96
"Azərbaycan"ın bütün saylarında "Molla Nəsrəddin" ədəbi məktəbinin
təsiri hiss olunur. Bu oxşarlıq
satirik şeirlərdə, istərsə də nəsrlə yazılmış
materiallarda kifayət qədər qabarıq görünür. Məcmuədə mövzunun məqsədi və
məramını açıqlayan, yazıya böyük məna verən karikaturalar da öz sələfi olan
dərgidəki karikaturaları xatırladırdı: "Ərbab və rəncbər" adlı
karikaturada şişman
bir mülkədar təsvir olunub. Onun qarşısında cındır əbalı kəndli öz ailəsi ilə
dayanıb. Kəndlinin kiçik uşağı əlini ağzına apararaq ac olduğunu bildirir,
mülkədarla kəndli arasında isə buğda təpəcikləri vardı.
Böyük buğda təpəsinin
üstünə "ərbabın payı", kiçiyin üstünə isə "rəncbərin payı" yazılmışdır. Kəndli əli ilə
taxıla işarə edib, ac olduğunu söyləyir. Mülkədar isə qəzəbli baxışlarla kəndlini
təhdid edir Bu karikatura sinfi mahiyyətdən doğmasına
baxmayaraq, günün
reallığını özündə əks etdirirdi.
Jurnalın 3-cü sayında dərc olunan karikaturada tiryəkxana təsvir olunurdu.
5-6 nəfər nəşələnən şəxsin qarşısında manqal, dəm çaydanları var idi. Onlar
tiryəkin təsirindən xumarlanıblar. Bu karikatura Cənubi
Azərbaycanda bəzilərinin
həyatına qəsb edən, onları ictimai mühitdən uzaqlaşdırıb məst edən tiryək əleyhinə
kəskin münasibət idi.
"Azərbaycan"ın fəaliyyəti İran hökumətini narahat etməyə bilməzdi, onlar
jurnalın bağlanması üzərində düşünürdülər. İranda baş verən 1907-ci il inqilabı
avqust-sentyabr aylarında böyük təhlükə qarşısında qalarkən jurnal da çətin
vəziyyətlə üzləşdi və 1907-ci ilin sentyabrında 21-ci saydan sonra bağlandı.
"Azərbaycan"ın redaktoru Əliqulu Səfərov Təbrizin müasir dünyagörüşə
sahib ziyalılarından hesab olunurdu. O, Cəlil Məmmədquluzadə ilə dost idi.
Jurnalın Ə.Səfərovdan başqa əsas mühərrirləri Xəzani və Sərraf idi.
"Molla Nəsrəddin" məktəbini davam etdirən
məcmuələrdən biri də
Ələsgər Əliyevin redaktorluğu ilə nəşr olunan "Bəhlul"dur. Jurnal 1907-ci il may
ayının 19-da nəşrə başladı.
Ələsgər Əliyev 1883-cü ildə anadan olub. 1898-ci ildə Bakıda rus-tatar
məktəbini bitirib "Kaspi" mətbəəsində çalışmışdır. Bakı sosial-demokratlarına
qatılan Ə.Əliyev bir sıra siyası intibahnamələrin çapında fəallıq göstərmiş, əqidəcə
sosial-demokrat kimi formalaşmışdı.
1904-cü ildən başlayaraq pedaqoji fəaliyyət göstərən Ə.Əliyev bir sıra
mətbu orqanlarla əməkdaşlıq etməyə başladı. Onun Peterburqda nəşr olunan
"Ülfət"
qəzetində, Kazanda çıxan "Vaxt" qəzetində bir sıra yazıları, publisistik
qeydləri işıq üzü görmüşdür. Siyasi fəaliyyətinə, bolşevizmi yaydığına görə 1908-
ci ildə həbs olunaraq Həştərxana göndərilmişdir. Həbsxanadan çıxdıqdan sonra
Həştərxanda Dadaş Bünyadzadənin redaktorluğu ilə nəşr olunan "Tartış" qəzetində
əməkdaşlıq edib.
97
Ə.Əliyev Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bir müddət
Dostları ilə paylaş: