ya onun birbaşa sənət və mənəvi varisi Dədə Ələsgərin poetik nə
fəsi, ruhu və dili ilə müqayisədə müəyyənləşdirilməlidir. Çünki
Aşıq Alının ən böyük əsəri elə Ələsgərin özüdür” (3, s.14). Məhz
belə yaxınlıq bəzi hallarda onların şeirlərinin bir-birinin adma aid
edilməsi ilə nəticələnmişdir.
Qeyd edək ki, Aşıq Ələsgər Vətəndə olduğu kumu, mü
hacirət ömrü yaşayanların da ən çox sevdiyi, yaradıcılığına hey
ranlıq duyduğu böyük söz ustadıdır. Sənətkarın yetişdiyi torpağa,
milli mədəniyyətə, özündən əvvəl yaranan zəngin kültürə səda
qətini, sıx bağlılığım nəzərə alan Əhməd Cəfəroğlu heyranı ol
duğu Aşıq Ələsgər yaradıcılığının möhtəşəmliyinin əsas səbəb
lərindən birini məhz onun Qurbani irsinə olan sonsuz sevgisilə
əlaqələndirmişdir: “Qurbaninin aşıq ədəbiyyatına təsiri uzun
müddət davam etmişdi. Onun yaradıcılığından ilham alanlardan
biri də XIX yüzilliyin müqtədir sənətkarlarından olan Aşıq Ələs
gər idi” (25, s. 133).
Mühacirətdə nəşr edilmiş “Aşıq Ələsgər” kitabının cildinin
üzəridə qeyd olunan sözlər isə bu görkəmli söz ustadının ya
radıcılıq şöhrətinin vətənindən başqa, digər ölkələrdə də yayılma
arealını müəyyənləşdirməklə bərabər, Azərbaycan xalq ədəbiy
yatının böyük təsir gücünü əks etdirməkdədir: “XIX yüzil Azər
baycan aşıq şeirində sosial motivlərlə zənginləşərək irəliləmə ça
ğıdır. Aşıq Ələsgər dadlı-duzlu qoşmaları, gəraylıları, dodaqdəy-
məz, diltərpənməz, mürəbbe və müxəmməsləri ilə şeir sənətimizi
ortaya qoymuş, aşıq şeirini zirvələrə ulaşdırmışdır. Bu ünlü xalq
ozanımızın şöhrəti Azərbaycanda qalmamış, bütün türk ellərinə
yayılıb sevilmişdir”. Məhz bu sözlərlə Xavər Aslan tədqiqat üçün
niyə Aşıq Ələsgər yaradıcılığına müraciət etdiyini aydınlaşdırma
ğa müvəffəq olmuşdur.
“Xəzər” (İstanbul) dərgisindəki “Sözlü ədəbiyyatımızda
həcv” məqaləsində Xavər xanım yenidən Aşıq Ələsgər yaradıcı
lığına qayıdaraq, onun bir sıra şeirlərinin sənətkarlıqla şirin, sadə
xalq dilində və incə yumorla süsləndiyini bildirmiş, mülahizə
lərini dəqiqləşdirmək məqsədilə:
90
Aşıq Ələsgərəm, söylənir adım,
Budur ürəyimdə mətləb-muradım.
Sənin ərin ölsün, mənim arvadım,
İkimiz də qalaq yaslı, yaralı, (82, s.9) -
kimi bir neçə örnəyi də məqaləsinə daxil etmişdir. Bundan əlavə,
tədqiqatçı aşığın “Sənət meydanının təsadüfi insanların, istedad-
sız kim sələrin yeri olmadığını anlatdığını”, qabalığa, haqsızlığa
qarşı etiraz etdiyini onun öz şeirlərindən örnəklərə əsaslanaraq
açıqlam ışdır (82, s. 10).
Xavər xanım “Obədi yaşayanlar” adlı tədqiqatında isə türk
xalq şeirinin böyük ustadlarından Qaracaoğlan və Aşıq Ələsgərin
yaradıcılığı arasında müqayisələr və paralellər apannışdır. Onlar
dan birinə diqqət yetirək: “...Qaracaoğlan məzarının yol üstündə
qazılmasını diləyir. Çünki belə olanda gözəllər onun məzarının
önündən keçəcəklər. Soyuq məzar insan səsilə, insan nəfəsilə,
gözəllərin şirin danışıqları ilə bir hərarət qazanacaqdır:
Qaracaoğlan der: öldüyüm bilsinlər,
Toplansınlar, namazımı qılsınlar.
Məzarımı yol üstünə qoysunlar
Keçərkən uğrasın yolu qızların” (84, s.7).
Tədqiqatçı bu bənddəki fikrə bir qədər fərqli şəkildə Aşıq
Ələsgər yaradıcılığında da təsadüf olunduğunu bildirməkdədir:
“Aşıq Ələsgər daha irəli gedərək gözəllərin onun məzarının - si
nəsinin üstündən yol salmalarını arzu edir:
Ələsgərəm, yandım eşq ataşında,
Gözüm qaldı sənin qələm qaşında.
Qazdır məzarımı çeşmə başında,
Sal sinəm üstündə yol, incimərəm” (84, s.7).
91
“Xəzər” (İstanbul) dərgisində ən çox təbliğ edilən saz v ə
söz ustası da Aşıq Ələsgərdir, onun qoşma və gəraylılan vaxtaşırı
burada dərc edilmişdir (119, s. 17; 120, s.9; 123, s.17; 125, s.23;
127, s.8 və s.)
Aşıq Ələsgər Azərbaycan saz sənəti ilə bağlı aparılan bütün
araşdırmalarda adı qürurla çəkilən böyük ustadlanmızdandır.
Onun yaradıcılığı hər zaman diqqət mərkəzində olmuşdur, təbii
ki, bu da sənətkarın sözünün sirrindən, sehrindən, möcüzəsindən
irəli gəlir, aşığı vətənindən kənarda da tədqiq və təbliğ edən
mühacirətdəki araşdırmaların da diqqətə alınması isə həm folk
lorumuz, həm də onu sevənlər üçün çox faydalı olardı.
92
IV FƏSİL
MÜHACİRƏT FOLKLORŞÜNASLARININ
QADIN AŞIQLARLA BAĞLI
ARAŞDIRMALARI
Azərbaycan mühacirət folklorşünaslığı aşıq-qadınların yara
dıcılığına xüsusi diqqətlə yanaşmış, onlar haqqında əldə edə bil
dikləri qədər məlumat vennəyə, əsərlərini nəşr və təbliğ etməyə
çalışmışlar. Bu o qədər do asan deyildi, vətəndən kənarda yaşayan
və mənbə qıtlığı çəkən mühacir Azərbaycan ziyalıları çətinliklərə
baxmayaraq, bu sahədə çox dəyərli işlər həyata keçirməyə müvəf
fəq olmuşlar.
Ümumiyyətlə, bütün Şərq ölkələrindəki kimi Azərbaycanda
da qadın aşıq və ya şairlərin yaradıcılığının üzə çıxması çox çətin
bir proses olmuşdur. Bu, bir tərəfdən, islam aləmində qadına olan
münasibətdən doğursa, digər tərəfdən, məhz xanımların özlərinin
sonradan m üxtəlif təzyiqlərə məruz qalmaq qorxusu ilə şeirləri
nin aşkarlanmasından ehtiyat etmələrindən irəli gəlmişdir. Gözəl
şairəmiz Nigar xanım Rəlibəyli “Azərbaycanın şair və aşıq qa
dınları” kitabına (onun əsasında 2005-ci ildə Azərbaycan Res
publikası Prezidentinin fərmanı ilə “Azərbaycanın şair qadınları”
monoqrafiyası nəşr olunmuşdur) yazdığı “İşıqlı həyatın həsrə
tində” adlı ön sözdə tarixin müxtəlif dövrlərində haqqı tapda
lanan, arzu və istəkləri ürəyində qalan, varlığı nəzərə alınmayan
qadınların yaradıcılığını belə səciyyələndirmişdir: “İnsanın bö
yüklüyü, barışmazlığı və qiidrəli ondadır ki, o, həmişə öz mənliyi,
qüruru, fərdiyyəti uğrunda üsyana qalxıb. Bu insanlıq üsyanında
qadınlığın da öz payı var. Bəzən “üsyan” sözün müstəqim məna
sında qiyam, vuruş olub, qurbanlar aparıb. Belə şəhidlərdən biri
Tahirə Qürrətüleyndir. Amma insan ləyaqəti uğrunda döyüşün za-
93