Almaz həSƏnqizi aşiq yaradiciliği mühaciRƏt folklorşÜnasliğinda



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə5/36
tarix22.07.2018
ölçüsü4,07 Mb.
#57780
1   2   3   4   5   6   7   8   9   ...   36

s. 172)  bu  dərginin  səhifələrində  folklorla  bağlı  materiallara  yer 

ayırılır,  hətta  öz  siyasi  baxışlarının  daha  aydın  ifadəsi  məqsədilə 

xalq  ədəbiyyatı  örnəklərindən  istifadə  olunurdu.  Məhz  elə  bu 

səbəbdəndir ki,  dərginin  ilk,  daha  doğrusu,  proqram  məqaləsində 

siyasi  vəziyyətin  şərhi  zamanı  qədim  yunan  əsatirinə  müraciət 

edilmiş  və  o,  “Atəş  çalan  Prometey”  (“Od  oğurlayan  Prometey”) 

adlandırılmışdır.

Müəllif  odu  Allahlardan  oğurlayaraq  insanlara  gətirən  və 

bunun  müqabilində  Zevs  tərəfindən  əzablara  məhkum  olunan 

Prometeydən  istifadə  edərək,  öz  istiqlal  savaşının  elə  dəqiq  ifa­

dəsini  vermişdi  ki,  dərhal  sovet  Azərbaycanında  ciddi  müqavi­

mətlə  qarşılanmışdı.  Bu  barədə  Mirzə  Bala  Məmmədzadə  “Milli 

Azərbaycan hərəkatı” əsərində yazır:  “Yeni  Qafqaziya” belə milli 

bir imanla işə başlayaraq, Azərbaycan,  Qafqaziya və əsir türklərin 

milli  istiqlal  davasını  tanıtmağa  girişmiş  və  Türkiyə  əfkari- 

ümumiyyəsini  hazırlamağa  başlamışdı.  “Yeni  Qafqaziya”mn  bu 

sarih  və  açıq  proqramı  üzərinə  müvəffəqiyyətlə  davam  edən 

nəşriyyatı  bolşevikləri  çıldırtırdı  (dəliyə  döndərirdi  -  А.II.)

.. .Moskva buna təhəmmül  edə bilmirdi” (133,  s.  174-175).

Sovetlər  Birliyi  hətta  xaricdə  -  qərib  ölkələrdə  də  azadlıq 

mücahidlərinə təzyiq etməkdən  çəkinmirdi.

Ümumiyyətlə,  mühacirətdə  yaşayan  və  Azərbaycanın  istiq­

lalına  qovuşması  üçün  çalışan  ziyalıların  əsas  mübarizəsi  yalnız 

öz  ana  torpaqlarının  azad  edilməsi  ilə  məhdudlaşmırdı,  həm  də 

bütün  Qafqazın  (hətta  dünyadakı  əsarətdə  olan  digər  xalqların) 

köləlik  zəncirindən  xilası,  millətlərin  hürriyyəti  uğrunda  hər 

vasitə  ilə  davam  etdirilirdi.  Bunu  “Yeni  Qafqaziya”nın 

ilk  sa- 

ymdaca  görmək  mümkündür.  Belə  ki,  orada  nəşr  edilən  “Atəş 

çalan  Prometey”  məqaləsinin  müəllifi  məşhur  yunan  əsatirinə 

söykənərək,  ondan  xalqının  heç  vaxt  əsarətə  razılaşmayacağmı 

göstərmək  və  millətinin  istiqlal  arzularını,  mübarizlik  ruhunu, 

azadlıq  duyğularını  alovlandırmaq  üçün  istifadə  etmişdir. 

M.Ə.Rəsulzadə məqaləsində əsatir haqqında qısa arayış vermişdir 

“Məlum  olduğu  kimi,  Prometey  əsatiri  bir  Allahdır.  Atəşi

18

səmalardan  oğurlayaraq  insanlara  gətirdiyi  üçün  Zevs  tərəfindən 



Qafqaz  dağlarında  zəncirbənd  olmuş  və  siyah  bir  qartal  onu 

didmək  üçün  müvəkkil  olmuşdur.  Bu  qartal  hər  gün  zavallının 

köksünü  dələrək  ürəyini  parçalayırsa  da,  Prometey  təkrar  özü 

afiyət edir və təkrar parçalanır” (133, s. 173)

Nəzərə  almaq  lazımdır  ki,  mühacirətdəki  folklorşünaslar 

tədqiqat aparanda da,  örnəklər verəndə  də bu prinsipi  həmişə  diq­

qətdə  saxlamışlar.  Doğrudan  da,  “Atəş  çalan  Prometey”  məqa­

ləsində müəllifin fikirləri buna aşkar sübut ola bilər:  “Atəş oğrusu 

bu  üsyankar,  ilahi  atəş  yurdu  Azərbaycana  nazir bulunan  Qafqaz 

dağlarında  deyil,  başqa  bir  yanda  zəncirbənd  edilmiş  olsaydı, 

əsatir onu tapıb təkrar buraya gətirməliydi.  Çünki  Qafqaz  tarixini, 

son  əsrdəki  əhvalını  və  bilxassə  indiki  vəziyyətini  təsvir  etmək 

üçün  bundan  daha  münasib  bir  rəmz  (simvol)  tapılmaz”  (133, 

s. 173).


Bu  sözlərdən  də  aşkar  görünür ki,  M.Ə.Rəsulzadə  öz  siyasi 

baxışlarını  daha  aydın  ifadə  etmək  üçün  bu  qədim  əsatirdən 

yararlanmışdır.  Müəllif  Odlar  yurdu  adlanan  gözəl  vətəninin 

başına  gələn  bəlaları,  xalqının  iztirablarının  ifadəsi  üçün  mü­

kəmməl  bir  vasitəyə  əl  atmışdır.  Bu  torpaqlardan  bəşəriyyətə 

müqəddəs atəşin  bəxş olunduğunu bildirən Məhəmməd Omiıı bəy 

bu  nəcib  əməlinin,  cəsarətinin  hələ  də  cəzasını  çəkən  Prometeyə 

yalnız  məşəqqət  deyil,  eyni  zamanda  əbədilik  gətirdiyini  xatır­

latmaqla yanaşı,  həm  də  neft  diyarı  məmləkətinin  dünyaya  bağış­

ladığı  işığa,  atəşə  görə  hər  zaman  öz  varlığını  əzablar  içərisində 

qoruma  məcburiyyətində  qalmasına  işarə  etmişdir:  “Bəhri  Xəzər 

sahilində  başlayan  ilk  mənzərə  qüvvətli  bir aydınlıq  təşkil  edirdi. 

Bu  səmalara  doğru  yüksələn  bir  atəş  idi.  Azərbaycan  isminin 

müəmmasını  təşkil  edən  atəş.  O  atəş  ki,  bəşər  mədəniyyətinə  ilk 

əvvəl  onun  yandırdığı  ocaq  başında  təəssüs  edilmiş,  o  atəşi 

müqəddəs  ki,  Prometey  onu  oğurlayıb  yer  üzünə  gətirdiyi  üçün 

hələ də  əzab çəkməkdə,  cəsarət və üsyanın  cəzasını  görməkdədir” 

(133,  s. 172)

19



Məqalədə  xalqının  məğlubedilməz  Prometeylə  müqayisəsi 

ilə  yanaşı,  azadlığını,  istiqlalını  əlindən  alanlara,  köksünü  didib 

parçalayanlara,  yəni  torpaqlarının  sərvətini  sümürənlərə müəllifin 

dərin  nifrəti  aşkar  sezilməkdədir,  onun  köləliyə  etiraz  səsi  ucal­

maqda davam  edir və müəllifin hədəfi  aydındır:  “Prometeyi didən 

xunxar quş  qartal  idi.  Bir əsrdən bəri  Qafqazın  köksünü didən və 

ciyərini  parçalayan  Rusiya  imperializminin  gerbi  də  bir  qartal 

deyildimi?!..Prometey təkrar parçalanır,  təkrar  afiyət  kəsb  edirdi. 

Qafqaz  qövmləri  də  zaman-zaman  hərəkətə  gəlir,  müqavimət 

göstərir, təkrar ikibaşlı rus qartalına zəbun olurdu” (133,  s.  173).

Rusiyanı  Prometeyin  köksünü  parçalamaqda  olan  qartala 

bənzətməklə  müəllif,  bir  tərəfdən,  düşmənin  çox  çətin,  güclü  və 

qaniçən  olduğuna  diqqəti  yönəldirsə,  digər  tərəfdən,  qəhrəmanı­

nın  dönməzliyini,  qürurunu,  əzablara,  sözün  həqiqi  mənasında, 

sinə  gərməsini  xatırlatmaqla xalqının  da  mütləq  mübarizəyə  qal­

xacağına,  istiqlalına  yenidən  qovuşacağına  olan  ümidlərinə  işarə 

etməkdədir.

Məqalədə  yalançı  “xeyirxahlıq”,  “bərabərlik”,  “humanizm” 

pərdəsinə  bürünən,  əslində  Azərbaycanda  ağalıq  edən  isə  öz  adı 

ilə  çağırılırdı:  “Bu günkü Qafqaz  “Qartal” Rusiyasının  deyilsə də, 

“Oraq”  Rusiyasmındır.  Fəqət  qafqazlıların  deyildir.  Azərbaycan, 

Dağıstan,  Gürcüstan  millətlərinin  vücudu  qara  imperializmi  təm­

sil  edən  qartal  caynaqları  ilə  deyil,  qızıl  imperializminin  əla­

mətini  təşkil  edən  çəkiclə  əzilir və  oraq  ilə biçilirsə,  bundan Yeni 

Qafqaz adma nə hasil  olur?!” (133,  s. 173).

Beləliklə,  müəllif  sovet  bayrağmdakı  sözdə  “fəhlə-kəndli 

hökumətini”  simvollaşdıran  oraq-çəkicin  əsl  mahiyyətini  açıb 

göstərə bilmişdir və bu məqsədinə məhz məşhur folklor örnəyinin 

-  bir  əsatirin  köməyi  ilə  nail  olmuşdur,  onun  yunan  ədəbiyyatına 

müraciət  etməsi  də  düşündürücüdür.  Məqsədinə  çatmaq  naminə 

müəllifin  dünya  xalqları  arasında  geniş  yayılmış,  demək  olar  ki, 

hər kəsə tanış  olan bir əsatirə müraciəti  təbiidir.  Beləliklə, müəllif 

az  sözlə  daha  böyük  məna  ifadə  edə  bilmiş,  oxucusuna  necə 

böyük  təsir  göstərmişdir  ki,  həmin  məqalədən  sonra  sovet  senzu­

20

ra  sistemi  fəaliyyətə  keçərək,  müxtəlif  yollarla  “Yeni  Qaf- 



qaziya”nın  bağladılmasına  cəhd  etməsi  bunu  aşkar  göstər­

məkdədir.  Mirzə  Bala Məmmədzadə “Milli Azərbaycan hərəkatı” 

əsərində  SSRİ  Xarici  İşlər  naziri  Çiçerinin  bu  dərgi  ilə  bağlı 

dəfələrlə  etiraz  notaları  verdiyini,  müxtəlif  üsullarla  onun  nəş­

rinin  dayandırılması  üçün  çalışdığım,  onun  əleyhinə  “ifşaedici” 

çıxışlar  quraşdırdığını  bildirməkdədir:  “Moskva  buna  təhəmmül 

edə  bilmirdi.  Bu  “mənəvi  təşkil  mərkəzini”  ortadan  qaldırmaq, 

milli nəşriyyatı qapatmaq  lazımdı” (133,  s. 173).

Mirzə  Bala  bu  monoqrafiyasında  “Yeni  Qafqaziya”  dərgisi 

haqqında  geniş  məlumatla  yanaşı,  “Atəş  çalan  Prometey”  məqa­

ləsini  ora  əlavə  etmiş  və  haqlı  olaraq  bunun  səbəbini  belə  izah 

etmişdir:  “Xüsusən “Yeni  Qafqaziya” ilə başlayan milli nəşriyyat, 

milli  istiqlal  savaşımızın  tarixi  vəsiqələri  olaraq  qalacaq  və 

gələcək  nəsillər,  millətimizin  qızıl  istila  altındakı  iztirab  və  əzab 

dövrünü bu vəsiqələrdən öyrənəcəkdir” (133,  s.172).

Doğrudan da,  Vətənin  bu böyük oğlunun uzaqgörənliklə de­

diyi  sözlərin  nə  qədər  həqiqət  olduğunun  şərhə  ehtiyacı  yoxdur, 

çünki  sosialist  basqısından  istiqlalına  qovuşan  millətimizin  şərəf 

tarixini,  hürriyyət  və  azadlıq  yolundan  heç  vaxt  vaz  keçməyən 

mühacir  ziyalılarımızın  fəaliyyətini  bu  gün  həmin  sənədlərə  əsa­

sən bərpa etmək mümkündür.

Mühacirət  mətbuatı  içərisində  Əhməd  Cəfəroğlunun  re­

daktorluğu  ilə  1932-1934-cü  illərdə  36,  1954-cü  ildə  isə  bir  sayı 

nəşr  edilən  “Azərbaycan  yurd  bilgisi”  dərgisinin  fəaliyyəti  də 

təqdirəlayiqdir.  Redaktor  dərginin  hansı  zərurətdən  doğduğunu 

şərh  edərkən,  onun  məhz  Azərbaycanı  bütün yönləri  ilə  tanıtmaq, 

xalqımızın  elmi  və  mədəni  irsinin  təbliği  məşədindən  yarandığını 

elə  birinci  sayında  ciddi  arqumentlərlə  dilə  gətirmişdir:  “Elmi 

münasibətin  millətlər  arasında  gündən-günə  sıxlaşması  və  yek- 

digərini  bu  vəsilə  ilə  daha  fazla  tanıya  bilməsi  əvvəlcə  böyük 

millətlərin  mövzusu  daxilində  qalan  yurdumuzun  artıq  müstə- 

qilən  tədqiqinin  bir  zərurət  olaraq  tələb  etməkdədir.  Kəndi 

kəndisini  bizzat  tədqiq  etməyən  millətlər  başqa  millətlərin  et-

21



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə