Akademik Yazi Üzr? B?l?dçi


Yazınızda Sitatlardan İstifadə Etmək



Yüklə 407,02 Kb.
səhifə25/47
tarix28.11.2023
ölçüsü407,02 Kb.
#138579
növüXülasə
1   ...   21   22   23   24   25   26   27   28   ...   47
C fakepathAkademik yazi muh. Alava vasaitlar

Yazınızda Sitatlardan İstifadə Etmək


İstənilən bir sitatdan yazdığınız mətndə istifadə etmək lazım gəlir. Sitat heç vaxt tək işlənmir. Elmi yazı işinizə başlayarkən sitatdan istifadə etmək məqbuldur. Bu da ondan irəli gəlir ki, sitat tədqiqat sahəsində tanınmış bir müəllifdən gətirilə və ya sitat problemi çox aydın və təsirli formada təqdim edilə bilər. Bununla belə, bütün digər hallarda sitatın yazınızla əlaqədar olduğunu göstərməlisiniz. Yəni ki, sitatın sizin irəli sürmək istədiyiniz fikri dəstəkləyib-dəstəkləmədiyi və ya yazınızda söylədiyiniz məsələlərlə uyğunluğunu qərarlaşdırmağınız vacibdir.




Elmin əsas xüsusiyyətlərindən biri biliyi aydın müşahidə edilə biləcək hadisələr vasitəsilə əks etdirmək metodudur. Vaughan və Hogg-a görə (1995, p. 2), “sosial
psixoloqlar davranışı öyrənir, çünki bu, müşahidə edilə biləcək davranışdır.” Bu, psixologiyanin incəsənətdən fərqli olaraq, bir elm olduğu iddiasını gücləndirir, çünki elmi metod biliyi müşahidə edilə bilən məlumatlardan qurur.


İnformasiya əsri mühüm texnoloji gücdür. “Belə bir ... dəyişiklik dünya sənayeləri və onlarda işləyən insanlara fundamental, müntəzəm təsir göstərməyə bilməz” (Davidov & Malon, 1992, səh. 2). Burada təklif olunur ki, əgər bizneslər bu texnoloji dəyişikliyin təsirini tanıya bilməzlərsə, onlar digərləri ilə ayaqlaşa bilməzlər. Nəticə etibarilə, bu, bizneslərin informasiya əsrindən istifadə etməli olmaları yanaşmasını dəstəkləməsi anlamına gəlir.

Digər hallarda isə, siz sitatdan mübahisə və ya debatın müəyyən hissələrini işıqlandırmaq üçün istifadə edə bilərsiniz.


Siz təzadlı yanaşmaları irəli sürdükdə və sonra onlarla razılaşmazkən və ya onları təkzib edərkən, sitatlardan istifadə etməniz yazınızı oxucu üçün daha inandırıcı və güclü edə bilər. Bunun mənası odur ki, siz yalnız fikirlərinizi dəstəkləyən mövqeləri verməmişsiniz, siz həm də təkzibedici yanaşmalarınızı irəli sürmüsünüz, sonra daha yaxşı və daha güclü faktlar gətirməklə, onları mübahisəyə açıq hala gətirmisiniz. Nəticədə, bu, ona dəlalət edir ki, siz geniş şəkildə araşdırma aparmışsınız. Ən önəmlisi isə budur ki, siz müxtəlif və təzadlı yanaşmaları birləşdirə bilmisiniz.




Sitatgətirmə qaydaları barədə məlumat üçün APA sitatgətirmə formasına baxa bilərsiniz – (Əlavə 3)

Yüklə 407,02 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə