Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə43/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   39   40   41   42   43   44   45   46   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 134 – 
 
 
Allah rəhimdir, Allah şəfqətlidir, 
Səhra Onun qədəmlərindən gül açır, 
O, atəşi aramla sərinlədir, 
Dağları qucaqlayır. 
Qumların ağırlığı altında inildəyən mağaralar 
Onun əllərindən axıb tökülən səxavətdən çaşıb qalıblar: – 
Yağış yağır, yağış yağır! 
 
Allah görəndir, Allah müdrikdir, 
Ona şükür deyən palma daşdan bitəcək, 
Çöllərdəki maral, 
Gildəki fidan, 
Yuvadakı quş, tufandakı qağayı 
Bəxtəvər-bəxtəvər oxuyur, salam, Allah, salam! 
Yağış yağır, yağış yağır! 
 
Allah qüdrətlidir, Allah böyükdür, 
Onun əlləri bütün şeylərə can verir 
O, müdafiələri yandırır, 
Buludları silkələyir. 
Torpağın ölümü yeni həyatla mükafatlanır: – 
Torpağın sümükləri bəxtəvərdi, xoşbəxtdi: – 
Yağış yağır, yağış yağır! 
 
 
Su və güllər 
 
Bu, güllərdir, Sevgilim, 
 
Bu, güllərdir. 
Gəl, bu gün ürəklərimizi 
 
Çiçəklərin ətrafına düzək 
Gəl, yolumuzdan azmayaq 
Uzaqdakı ilğımdan; 
 
Bu, yaşıllıqdır, yaşıllıqda 


Ə
min ər-Reyhani 
 
 
 
 
– 135 –  
 
Sevgi gizlənir. 
 
Bu, bahardır, Sevgilim, 
 
Bu, bahardır. 
Gəl, dincələk, yuva quraq 
 
Baharınca yanında; 
Gəl, yorucu axtarışı artıq kəsək, 
Şükürlərin uca dağları üçün. 
 
Bu, sudur, suda 
 
Xeyir-dua oxunur. 
 
 
Mistiklərin nəğməsi 
 
Biz sehrlərin dumanından qalxmışıq, 
Sirlərin kainatından keçmişik,  
Aşiqlərin məkanına girmişik. 
O kəslər ki, cəhətləri dan ulduzu tək hilallanıb 
O kəslər ki, bədənləri yeni ay tək incədir. 
Sanki qab içində bədəndir, 
Könül bu qabda  
Bulağın aydın səsidir, 
Dağların gül ətirli nəfəsidir. 
 
Sənin üçün gəldik 
 
Dənizdən bir qab halında; 
Sənin üçün gəldik, alçalmıştək, 
 
Ancaq rəhminlə dolmuşuq. 
Sözün xətrinə rəqs edirik 
 
Alovların üstündə, ülgücün tiyəsində 
Düşüncəmiz ölüm deyil, bizim üçün  
 
Dənizin köpüyünün işığıdır. 
 
Biz həqiqətə, biz günəşə doğmayıq, 
Bütün zənginliyin sonsuz mənbəyi, 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 136 – 
 
Biz birik 
Dünyanın tapmacaları və möcüzələrilə. 
Ancaq nə dünyanın, nə günəşin nəfəsi var 
Çox çəkmir Ölümlü məkanda 
Bizim ayaqqabının tozu bizi aldadır, biz bilirik – 
Biz uzaqlardan vəfamızı göstərməyə gəlmişik. 
Ona, bizi Vəhdət bağçasının 
Qapısında gözləyənə bizim doymaq üçün güclü istəyimizi  
 
Biz Həqiqəti çatdıracağıq 
 
 Biz sirrin pərdəsini açacağıq; 
 
Soyunmaq üçün gəlmişik, şeh kimi 
Meh kimi, tufan kimi biz gəldik, 
 
Soyunduq, tikanlıqdan, çəmənlikdən keçdik 
 
 Biz danışdıq, biz yazdıq. 
Bizim paltarlar Ağlın odunda yandı, 
Karla korun mübahisə etdiyi dünyada. 
Biz – Həqiqətik. 
 
Səmalardayıq, 
 
Sirlər kainatından göndərilmişik. 
Biz – Həqiqətik. 
 
Səmalardayıq, 
 
Biz sehrlərin dumanından qalxmışıq. 
 
II 
 
Gündüzün işığında, gecənin uzduzlarında biz 
 
görürük, 
Rəbbimizin üzünü, qoca səyyahın ayaqlarını; 
Küləyin nəfəsini, şimşəyin səsini 
 
eşidirik, 
Xanəndənin naləsini, peyğəmbərin lirik 
 
tərənnümünü 
Onlarsız, biz heyf ki, lalıq. 
Neyi, dəfi eşitsək də. 


Ə
min ər-Reyhani 
 
 
 
 
– 137 –  
Ancaq görüntü həqiqətdir, 
Allah, Allah! 
Onlar maviyə bürünüb, 
Allah, Allah! 
Şehdə-şəbnəmdə islanıb, 
Allah, Allah! 
 
Sənaiyə salam olsun, könüllərin mehtabı, 
Məqsədə aparan bələdçi, yol. 
Əttara salam olsun, müşk ətirli sözlərilə 
Nəğmə deyən quşların vəziri. 
Ərəbiyə salam olsun, Həqiqətin dilinə, 
Peyğəmbərin həqiqətdə gözünə. 
Rabiəyə salam olsun, Kainatın könlünə, 
Nəğməkarların, peyğəmbərlərin sevgilisinə; 
Allahın ayaqları altındakı parıltını 
Qarşılamaq üçün qalxan gül qönçəsinə. 
Qəzaliyə salam olsun, nur toxucusuna 
Nur üçün qanad düzəldənə. 
Həllaca salam olsun, ilahi dalğıca, 
Onun inciləri hər balıqqulağını bəzəyir, 
Onun qanı «Ənə‘l-Həqq» sözlərinin 
Daim parlaması üçün bir güvəndir. 
Bütün salamlar Cəlaləddin Rumiyə olsun. 
Hər pərdəni cırıb atan Mevlana, 
Onu küləyə verən, heç vaxt ayıq olmayan, 
Heç vaxt meyxanədə olmasa da; 
Daim – tez-tez – yalqız qalıb – 
Allahın taxtı önündə rəqs edən. 
Təbriziyə salam olsun, Nəğməkara 
Yasəmənlə, süsənlə, qaymaqçiçəyi ilə qida verən 
Onunla vaxt keçirən, könlünü dəvət eyləyən 
Öz Dəftərinə bir kəlmə də yazmayan. 
Fəridə salam olsun, yaralı aşiq, 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə