Almaz həSƏnqizi aşiq yaradiciliği mühaciRƏt folklorşÜnasliğinda



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə23/36
tarix22.07.2018
ölçüsü4,07 Mb.
#57780
1   ...   19   20   21   22   23   24   25   26   ...   36

ya onun birbaşa sənət və mənəvi  varisi  Dədə  Ələsgərin poetik nə­

fəsi,  ruhu  və  dili  ilə  müqayisədə  müəyyənləşdirilməlidir.  Çünki 

Aşıq Alının ən böyük  əsəri  elə  Ələsgərin  özüdür” (3,  s.14).  Məhz 

belə yaxınlıq bəzi hallarda onların şeirlərinin bir-birinin  adma aid 

edilməsi  ilə nəticələnmişdir.

Qeyd  edək  ki,  Aşıq  Ələsgər  Vətəndə  olduğu  kumu,  mü­

hacirət  ömrü  yaşayanların  da  ən  çox  sevdiyi,  yaradıcılığına  hey­

ranlıq  duyduğu böyük  söz ustadıdır.  Sənətkarın  yetişdiyi  torpağa, 

milli  mədəniyyətə,  özündən  əvvəl  yaranan  zəngin  kültürə  səda­

qətini,  sıx  bağlılığım  nəzərə  alan  Əhməd  Cəfəroğlu  heyranı  ol­

duğu  Aşıq  Ələsgər  yaradıcılığının  möhtəşəmliyinin  əsas  səbəb­

lərindən  birini  məhz  onun  Qurbani  irsinə  olan  sonsuz  sevgisilə 

əlaqələndirmişdir:  “Qurbaninin  aşıq  ədəbiyyatına  təsiri  uzun 

müddət  davam  etmişdi.  Onun  yaradıcılığından  ilham  alanlardan 

biri  də  XIX  yüzilliyin  müqtədir  sənətkarlarından  olan  Aşıq  Ələs­

gər idi” (25,  s.  133).

Mühacirətdə  nəşr  edilmiş  “Aşıq  Ələsgər”  kitabının  cildinin 

üzəridə  qeyd  olunan  sözlər  isə  bu  görkəmli  söz  ustadının  ya­

radıcılıq  şöhrətinin  vətənindən  başqa,  digər  ölkələrdə  də  yayılma 

arealını  müəyyənləşdirməklə  bərabər,  Azərbaycan  xalq  ədəbiy­

yatının  böyük  təsir  gücünü  əks  etdirməkdədir:  “XIX  yüzil  Azər­

baycan  aşıq  şeirində  sosial  motivlərlə  zənginləşərək  irəliləmə  ça­

ğıdır.  Aşıq  Ələsgər  dadlı-duzlu  qoşmaları,  gəraylıları,  dodaqdəy- 

məz,  diltərpənməz,  mürəbbe  və  müxəmməsləri  ilə  şeir sənətimizi 

ortaya  qoymuş,  aşıq  şeirini  zirvələrə  ulaşdırmışdır.  Bu  ünlü  xalq 

ozanımızın  şöhrəti  Azərbaycanda  qalmamış,  bütün  türk  ellərinə 

yayılıb  sevilmişdir”.  Məhz bu  sözlərlə Xavər  Aslan tədqiqat  üçün 

niyə  Aşıq  Ələsgər yaradıcılığına müraciət  etdiyini  aydınlaşdırma­

ğa müvəffəq  olmuşdur.

“Xəzər”  (İstanbul)  dərgisindəki  “Sözlü  ədəbiyyatımızda 

həcv”  məqaləsində  Xavər  xanım  yenidən  Aşıq  Ələsgər  yaradıcı­

lığına  qayıdaraq,  onun  bir  sıra  şeirlərinin  sənətkarlıqla  şirin,  sadə 

xalq  dilində  və  incə  yumorla  süsləndiyini  bildirmiş,  mülahizə­

lərini  dəqiqləşdirmək  məqsədilə:

90

Aşıq  Ələsgərəm,  söylənir adım,



Budur ürəyimdə mətləb-muradım.

Sənin ərin ölsün,  mənim arvadım,

İkimiz də qalaq yaslı, yaralı,  (82, s.9)  -

kimi  bir  neçə  örnəyi  də  məqaləsinə  daxil  etmişdir.  Bundan əlavə, 

tədqiqatçı  aşığın  “Sənət  meydanının  təsadüfi  insanların,  istedad- 

sız  kim sələrin  yeri  olmadığını  anlatdığını”,  qabalığa,  haqsızlığa 

qarşı  etiraz  etdiyini  onun  öz  şeirlərindən  örnəklərə  əsaslanaraq 

açıqlam ışdır (82,  s. 10).

Xavər  xanım  “Obədi  yaşayanlar”  adlı  tədqiqatında  isə  türk 

xalq  şeirinin  böyük  ustadlarından  Qaracaoğlan  və Aşıq  Ələsgərin 

yaradıcılığı  arasında  müqayisələr  və  paralellər  apannışdır.  Onlar­

dan  birinə  diqqət  yetirək:  “...Qaracaoğlan  məzarının  yol  üstündə 

qazılmasını  diləyir.  Çünki  belə  olanda  gözəllər  onun  məzarının 

önündən  keçəcəklər.  Soyuq  məzar  insan  səsilə,  insan  nəfəsilə, 

gözəllərin  şirin  danışıqları  ilə bir hərarət qazanacaqdır:

Qaracaoğlan  der:  öldüyüm  bilsinlər, 

Toplansınlar,  namazımı  qılsınlar.

Məzarımı  yol  üstünə qoysunlar 

Keçərkən  uğrasın yolu qızların” (84,  s.7).

Tədqiqatçı  bu  bənddəki  fikrə  bir  qədər  fərqli  şəkildə  Aşıq 

Ələsgər  yaradıcılığında  da  təsadüf  olunduğunu  bildirməkdədir: 

“Aşıq  Ələsgər  daha  irəli  gedərək  gözəllərin  onun  məzarının  -   si­

nəsinin üstündən  yol  salmalarını  arzu edir:

Ələsgərəm,  yandım  eşq  ataşında,

Gözüm qaldı  sənin qələm qaşında.

Qazdır məzarımı  çeşmə  başında,

Sal  sinəm  üstündə yol,  incimərəm” (84,  s.7).

91



“Xəzər”  (İstanbul)  dərgisində  ən  çox  təbliğ  edilən  saz  v ə 

söz ustası  da Aşıq Ələsgərdir, onun qoşma və  gəraylılan vaxtaşırı 

burada  dərc  edilmişdir  (119,  s. 17; 120,  s.9;  123,  s.17;  125,  s.23; 

127,  s.8  və  s.)

Aşıq  Ələsgər Azərbaycan  saz  sənəti  ilə bağlı  aparılan  bütün 

araşdırmalarda  adı  qürurla  çəkilən  böyük  ustadlanmızdandır. 

Onun  yaradıcılığı  hər  zaman  diqqət  mərkəzində  olmuşdur,  təbii 

ki,  bu  da  sənətkarın  sözünün  sirrindən,  sehrindən,  möcüzəsindən 

irəli  gəlir,  aşığı  vətənindən  kənarda  da  tədqiq  və  təbliğ  edən 

mühacirətdəki  araşdırmaların  da  diqqətə  alınması  isə  həm  folk­

lorumuz, həm də onu sevənlər üçün çox faydalı olardı.

92

IV  FƏSİL



MÜHACİRƏT FOLKLORŞÜNASLARININ 

QADIN AŞIQLARLA BAĞLI 

ARAŞDIRMALARI

Azərbaycan  mühacirət folklorşünaslığı  aşıq-qadınların  yara­

dıcılığına  xüsusi  diqqətlə  yanaşmış,  onlar  haqqında  əldə  edə  bil­

dikləri  qədər  məlumat  vennəyə,  əsərlərini  nəşr  və  təbliğ  etməyə 

çalışmışlar.  Bu o qədər do asan deyildi,  vətəndən kənarda yaşayan 

və  mənbə  qıtlığı  çəkən  mühacir  Azərbaycan  ziyalıları  çətinliklərə 

baxmayaraq, bu  sahədə çox  dəyərli  işlər həyata keçirməyə müvəf­

fəq  olmuşlar.

Ümumiyyətlə,  bütün  Şərq  ölkələrindəki  kimi  Azərbaycanda 

da qadın  aşıq  və  ya şairlərin  yaradıcılığının  üzə  çıxması  çox  çətin 

bir proses  olmuşdur.  Bu,  bir tərəfdən,  islam aləmində qadına olan 

münasibətdən  doğursa,  digər tərəfdən,  məhz  xanımların  özlərinin 

sonradan  m üxtəlif təzyiqlərə  məruz  qalmaq  qorxusu  ilə  şeirləri­

nin  aşkarlanmasından  ehtiyat  etmələrindən  irəli  gəlmişdir.  Gözəl 

şairəmiz  Nigar  xanım  Rəlibəyli  “Azərbaycanın  şair  və  aşıq  qa­

dınları”  kitabına  (onun  əsasında  2005-ci  ildə  Azərbaycan  Res­

publikası  Prezidentinin  fərmanı  ilə  “Azərbaycanın  şair  qadınları” 

monoqrafiyası  nəşr  olunmuşdur)  yazdığı  “İşıqlı  həyatın  həsrə­

tində”  adlı  ön  sözdə  tarixin  müxtəlif  dövrlərində  haqqı  tapda­

lanan,  arzu  və  istəkləri  ürəyində  qalan,  varlığı  nəzərə  alınmayan 

qadınların  yaradıcılığını  belə  səciyyələndirmişdir:  “İnsanın  bö­

yüklüyü, barışmazlığı  və qiidrəli  ondadır ki,  o,  həmişə öz  mənliyi, 

qüruru,  fərdiyyəti  uğrunda  üsyana  qalxıb.  Bu  insanlıq  üsyanında 

qadınlığın  da  öz  payı  var.  Bəzən  “üsyan”  sözün  müstəqim  məna­

sında  qiyam,  vuruş  olub,  qurbanlar  aparıb.  Belə  şəhidlərdən  biri 

Tahirə  Qürrətüleyndir.  Amma insan  ləyaqəti  uğrunda döyüşün za-

93



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə