Almaz həSƏnqizi aşiq yaradiciliği mühaciRƏt folklorşÜnasliğinda



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə4/36
tarix22.07.2018
ölçüsü4,07 Mb.
#57780
1   2   3   4   5   6   7   8   9   ...   36

Qeyd  edək  ki,  alman  qəzeti  gülünc  görünən  bu  sifarişi  elə 

dırnaq  içərisində  səhifəsinə  yerləşdirmişdir.  Bu  məqalə  həmin 

müdhiş  dövrün  -1937-ci  ilin  ab-havasmı  və  xalq  ədəbiyyatına 

münasibəti  təsəvvür  etmək  baxımından  böyük  əhəmiyyət  kəsb 

edir.  Lakin  qəzetin  məqaləsi  ilə  yanaşı  H.Münşinin  şərhləri  bu­

rada  əks  olunur  və  Azərbaycanın  bütün  maddi,  mənəvi  sərvətləri 

talan  edildiyindən  onun  qəzəbi  aşıb-daşır:  “Bu  komissiya  isə 

durub-durub,  ilk  öncə,  -   taleyin  işinə  bax,  -   doğru  Azərbaycana 

getmişdir.  Həm  də  elə  bir  Azərbaycana  ki,  Moskvadakı  kültür 

qoruyucuları  burada  türk  və  İran  hakimiyyəti  dövründən  qalmış 

olan  dəyərli  memarlıq  abidə  və  əsərləri  tam  bir  xarabazara 

çevirmişdirlər” (138, s.  21).

Bütün  sovet  ölkələrində,  xüsusən  Azərbaycanda  insanların, 

tarixi  abidələrin,  milli  sərvətin  repressiyaya  uğradığı,  dəhşətli 

1937-ci  ildə  qəddar  Stalini  tərənnüm  edən  xalq  ədəbiyyatının 

toplanması  məqsədilə  ekspedisiya  təşkil  olunması,  təbii  olaraq, 

mühacirətdə  əks-səda  doğururdu,  kəskin  etirazlarla  qarşılanırdı. 

Alman  qəzeti  də  bu  qəribə  ekspedisiyanın  nəyi  topladığını,  hansı 

“xalq  ədəbiyyatf’ndan  bəhs  etdiyini  araşdırmağa  çalışır  və  çox 

maraqlı,  maraqlı  olduğu  qədər  düşündürücü  şərhlər  verir:  “Yəni 

bu heyət bilmək  istəyir  ki,  əcəba  milli  bir həssaslıqla  Moskvanın 

qanlı  rejiminə  qarşı  dərin  bir  intiqam  hissi  bəsləyən  Azərbaycan 

türkü bu zalım rejimdən başqa və daha gözəl  bir şeyi də tərənnüm 

edirmi?” (138,  s.  21).

Qəzetin  özü  verdiyi  bu  ritorik  suala  elə  özünün  cavabı  da 

xalq  ədəbiyyatına  sovet  münasibətinin  nə  qədər  gülünclüyünü 

göstərməkdədir:  “Bizcə,  Moskvanın  kültür  komissarları,  xüsu­

sən  Azərbaycanda  “yeni  Əsas  Konstitusiyanın”  “hürriyyət”  və 

“müqəddəratım  təyin  etmə  haqqı”  kimi  maddələrinə  dair  çox  gö­

zəl  şərqilər  eşidə  bilərlər.  Lakin  bu  şərqilərin  nəşəli  nəqəratı  isə 

daim bu tərzdə tərənnüm  olunacaqdır:

“Kağız  üzərində, 

kağız üzərində,

Nə gözəldir bu,  tirallala...”

14

Göründüyü  kimi,  xalq  ədəbiyyatına  olan  bu  qeyri-peşəkar 



münasibət  alman mətbuatı  tərəfindən  də  acı  gülüşlə şərh  edilmiş­

dir.  H.Münşi  şeirin almanca mətnini  də çıxarışda:  “Eynilə:

A uf dem Papier, auf dem Papier,

Wie  wundaschön, tirallala..., -

şəklindədir”  (138,  s.21),  oxucusuna  çatdırmışdır  ki,  bu  da  onun 

qəzetdəki  məqalənin  xülasəsini,  dəyişiklik  etmədən,  olduğu  kimi 

verdiyini  göstənnəkdədir.  Qəzet  bununla  kifayətlənməmiş,  isteh­

za  ilə:  “Əcəba,  belə  bir xalq  ədəbiyyatı  Moskva  arxivlərinə  yara- 

şacaqmı?” -  sualını  ünvanlamışdır.

Hilal  Münşi  bu  məqalənin  həm  öz  dövrü,  həm  də  gələcək 

nəsillər  üçün  böyük  əhəmiyyətini  nəzərə  alırdı,  eyni  zamanda 

qəzetin  istehzasını  dərk  edərək,  əsarətdəki  vətəninin  insanlarını 

mücadiləyə  qalxmağa  ruhlandırmaq  niyyətilə  həqiqətin  açıqlan­

masına çalışırdı:  “Qəzet,  ...  mükəmməl  bir xalq  ədəbiyyatı  yarada 

bilənlərin  isə  Şimal  dənizi  kanalı  ilə  Ural  dağlarında  çalışdırılan 

yüz  minlərcə  kölələr  arasında  buluna  bildiyini  qeyd  etdikdən 

sonra,  Azərbaycana göndərilən komissiyaya təklif verərək  sözünü 

belə  bitirir:  “Bax,  bax,  Kremldəki  babacıq  (eynilə  batyuşka)  xalq 

tərəfindən  oxşanmaq  və  tərənnüm  olunmağa  susamışdır.  Stalini 

içinə  alan  şeirlərin  və  şərqilərin  yoxluğuna  şübhə  etmirik.  Fəqət 

buna  da  şübhə  etmirik  ki,  belə  bir  şərqinin  söyləndiyi  bir 

cəmiyyətdə  mütləq  QPU  (həmin  dövrdə  Milli  Təhlükəsizlik 

Nazirliyi  belə  adlanırdı 

-  A.H.)  inkivizitoru  (cəlladı)  xalq 

nəğmələri  komissarıyam  deyə  özünü  təqdim  edəcəkdir.  Və  xüsu­

sən  şərqi  Stalini  istədiyi  şərqi  şəklində  çıxa  bilməzsə!. ...”  (138,  s. 

21

).

Avropanın  nüfuzlu  bir  ölkəsi  olan  Almaniyada  belə  bir 



məqalənin  nəşri  çox  düşündürücü  mahiyyətdədir.  Sərhədlərinin 

xarici  dövlətlərin  üzünə  sıx  qapanmasına  baxmayaraq,  SSRİ-də

15



baş  verən  bütün  olaylar  dünyada  böyük  bir  üzüntü,  təəccüb  və 

bəzən isə, yuxanda göründüyü kimi, istehza ilə qarşılanırdı.

Sovet  sistemində,  senzura  basqısı  altında  bütün  dönəmlər­

də,  hətta  Stalin rejiminin  iflas  etdiyi,  nisbətən  “yumşalma”,  “dur­

ğunluq”  kimi  səciyyələnən  illərdə  belə  ziyalıların  həqiqəti  yaz­

mağının,  doğru olam təbliğ etməyinin  qarşısı  cidd-cəhdlə  alınırdı. 

Əhməd  Cəfəroğlunun  “Seçilmiş  əsərləri”nə  yazdığı  “Filoloji  irsi­

mizin daha bir abidəsi” adlı  “Ön söz”də professor Kamal  Abdulla 

bir  faktı  xatırlayır:  “ 1975-ci  ildə  müdafiə  etdiyim  namizədlik 

dissertasiyasında  “Kitabi-Dədə  Qorqud”un  tədqiqatçılan  sırasın­

da türkiyəli professor Əhməd Cəfəroğlunun adını  çəkmiş və möv­

zu  ilə  bağlı  araşdırmalarından  birindən  sitat  gətirmişdim.  Bir 

müddət  sonra o  vaxtlar  daha çox  VAK  adı  ilə  tanınan  SSRİ  ALİ 

Attestasiya  Komissiyasından  məni  çağıraraq  bu  alimə  istinadın 

yolverilməz,  hətta “siyasi  səhv” olduğunu bildirdilər və  həmin si­

tatı  əsərdən  çıxarmağımı  tələb  etdilər.  Səbəbi  ilə  maraqlananda 

Cəfəroğlunun  adının  “antisovet  təbliğatı  ilə  məşğul  olan  siyasi 

mühacirlər” sırasına daxil  olunduğunu diqqətimə  çatdırdılar” (25, 

s.3).

Sovet  sosialist  sisteminin  xalqlara  qarşı  müstəmləkəçi 



münasibətini  ilk  günlərdən  dərk  edən,  dərindən  anlayan,  siyasi 

səbəblər  üzündən  vətənindən  didərgin  düşərək  ömrünü  qürbət 

ellərdə  sürməyə  məhkum  olunmuş  Azərbaycan  ziyalıları  -   Əli 

bəy  Hüseynzadə  (1864-1940),  Əhməd  boy  Ağaoğlu  (1869-1939), 

Məhəmməd  Əmin  Rəsulzadə  (1884-1955),  Ceyhun  Hacıbəyli 

(1891-1962),  Mirzə  Bala  Məmmədzadə  (1898-1959),  Əhməd 

Cəfəroğlu  (1899-1975),  Məmməd  Sadıq  Aran  (Sənan)  (1895- 

1971),  Nağı  Şeyxzamanlı( 1883-1967),  Əbdülvahab  Yurdsevər 

(1898-1976),  Hüseyn  Baykara  (1904-1984),  Əli  Volkan  (1897- 

1981)  və  başqaları  xalqının  zəngin  yaradıcılıq  nümunələrindən 

həm  öz  böyük  amallarının  təbliği  məqsədilə  istifadə  etmiş,  həm 

də  el  ədəbiyyatının  qorunması,  gələcək  nəsillərə  təhrif  olunma­

dan,  düzgün  çatdırılması,  eyni  zamanda  dünyada  tanınması  üçün 

onların  toplanması,  nəşri  ilə  bağlı  böyük  işlər  görmüşlər.  Mü­

16

hacirətdə  vətən  həsrəti  ilə  məşəqqətlərə  məruz  qalsalar  da,  sovet 



senzurasından  uzaqlarda,  kommunizm  basqısı  olmadan  təhlü­

kəsiz  bir  şəraitdə  aparılan  bu  tədqiqatlar  öz  obyektivliyi  ilə  diq­

qəti cəlb etməkdədir.

İlk  növbədə  mühacirət  mətbuatı  sovet  Azərbaycanında  baş 

verən  ədəbi  hadisələrə  ciddi  şəkildə  münasibət  bildirməyə  baş­

ladı.  Keçən  əsrin  iyirminci  illərindən  “Yeni  Qafqazya”  (1923, 

İstanbul),  “Azəri  türk”  (1928,  İstanbul),  “Odlu  yurd”  (1929, 

İstanbul),  “Bildiriş”  (1930,  İstanbul),  “Azərbaycan  yurd  bilgisi” 

(1932,  İstanbul),  “İstiqlal”  (1934,  Berlin),  “Qurtuluş”  (1934, 

Berlin),  daha  sonralar  isə  “Ana  dili”,  “Bayquş”,  “Azər”, 

“Savalan”,  “Yol”  (Almaniya),  “Səhənd”,  “Duma”,  “Tribun”, 

“Araz”  (İsveç),  “Odlar  ölkəsi”,  “Aydınlıq”  (Böyük  Britaniya), 

“Xudafərin”  (Polşa),  “Dədə  Qorqud”  (İspaniya)  və  başqaları 

xalqımızın  milli  mənəvi  sərvətlərinin  təbliği  ilə  bağlı  mühüm  iş­

lər görmüşlər.

Məlumdur ki,  28  aprel  1920-ci  il  tarixindən,  yəni  Azərbay­

can  Xalq  Cümhuriyyətinin  süqutundan  sonra  siyasi  fəaliyyətləri 

üzündən  dünyanın  müxtəlif ölkələrinə  üz  tutmağa  məcbur  qalan 

mühacirlərin  ən  çox  məskunlaşdığı  məkan,  təbii  ki,  qardaş  Tür­

kiyə oldu.  1922-ci ildə əvvəl  Avropaya,  sonra isə Türkiyəyə gələn 

M.Ə.Rəsulzadə  1923-cü  il  23  sentyabrda  “Yeni  Qafqazya”  adlı 

dərgi  nəşr  etdirməyə  başladı,  beləliklə,  mühacirət  mətbuatının 

əsası  qoyuldu  və  onun  məramı,  məqsədi  belə  bildirilirdi:  “Yeni 

Qafqaziya”  bilxassə  rus  imperator!uğuna  qarşı  miicadilə  edir.  O, 

çarizmi  olduğu  qədər  bolşevizmi  do  türk  dünyası  üçün  ziyanlı 

və Qafqaza düşmən görür” (133,  s. 172).

Mühacirətdə  mətbuatın  nəşri  çox  böyük  bir  hadisə  idi  və 

Azərbaycan  ziyalıları  artıq  vətəndən  uzaqlarda  da  onun  hürriyyət 

davasım,  istiqlal  mübarizəsinin  davamı  üçün  bir  vasitə  əldə 

etmişdilər.  Nəzərə  almaq  lazımdır  ki,  “Yeni  Qafqaziya”  yalnız 

azərbaycanlıların  deyil,  bütün  rus  əsiri  türklərin  xaricdə  çıxar­

dıqları  ilk məcmuə  idi.  Daxildə  və  xaricdə  böyük  və  dərin təsirlər 

yapan  və  Sovet  hökumətinin  rəsməıı  pıotestoya  icbar edən”  (133,

17



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə