101
Qadın mətbuatının yaradılmasının artıq dövrün zərurətinə çevrildiyini
görən Hacı Zeynalabdin Tağıyev millət qarşısındakı xidmətləri sırasına bir yaxşılıq
da əlavə etdi. O, "İşıq" adlı ilk qadın mətbu orqanını yaratdı.
Nəşrin redaktoru
Azərbaycanın ziyalı qadınlarından biri, ali təhsilli həkim, ictimai işlərdə fəallığı ilə
seçilən, xeyriyyə cəmiyyətlərində təşəbbüskarlıq göstərən Xədicə xanım
Əlibəyova, naşiri isə onun həyat yoldaşı Mustafa Əlibəyov idi. M.Əlibəyov
hüquqşünas, vəkil, həm də insan hüquqları ilə də məşğul olurdu.
M.B.Məmmədzadənin təbirincə deyilsə, "məcmuənin başda olan bəyanatı
onun məqsədini, tutduğu yolu şərh etmişdir". Bu bəyanatda mətbu orqanın həftədə
bir dəfə, şənbə günləri nəşr olunacağı, "tərbiyeyi-ətfalə, ədəbiyyata, təbabətə və
evdarlığa dair xanımlar qəzetəsi" olduğu əksini tapırdı.
"İşıq"ın bir üzündə rus dilində məqalələr də çap olunurdu. Məcmuənin
1911-ci ilin yanvarından 1912-ci ilin dekabrına qədər 64, bəzi mənbələrə görə isə
68 sayı işıq üzü görüb.
1912-ci ildə "İşıq" qaranlıq mühitin, cəhalətin qurbanı oldu. Cəmi iki il
ömür sürsə də, o, nəinki XX əsrin əvvəllərində Azərbaycan qadınlarının gözlərinə
işıq, zəkalarına
nur oldu, islam dünyasının qanunları ilə ömür sürən qadınları
silkələdi, o həm də Azərbaycan mətbuatı tarixində qadın mətbuatının əsasını,
bünövrəsini qoydu.
Azərbaycan mətbuat tarixində ilk qadın jurnalı olan "İşıq" ilə yanaşı,
1911-cı ilin noyabr ayının 29-da Bakıda "Məktəb" adlı bir uşaq jurnalı da nəşrə
başladı. Jurnal ilk sayında əsas məqsəd və məramını bu cür izah edirdi: "Bizim
"Məktəb"i nəşr etməkdə məqsədimiz məktəb şagirdlərinin irəliləmələrinə acizanə
bir xidmətdir. "Məktəb"i oxuyacaq şagirdlərin birliyi geniş bir dairə alarsa, o vaxt
məqsədimizə yetişmiş olarıq". Məktəb şagirdlərinə məxsus olan bu jurnal iki
həftədə bir dəfə nəşr olunan "əxlaqi, ədəbi, fənni, müsəvvir məcmuə" idi. Baş
redaktor və sahibi Qafur Rəşad Mirzəzadə və Əbdürrəhman Əfəndizadə idi. Bu iki
pedoqoq, jurnalist ilk sayın oxucular arasında maraqla qarşılanması üçün kifayət
qədər
zəhmət çəkərək, fəallıq göstərdilər. 1884-cü ildə anadan olan Qafur Rəşad
1901-ci ildə Şamaxı qəza məktəbini, 1909-cu ildə isə Moskvada təbiyyat-coğrafiya
kurslarında təhsil almışdır. Şamaxıda aldığı təhsildən sonra bir müddət Lahıcda
dərs dedi, Moskvadan qayıtdıqdan sonra isə Bakı məktəblərində pedoqoji
fəaliyyətlə məşğul oldu. O, həm şəhər, həm də əyalət məktəblərinin ehtiyaclarını
çox gözəl bildiyindən, ümumən təhsil sistemi ilə bağlı özünəməxsus baxışları
vardı.
Q.Rəşad Mirzəzadə "Məktəb"i nəşr edənədək bir sıra dərsliklər yazıb, çap
etmişdi. Onun 1909-cu ildə nəşr etdirdiyi "Qafqaz coğrafiyası" Rusiya türklərinin
dilində ilk dərs vəsaiti idi. Coğrafıya sahəsində dərsliklər yazan Q.Rəşad 1911-ci
102
ildə Özünün növbəti kitabı olan "Ümumi coğrafiya I hissə" dərs kitabını
da nəşr
etdirməyə müvəffəq oldu.
"Məktəb" jurnalının ətrafında dövrün mütərəqqi pedoqoqları, ziyalıları
toplaşmışdı. Süleyman Sani Axundov, Ağabəy İsrafilov, Şəfiqə Əfəndizadə, Cəfər
Bünyadzadə, Rəşid bəy Əfəndizadə, Abdulla Şaiq, Əli Nəzmi, Əli Yusif,
Abbas
Səhhət, Əli Fəhmi kimi ziyalı və pedoqoqların bir-birindən fərqli məqalələri, təhsil
sisteminə baxışları, şagirdləri maarifləndirən publisist yazıları maraqla qarşılanırdı.
Jurnalın ilk sayında Nəriman Nərimanovun "Əziz balalara" başlığı ilə müraciəti
dərc olunmuşdur. Nərimanov uşaqlara yaxşı oxumağı, elmə yiyələnməyi tövsiyə
edir, onlara çalışqan olmağı məsləhət görürdü.
Jurnalın ayrı-ayrı saylarında maraqlı hekayələr, atalar sözləri, lətifələr, rus
ədiblərinin əsərlərindən tərcümələr işıq üzü görürdü. Bütün bu yazıların məzmunu
uşaqların zövqünün formalaşmağına xidmət edirdi. Əli Ələvi "Çalışalım" şeirində
məktəb şagirdlərinə "çalışmaq yaşına girdiklərini" xatırladır, onları işgüzarlığa
səsləyirdi:
Dostları ilə paylaş: