Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə40/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   36   37   38   39   40   41   42   43   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 124 – 
 
 
 
 
“Ağ yol və səhra”  
kitabından
 
 
 
Yaxın Şərq qadını 
 
Nyu-York, 1930 
 
Bu  gün  Yaxın  Şərqin  qadını  hərəmxana  qapalılığından  çıxaraq 
məktəbə, açıq forumlara, rəqs meydançalarına, hətta biznes dünyasına 
belə  qatılmaqdadır.  Sosial  və  intellektual  həyatdakı  dəyişikliklər  hər 
yerdə müşahidə olunur. Türkiyədən Ərəbistana, Misirdən Əfqanıstana 
qədər. Bu Avropa, Qərb üçün də təsirsiz deyildir. Bu gün şərq qadınla-
rı  Avropadakı  qurultayların  işində  iştirak  edir,  Qərb  qadınları  Şərqi 
gəzərək  şüar  və  çağırışlarını  yayırlar  və  hər  iki  məkanda  onlar  bir 
araya  gələrək  öz  fikirlərini  və  qayğılarını  bölüşürlər.  Qadının  əsrlər 
boyu  kişilər  tərəfindən  formalaşdırılan  və  saxlanılan  statusu  dəyişdi-
rilməlidir. 
Lakin Yaxın  Şərqdə  bu  dəyişikliklərin  sürəti  necədir?  Türkiyədə 
Qərb sürəti, Misirdə davamlı uğurlar, Suriyada qətiyyətli polemikalar, 
Ərəbistanda,  İranda  və  Əfqanıstanda  ənənəvi  ehtiyatlılıq  müasirlik 
ambisiyaları ilə çulğalaşmışdır. Hər yerdə ənənəvi olanla qeyri-ənənə-
vi qol-qola addımlamaqdadır. 
Keçən  ilin  iyununda  Dəməşqdə  baş  tutan  Qadın  Kongresində 
adını çəkdiyim bütün ölkələrdən nümayəndələr vardı. Və natiqlərin is-
tifadə etdiyi dillərin heç də hamısı Asiya dillərinə aid deyildi. Avropa 
beynəlxalq  qadın  təşkilatının  təmsilçisi  fransız  dilində  danışdı;  İranın 
nümayəndəsi öz nitqini ingiliscə söylədi, türk nümayəndəliyinin başçısı 
isə Dəməşqdəki parlaq çıxışını səlis ərəb dilində etdi. Buradan belə bir 
nəticəyə gələ bilərik ki, dilin seçimi müzakirə olunan məsələnin həyati 


Ə
min ər-Reyhani 
 
 
 
 
– 125 –  
əhəmiyyətindən asılıdır; ərəb dilinin vasitəsi ilə və bu gün bu mədəniy-
yətlərdə əhəmiyyət kəsb  etməyə başlayan ingilis, fransız dillərinin kö-
məyi ilə qadın hərəkatının başlıca ideyaları bütün Yaxın Şərqə yayıla-
caqdır. 
Bu ideyalar, Konqresin Prezidentinin söylədiyi kimi, üçdür: mo-
noqamiya, qızın öz ərini seçmək hüququ və əsarətin ləğvi. Bu isə o de-
məkdir ki, poliqamiya, çadra və hərəmxanalar keçmişdə qalmalıdır. 
Bunlar  artıq  Türkiyədə  keçmişə  qovuşmuşlar.  Qadın  hərəkatı 
Şərqin ən modern ölkəsində artıq özünün inkişafının birinci mərhələsi-
ni  arxada  qoymuşdur.  Bu  proses  Sultan  Əbdül  Həmid  dövrünün  so-
nunda başladı və ağır-ağır Mustafa Kamalın adı ilə möhürlənmiş nöq-
təyə doğru inkişaf etdi. Bu andan etibarən ölkə sürətlə müasir iqtisadi 
və  sosial  eksperimentlər  silsiləsini  keçdi.  Dəyişən  həyatın  sürəti  idi, 
ruhu yox. 1912-ci ildə mən Konstantinopolun küçələrindən birində bir 
qadının  kütlə  içində  qızğın  çıxışının  şahidi  oldum.  Bu,  çadrasını  atan 
ilk qadın idi. Çıxışının sonunda o, çadrasını azadlıq bayrağı kimi yel-
ləməyə başladı. Bir çox qadınlar onun nümunəsinə uydular və tezliklə 
bu, adi bir hala çevrildi. 
Demək olmaz ki, Mustafa Kamal türk qadınının azadlığının mü-
əllifidir.  O,  bu  hərəkatın  rəsmi  müdafiəçisi  və  aparıcısıdır.  Onun  bu 
prosesdəki rolu və əziyyətini müəyyənləşdirmək çətin deyil. Konstanti-
nopoldakı (indiki İstanbul) qızlar üçün amerikan məktəbi hələ də müa-
sir təhsilin başlıca agentlərindəndir; Pyer Lotinin “Məyus”undan dik-
tatorun  azadlığına  qədər  uzanan  yol  Avropa  eksperimentlərinin  işıq-
ları və kölgələri ilə sınanmışdır. 
Lakin istək hələ hər şey demək deyildir. Hərəmxanaların letargik 
xanımları təkcə məktəbə  getməli deyillər, onlar həm də işləməlidirlər. 
Az  ya  çox  dərəcədə  onlar  öz  talelərinin  sahibələrinə  çevrilməlidirlər. 
Pul qazanmalı, özünə ər tapmalı, evlə bağlı qayğılarını həll etməlidir-
lər. Azadlığı baş ağrısız əldə etmək olmur. 
Müasir  türk  qızına  azadlığının  ilk  mərhələsində  bu  hisslər  necə 
də  tanışdır.  O  hələ  öz  sübhünün  şəfəqlərinə  bürünmüşdür;  diktatorun 
iradəsi  ilə  ürəklənmiş  və  çıxan  qərarlarla  həvəslənmişdir,  o  başılovlu 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 126 – 
 
irəliyə  atılır.  Respublikanın  jurnalistləri  onun  peyğəmbərləridir.  Mol-
laların  ehkamları  təbliğatçıların  ehkamları  ilə  əvəz  olunmuşdur.  Bu 
yolda onu əyləndirmək üçün oyun meydançaları da nəzərdə tutulmuş-
dur.  Ruhunu  yüksəkdə  saxlamaq  üçün  rəqs  meydançaları  və  gözəllik 
yarışları mövcuddur. Bundan başqa, şərab içə-içə, siqaretini ağır-ağır 
tüstülədərək  kişi  dünyasını  müşahidə  etməyə  və  ya  kişi  dünyasından 
müşahidə  olunmağa  imkan  verən  kafelər  də  vardır.  Hələ  parikmaxer-
lər! Dünən görünməyən  zülflər barədə ancaq şeirlərdən oxuya bildik-
ləri halda, bu gün onları qulac-qulac kəsərək zibil yeşiklərinə tapşırır-
lar. Roman üçün əla materialdır. 
Dünən  hərəmxana  hücrəsində  Pyer  Lotini  oxuyan  qız  bu  gün 
Taksim parkının skamyasında Bernard Şounu və Bertran Rasseli müta-
liə edir. Zəhər hansıdır, dərman hansı? Cəsarətlə deyə bilərəm ki, bir 
ağıllı adam bu gün bu suala cavab vermək iqtidarında deyil. Bizi ifrat 
romantizmə  həvəsləndirən  müasir  peyğəmbərlər  eyni  müvəffəqiyyətlə 
bizi acınacaqlı keçmişə də sürükləyə bilərlər.  
Hər bir halda bu gün üzünü və ağlını niqabdan azad etmiş türk 
qadını  Avropa  geyimində  gözəllik  müsabiqəsi  münsifinin  qarşısında 
durmaqdan çəkinmir. Türk dərgisinin redaktoru isə teatr administrato-
runun soyuqqanlılığı ilə bu qızın şəkillərini öz səhifələrində yerləşdirir 
ki, onun oxucuları da öz seçimlərini etmək imkanı qazansınlar. Qul ba-
zarından  gözəllik  yarışmasına!  Hər  halda  yenilik  də  adlandırmaq  ol-
maz bunu. Lakin ən azı bu, kişi mentallığında bir inkişafdır. Bir az əv-
vəl at sürüsünü nəzərdən keçirən təki qulları tədqiq edən türk kişisi bu 
gün  yarı-çılpaq  gözəllikdən  kifayət  qədər  uzaqlıqda  durmalı,  gözünü 
və ağlını qəzetdə, yaxud ekranda gördüklərinə tapşıraraq elə bununla 
da kifayətlənməlidir. Lakin bu gün Türkiyədə daha ciddi məzmunlu ya-
rışlar da keçirilir və hətta çap maşınının arxasında olan türk qızı belə 
öz amerikalı bacılarına çatmağa can atır. 
Lakin  digər  tərəfdən  bu  qızın  Yaxın  Şərqin  digər  hissələrindəki 
müsəlman bacıları heç də onun bu sürətilə ayaqlaşmırlar. Onlar üçün 
bu,  mümkünsüzdür,  necə  ki,  Mustafa  Kamal  Əfqanıstanın  mollaları 
üçün əlçatmaz şəxsiyyətdir. Faktiki olaraq özünün ultra inqilabi ruhu-
na  görə  Türkiyədəki  qadın  hərəkatı  Türkiyə  sərhədlərindən  kənarda 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə