Akġf aġirli


  XIX əsrin 90-cı illərində Azərbaycan



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə18/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   14   15   16   17   18   19   20   21   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

 


40 
XIX əsrin 90-cı illərində Azərbaycan
ziyalılarının milli mətbuat uğrunda mübarizəsi: 
problemlər, reallıqlar 
"Kəşkül" qəzeti bağlandıqdan sonra "Şərqi-rus"un çapına qədərki 14 il 
müddətində Azərbaycan dilində heç bir qəzet və jurnalın nəşrinə icazə verilmədi. 
Bu, çar Rusiyasının müsəlmanlara, məxsusi olaraq Azərbaycan türklərinə qarşı 
apardığı müstəmləkəçilik, ruslaşdırma siyasətindən doğurdu. Azərbaycan dilində 
qəzet nəşr etmək istəyənlərə çar III Aleksandrın Qafqaz müsəlmanları üçün 
söylədiyi "qoy onlar rusca oxusunlar" kəlamını xatırladır, təşəbbüslərin qarşısını 
alırdılar. Çarizmin yeritdiyi bu siyasətə qarşı mübarizə aparan ziyalılar milli mətbu 
orqanların çapı üçün bütün vasitələrdən istifadə edirdilər. Çünki onlar gözəl 
anlayırdılar ki, ictimai fikrin inkişafında, siyasi və ictimai ideyaların 
mənimsənilməsində, milli şüurun oyanışında anadilli mətbuatın əvəzsiz rolu var. 
Böyük pedoqoq və ədəbiyyatşünas - alim Firudin bəy Köçərli "Şərqi-rus" qəzetinin 
1903-cü il tarixli 17-ci sayında yazırdı: "... Axırıncı qəzetənin ki, "Kəşkül"dən 
ibarət ola, zavalından on il gəlib keçdi və bu müddətin ərzində biz ruznaməsiz 
qaldıq". 
"Kəşkül" bağlandıqdan iki ay sonra, yəni 1891-ci ilin dekabrında 
Ünsizadə qardaşlarından Kamal bəy "Azərbaycan" adında qəzet nəşrinə icazə 
istəsə də, çar orqanları buna imkan vermədilər. 
Avropa təhsili alaraq ölkəyə qayıdan, milli məfkurəli ziyalı Əhməd bəy 
Ağaoğlu 1893-cü ildə mətbu orqan yaratmağa cəhd etdi. 1893-cü il 6 dekabr 
tarixində Baş mətbuat idarəsinə və əhli Əhməd bəy Ağayev" müraciət edərək 
"Məşriq" adlı qəzetin nəşrinə icazə istədi. Rusiya daxli işlər nazirinin Bakı 
polismeystrinə göndərdiyi cavab məktubunda isə bunun yolverilməzliyi 
göstərilirdi: "Azərbaycan dilində qəzet və jurnalların nəşri tamamilə 
arzuedilməzdir. Baş Mətbuat İşləri İdarəsi belə hesab edir ki, cənab Ağayevin 
xahişi rədd edilsin. 
"Məşriq"in çapına icazə verilməməsinin səbəbi Ə.Ağaoğlunun çar rejimi 
nümayəndələrinə panislamist, pantürkist kimi təqdim olunması idi. 
“Azərbaycan”ın çapına icazə ala bilməyən Kamal Ünsizadə 1896-cı ildə 
"Letuçiya listok" ("Uçan yarpaq") adlı mətbu orqan yaratmaq üçün çalışdı. Senzura 
idarələrinin bəhanələrini kəsmək, qəzet nəşrinə nail olmaq üçün K.Ünsizadə 
"Letuçiya listok"u mülki müşavir Georgi Klimovski ilə birlikdə nəşr etmək istəsə 
də, onun bu cəhdi də alınmadı. K.Ünsizadənin "az savadlı, mətbəəçilik işində 
səriştəsi olmaması" əsas gətirələrək qəzeti qeydiyyata almaqdan imtina etdilər. 


41 
Yeni mətbuat yaratmaq istəyi K.Ünsizadəni təkrarən Qafqaz mülki işlər 
üzrə baş hakiminə müraciətə sövq edir. 1896-cı ildə o, "Daniş" adlı qəzet nəşrinə 
ilkin hazırlıq görür. Həftədə iki dəfə nəşr olunacaq qəzetin yığcam proqramı və 
məramnaməsi tərtib olunur. 13 şöbədən ibarət olacaq "Daniş"in nəşrinə hökumət 
icazə vermir. Məqsədinə çata bilməyən K.Ünsizadə yerli elanları dərc edəcək bir 
qəzetin nəşrinə yenidən razılıq alamağa çalışır. O, mülki müşavir Georgi 
Klimovski ilə birgə nəşr etmək istədiyi həmin qəzeti "Mestnoye obyavlenie" 
adlandırmışdı. Rus və Azərbaycan dillərində çıxarılması planlaşdırılan bu qəzetin 
gündəlik nəşri nəzərdə tutulsa da, bu cəhd də uğursuzluqla nəticələndi. 
Azərbaycan mətbuatı tarixində və milli jurnalistikamızın formalaşmasında 
böyük xidmətləri olan Məhəmmədağa Şahtaxtlı da milli mətbuatın yoxluğunu 
duyaraq, bu boşluğu doldurmaq üçün fəaliyyətə başladı. O, 1896-cı ilin sonunda 
həftəlik "Tiflis" adında qəzet nəşrinə hökumətdən icazə istədi. Şahtaxtlı məqsədini 
izah edərək yazırdı ki, rus təbəsi olan azərbaycanlıların bir dənə də olsa qəzet və 
jurnalı yoxdur. Onlar Baxçasarayda çıxan "Tərcüman" ilə yanaşı, fars, ərəb və türk 
dillərində xarici ölkələrdən gətirilən dövri mətbuatı oxumaq məcburiyyətindədirlər. 
Savadlı olub rus dilini başa düşməyənlər isə rus qəzetlərindən istifadə edə bilmir. 
Bu səbəbdən onların rus həyatı, ədəbiyyatı, incəsənəti, ümumiyyətlə, mədəniyyəti 
və ölkə daxilində baş verənlərdən xəbəri olmur. Ana dilində olan qəzet bu 
baxımdan onlara kömək edər, nəticədə bu zümrənin üzvləri Rusiyaya yaxınlaşar. 
İcazə üçün M.Şahtaxtlı sənədləri Baş Mətbuat İşləri İdarəsinə göndərir. 
Baş idarə "Tiflis"in nəşri ilə bağlı Qafqaz Senzura Komitəsinin rəyini tələb edir. 
Qafqaz Senzura Komitəsinin müsbət rəy verməsinə baxmayaraq qəzetin proqramı 
yenidən araşdırılır. Rusiya Baş Mətbuat İşləri İdarəsi "Tiflis"in sənədlərini böyük 
rus şovinisti, senzor Simirnova rəy üçün göndərir. 
Şahtaxtlının ərizəsi yə qəzetin məramnaməsi ilə tanış olan Simirnov geniş 
rəy yazaraq 1897-ci il yanvar ayının 7-də Baş İdarəyə təqdim edir. Şahtaxtlının 
qəzet nəşr etmək təşəbbüsünü "xeyirxah niyyət" adlandıran, onun bu sahədəki 
səylərini "hər cür təqdirə və mükafata layiq görən" Simirnov arayışında yazırdı: 
"Axı məsələ bunlarda deyil, bu xeyirxah niyyətlərin hansı vasitələrlə həyata 
keçiriləcəyi də çox əhəmiyyətə malikdir, ancaq bu vasitələr cənab Şahtaxtlının 
ərizəsində o qədər də aydın deyil". Simirnov öz mülahizələrini genişləndirərək 
Şahtaxtlının ərizəsindəki hər bir ifadənin sətiraltı mənasına varır: "Cənab 
Şahtaxtinski həm qəzetin istiqamətini, həmçinin də gələcək qəzetin məzmununu 
özü lazımınca dərk etmir. Qəzetin səhifələrini müxləlif Şərq bağırtıları ilə 
doldurmaqla məşğul olmaq istəyir. Başa düşmək çətin deyil ki, bu qafqazlılar üçün 
də ümumi dövlət dili olan rus dilinin kənar edilməsinə və eyni zamanda hətta ərəb 
dilinin saxlanılmasına səbəb olar və buna rus mənafeyinə xidmət kimi baxıla 
bilməz". 


42 
Baş Mətbuat İdarəsi Smirnovun rəyini aldıqdan iki gün sonra, yəni 1897-
ci il yanvarın 9-da Qafqaz Senzura Komitəsinə bu məzmunda məktub göndərir: 
"Bizə qeyri-millət və qeyri-dindaşların yaxınlaşması yalnız maarifin yayılması ilə 
mümkündür, onun da silahı rus dili olmalıdır. Əks təqdirdə ümumi müsəlman dövri 
mətbuatı nəşrinin təşəkkülü müsəlmanları rus vətəndaşlarına nəinki yaxınlaşdırar, 
hətta uzaqlaşdırar. Şahtaxtinskinin türk Azərbaycan şivəsində qəzet nəşrini 
əsaslandırması bu vaxta qədər olmayan qəbilə dilində xüsusi jurnalistikanın 
başlanğıcını qoyacaq, beləliklə də Zaqafqaziya tatarlarının (Azərbaycan türklərinin 
- red.) Rusiyadan daha çox uzaqlaşmasına səbəb olacaqdır". Bu izahatdan 
göründüyü kimi Azərbaycan türklərini qəbilə hesab edən Rus imperiyası 
çinovnikləri bu "qəbilə"nin öz ana dilində mətbuat yaratmasını qəbul etmir, onları 
daim öz müstəmləkəsində görür, milli-mənəvi dəyərlərinin yox olmasına 
çalışırdılar. 
Sonralar "Tiflisskiy listok" qəzetindəki məqaləsində Şahtaxtlı rus şovinisti 
Smirnovla olan görüşünü təsvir edərək yazırdı: "Var qüvvəmlə ona dil töküb xahiş 
etdim, lakin bundan bir şey çıxmadı. O dedi: - tatar dilində heç bir qəzetə icazə 
verə bilmərəm. İstəyirsinizsə, rusca qəzet çıxarmanıza icazə verim. Qoy tatarlar 
sizdən nümunə götürüb rusca oxusunlar. Siz rus dilində əla danışırsınız, tatar qəzeti 
nəyinizə lazımdır?" 
"Mən öz həmvətəndaşlarımın hamısının tərəqqisinə kömək etmək 
istəyirəm. Tatarlar hamısı rus dilində təhsil ala bilməzlər. Bu ancaq varlı ailələrə 
müyəssər olan bir nemətdir" dedim. O isə dedi: - Qəzet xalqın nəyinə lazımdır? 
Ziyalılar qoy rus dilində oxusunlar, adi tatarlar isə qoy gedib sürülərini otarsınlar". 
Smirnovun bu cavabı Rus imperiyasının tərkibində olduğu xalqlara qarşı apardığı 
milli ayrıseçkilikdən, rus millətçiliyindən doğurdu. 
Azərbaycanda milli mətbuat yaratmaqla xalqın maariflənməsinə, milli 
özünüdərk prosesinə təkan verməyə çalışan ziyalılardan biri də Nəriman 
Nərimanov idi. Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra bir müddət 
Borçalıda müəlliklik edən Nərimanov Bakıya köçür və ictimai işlərlə məşğul olur. 
O, pedoqoji fəaliyyətlə yanaşı, Bakıda "Kaspi", Baxçasarayda "Tərcüman", 
Kəlküttədə "Həbil-mətin" kimi mətbu orqanlarla əməkdaşlıq edir, günün vacib 
məsələləri haqqında məqalələr yazırdı. 
Nəhayət, onun özü də qəzet nəşr etməklə xalqın maariflənməsinə kömək 
etmək istəyir. O, 1896-cı ilin mart ayında müəllim dostu S.M.Qənizadə ilə birlikdə 
"Sovqat" adında uşaq jurnalı nəşr etmək üçün çalışır. Azərbaycan məktəbləri üçün 
nəzərdə tutulan "Sovqat" ayda bir dəfə, şəkilli çıxmalı idi. 
“Sovqat”ın nəşrinə icazə ala bilməyən N.Nərimanov bir neçə ildən sonra 
yenidən qəzet çıxarmağa təşəbbüs edir. Müvafiq idarələrə müraciət edərək 


43 
Azərbaycan və rus dillərində çapı nəzərdə tutulan "Təzə xəbərlər" adlı qəzetin 
nəşrinə icazə istəyir. Ancaq bu dəfə də Nərimanovun arzusu reallaşmır. 
Bakı şəhər məktəblərinin müəllimləri S.M.Qənizadə və "Həbibullabəy 
Mahmudbəyov 1896-cı ilin may ayında "Nübar" adlı ədəbi-pedoqoji jurnal nəşr 
etməyə qərar verirlər. Hər iki müəllimin imzaladığı ərizədə deyilir: "Bizdə, 
Rusiyada rus müsəlmanları üçün bir dənə də olsun ədəbi jurnalın olmaması 
üzündən Zaqafqaziya müsəlmanları hələ də məişətdə fars kitablarını oxumaqda 
davam edirlər". 
Lakin çar orqanları "Nübar"ın çapına icazə vermədi. Bu dəfə isə 
S.M.Qənizadə "Çıraq" adlı qəzetin nəşrinə razılıq almaq istəyir, ancaq yenə də 
onun istəyi baş tutmur. 
Azərbaycan 
ziyalılarının 
göstərdikləri 
fədakarlığa, 
təşəbbüslərə 
baxmayaraq XIX əsrin son on illiyində anadilli mətbu orqan yaratmaq mümkün 
olmadı. Ancaq bu dövrdə Qafqazda rus dilində 20-dən artıq mətbuat fəaliyyət 
göstərirdi. Bu mətbu orqanların bir neçəsi isə Bakıda nəşr olunurdu. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə