Akademik Yazi Üzr? B?l?dçi



Yüklə 407,02 Kb.
səhifə23/47
tarix28.11.2023
ölçüsü407,02 Kb.
#138579
növüXülasə
1   ...   19   20   21   22   23   24   25   26   ...   47
C fakepathAkademik yazi muh. Alava vasaitlar

Nümunə Gətirmə


Məsələn Nümunə olaraq Örnək olaraq Misal üçün Bu, ... şəkildə açıqlana bilər.
Qeyd: Daha geniş misallar üçün Əlavə 2-yə nəzər sala bilərsiniz.



  1. Müəllifin nə demək istədiyini açıqlaya və incəliklərə vara bilərsinizmi?




  1. Ya da müəllifin dediyini sadələşdirə və qısalda bilərsinizmi?




  1. Müəllifin ideyasını öz fikirlərinizlə deyərkən, ideyanın faydasına əsaslanaraq, mühakimə yürütməyə çalışın. Misal üçün, Rəsulzadənin (1992) … haqqında təhlili xarici faktorları nəzərə aldığı üçün faydalıdır.




  1. Bir cümlədə bir neçə müəllifin ideyalarını yekunlaşdıra bilərsinizmi? Məsələn, Məcidzadənin (1995), Bayramlı (1999) və Həsənlinin ( 2003) ideyalarına əsasən, belə fikrə gəlmək olar ki ... Eyni zamanda, müxtəlif araşdırmalardan tapıntılar barədə xülasə yazarkən, eyni struktur burada da tətbiq edilə bilər. Nümunə: Məcidzadə (1995), Bayramlı (1999) və Həsənlinin (1999) tapıntılarına əsasən, belə bir nəticəyə gəlmək olar ki ...

Müəllifin ideyalarını öz sözlərinizlə ifadə etmək mərhələləri





  1. Öz sözlərinizlə demək istədiyiniz hissəni köçürün. Müəllifin ideyasının əsas məqamlarının altından xətt çəkin.

  2. Bəzi aparıcı fikirlər, anlayışlar və frazalardan siyahı hazırlayın. Onların hər biri üçün sinonimlər və ya alternativ frazalar tapmağa çalışın.

  3. Müəllifin əsas fikir(lər)ini öz sözlərinizlə deyin.

  4. Sözlərinizi daha da sadələşdirə bilərsinizmi?



Müəllif Fikirlərindən Sitat Gətirmə


Akademik yazınızda başqasının sözlərini parafraz etmək və ya yekunlaşdırmaqdan savayı, siz sitatlar gətirməklə də, başqa müəllifin ideyalarını öz akademik yazınıza daxil edə bilərsiniz. Sitat bir başqasının yazdığı və ya söylədiyi sözlərin sözbəsöz dəqiq köçürülməsidir. Sitat dırnaq işarələri “ ” içərisində yazılır. Başqa müəllifin soyadını və yazının nəşr ilini göstərməklə yanaşı, həm də sitatın yerləşdiyi səhifəni də qeyd etmək lazımdır.


Nümunə

“Kompüter oyunlarından istifadə çox güman ki, uşaqların media təcrübələrinin bir hissəsi kimi qalacaq və eyni zamanda, yeni texnoloji yeniliklərlə əlaqədar olaraq, onlardan (kompüter oyunlarından) istifadə dərəcəsi xeyli arta da bilər.”

Durkin, K. (1995). Kompüter oyunlarının gənc insanlara təsiri: İcmal. Sidney, NSW: Film and Ədəbiyyat Təsnifatı Ofisi, səh. 70.


Müəlliflərdən sitat gətirmə Cümlənin ortasında

Müəllifdən dərhal sonra, il və səhifə nömrəsi mötərizədə verilir.




Cümlə formasına uyğun olmaq üçün kompüter sözündəki böyük “K” hərfi kiçik “k” hərfi ilə əvəzlənir.




Durkin (1995, səh. 70) vurğulayır ki, “kompüter oyunlarından istifadə çox güman ki, uşaqların media təcrübələrinin bir hissəsi kimi qalacaq və eyni zamanda, yeni texnoloji yeniliklərlə əlaqədar olaraq, ondan istifadə dərəcəsi xeyli arta da bilər.”
Mötərizədə


Böyük “K” hərfi olduğu kimi saxlanılmışdır, çünki cümlə həmin sözlə başlayır.


“Kompüter oyunlarından istifadə çox güman ki, uşaqların media təcrübələrinin bir hissəsi kimi qalacaq və eyni zamanda, yeni texnoloji yeniliklərlə əlaqədar olaraq, ondan istifadə dərəcəsi xeyli arta da bilər” (Durkin, 1995, səh. 70).

Yüklə 407,02 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə