Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   47   48   49   50   51   52   53   54   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
86
B
ilmirəm, təsadüfdür ya yox, amma eyni gündə iki
qəzetdə (“525-ci qəzet”; “Proloq” qəzeti,
07.06.2008) Vaqif Bayatlı Odərin şeirlərinin çar
edilməsi bu şairin gərəksiz reklamı kimi göründü mənə.
Bu yaxınlarda Odərin “Yupyumru bir eşq ilə” kitabı
çıxmalıdır, bəlkə eyni anda iki qəzetdə onun şeirlərinin
çapında məqsəd oxucu diqqətini bu şairə cəlb etmək
imiş. Hərçənd Odər poeziyada yeni adam deyil, onun
poeziyasını oxuyan, anlayan və bəlkə də sevən
auditoriya var. “Proloq” qəzeti Odəri “Azərbaycan
poeziyasına özünəməxsus nəfəs gətirmiş” şair sanır,
amma baxaq görək bu özünəməxsusluq və yeni nəfəs
nədən ibarətdir.
Nəzərə çarpan odur ki, qəzetlərdə verilmiş şeirlərin əsas
mövzüları – göyüzünə (Allaha) sevgidir. Şeirlər
arasında patriotik şeirlər də var, amma onların
hamısında dini-mistik çalarlar qabarır ki, bu da əslində,
müasir poeziyamız üçün xoş hal deyil. Ədəbiyyatda
yeni bir tendensiya yaranır – deməyə sözü olmayanlar
dəbə minmiş dini mövzulara əl ataraq, oxucu
qazanmağa çalışır, fəqət mövzunu dərindən
bilmədiklərinə görə, Elnur Astanbəyli demişkən,
fiaskoya uğrayırlar, yaradılan şeirlər isə küfrdən başqa
bir şey olmur. 
Aydındır ki, 7-8 şeirlə şairin ümumi yaradıcılığı
haqqında tam fikir yarana bilməz, amma müəyyən
təəssürat almaq üçün qəzetlərdə verilmiş şeirlər də
kifayətdir. 
V.B.Odərin şeirləri müasir görünmək üçün sərbəst
vəzndə yazılsa da, məzmun və məntiq formaya qurban
verilmişdir. Deyə bilərsiz ki, şeir duyğuların
törəməsidir, burda məntiqə yer yoxdur. Amma əslində
belə deyil. Şeirdə duyğuyla yanaşı fikir, məna yoxsa, bu
şeir tənəkə qablar kimi taqqıldayan mənasız söz
yığınına çevrilir. V.B.Odər bəzən o qədər emosiyalara
qapılır ki, şeirlərin adlarını lap qəlizləşdirir, bir baxın,
bu boyda da ad olar:
* Azərbaycan – göyüzündən asılmağa, qalxıb Allaha
qısılmağa – anakəndir 
* Bir yurd olun, bir yurdlaşın, və ya aslanların
dodağından öpməyə kişi qalıncan...
* Allahın ətəyi bayraq, Allahın ətəyi vətən!”
Və yaxud, rəvayətsayağı - “Göyüzünün Peyğəmbərin
ayağının altına gəlməsi”...
Keçək konkret misallara.
1.“Göyüzünün Peyğəmbərin ayağının altına gəlməsi” 
Bu şeir Peyğəmbərin vəsfinə həsr edilib. Amma ad
çəkilmədiyindən, bilinmir, hansı peyğəmbərdən söhbət
gedir. Şeir, ümumən, mənasız söz yığını kimidir,
misralar bir-birinə mənaca uyğun gəlmir:
Ruhlar ucaldı getdi,
Gözlər yaşa (?) oxşadı 
Yaxud,
Elə onu görən anda 
Anaların qucağında
Hönkürən daşlar, 
Ağlayan quşlar kiridi. 
Ya da,
O, göyə baxmadan nəsə
Göylər haqda oxuyurdu
Həm də hər gün hər göy (?) üçün
Poetik
sayıqlamalar
Va q i f   B a y a t l ı   O d ə r i n   ş e i r l ə r i
Sima Ənnağı 


АЛАТОРАН № 15, YANVAR 2010
87
Daha gözəl, daha təzə
Göyqurşağı toxuyurdu. ...
Göyü toxuya toxuya
O, eşqdən ağlayırdı 
Və s. 
Bu cür əndrabadi psevdomistik, psevdodini təsvirlər
Odərin aça bilmədiyi mövzunu bəsitləşdirmiş, şeirə
ümumi zərər gətirmişdir. Hörmətli şairimizdən soruşaq
ki, əcəba, gözlər yaşa oxşadı nə demək? Anaların
qucağında hönkürən daşlar nə demək? Göyü toxumaq
nə demək? Şeirin sonunda da məlum olur ki, toxunan
göyqurşağı deyil, Tanrıqurşağıymış və bir gün
Peyğəmbərin ayaqları altına enəcəkmiş.
2.“ Hərəni öz eşqi boyda göyə çevirir Allah” 
Bu şeirdə də V.B.Odərin poetik sayıqlamaları davam
edir. 
Son sorğuya yığılırıq,
Üzüqoylu (?) yıxılırıq, 
Günah altda yox oluruq,
Bir söz sormadan bizi
Hərəni öz eşqi boyda
Göyə çevirir Allah. 
Yaxud,
Baxıb hər insan üzünə
Bizdən göytək uça-uça
Hər eşq üçün bir ayrıca
Salavat çevirir Allah. 
Aman, bu nə küfr, nə cəfəngiyyat... Sonrakı misralar: 
Gözü göz yaşından ilahi doğma,
Uzu göz yaşında ilahı ətirli 
Bu misralardan sonra şairirn yadına vətən düşür və o
deyir ki:
Dua etməyə son hücrə
-Azərbaycan hamımızın. 
Sonra da vətənə sevgisini göstərmək üçün yazır:
Xanım-xatın, xanım-banu
Bulaqları göz yaşından
Çayları lilindən (?) doğma
Ağrısı bağrım başında,
Tikanı gülündən doğma. 
Sonra da:
Min illərin zalımları
Gündə min yol cuşa gəlib
Canımı alandan doğma
Canları alandan dəli. 
Hələ sonra:
Mən də, mən də vətən oldum,
Ölsəm, bir Allah bilməsin.
Bu mazoxist misralar öz mənasızlığı ilə məni
yorduğundan keçək o biri şeirlərə. 
Növbəti şeir öz absurdluğu ilə məni xeyli güldürdü.
Əcəba, bu dünyadan əliboş getmiş Makedoniyalı
İsgəndər qədər olmayanlar əlidolu getməyə nədən can
atırlar? 
3.“Tanrım, bir yol aç o dünyaya əlidolu getməyə”.
V.B.Odərin ”poetik kəşfləri” davam edir:
Qəmi qanada (?) çevirmədən
Qəmi ancaq qəmtək dada 
Soruşan yoxdur ki, ay şair, qəmi sevinc kimi dadmaq
mümkünmü? Mümkünsə, yəqin, bu artıq klinik
hadisədir... 
...sanc, eşq yolu aç xəncərə,
bir eşq yolundan min, milyon
ağrımız can aç giclərə. 
Ya da
Tanrım, aslan boğazından
Qalxmağa, qanadlanmağa
Bir Aslan an aç aclara. 
Sonra da
Tanrım, ölüm bəyənən
Bir ad-san aç heçlərə. 
Bu misralarda bir məna tapa bilən adam, vallah,
mükafata layiqdir... 
4.”Nə adam kimi adamam, nə mələk kimi mələyəm”
Adı çəkilən şeir guya sevgiyə həsr edilib, amma onun
da əcayibliyi oxucunu iflic edir. Şeirdə qorxulu filmlər
(triller) ustası amerikalı Alfrred Hiçkokun ağlına
gəlməyən fantaziyalar baş alıb gedir. Məsələn,
Boynumu vurdular yenə,


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə