Akademik Yazi Üzr? B?l?dçi


Effektiv sitatgətirməklə bağ ı məsləhətlər



Yüklə 407,02 Kb.
səhifə24/47
tarix28.11.2023
ölçüsü407,02 Kb.
#138579
növüXülasə
1   ...   20   21   22   23   24   25   26   27   ...   47
C fakepathAkademik yazi muh. Alava vasaitlar

Effektiv sitatgətirməklə bağ ı məsləhətlər





  1. İlkin mənbədəki sözü orfoqrafiya və punktuasiya qaydalarında olduğu kimi, dəqiqliklə köçürün.




  1. Əgər orijinal mətndə səhvlər mövcuddursa, o zaman sözün ilkin mənbədə necə göründüyünü göstərmək üçün səhvlərdən sonra kvadrat mötərizələrdə latın mənşəli ‘sic’ sözünü yazın. Əliyarlı (1999, səh. 125) iddia edirki, “mənəviyyat qanunlarını müəyyən ediləcək [sic] vasitə mövcud deyildi”.


  1. Əgər electron sənədlər kimi nəşrlərin səhifə nömrəsi yoxdursa (Akrobat Riderin çıxış təmin etdiklərini çıxmaq şərtilə), o zaman paraqraf nömrələrini yazın və bunu “para.” şəklində göstərin. Əliyarlı və Məmmədlinin də qeyd etdiyi kimi (1995, para. 8), ...


  1. Əgər fikri aydınlaşdırmaq üçün sitata sözlər artırırsınızsa, əlavə edilmiş sözləri kvadrat mötərizələr [] içərisində yazın.



Nümunə

“BƏT [Beynəlxalq ƏməkTəşkilatı] - əmək münasibətlərini tənzimləyən BMT-nin ixtisaslaşmış qurumlarından biri olaraq, bu məsələyə fərqli münasibət bildirmişdir” (Akifzadə, 2006, səh. 187).



  1. Əgər sitatdan detalları çıxarmaq istəyirsinizsə, çıxarılmış sözləri üç nöqtə … ilə əvəzləyin. Bu vasitə sizə hər hansı bir sitatı cümlənizə daxil etmək istədiyiniz, lakin onun müəyyən bir hissəsi məqsədinizə uyğun gəlmədiyi və ya çox uzun olduğu təqdirdə, faydalı ola bilər.



Nümunə

Cons (2001, səh. 115) qeyd edir ki, “bu “plasebo effekti” ... bütün uyğun davranış formaları öyrənildikdə yoxa çıxdı.”



  1. Əgər, sitat 40 və ya daha çox sözdən ibarət olarsa, mətn bloku kimi, sitatdan (təxminən 5 interval qoymaqla) əvvəl abzas qoymaq və dırnaq işarələrini çıxarmaq lazımdır.

Nümunə

Hələ tam başa düşülməmiş olsa da, dinin də birgə yaşam məcburiyyətindən meydana gəldiyi görünür, dində müqəddəsləşdirilmiş birgə yaşam formaları başqa formada anlaşılıb qavrama düşüncəsini əvəz edərək fərdlər arasında ünsiyyət qurucu rol oynayir. (Adler, 1927, səh. 97)




  1. Əgər ilkin mənbə mövcud deyilsə, ikinci dərəcəli sitatlar və ya başqa mənbələrə istinad edilən sitatlarda hər iki mənbə qeyd edilməlidir. Hər iki mənbəni mötərizədə qeyd edərkən, ikinci dərəcəli mənbədən öncə “-də qeyd edildiyi kimi” yazın.



Nümunə


Cümlənin ortasında

Rixter (1984, səh. 99) tərəfindən aparılmış tədqiqat barədə məlumat verərkən, Smis (2003, səh. 111) “kommersiyalaşmanın dörd əsas nəticəyə necə gətirib çıxardığını” vurğulayır.




Mötərizədə

Rixterin (1984, səh. 99, İstinad - Smis, 2003, səh. 111) araşdırması vurğulayır ki, “kommersiyalaşma dörd əsas nəticəyə necə gətirib çıxarır.”



Yüklə 407,02 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə