Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə46/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   42   43   44   45   46   47   48   49   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 144 – 
 
tır. Bu get-gedə boğulan və sakit görünən səsləri siyasətin və iqtisadiy-
yatın çıxardığı səslər üstələyir və ona qarşı çıxır. Lakin onda yeni bir 
səs var ki, o da mədəniyyətdəki yeni həyatın dəlili və onun salamat ol-
masının zaminidir. Bu, mədəniyyətin ən doğru qüvvələrinin yeniləşmə-
sində birinci amildir və onda olan davamlılığın ən münasib zəmanəti-
dir. Bu yeni səs qadının səsidir. Həqiqətən də, bu gün qadın, optimist-
lərin ön sıralarındadır. Daha doğrusu o, optimistlərin anasıdır. 
Bu, Qərbin bugünkü durumudur. Şərqdə isə pessimistlər də, opti-
mistlər  də  öz  nəzəriyyələrində  və  sərf  etdikləri  siyasi  sərhədləri  keçə 
bilmirlər.  Şərqdə  yeni  və  köhnə  millətçilik  meylləri  var.  Amma  üzləri 
yeni olsa da, ruhları köhnədir. Siyasət Şərqin və şərqlilərin kabusudur. 
Siyasətin  nə  qədər  səbəbləri  çoxalsa  da,  təzahürlərinin  sayı  artsa  da, 
o, Yaponiyanı və Çini bağrına basan, Hindistan və İslam ilə oynayan, 
Ankarada və Misirdə əylənən, Məkkə və Mədinədə isə əsnəyən qara və 
çılğın Şərqin ruhudur.
 
Bu  siyasətin  arxasında  nə  durur?  Onun  əsas  məqsədi  nədir? 
Mən bu əsas məqsəddə  ancaq bir fikir görürəm – Qərbi öz evimizdən 
uzaqlaşdırmaq  və  öz  işlərimizi  lazımi  qaydada  müasir  demokratiyaya 
uyğun  görə  bilməsək  belə,  özümüzə  həvalə  etmək.  Sanki  biz  bununla 
demək istəyirik ki, bizdən və bizdə olan fəsad xaricdən gələn fəsaddan 
yaxşıdır. Öz hakimlərimizin, quldurlarımızın bizə etdiyi zülm nə qədər 
ağır olsa da, əcnəbilərin zülmündən daha yüngüldür. Bizdə olan xarab 
və  köhnə  məşəl,  Cenevrədə  hazırlanmış,  Londonda  və  ya  Parisdə  içi 
doldurulmuş təzə məşəldən yaxşıdır. Bu millətçi görüşdə müəyyən qə-
dər  haqq  var.  Ancaq  insan  təkcə  siyasətlə  və  millətçiliklə  yaşaya  bil-
məz axı. İnsan elə bir canlıdır ki, onun daxilində şeir və uzaqgörənlik 
toxumu var. Əgər o (insan) təkcə özünün və evinin ağası olsa, fikrində, 
əməlində və varlığının səmərəsində irəli gedə bilməsə və əməli özü ilə 
məhdudlaşsa,  hətta  özünə  belə  ən  doğru  olan  fayda  və  xeyri  verə  bil-
məyəcək. Duruxub qalacaq və özündə olan inkişaf prinsipini korlaya-
caq. Onda olan şeir  və  uzaqgörənlik toxumu öləcək. Fərdə xeyri dəy-
məyənin millətlərə və xalqlara heç bir xeyri dəyməz. 
Afrikada  çoxlu  qaradərili  qəbilələr  var  ki,  Allahın  neməti  sayə-
sində azaddırlar, müstəqildirlər. Ərəb ölkələrində də Əsirin zirvələrin-


Ə
min ər-Reyhani 
 
 
 
 
– 145 –  
də,  Qahtanın  Nəcran  bölgəsində  və  Adnanda  elə  insanlar  var  ki,  bu 
günün  ərəb  əmirlərinin  qurduqları  hakimiyyətləri  tanımırlar.  Onlar 
azaddırlar, müstəqildirlər. Yol kəsməkdə, karvanları soymaqda, bir-bi-
rilərinə  müharibə  elan  etməkdə  azaddırlar  və  heç  bir  quruluşa  tabe 
deyillər. Nə əcnəbi ağalıq, nə də milli ağalıq tanıyırlar. Onlara “zəkat 
verin”  deyən  yoxdur.  Heç  Millətlər  Təşkilatı  və  mandat  sənədləri  ilə 
də qorxudan yoxdur. 
Əgər fərz etsək ki, bu qəbilələrin özlərinin ehtiram bəslədiyi qu-
ruluşları  var  və  onlar  öz  azadlıqlarında  və  müstəqilliklərində  başqa 
insanlara qarşı pis davranmırlar, məsələn afrikalılar, bu o deməkdirmi 
ki, onlar həyat nərdivanındadırlar? Onların belə azadlığında və müs-
təqilliyində həyatın əsas qayəsi və ən gözəl nümunəsi görünürmü? On-
ların ürəklərində həmin gözəl ilahi toxum – şeir və uzaqgörənlik toxu-
mu yaşayırmı? 
Arzu etdiyim əməli şeirdir ki, o da gözəlliyin – bizim sübutumuz, 
sevginin – yoldaşımız və tolerantlığın – həyatın hər bir sahəsində əsas 
qayəmiz  olmasıdır.  İstədiyim  əməli  uzaqgörənlikdir  ki,  o  da  varlığın 
sirlərinin idealımız olmasıdır . Gərək onu aramaqda bizi nə həqiqi, nə 
də xəyali maneələr dayandırsın. Biz heç bir dini və ya elmi kitabı müt-
ləq şəkildə qəbul etməyə razı deyilik. Alimlər zamanın peyğəmbərləri-
dir. Daim ciddi-cəhdlə çalışırlar. Əlləri bir örtüyü qaldırmamış, fikir-
ləri ondan sonra gələn örtüyə tərəf yönəlir. Ağıl uzaqgörənliyin bələd-
çisidir,  qəlb  isə  şeirin  bələdçisidir.  İnkişaf  etməkdə  davamiyyətli  olan 
millət, bu ikisinin arasında püxtələşən və daim, hər an hər ikisinin nu-
ru ilə nurlanmaq istəyən millətdir. O, var-dövləti və sayı ən az olsa be-
lə, ən böyük millətdir 
Şərqdə  bu  gün  nə  var?  Görücülüyün  və  şeirin  beşiyi  var.  Bəs 
şeirdən  və  görücülükdən  başqa  nə  var?  Bu  gün  Şərqdə  avropalılara 
nifrət edən qəlb, saxtalaşan və sahib olduqlarından daha da üstününü 
arzu edən düşüncə var. Bu gün Şərqdə, Rabindranat Taqorun Hindis-
tanda  qurduğu  tərbiyəvi-mədəni  intibah  istisna  olmaqla,  demək  olar 
ki, yeni ideoloji, ədəbi və ya elmi hərəkat yoxdur. Şərqdə fikir, ədəbiy-
yat  və  qədim  elmin  bütün  səmərələrindən  və  keçmişdən  gələn  mənəvi 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 146 – 
 
keyfiyyətləri  ancaq  öz  məqsədləri  üçün  istifadə  edən  milli  və  siyasi 
intibahlar var. 
Dedim ki, ruzisi qılıncının ucunda və ya iş alətlərində olan, səxa-
vəti  əlində  və  ya  silahında  olan  azad,  müstəqil  ibtidai  insan  yalnız  və 
yalnız özünə xeyir verəcək və onun həqiqi mənada faydası olmayacaq. 
Bu adamda mədə, əsəb, ailəsinə qarşı bir qədər heyvani sevgi instinkti 
və ailəsini qorumaqdan başqa bir şey olmaz. Onun ailəsi bir övladı və 
ya  bir  həyat  yoldaşı  da  ola  bilər.  Bəlkə  də  qəbilə  və  ya  mədəni  bir 
xalq, ya da azad və böyük bir millət ola bilər. İnsanların bir millət ola-
raq ancaq öz işləri ilə məşğul olmaları və müharibədə və ya ticarətdə 
ancaq öz mənfəətləri üçün çalışmaları bu (heyvani) instinktin ən bariz 
təzahürüdür. 
İnsanın bu işi, onun ibtidai varlığının səmərəsidir. Marağı, həvə-
si ətraf mühitindən, ailəsindən və ya həmvətənlərindən kənara çıxmır. 
Onun  bu  həvəsində  özü  üçün  fayda  var  –  mənliyin  ilk  mayasıdır  bu. 
Orada  psixoloji  heç  bir  şey  yoxdur.  Bayaq  adını  çəkdiyim  toxuma  – 
şeir  və  görücülük  toxumuna  da  yaxınlıq  yoxdur.  Bu  adamda  hələ  ki 
ruh,  tək  və  qəyyum  olan  tanriya  və  ya  daşdan  və  ulduzdan  olan 
yüzlərlə  tanrıya  ibadət  etsə  də,  doğulmayıb.  Bu  kimi  insanlar,  hətta 
Loyd  Corc,  Puankare  və  ya  Mustafa  Kamal  kimi  adlandırılsalar  da, 
mənəvi  həyat  deyilən  şeydən  məhrumdurlar.  Ancaq  o,  öz  ailəsindən, 
qəbiləsindən və ya millətindən olmayan bir qonşusunun xeyrinə bir iş 
görsə,  onda  ruh  üzə  çıxmağa  başlayır  və  mühiti  üzərində  onu  inkişaf 
etdirərək  zirvəyə  qaldırır.  Bu,  mənim  nəzərimdə  insana  və  insanın  öz 
qardaşına dünya həyatında fayda verdiyi mənəvi həqiqətdir. Şərq ruhu 
buna baxanda hansı yerdə durur?  
Şərqdəki dinlər müxtəlif olsa da, cövhərləri eynidir. Xristianlığın 
əsası Allahı mədh etməkdir. İslamın əsası Allaha təslim olmaqdır. Hin-
duizmin əsası isə vücudu xəstə etməklə yoxluqda əriyib getməkdir. Gö-
rürük ki, xristianlıqda və hinduizmdə nəfsi öldürmək xoşbəxtliyin əsa-
sıdır. Bu psixologiya nəfsi razı salmaqda ibtidai instinktdən heç nə ilə 
fərqlənmir.  Ancaq  bir  fərq  var  ki,  burada  arzu  olunan  ruzinin  (qida-
nın) bolluğu daha davamlı və daha yaxşıdır. Bu psixologiya Allahı tə-
rif edir ki, O-na bu tərifdə şərik olsun və O-na bu fani həyatı həsr etsin 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə