Almaz həSƏnqizi aşiq yaradiciliği mühaciRƏt folklorşÜnasliğinda



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə3/36
tarix22.07.2018
ölçüsü4,07 Mb.
#57780
1   2   3   4   5   6   7   8   9   ...   36

radıcılığı  mühacirət  folklorşünaslığında”  əsəri  həmin  tədqiqat­

ların təhlili məqsədilə yazılmışdır.

Monoqrafiyada  həm  ustad,  həm  də  sovet  senzurası  üçün 

“arzuolunmaz”  mövzulardan  bəhs  edən  aşıqların  yaradıcılığı  ilə 

bağlı  təhlillər  aparılmışdır.  Bundan  əlavə,  vətənindən  didərgin 

düşən  mühacir  aşıqlann  həyat  və  yaradıcılığı  araşdırılmış,  bu 

qədim  sənətin  digər  xalqların  mədəniyyətinə  təsirilə  bağlı  aparı­

lan tədqiqatlar nəzərdən keçirilmişdir.

Qeyd  etmək  lazımdır  ki,  mühacirətdə  aşıqlarla  bağlı  apa­

rılan  tədqiqatlar  çox  zəngin  və  əhatəlidir.  Bu,  belə  bir  qənaətə 

gəlməyə  imkan verir ki,  haqqında mühacirətdə  tədqiqat  aparılmış 

hər  bir  aşığın  yaradıcılığı  bundan  sonra  da  dəfələrlə  araşdırma 

mövzusu olacaqdır.

Hər  zaman  olduğu  kimi,  bu  tədqiqatın  da  yaranmasında 

dəyərli  məsələhətlərilə  təmənnasız  olaraq  mənə  yol  göstərən 

xeyirxah  müəllimim,  AMEA-mn  müxbir üzvü,  filologiya  elmləri 

doktoru, professor Azad Nəbiyevə təşəkkürümü bildirirəm.

10

I  FƏSİL



AZƏRBAYCAN  MÜHACİRƏT FOLKLORŞÜNASLIĞINI 

ŞƏRTLƏNDİRƏN İCTİMAİ-SİYASİ VƏ ƏDƏBİ- 

KÜLTÜROLOJİ AMİLLƏR

Azərbaycan  Xalq  Cümhuriyyətinin  süqutu  və  sovet-rus 

qoşunlarının  torpaqlarımızda  ağalıq  etməyə  başlaması  yalnız 

yeraltı  və  yerüstü  sərvətlərin  talanmasma  imkan  yaratmadı,  eyni 

zamanda milli  mədəni  abidələrin,  tarixi  əski  zamanlara  söykənən 

qədim  əlyazmaların,  maddi  sübutların  məhvi  ilə  yanaşı,  xalqın 

əsrlər  boyu  yaratdığı  söz  sənətinin  də  inkişafının  qarşısını  aldı, 

həmçinin  onların  yaddaşlardan  silinməsi,  türk  kültürünün  ya- 

bançılaşdırılması  üçün ağlagəlməz  fəaliyyətlər meydana çıxdı.  Bu 

qeyri-insani  siyasətə  sosialist  ölkəsində  yaşayan  ziyalılar  etiraz 

etdikdə  müxtəlif yollarla  susdurulmağa  başlandı;  kimi  güllələrlə, 

kimi uzaq  Sibirin  “buzlu  cəhonnərri’ində...

Bu  sosialist  siyasəti  təkcə  Azərbaycanda  deyil,  sovet  əsarə­

tinə  düşən  bütün,  hətta  əhalisi  slavyanmənşəli  olan  respublika­

larda  yürüdülürdü  və  türkoloqlar tərəfindən  imkan  düşdükcə  tən­

qid  edilirdi.  Ukraynanın  Çemiqov  vilayətində  dünyaya  gələn, 

Ukrayna  Maarif  Qurumunun  rəhbərliyinə  qədər  yüksələn,  lakin 

sovet  siyasətinə  boyun  əymədiyi  üçün  illərlə  əsir  düşərgələrimin 

işgəncələr  altında  saxlanan,  çox  böyük  çətinliklərdən  sonra  Ame­

rikanın  Virciniya  ştatının  Raymond  şəhərinə  mühacirət  etməyə 

məcbur qalan məşhur türkoloq  Vasili  Vasiloviç  Dubrovski  (1897- 

1966) özünün  1955-cı  ildə  Münhendə  Sovetlər Birliyini  Öyrənmə 

institutu  tərəfindən  nəşr olunan  “Dərgi”dəki  “Ukrayna  şərqşünas­

lığının  təşkili  və  dağıdılması”  adlı  məqaləsində  bu  barədə  yazır: 

“ ...  əski  təcavüzkarlığın  yeni  sovet  kommunist  imperializmi 

şəklində  xortlaması  türklər  haqqında  obyektiv  elmi  tədqiqat 

fəaliyyəti  üzərində  öldürücü  bir təsir  icra  etdi;  alimlər,  təəssüf ki,



tamamilə  kommunist  siyasətinin  və  ideologiyasının  əmrinə  itaət 

etmək  zorunda  qaldılar.  Kommunist  partiyasının  elm  üzərindəki 

bu  təhkimçiliyi  onun  süqutuna,  obyektivliyini  qeyb  etməsinə  və 

keçən əsrin batil  fikirlərinə dönməsinə yol  açdı”(l 16,  s.  24).

Bu  sətirlərin  müəllifi  bir  türk  deyil,  dürüstlüyünü  itirmə­

diyi  üçün  böyük  əzablara  məruz  qalan,  lakin  təmiz  vicdanını 

qoruyaraq  həqiqəti,  yalnız  həqiqəti  etiraf  etməkdə  israrlı  olan 

əslən  slavyan,  yəni  bir  ukraynalı  alim  -  türkoloqdur.  Dubrov- 

skinin  də  yazdığı  kimi,  sovet  siyasəti,  xüsusən  türkdilli  xalqlar 

üçün  heç  də  çarizmin  yeritdiyi  müstəmləkəçilikdən  fərqlənmirdi 

və bu isə bütün elm sahələrində daha çox özünü göstəmıəkdə idi.

Sovet  ideologiyasının  yanlış  münasibəti  ilə  xalq  ədəbiy­

yatının  tədqiqinin  qarşısı  alınmaqla  yanaşı,  bəzən  saxtalaşdı- 

rılaraq  təbliğ  olunurdu  ki,  bu  da  mühacirətdə  ciddi  şəkildə  eti­

razla  qarşılanırdı.  SSRI-dəki  xalqlar  üçün  XX  əsrin  dəhşətli  30- 

cu  illərində  Almaniyada  M.Ə.Rəsulzadənin  redaktorluğu  ilə  nəşr 

olunan  “Qurtuluş”  (1934-1939-ci  illərdə  Berlində  “İnsanlara 

hürriyyət, millətlərə istiqlal”  şüarı  ilə “Azərbaycan  Milli  Qurtuluş 

Hərəkatının orqanı” adı  altında 49-50 sayı  çıxan dərginiıı  sorumlu 

müdiri  Hilal  Münşi  olmuşdur  -   Л.Н.)  dərgisinin  35-ci  sayında 

dərc  edilən  belə  etirazlardan  biri  -   Hilal  Münşinin  “Alman  mət­

buatında  Azərbaycan”  adlı  məqaləsi  xüsusilə  maraq  doğurur. 

1937-ci  ildə  baş  verən  hadisələrlə  bağlı  Almaniya  mətbuatında 

gedən  yazıları  xülasə  edən  Hilal  Münşi  (Əslən  Şuşadan  olan 

Münşizadə  Hilal  Mirzəhüseyn  oğlu  Azərbaycan  Xalq  Cüm­

huriyyəti  tərəfindən  təhsil  almaq  üçün  Almaniyaya  göndərilmiş, 

onun  süqutundan  sonra  orada  qalmış,  Azərbaycan  legionunun 

rəhbəri  olmuşdur)  məqaləsində  ilk  cümlədən  başlayaraq,  Azər­

baycandakı  ağır  yaşam  şərtlərini  təsvir  etmişdir:  “Azərbaycanda 

aylardan  bəri  cərəyan  edən  yeni  sovet  vəhşət  və  dəhşətləri 

Moskva  cəlladları  tərəfindən  məmləkətimizin  bütün  münəvvər 

kütləsi  əleyhinə  yürüdülən  yeni  məhvetmə  siyasəti  şair,  mühərrir, 

müəllim, yüksək məktəb professoru və tələbəsi, hətta orta məktəb

12

şagirdlərinə  qarşı  başlanan  müdhiş  mücadilə  alman  mətbuat 



orqanlarını ötədən bəri məşğul etməkdədir” (138,  s. 20).

Bütün  elm  sahələri  haqqında  ətraflı  məlumatların  verildiyi 

və  bu  gün  də  həmin  situasiyanı  dəyərləndirmək  baxımından  ak­

tuallığını qoruyan həmin məqalənin  xalq  ədəbiyyatı  ilə bağlı  olan 

hissələri 

xüsusilə 

diqqətəlayiqdir. 

Almaniyanın  “A ngriff’ 

qəzetindəki  “Stalini  kim  tərənnüm  edir?”  başlıqlı  məqalə  isə 

dövrün  mənzərəsini  canlandınnaq  üçün  ən  yaxşı  mənbə  hesab 

edilə  bilər.  Hilal  Münşi  həmin  məqalə  haqqında  yazır:  “Azər­

baycanın  məhv  edilməsini  ört-bas  etmək  və  bu  məqsədlə  xalqın 

gözünü  boyamaq  üçün  bir  sıra  komediyalar  oynamaq  istəyən 

Moskvanın bu  oyunlarına  xüsusi  bir yazı  həsr  edən  digər məşhur 

alman  orqanı  “A ngriff’  qəzeti  “Stalini  kim  tərənnüm  edir?”  (№ 

223)  1937-ci  il  sentyabr  tarixli  nüsxəsində  Moskvanın  Azər­

baycan  maskalarını  bu  surətlə  açmaqdadır:  “Xalq  ədəbiyyatının 

nə  olduğu  haqqında  Herderin  məşhur  tərifindən  sonra  artıq 'bu 

xüsusda  kimsənin  heç  bir  şübhəsi  qalmamışdır.  Sadəcə,  sovet 

adamlarıdır  ki,  Herderdən  (H.Münşi  xüsusi  çıxarışda:  “Herder  -  

məşhur  alman  filosofu,  şairi  və  xalq  ədəbiyyatı  müdəqqiqlərin- 

dəndir”  şəklində  əlavə  məlumat  verm işdir-/!/?.)  daha  ağıllı 

olduqlarına  inanmışdırlar.  Və  bu  səbəblə  olacaq  ki,  onlar  da  öz 

metodlan  ilə “xalqın  səsi”ni bir araya toplayırlar”) 138,  s.  20-21).

Elə  ilk  cümlələrdən  başlanaraq,  Hilal  Münşinin  əsarətdə 

əzab  çəkən  vətənində  Moskvanın  apardığı  siyasətə  qarşı  qəzəbi 

görünməkdədir.  Lakin  burada  diqqəti  cəlb  edən  digər  məqam 

alman  qəzetinin  bu  vəziyyətə  kəskin  münasibəti  və  xalqların 

mənəvi  sərvətlərinə  sovet  siyasətinin  qeyri-obyektiv  münasibə­

tinin ironiya ilə təsviridir.

Məqalədən görünür ki,  Moskvanın  Tarix  İnstitutu  ayrıca bir 

komissiya  təşkil  etmiş  və  onun  heyətinə:  “çalışan  bəşəriyyətin 

Lenin  və  Stalin  kimi  böyük  simaları  ilə  Stalinin  yeni  Konsti­

tusiyası  haqqında  vücuda  gəlmiş  olan  xalq  ədəbiyyat  və  xalq 

mahnılarına  dair  materiallar  toplamağı”  tapşırılmışdır  (138,  s. 

21

).



13


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə