Şərqi
Almaniyada
,
Berlin
və
Vyana
ətrafında yeni və yalnız yarıalman dövlət kompleksləri
formalaşmağa başladı.
1740
-cı ildən etibarən alman torpaqları
Habsburqlar Sülaləsi
və
Prussiya
arasında rəqabət meydanına çevrilir.
1806
-cı ildə
Napoleon
Almaniyanı işğal edərək
Müqəddəs Roma imperiyasına son qoydu.
Napoleon işğallarının ardından keçirilən
Vyana Konfransında
Alman Dövlətlərinin
Konfederasiyasının
yaradılması haqqında qərar qəbul olundu. Bu konfederasiyaya 39
dövlət
daxil idi. Konfederasiya dövründə alman milliyətçiliyi ideologiyası xüsusilə gənc intellektual
insanlar arasında geniş yayılmağa başladı. Məhz həmin dövrdə Almaniyanın simvolları kimi
qırmızı, qızılı və qara rənglərdən istifadə olunmağa başlandı, bu rənglər sonradan Almaniya
bayrağının rənglərinə çevrildilər.
1862
-ci ildə kral
Otto fon Bismarkı
Prussiyanın yeni baş naziri
elan edir. Bismark Almaniyanı Prussiya monarxiyasının hakimiyyəti altında birləşdirməyə
çalışırdı. Bismark ordunu gücləndirməyi və Almaniyanın birləşdirilməsi
yolunda əsas əngəl
olan Avstriyanı sıradan çıxarmaq üçün müharibəni yeganə vasitə sayırdı. Bismark
diplomatiyası tədricən öz məqsədlərini həyata keçirməyə başlamışdı. Avstriya ilə ümumi
razılığa gəldikdən sonra Bismark
Danimarka
hökumətindən əsasən almanların yaşadığı
Şlezviq-Holşteyn
vilayətinin verilməsini tələb etdi və rədd cavabı aldıqda 1864-cü ildə Prussiya
ordusunu Danimarka ərazisinə yeritdi.
Danimarka ordusu
darmadağın edildi, Şlezviq-Holşteyn
vilayəti işğal olundu. Bundan dərhal sonra Bismark Avstriyaya qarşı hücuma keçir.
1866
-cı
ildə
baş verən
Avstriya-Prussiya müharibəsində
prussiyalılar qətiyyətlə qələbə qazanaraq
Avstriyanı konfederasiyadan kənarlaşdılar. Fransanın vasitəçiliyi ilə aparılan sülh danışıqları
Avstriyanın məğlubiyyətini təsdiq etdi. Bu məğlubiyyət nəticəsində Avstriya həm də
Venesiyanı
İtaliyaya
qaytarmalı oldu. Prussiya təkcə Şlezviq-Holşteyni deyil, Almaniyanın
mərkəzi və cənubundakı kiçik alman dövlətlərinin mülklərini də qəti olaraq ilhaq etdi. Beləliklə
1867-ci ildə Alman Dövlətlərinin Konfederasiyası buraxılır. Onun əvəzində isə Prussiyanın
başçılıq
etdiyi
Şimali Alman İttifaqı
(
Norddeutscher Bund
) yaranır. 1870-ci ildə
Fransa-Prussiya
müharibəsi
başlayır. Bu müharibədə Fransa darmadağın olunur.
Almaniya İmperiyası və Birinci dünya müharibəsi
1871
-ci ilin yanvarın 18-də
Versal sarayında
Almaniya İmperiyasının
qurulduğu elan olunur. İlk
kansler
Otto fon Bismark
olur. Beləliklə bütün alman dövlətləri (Avstriya istisna olmaqla)
vahid dövlətdə birləşdilər. İmperiyanın paytaxtı Berlin şəhəri elan olunur. Getdikcə güclənən
Alman İmperiyası artıq
1884
-cü ildən etibarən
müstəmləkə
işğalına başladı. Imperator
I
Vilhelmin
(1871-1888) dövründə Almaniya özünə müttəfiqlər axtararaq Fransanı
izolyasiya
etmək siyasətini yeritməyə başladı. Lakin ondan sonra hakimiyyətə gələn
II Vilhelm
(1888-
1918) daha çox imperialist siyasət yürütməyə başladı, bu isə Almaniyanın özünə çoxlu sayda
düşmənlər qazanmasına gətirib çıxardı. Ölkənin əvvəllər qazandığı müttəfiqlər itirildi, Fransa
isə
Antanta
dövlətləri və
Rusiya
ilə yaxınlaşmağa başladı. Almaniya
özünə etnik cəhətdən
cəhətdən yaxın olan Avstriya-Macarıstan İmperiyası ilə olan müttəfiqliyi istisna olmaqla təcrid
olunmuş vəziyyətə düşdü.
Alman imperializmi Avropanın sərhədlərini aşdı və Almaniya
Afrikada
müstəmləkələr əldə
etmək uğrunda digər Avropa dövlətləri ilə yarışmağa başladı. 1884-cü ildə Otto fon Bismarkın
təşkilatçılığı ilə keçirilən
Berlin konfransında
Avropanın hegemon dövlətləri tərəfindən Afrika
qitəsinin işğalı və müstəmləkəyə çevrilməsi geniş müzakirə olundu. Almaniya Şərqi və Cənub-
Qərbi
Afrikada,
Toqo
və
Kamerunda
bir sıra əraziləri ələ keçirərək öz müstəmləkəsinə çevirdi.
Afrikanın bölüşdürülməsi uğrundə mübarizə Avropa dövlətləri arasında gərginlik yaradırdı və
bu
Birinci dünya müharibəsinin
əsas səbəblərindən biri oldu. 28 İyun
1914
-cü ildə Avstriya-
Macarıstan ordusunun baş komandanı, vəliəhd
Frans Ferdinand
serbiyalı terrorçu tərəfindən
öldürüldü. Bunun nəticəsi olaraq Avstriya-Macarıstan
Serbiyaya
müharibə
elan etdi və bu
Birinci dünya müharibəsinin başlanğıcı oldu. Bu müharibədə Almaniya, Avstriya-Macarıstan,
Osmanlı İmperiyası
və
Bolqarıstan
bir cəbhədə iştirak edirdi. Müharibə bu dövlətlərin
məğlubiyyəti ilə nəticələndi. Dünya tarixində o vaxta qədər baş vermiş ən qanlı müharibədə 2
milyondan çox alman əsgəri öldürüldü.
[2]
1918
-ci ildə Almaniyada monarxiya devrildi, ölkədə
Dostları ilə paylaş: