Akademik Yazi Üzr? B?l?dçi


Azərbaycanca yazı an e mi i ərə istinadlar



Yüklə 407,02 Kb.
səhifə35/47
tarix28.11.2023
ölçüsü407,02 Kb.
#138579
növüXülasə
1   ...   31   32   33   34   35   36   37   38   ...   47
C fakepathAkademik yazi muh. Alava vasaitlar

Azərbaycanca yazı an e mi i ərə istinadlar


Azərbaycanca yazılan elmi işlərə istinadlara gəldikdə isə, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasətinin hazırladığı dissertasiyaların tərtibi qaydalarına aşağıdakılar aiddir:


Dissertasiyanın mətnində istinad olunmuş mənbələr ədəbiyyat siyahısında əlifba sırası ilə yazılmalı və nömrələnməlidir. İstinad olunmuş mənbənin ədəbiyyat siyahısındakı nömrəsi mətndəki istinaddan sonra kvadrat və ya adi mötərizədə göstərilir. Məsələn: [115] və ya (115).


Dissertasiyanın mətnində böyük həcmli kitab(lar)ın müxtəlif səhifələrinə bir neçə dəfə istinad olunduğu halda ədəbiyyat siyahısında bu mənbə yalnız bir dəfə göstərilir, lakin mətndəki istinaddan sonra əsərin siyahıdakı nömrəsi, cild (çoxcildli əsərlər üçün) və müvafiq səhifə(lər) göstərilir. Məsələn: [39, 250-252], [153, s. 2,106] və mətnin digər bir yerində [39,156], [153, c.1,86-91] və s.


Eyni zamanda qeyd edilir ki, mətnin altında sətiraltı istinadlar məqsədəuyğun deyil.




Müəllif Fikirlərindən Sitat Gətirmə


Dissertasiyaya istinad edilərkən, əvvəlcə müəllifin soyadı, inisialları, dissertasiyanın adı verilir, iki nöqtədən sonra isə iddia olunan alimlik dərəcəsi, şəhər, nəşr ili və həcmi göstərilir. Məsələn: Süleymanov S.Y. Xlorofil-zülal kompleksləri, xloroplastların tilakoid membranında onların struktur-molekulyar təşkili və formalaşmasının tənzimlənməsi: Biol.elm.dok. ... dis. Bakı, 2003, 2002.s.


Павличкова Г.Л. Индивидуализация педагогической помощи на основе учета акцентуация педагогической помощи на основе учета акцентуаций характеров: Дис. … канд.пед.-наук. Владимир, 1992, 141 с. Dissertasiyanın abstraktına da eyni qaydalarla istinad edilir, yalnız “abstrakt” sözü əlavə edilir. Məsələn: Feyziyev F.G. İkixanalı sistemlərdə diskret proseslərin kvadratik optimallaşdırılması (üsullar, alqoritmlər, proqramlar): Fiz.-riyaz. elm. dok. ... dis.


avtoref. Bakı, 2003, 41 s.

Влегжанин А.Н. Международно-правовые основы природоресурсной деятельности государств в Мировом океане: Автореф. дис. … док. Юр. Наук. Дип. Академия МИД РФ, М., 2002, 39 с.


Qəzet materiallarına istinad edildikdə, müəllifin soyadı və inisialları, sonra mənbənin adı, qəzetin adı, nəşr olunduğu şəhər, il, gün, ay və ya nömrə göstərlir. Məsələn: Məmmədov M.A. Faciə janrının tədqiqi. “Ədəbiyyat və incəsənət” qəz., Bakı, 1966, 14 may.


Зотов Г.Б. Тибетские тайны Гитлера. Газ. «Аргументы и факты», 2004, июнь,


№ 24. 10.4.6. Arxiv materiallarına aşağıdakı kimi istinad edilir: Azərbaycan Respublikası MDTA: f. 44, siy.2, iş 26, vv. 3-5ЦГИА Российской Федерации: Ф. 19, оп. 3, д. 101, л. 1

İstifadə olunmuş ədəbiyyat siyahısında son 5-10 ilin ədəbiyyatına üstünlük verilməlidir. İstinad olunan mənbələrin biblioqrafik təsviri onun növündən asılı olaraq verilməlidir. Siyahıya daxil olan mənbələr aşağıdakı kimi göstərilir:


Kitabların (monoqrafiya, dərsliklər və s. ) biblioqrafik təsviri müəllifin və ya kitabın adı ilə tərtib edilir, müəlliflər dörd nəfərədək olduqda müəllifin və ya müəlliflərin soyadı və ya inisialları verilir.


Müəllifi göstərilməyən və dörddən artıq müəllifli kitablar (kollektiv monoqrafiya və dərsliklər) kitabın adı ilə verilir.



Yüklə 407,02 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə