Akademik Yazi Üzr? B?l?dçi


Assosiasiyalar, korporasiyalar, hökumət agentlikləri və s. tərəfindən yazılan işlər



Yüklə 261,41 Kb.
səhifə39/46
tarix11.12.2023
ölçüsü261,41 Kb.
#146184
növüYazı
1   ...   35   36   37   38   39   40   41   42   ...   46
Akademik yaz cvbli

Assosiasiyalar, korporasiyalar, hökumət agentlikləri və s. tərəfindən yazılan işlər


Müəllif olaraq, tədqiqat yazıları yazmış qrupların adları (korporativ müəlliflər) bir qayda olaraq, hər dəfə mətndə onlara istinad edilərkən yazılır.


(Neft-Kimya Prosesləri İnstitutu [NKPİ], 1992)


Lazım gəldikdə, bəzi korporativ müəlliflərin adlarını ilk istinadda və abreviatura şəklində bütün növbəti istinadlarda verilir. Belə bir abreviaturadan istifadə etməyin ümumi qaydası mətndəki istinada o qədər yetərli məlumat daxil etməkdir ki, oxucu İstinadlar siyahısında heç bir çətinlik çəkmədən həmin məlumatln mənbəyini sezə bilsin.


(NKPİ, 1992)




Müəllifsiz yazılar


Yazının müəllifi olmadıqda, mətn istinadınız olaraq, hər bir sözün ilk hərfini böyük hərflə yazmaqla, yazının başlığındakı iki və ya üç sözdən istifadə edin. Əgər başlıq məqaləyə, kitabın fəslinə və yaxud internet səhifəsinə istinad edirsə, başlığı dırnaq işarələri içində yazın. Əgər başlıq kitaba, broşüraya, jurnala və yaxud hesabata istinad edirsə, başlığı əyri xətlərlə yazın.


iqlim dəyişikliyi üzrə ("İqlim və Hava," 1997)




Kənd Təsərrüfatı Meteoroloji Təcrübələri üzrə Bələdçi (1981)

Anonim müəlliflər anonim yazılıb, vergül və tarix qoymaqla, verilməlidir. iqlim dəyişikliyi üzrə (Anonim, 2008)


Mənbənin konrekt hissələri


Mənbənin konkret, xüsusi bir hissəsinə istinad etmək üçün (bu, sitatlar üçün hər zaman vacibdir), mətndaxili sitatda səhifəni, fəsli, və s. (müvafiq abreviaturalarla) daxil edin.


(Stigter & Das, 1981, səh. 96)


Kərimli (2001) nitq fəaliyyətinin ünsiyyət vasitəsi kimi təhlilində göstərir ki…


(səh. 218).

Əgər səhifə nömrələri elektron mənbələrə daxil edilməmişsə (məsələn, elektron elmi jurnallar), "para." abreviaturasından sonra paraqraf nömrəsini qoyun.


(Mönnich & Spiering, 2008, para. 9)





Yüklə 261,41 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə