Akademik Yazi Üzr? B?l?dçi



Yüklə 261,41 Kb.
səhifə40/46
tarix11.12.2023
ölçüsü261,41 Kb.
#146184
növüYazı
1   ...   36   37   38   39   40   41   42   43   ...   46
Akademik yaz cvbli

İstinad Siyahısı


Tədqiqat yazısının mətnindəki istinadlar İstinad siyahısında və yaxud biblioqrafiyada yer almalıdır. Bu siyahı hər bir mənbəni tanımaq və məlumatı götürmək barədə məlumat verir.





  • Ardıcıllıq: Daxil edilənlər müəllifin soyadlarına uyğun olaraq, əlifba sırası ilə verilməlidir. Müəllifi olmayan mənbələr başlığa müvafiq şəkildə eyni siyahı daxilində əlifba sırası ilə düzülür.

  • Müəlliflər: Konkret bir yazının bütün müəlliflərində isə, onların soyadını və inisiallarını yazın. Tək bir dissertasiyanin çoxlu sayda müəlliflərini sadalayarkən, "və" sözünün yerinə, (&) -dan istifadə edin. Smis, C. D., & Cons, M.

  • Başlıqlar: Başlığın və ya yarımbaşlığın ilk sözünün ilk hərfini və başlığın bir hissəsi olan bütün xüsusi adları böyük hərflə yazın.

  • Səhifələmə: Cild nömrəsini verməyən jurnal məqalələrinin səhifələrini göstərmək üçün səh. abreviaturasından istifadə edin. Bu abreviaturadan ensiklopediya məqalələri və redaktə edilmiş kitab fəsillərini göstərmək üçün də istifadə edilir.

  • Abzas qoyma: İlk sətrdə sol tərəfdən boşluq qoyulur və bütün növbəti sətirlərə interval (5 –dən 7 dək) əlavə edilir.

  • Altından xətt çəkmə və əyri xətlə yazma: Kitab və elmi jurnal adlarında başlığın altından xətt çəkməkdənsə, adı, başlığı əyri xətlə yazmaq daha münasibdir.

Elektron çıxışı olan işlər üçün iki əlavə məlumat daxil edilməlidir.





  • İnternet ünvanı: Sabit internet ünvanı daxil edilməli və oxucu dissertasiyaya mümkün qədər yaxın yönəldilməlidir. Əgər dissertasiyada rəqəmsal obyekt müəyyənləşdiricisi (tərcümə - ROM, ingiliscə - DOI) varsa, bundan istifadə edin. Rəqəmsal obyekt müəyyənləşdiricisinin əhəmiyyəti ondan ibarətdir ki, əgər yazının internet ünvanı dəyişərsə, bu müəyyənləşdirici sayəsində istifadəçilər yeni ünvana yönləndiriləcəklər. Əgər işin rəqəmsal obyekt müəyyənləşdiricisi yoxdursa, o zaman sabit URL-dən istifadə edin. Əgər

URL sabit deyilsə, qəzet və bir sıra abunə əsaslı bazalarda olduğu kimi, işi götürdüyünüz saytın səhifəsini qeyd edin.

  • Tarix: Elmi jurnal məqaləsində olduğu kimi, əgər dissertasiya nəşr edilmiş və tarixi qoyulmuş bitmiş bir işdirsə, istinadın əsas hissəsində tarix kifayətdir. Lakin əgər işin tarixi yoxdursa və onda dəyişikliklər edilə bilərsə, məs., elektron çıxışlı - onlayn ensiklopediya məqaləsində olduğu kimi, məlumatı aldığınız tarixi daxil edin.



Nümunələr:



Yüklə 261,41 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə