45
redaktoru Viktor Vasilyeviç Kuzminin mətbuat işləri üzrə
baş idarəyə göndərdiyi
məktubda "Kaspi"nin proqramı geniş şəkildə belə təsvir olunurdu:
1.
Yerli həyatdan və ümumdövlət həyatından bəhs edən baş məqalələr.
2.
Məlumatlar və eskizlər.
3.
Gündəlik hadisələrin xülasəsi.
4.
Orijinal və tərcümə olunmuş elmi məqalələr.
5.
Rusiyada və xarici ölkələrdə neft işi, neftə aid yeniliklər.
6.
Son poçt.
7.
Nəsr əsərləri.
8.
Məlumat xarakterli xəbərlər.
9.
Elanlar.
Redaksiya bu proqram haqqında ilk məlumatı qəzetin 1881-ci ildə çıxan
ilk sayında dərc edib.
Qəzetin ilk 28 sayı həftədə iki dəfə, sonra isə həftədə 3 dəfə çıxırdı.
"Kaspi" 1884-cü ilin yanvarından gündəlik nəşrə çevrildi. Əvvəllər qəzet 400-420
nüsxə ilə çıxırdısa, 1887-ci ildən sonra tirajda artım müşahidə olundu. Artıq 1887-
ci ildən etibarən qəzetin tirajı 1000 nüsxəyə qalxdı.
"Kaspi" nəşrə başlayandan 1897-ci ilə qədər rus millətindən olan şəxslər
onun redaktoru olmuşdur. V.V.Kuzmin, E.İ.Starsev, V.P.Luçkuskomotov,
Qordyeyevski,
Sokolinski
müxtəlif
vaxtlarda
"Kaspi"nin
məzmununu
müəyyənləşdirmiş, redaktor vəzifəsini icra etmişlər. 1897-ci ildə N.Sokolinskinin
ölümündən sonra "Kaspi"də dəyişikliklər baş verdi. Qəzetin naşirliyini Hacı
Zeynalabdin Tağıyev öz üzərinə götürdü və Əlimərdan
bəy Topçubaşov qəzetə
redaktorluq etməyə başladı. Qəzetin bu dövründən başlayan tarixini "müsəlman
kaspi"si adlandırırlar.
Mükəmməl hüquq təhsili alan, dövrün görkəmli ziyalıları arasında kifayət
qədər nüfuzu olan Ə.Topçubaşov "Kaspi"ni 1898-ci ildən 1907-ci ilin oktyabrına
kimi redaktə edib. Ə.Topçubaşovu sonra qısa zaman kəsiyində Əli bəy Hüseynzadə
əvəzləyib. 1907-ci ilin axırlarından 1919-cu ilədək "Kaspi"nin redaktoru
A.Veynberq olub.
"Kaspi"nin yayım arealı olduqca böyük idi.
Onu təkcə Qafqazda deyil,
Rusiyanın müxtəlif bölgələrində, xarici ölkələrdə də oxuyurdular. Çapının ilk
ilində qəzet olduqca özünə az oxucu toplamışdı. Bu barədə qəzetin 10 illiyi ilə
bağlı çap olunan məqalədə deyilirdi: "Kütlə yeni mətbuat orqanını
şübhə ilə, bir
çoxu isə sərt qarşıladı. Bütün ziyalıların içərisində məqalələrini yeni orqanda çap
etdirmək qərarına gələn, özü də çox gizli surətdə, bir-iki adam güc-bəla ilə tapıldı".
Nəşrinin ilk illərində qarşılaşdığı çətinliklərə baxmayaraq "Kaspi" öz
ətrafına milliyyətcə və əqidəcə müxtəlif olan publisistləri topladı. "Teleqramlar",
46
"Xarici xəbərlər", "Mətbuat xülasəsi" rubrikası altında dərc olunan xəbərlərdə
təkcə Rusiyada deyil, dünyada baş
verən hadisələr, yeniliklər oxuculara çatdırıldı.
Qəzetin
səhifələrində
Ə.Ağaoğlu, Ə.Hüseynzadə, S.M.Qənizadə,
H.Zərdabi, N.Nərimanov, M.A.Şahtaxtlı kimi Azərbaycan ziyalıları, publisistləri
çıxış edirdilər. H.Zərdabi qəzetin nəşrinin ilk ilindən başlayaraq onun fəal
əməkdaşı olmuşdur. Onun "Bizim kənd məktəbimiz", "Bədii
sənaye
məktəbxanaları", "Amerikada əqli inkişafla əl əməyini birləşdirən yeni məktəb
sistemi" adlı təhsillə bağlı məqalələrində elmin yeni inkişaf mərhələlərindən bəhs
olunurdu. Hətta Zərdabi bir müddət "Kaspi"nin redaktoru oldu. Bu dövrdə Hüseyn
Minasazov, Eynəlibəy Sultanov, Rəhim bəy Məlikov müxtəlif səpkili yazılarını
"Kaspi"də dərc etdirirdilər.
M.Şahtaxtlı da "Kaspi"də ictimai-siyasi mövzuda
publisist məqalələri ilə
çıxış edirdi. Müəllif öz yazılarında qadın hüquqlarının qorunması, mühafizəkarlıq,
elmsizlik kimi dövrün ciddi problemlərini gündəmə gətirirdi.
Qəzetin nəşrinin müxtəlif dövrlərində Azərbaycanın məşhur maarifçi və
ədəbiyyatşünas alimi Firudin bəy Köçərli də "Kaspi"nin çap imkanlarından
yararlanıb. Cəlil Məmmədquluzadə Dəlmə bağları haqqındakı ilk məqaləsini
"Kaspi"yə göndərmişdi. Məşhur pedaqoq və ictimai xadim M.Sidqi də qəzetlə
əlaqə saxlayırdı.
Rus dilində nəşr olunmasına baxmayaraq "Kaspi"
Azərbaycanda
mətbuatın formalaşmasında, jurnalistikamızın inkişafında pozitiv rol oynayıb.
Dostları ilə paylaş: