Aida xanım İmanquliyevanın



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə47/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   43   44   45   46   47   48   49   50   ...   118

Ə
min ər-Reyhani 
 
 
 
 
– 147 –  
ki, sonsuz həyatı O-ndan alsın. Bu, asketizmə, zahidliyə, hissiyyatsızlı-
ğa və daşürəkliliyə aparır. 
İslamda isə asketizm  yoxdur. Ancaq müsəlmanlarda zərəri bun-
dan  az  olmayan  Allaha  təslimiyyət,  təvəkkül  və  qəza-qədərə  bağlılıq 
var. Sanki Allah insanı azad yaratmayıb və ona səy göstərməyi əmr et-
məyib.  “Biz  Allaha  aidik  və  O-na  da  geri  dönəcəyik”,  “Allaha  bağlı 
olmayan heç bir güc, qüdrət yoxdur”. Bunlar gözəldir. Amma bundan 
da gözəli özümüzə etibar etməyimiz və Allahın nəzərində ucalmağımız-
dır. 
Halbuki,  təslimiyyət  prinsipini  asketizmlə  müqayisə  etsək,  görə-
rik ki, o, bəşəri qəlbə daha yaxındır və bəşəriyyət haqqında müsbət fi-
kir  oyadır.  Müsəlman  həyatdan  qaçmır  və  ona  xor  baxmır.  Əksinə,  o 
həyatdan  daha  çox  şey  istəyir.  Hətta  o,  həyatı  yerdə  yox,  Cənnətdəki 
parlaq bir nümunə kimi qəbul edib. 
Lakin  o,  “işi  Allaha  həvalə  etmə”yin  sayəsində  tənbəl  bir  təqa-
üdçüyə çevrilib. Ayağa dur, qardaşım! İşləri özünə həvalə et ! Onunla 
hesablaş, onu səylə çalışdır, onu çətin və xoş anlar üçün hazırla. 
Əgər siz O-nu düzgün olmayan şəkildə tərif etməkdən əl çəksəniz 
və Allahdan qorxmaqda sevgi və mülayimlik yolunu tutanların tərəfinə 
üz tutsanız, mən sizə Allah Təalanın razılığını qazanacağınıza zəmanət 
verirəm. Allah üçün ən sevimli insanlar öz ailələrinə ən çox faydası to-
xunanlardır. Həmçinin sizə zəmanət verirəm ki, onu tərifləsəniz, mədh 
etsəniz  və  bəşəriyyət  uğrunda  faydalı  işlər  görənləri  tərif  etsəniz,  O-
nun özünün razılığını qazanacaqsınız. Çünki O-nun təriflənməyə  ehti-
yacı yoxdur. O kəsləri tərifləyin ki, onlar insanın elmini və gücünü ar-
tıran kəşflər, ixtiralar zamanı həlak olmuşlar. Daim gözəllik, sevgi və 
tolerantlıq  uğrunda  çalışan  şeir  və  uzaqgörənlik  rəhbərlərini  təriflə-
yin. 
Məndə  bir  kitab  var.  Onu  oxuyan  hər  bir  kəs,  elə  ilk  səhifəsini 
oxuyub başa düşə biləcək ki, o, Sübh (fəcr) kitabıdır. Kitabın Fatihəsi 
(açılışı),  bütün  dünyaya  doğan  və  orada  olan  dağları,  düzənlikləri, 
mağaraları, çəmənlikləri, səhraları işıqlandıran günəşdir. Arının üzə-
rinə doğan bu günəş, çöl boranısının da üzərinə doğur. Əməlisaleh in-


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 148 – 
 
sana  tərəf  öz  şüalarını  saçdığı  kimi,  günahkara  da  saçır.  Bu  günəşin 
şüalarının istisi cahilin və kasıbın qəlbini isitdiyi kimi, istedadlının və 
varlının da qəlbini isidir. 
Kitabıma  –  Sübh  kitabıma  tərəf  gözümü  qaldırıb  baxıram  və 
onun  ilk  səhifəsində  qızıl  hərflərlə  yazımış  cümlələri  oxuyuram  :  Din 
Allahın dinidir. O, bütün insanlar üçün olan həmin bu günəş kimidir – 
istəyən qəbul edir, istəyən də imtina edir. Görən üçün də, kor üçün də 
bərabərdir. Din, bütün məxluqata fayda verən günəş kimidir. Onun öz 
Yaradanı üçün heç bir faydası toxuna bilməz. Çünki O, hər bir fayda-
nın, xeyrin mənbəyidir. Din Allahın dinidir. O (din), Qərbin böyük gü-
nahlarında,  Şərqin  məbədlərində,  ekvatorun  yandırıcı  istisində  və 
qütblərin şaxtalı ərazilərində olan hər bir insanın qəlbinə öz şüalarını 
saçan günəşdir. 
Mən hər gün səhər-səhər bu kitabın Fatihəsini (açılışını) oxuyu-
ram  və  o  məni  sübhün  və  günəşin  doğması  məqamına  qaldırır.  Parti-
yaların,  məzhəblərin  fövqünə,  insana  aid  bütün  dinlərdən,  millətçilik-
lərdən uzağa – sevgi və hər yanı əhatə edən, təbəssümlü və kölgəli gö-
zəllik dininə tərəf qaldırır. 
 
 


 
 
Cübran Xəlil Cübran 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
                                                           
1883-1931
 
 
 
Cübran  hansı  məsələdən  danışırsa-danışsın,  o, 
həmişə  mütəfəkkir,  böyük  sənətkar,  söz  ustası  və  öz 
xalqını, bütün bəşəriyyəti hədsiz dərəcədə sevən bir in-
san olaraq qalır. 
 
Aida İmanquliyeva
  


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 150 – 
 
 
 
 
 
 
 
Cübran  
və Azərbaycan ədəbi-fəlsəfi fikri 
 
Böyük şair – bizim sükutumuzu 
 ifadə edə bilən şairdir 
C.X.Cübran 
 
C.X.Cübran  Azərbaycan  oxucusunun  təsəvvürünə  professor  Ai-
da  İmanquliyevanın  təqdimat  prizmasından  həkk  olunmuşdur.  Aida 
xanım  Cübranı  elə  sevdirə  bilmişdir  ki,  o,  bu  gün  də  xatirəmizdə  öz 
doğma mütəfəkkirlərimizdən biri kimi qalmaqdadır. Əslində bir az ge-
niş  miqyasda  baxdıqda  C.Cübran  Şərqi  təmsil  etməklə  məhz  bizim 
dünyamıza aiddir. Onun yaradıcılığı da ilk növbədə Şərq ruhunu və nə 
qədər  təəccüblü  olsa  da,  məhz  İslam  Şərqini  təmsil  edir.  Özü  xristian 
ailəsində  dünyaya  göz  açsa  da,  onun  idealı  və  səcdəgahı  müsəlman 
peyğəmbəridir.  «Peyğəmbər»  əsərinin  qəhrəmanı  kimi  əl-Mustafa 
(Məhəmməd peyğəmbərin təxəllüslərindən biri) obrazının seçilməsi də 
təsadüfi deyildir.  
Şərq ruhunu Qəbdə ən yüksək səviyyədə ifadə edən, klassik Şər-
qin  əzəmətini  və  ecazkarlığını  yeni  dövrün  ifadə  vasitələri  ilə  ameri-
kanların öz dilində onlara təqdim edən böyük ərəb mütəfəkkiri Cübran 
Xəlil Cübran bu gün də qəlbləri riqqətə gətirir. Öz sözünü ən çox şeir 
dilində,  poeziya  ilə  çatdıran  Şərq,  Hegelin  də  vurğuladığı  kimi,  epik 
düşüncə vərdişlərinə çox az yiyələnmişdir ki, bu da bir çox mətləblərin 
çağdaş Qərb adamının başa düşəcəyi şəkildə çatdırılmasına mane olur. 
Əlbəttə,  C.Cübranın  nəsri  də  şairanədir.  O,  Amerikada  yaşasa  da, 
məhz Şərq ruhunu təcəssüm etdirir. Amma bu işi elə yüksək səviyyədə 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə