayın”. 
 
 
Zəhmət  
 
Sonra əkinçi dilləndi: “Bizə zəhmətdən danış”. 
O belə söylədi:  
“Siz torpaqla və torpağın qəlbi ilə bərabər olmaq üçün işləyirsi-
niz. 
Zira, bekar olmaq – fəsillərə yadlaşmaq, sonsuzluğa doğru möh-


Cübran Xəlil Cübran 
 
 
 
 
– 175 –  
təşəm və vüqarlı itaətkarlıqla yeriyən həyat axınından ayrılıb itmək de-
məkdir. 
Siz işləyəndə saatların pıçıltısını ürəyində musiqiyə çevirən neyə 
dönürsünüz. 
Ətrafdakılar səs-səsə verib oxuduğu zaman, sizlərdən kim lal və 
səssiz-səmirsiz bir qamış olmağa razı olar? 
Sizə həmişə deyiblər ki, iş – cəhənnəm əzabıdır, fiziki əmək isə – 
fəlakətdir.  
Lakin mən sizə deyirəm ki, siz işləyəndə, torpağın ən ali istəyini 
həyata keçirmiş olursunuz. 
Bu, sizin əzəli öhdəçiliyinizdir. 
Zəhmətə qatlaşmaqla siz həqiqətən həyatı sevmiş olursunuz. 
Zəhmət  dolayısı  ilə  sevmək  –  həyatın  ən  gizli  sirlərinə  varmaq 
deməkdir. 
Lakin siz ağrıya görə doğuluşu xəstəlik, bədəni çalışdırmağı isə 
alnınıza yazılmış lənət sayırsınızsa, onda mən deyirəm ki, alın yazısını 
məhz alın təri ilə yumaq mümkündür. 
Sizə deyiblər ki, həyat – zülmətdir və öz yorğunluğunuzda digər 
yorğunların dediklərini əks-səda kimi təkrarlayırsınız. 
Mən isə deyirəm ki, həyat həqiqətən də zülmətdir, 
Əgər orda heç bir cəhd yoxdursa. 
Hər hansı cəhd biliksiz kordur. 
Hər hansı bilik də zəhmətsiz mənasızdır. 
Əgər məhəbbət yoxdursa zəhmət də puçdur.  
Yalnız  məhəbbətlə  işləyəndə  siz  özünüzü  özünüzlə,  digərləri  ilə 
və Allahla bağlamış olursunuz. 
Bəs məhəbbətlə işləmək nə deməkdir? 
Bu, ürəklə əyirilən saplarla paltarı elə toxumaqdır ki, sanki onu 
sevgiliniz geyinəcəkdir. 
Bu,  evi  elə  bir  hisslə  tikməkdir  ki,  sanki  onun  içində  sevgiliniz 
yaşayacaqdır.  
Bu,  toxumları  elə  şəfqətlə  səpmək  və  məhsulu  elə  sevinclə  yığ-
maqdır ki, sanki sevgiliniz yeyəcək bu meyvələri. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə