Almaz həSƏnqizi aşiq yaradiciliği mühaciRƏt folklorşÜnasliğinda



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə2/36
tarix22.07.2018
ölçüsü4,07 Mb.
#57780
1   2   3   4   5   6   7   8   9   ...   36

giriş

Mühacirət  folklorşünaslığı  ilə  bağlı  araşdırmalar  ilk  olaraq 

elə  didərgin  ömrü yaşamağa məhkum  olan  ziyalıların özləri  tərə­

findən  aparılmışdır.  Belə ki,  ayrılığın  çəkilməz  iztirabı  içərisində 

ömür  sürən  bu  insanlar  yalnız  xalq  ədəbiyyatı  örnəklərinin  top­

lama,  tədqiq,  nəşr  və  təbliğilə  məşğul  olmamış,  eyni  zamanda, 

həm  vətəndə,  həm  də  qürbətdə  folklorla  bağlı  aparılan  tədqi­

qatları izləmiş, müxtəlif səpkili məqalələrlə öz tənqidi münasibət­

lərini  bildirmişlər.  Məhz  bu  baxımdan  mühacirət  folklorşünas­

lığının ilk araşdırıcısı kimi Əhməd  Cəfəroğlunun  fəaliyyəti  təqdir 

edilə  bilər.  O,  “Şərqdə  və  Qərbdə  azəri  ləhcəsi  tədqiqləri”  (96, 

s.236)  məqaləsində  Ceyhun  Hacıbəylinin  “Qarabağın  dialekti  və 

folkloru  (Qafqaz  Azərbaycanı)”  (“La  Dialekte  et  le  folklore  du 

Karabagh (Azerbaidjani du Caucase)”  (167)  əsərindən  müəyyən  qə­

dər bəhs etmişdir.  Bundan əlavə,  Azərbaycan bayatılarını toplaya­

raq  1928-ci  ildə  Fransada  “Asiya  ju m a lf’nda  (“Journal  Asi- 

atique”) “Tatar xalq şərqiləri” (“Chansons populaire Tatares”)  adı 

ilə  nəşr  etdirən  Xanım  Çatskaya  haqqında  Ə.Cəfəroğlunun 

resenziyası  1932-ci  ildə  “Azərbaycan  yurd  bilgisi”ndə  (94)  nəşr 

edilmişdir.

Mühacirət  folklorşünaslığı  ilə  bağlı  həm  sovet  dövründə, 

həm də  Azərbaycanın yenidən  istiqlaliyyət əldə  etməsindən  sonra 

Türkiyədə  tədqiqatlar aparılmışdır.  Xüsusilə,  Mehmet  Fuad  Köp- 

rülü  müxtəlif  tədqiqatlarında  tələbəsi  Ə.Cəfəıoğluya  istinad  et­

miş,  onun  folklorşünaslıq  fəaliyyətindən  bəhs etmişdir (128)

Bundan  başqa,  Nizaməddin  Onk  “Müseyib  Zəyəm”  (139) 

məqaləsində,  Əli  Heydər  Bayat  “Əli  bəy  Hüseynzadə”  (88),  Sə- 

bahəddin  Şimşir  “Azərbaycanlıların  Türkiyədə  siyasi  və  kültürəl 

fəaliyyətləri  (1920-1991)”  (153),  Əfqan  Vəliyev  “Azərbaycan 

siyasi  düşüncə  tarixi  və  Mirza  Bala  Məmmədzadə  (1898-1959)” 

(156),  Ufuk  Özcan  ”Yüz  il  dönəmində  Qərbçi  bir  aydm  Əhməd 

Ağaoğlu  və  rol  dəyişikliyi”  (140)  əsərlərində  ayrı-ayrı  siyasi 

şəxsiyyətlərin  yaradıcılığı  fonunda  folklorşünaslıq  fəaliyyətləri

6

haqqında da müəyyən qədər təhlillər aparmışlar.



Sovet  hakimiyyətinin  senzura  sisteminin  mühacirət  irsinin, 

o  cümlədən  folklorşünaslıq  fəaliyyətinin araşdırılmasına qoyduğu 

qadağalar  Azərbaycanda  uzun  illər  bu  irsin  tədqiqatdan  kənarda 

qalmasına  gətirib  çıxarmışdır  (14;  21).  Bununla  yanaşı  mühaci­

rətdə yaşamaq  məcburiyyətində qalan  Ə.Hüseynzadə,  Ə.Ağaoğlu, 

M.Ə.Rəsulzadə,  Ə.Cəfəroğlu,  C.Hacıbəyli  və  başqalarının  adlan 

sovet  mətbuatında  ara-sıra  səslənmişdir,  lakin,  təəssüf  ki,  bu 

məqalələr  çox  vaxt  oıilanıı  fəaliyyətinə  kölgə  salmaq  məqsədi 

daşımış,  qeyri-obyektiv,  sovet  senzurasının  tələbinə  müvafiq 

olaraq qərəzli tənqid ruhunda yazılmışdır (43; 44;  54).

XX əsrin 80-ci illərinin sonundan başlayaraq, Azərbaycanda 

mühacirət  irsinin  öyrənilməsi  istiqamətində  müəyyən  işlər  gö­

rülmüşdür.  Folklorşünas-alim  Əzizə  Cəfərzadə,  Mövsüm  Əliyev, 

Elçin,  Anar,  Abbas  Abdulla  qürbət  ellərdə  yaşayan  soydaşla- 

nmızın  taleyilə  bağlı  yazılarında  onların  yaradıcılığını  nəzərdən 

keçirmiş,  bəzi  hallarda  onların  folklorşünaslıq  fəaliyyətlərindən 

bəhs etmişlər.

Professor  Vilayət  Quliyev  Əhməd  Ağaoğlunun,  Əhməd 

Cəfəroğlunun,  Səməd  Ağaoğlunun  və  başqalarının  yaradıcılığını 

araşdırmış  (48;  49;  50),  onların  “Seçilmiş  əsərləri”ni 

nəşr 

etdirmişdir.  Ə.Cəfəroğlunun  “Seçilmiş  əsərləri”nə  yazılan  “Gən­



cədən  ...  bütün  türk  dünyasına”  adlı  “Ön  söz”də  onun  ədəbi- 

nəzəri  yaradıcılığı  fonunda  folklorşünaslıq  fəaliyyətilə  bağlı  qısa 

məlumat  verilmiş,  bundan  başqa,  “Azərbaycan  yurd  bilgisi”  dər- 

gisində nəşr edilmiş məqalələri  kitaba daxil  edilmişdir(25).

AMEA-nm  müxbir  üzvü,  professor Azad  Nəbıyevin  “Azər­

baycan  xalq  ədəbiyyatı”  fundamental  dərsliyinin  birinci  cildində 

mühacirət  folklorşünaslığı  və  onun  nümayəndələrindən  M.Ə.Rə­

sulzadə,  Ə.Cəfəroğlu,  C.Hacıbəylinin  fəaliyyəti  haqqında  icmal 

xarakterli məlumat verilmişdir (63,1 c,  s.94-99).

Filologiya  elmləri  doktoru,  professor  Vaqif  Sultanlının 

M.Ə.Rəsulzadənin  həyatı  və  ədəbi  fəaliyyətinə  həsr  olunmuş 

monoqrafiyasında  (65)  siyasi  liderin  çoxcəhətli  yaradıcılıq yolun­

7



dan,  o  cümlədən  folklorşünaslıq  fəaliyyətindən  bəhs  edilmişdir. 

Bundan  əlavə,  onun  “Azərbaycan  mühacirət  ədəbiyyatı”(66)  dərs 

vəsaitində  və  həmin  kitabın  Türkiyədə  işıq  üzü  görən  geniş­

ləndirilmiş  nəşrində  (149),  həmçinin  “Ömrün  nicat  sahili”  (67), 

“Ruhun ağrıları”  (150) əsərlərində vətənindən uzaqlarda yaşamaq 

zorunda  qalan  şəxsiyyətlərin  siyasi-kültüroloji  irsinin  təhlili  fo­

nunda folklorla bağlı tədqiqatlar da nəzərdən keçirilmişdir.

“Müasir  Azərbaycan  ədəbiyyatı”  dərsliyinin  ikinci  cildinə 

ayrıca daxil edilmiş  “Azərbaycan mühacirət ədəbiyyatı” (56,  II c., 

s.282-439)  fəslində  Ə.Hüseynzadə,  Ə.Ağaoğlu,  M.Ə.Rəsulzadə, 

Ə.Cəfəroğlu  və  digər  müəlliflərin  yaradıcılığı  fonunda  folklor­

şünaslıqla bağlı məqamlar da diqqətə çatdırılmışdır.

Filologiya  elmləri  doktoru  Abid  Tahirlinin  “Azərbaycan 

mühacirət  mətbuatı”(71)  əsəri  əsasən  publisistik  tədqiqat  oldu­

ğundan  folklorla  bağlı  məqamlar  qismən  öz  əksinin  tapsa  da, 

“Ceyhun  Hacıbəyli  folklor  tədqiqatçısı  kimi”  (72)  məqaləsi  isə 

birbaşa  mühacir  ziyalının  bu  sahədəki  fəaliyyətinin  aydınlaş­

dırılması  məqsədilə yazılmışdır.

Mirzə  Ənsərlinin  (Ləmbəli)  “Gəncəli  professor  Əhməd  Cə­

fəroğlu”  (28)  adlı  tədqiqatı  biblioqrafik  səciyyədə  tərtib  edilmiş, 

alimin folklorla bağlı əsərlərinin siyahısı  verilmişdir.

Tarix  elmləri  namizədi  Xaləddin  İbrahimlinin  “Azərbay­

canın  siyasi  mühacirəti”  əsərinin  (52)  son  fəslində  xalq  yaradı­

cılığının  siyasi  şəxsiyyətlərin  fəaliyyətindəki  önəmilə  bağlı  mə­

qamlara yer verilmişdir.

Professor Həsən  Quliyevin rus  dilində  nəşr  etdirdiyi  “Azər­

baycan  mühacirət  ədəbiyyatı”  (“Эмигрантская  литература 

Азербайджана”)  (161) monoqrafiyasında M.Ə.Rəsulzadə,  Ə.Hü­

seynzadə,  Ə.Ağaoğlu,  Banin,  Almas  İldırım,  C.Hacıbəylinin 

mühacirət  dövrü  yaradıcılıqlarından  yığcam  bəhs  edildiyindən 

onların  folklorşünaslıq  fəaliyyətinə  yer  ayrılmamış,  yalnız  “Qara­

bağın  dialekti  və  folkloru  (Qafqaz  Azərbaycanı)”  əsərinin  (C.Ha­

cıbəyli) adı  xatırlanmışdır.

Filologiya  elmləri  namizədi  Elşən  Əbülhəsənlinin  “Əhməd

8

Cəfəroğlunun  ədəbiyyatşünaslıq  irsi”  (26)  monoqrafiyasında  ali­



m in  folklorla  bağlı  tədqiqatlarının  az  bir  qismi  təhlilə  cəlb  edil­

mişdir.


Filologiya elmləri namizədi  Şəlalə  Həsənovanın “Mühacirət 

irsimizdən  səhifələr”  (36)  monoqrafiyasında  İstanbulda  nəşr  edi­

lən  “Azərbaycan  yurd  bilgisi”  dərgisindəki  tədqiqatların  təhlili 

zamanı  folklorla  bağlı  araşdırmalar  nəzərdən  keçirilsə  də,  ilkin 

mənbələrdən istifadə olunmadığından müəyyən  xətalara yol  veril­

mişdir.


Filologiya  elmləri  namizədi  Gülağa  Hüseynovun  “Əhməd 

Cəfəroğlunun  folklorşünaslıq  irsi”  (38)  adlı  dissertasiya  işində 

mühacir  alimin  xalq  ədəbiyyatı  ilə  bağlı  bir  sıra  tədqiqatları 

nəzərdən  keçirilmiş,  topladığı  materiallardan  müəyyyən  qədər 

bəhs olunmuşdur.

Sənətşünaslıq  namizədi  Mübariz  Süleymanlının  “Mirzə  Ba­

la  Məhəmmədzadənin  “Qurtuluş”  məcmuəsindəki  yazıları  haq­

qında”  (68),  “Əhməd  Ağaoğlunun  ilk  elmi  əsəri:  “Şiə  dinində 

məzdəki  inancları”,  (69)  “Əhməd  Ağaoğlunun  “İslama  görə  və 

islamiyyətdə  qadın”  əsərinə  elmi-tənqidi  yanaşmalar”  (70)  adlı 

tədqiqatlarında  ayn-ayrı  şəxsiyyətlərin  ədəbi-kültüroloji  irsinin 

təhlili  fonunda onların  xalq  ədəbiyyatına  olan  münasibətlərinə  də 

toxunulmuşdur.

Fəridə  Hicran (Vəliyeva)  adlı  müəllifin  “Azərbaycan  müha­

cirət folklorşünaslığı” (37) monoqrafiyası  olduqca zəngin  bir irsin 

tədqiqinə  həsr  edilsə  də,  mövzu  tam  şəkildə  əhatə  olunmamış, 

çoxlu  kobud  səhvlərə  və  xətalara  yol  verilmişdir.  Bircə  faktı  de­

mək  kifayətdir  ki,  aşıq  sənətinin  tədqiqi  və  təbliğilə  bağlı  mü­

hacirət  folklorşünaslığının  fəaliyyəti  haqqında  həmin  kitabda  heç 

bır məlumat verilməmişdir.

Bütün  bu  tədqiqatlara  baxmayaraq,  mühacirət  folklorşünas­

lığının aşıq  sənətilə bağlı  araşdırmaları  indiyədək  ayrıca təhlil  ob­

yektinə  çevrilməmişdir.  Halbuki  mühacirətdə  bu  sahədə  aparılan 

araşdırmalar  özünəməxsusluğu  və  siyasi  qadağalardan  uzaq  bir 

mühitdə  yarandığından  obyektivliyi  ilə  seçilməkdədir.  “Aşıq  ya­

9



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə