Almaz həSƏnqizi aşiq yaradiciliği mühaciRƏt folklorşÜnasliğinda



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə31/36
tarix22.07.2018
ölçüsü4,07 Mb.
#57780
1   ...   28   29   30   31   32   33   34   35   36

barəsində  yazır: 

Şeyx  Şamilin  azad  dünya  və  cəmiyyət  h a q ­

qında  arzuları  aşıq  şeirində  böyük  məhəbbətlə  vəsf  olunurdu” 

(63,  II,  s.555).  Azad Nəbiyev həmin dərslikdə “Molla Nur”  dasta­

nından  bəhs  edərkən  onun  qəhrəmanının  Şeyx  Şamillə  əlaqəsi 

məsələlərinə  də  toxunmuş  (63,  JI,  s.560),  eyni  zamanda  m öv­

cudluğu  şübhə  doğurmayan  “Şeyx  Şamil”  dastanının  da vaxtında 

qələmə  alınmadığı  üçün  tədqiqatlardan  kənarda  qaldığını  ürək 

ağrısı  ilə qeyd etmişdir.

Xatırladaq  ki,  Xəlilov  Əbdülxalıqm  “Şeyx  Şamil”  (40), 

Aygün  Həsənovanın  “Şeyx  Şamil  obrazı  Azərbaycan  elmi-bədii 

təfəkküründə”  (“Azərbaycan  ədəbiyyatında  Şeyx  Şamilin  bədii 

obrazı”)(35)  adlı  monoqrafiyaları  çap  olunmuş,  Xaltanlı  Tağının 

yaradıcılığını  araşdıran  Ağalar  Mirzə  sənətkann  Şeyx  Şamillə 

bağlı  yazdığı  şeirlərdən  (“Əfəndim”,  “Əfəndi”)  də  bəhs  etmişdir 

(55,  s. 148,  153).

Əbdülxalıq  Xəlilovun  “Şeyx  Şamil”  monoqrafiyasına  yaz­

dığı  “Şeyx  Şamil  həqiqəti”  adlı  ön  sözdə  Azad  Nəbiyev  dünya 

ictimai  fikrini  əsrlərdir məşğul  edən bu qəhrəman haqqında yazır: 

“ ...  Şeyx  Şamil  həqiqətinə  istər ötən  dövr tarix  elmimizdə,  istərsə 

də  müxtəlif dövrlərdə  yaranmış  ədəbi-bədii  nümunələrdə  -   xalq 

nəğmələrindən  tutmuş  epik  əsərlərə  qədər  birmənalı  münasibət 

olmamışdır.  Şeyx  Şamilin  azadlıq  mübarizəsinə,  eləcə  də  onun 

müridizm  baxışlarına  müxtəlif dövrlərdə  əksmənalı  münasibətlər 

olmuşdur.  Zaman  bütün  bu  kimi  baxış  və  münasibətlərin  bir 

qisminə  aydınlıq  gətirsə  də,  böyük  bir hissəsi  hələ də  diqqət mər­

kəzindən,  daha  geniş  açıqlamalardan  kənarda  qalmışdır”  (40,  s.

7).


Xüsusilə,  Azərbaycan  mühacirət  folklorşünaslığının bu qəh­

rəmanla  bağlı  araşdırmalarının  daha  dərindən  öyrənilməsi  və 

vətənimizdə nəşri  bu  gün də  aktuallığını  saxlayan problemlərdən­

dir.


Hürriyyət  bütün  zamanlarda  ən  müqəddəs  bir  ideal  olmuş 

və  bu  yolda  qurban  gedənlər  həmişə  əbədi  qəhrəmana  çevrilmiş­

lər,  məhz  Şeyx  Şamil  kimi.  İstiqlalı  yolunda  xeyli  şəhid  verən.

122


hələ də parçalanmaq  kimi bir əzabı  sinəsində  daşıyan  Azərbaycan 

xalqı  da  bu  yenilməz  qəhrəmanın  mübarizəsini  yüksək  dəyərlən­

dirmiş,  onun  adını  yaratdığı  ədəbi  nümunələrdə  yaşatmağa  və 

gələcək nəsillərə çatdırmağa çalışmışdır.

Azərbaycan  xalqının  böyük  məhəbbətlə  nəğmələr,  dastan- 

vari  rəvayətlər  və  s.  həsr  etdiyi,  lakin  sosializm  ideologiyası 

tərəfindən  qətiyyətlə  yasaqlanan  şəxsiyyətlərindən  biri  də  ruslara 

qarşı  sözün  həqiqi  mənasında  ölüm-dirim  mübarizəsinə  qalxan 

Gəncənin əfsanəvi  qəhrəmanı  Cavad  xan  (1748-1804)  olmuşdur. 

Onun  dillərdə  gəzən,  illərdir  xalqı  ruhdan  düşməyə  qoymayan 

cəsarəti  və  mərdliyi  Qafqaz  xalqlarının  qürur  rəmzi  olan  Şeyx 

Şamillə  müqayisə  edən  M.Ə.Rəsulzadə  “Qafqazya  türkləri” 

monoqrafiyasında  yazır:  “Fəqət  Dağıstan  kimi  keçilməz  və  sərt 

dağlar  başında  deyil,  müdafiəsini  Gəncə  kimi  geniş  və  düz  bir 

ovalıqda  yapmaq  məcburiyyətində  qalan  qəhrəman  Cavad  xanın 

Sisianovun  nizami  qüvvətlərinə  qarşı  apardığı  uzun  və  çətin  mü­

barizəsi  az  şərəfli  deyildir.  Bir neçə  dəfə  təklif olunan  və  əlverişli 

şərtləri  ehtiva  edən  təslimiyyət  təkliflərini  nifrətlə  rədd  edən, 

müqabilində  “Ölmək  var,  dönmək  yoxdur”  cavabında  bulunan 

Cavad  xan  bəşəri  imkanını  son  dərəcəsinə  qədər  qəzəblənmiş 

aslanlar  kimi  qala  topunun  başında  əlində  qılınc  barını  aşaraq 

hücum  edən  düşmənə  qarşı  cəsarətlə  vuruşmuş  və  bir  oğlu  ilə 

bərabər,  vəzifə  başında  şəhid  düşərək  sözünü  tutmuş,  ölmüş, 

fəqət təslim  olmamışdır” (147, s. 18).

Odib  hər  iki  mübariz  şəxsiyyətin  adını  iftixarla  çəkmiş,  bu 

qəhrəman  insanların  istiqlal  yolundakı  fədakarlıqlarının  övladları 

olduğu  millətin  qəhrəmanlıq  simvoluna  çevrilərək  əbədi  yaşaya­

cağına  əminliyini  bildirmişdir:  “Biri  Şimali,  digəri  Cənubi  Qaf­

qazın  istiqlal  müdafiəsini  əks  etdirən  bu  iki  qəhrəman  simanın 

müqəddəs  xatirəsi  hələ  ruhları  təhriz  etməkdə,  hürriyyət  və  istiq­

ballarına  çox  bağlı  olan  dağıstanhlarla  azərbaycanlılar  üçün  bu, 

həyəcanverici  bir savaş  rəmzini  təşkil  eyləməkdədir” (147,  s. 18).

Məlumdur  ki,  xalq  xatirəsini  yaşatdığı  övladlarına  həmişə 

nəğmələr qoşmuş,  dastanlar bağlamışdır.  Bəs  necə  olur  ki,  yetmiş




illik  sovet  hakimiyyəti  dövründə  qətiyyəti,  qəhrəmanlığ:  dillər 

əzbəri  olan  Cavad  xanla  bağlı  əsərlər  toplanıb  nəşr  edilməmiş, 

haqqında  tədqiqatlar  aparılmamışdır?!  Əslində,  xalq  şəxsiyyətinə 

yüksək  dəyər verdiyi  qəhrəmanına özünün yaratdığı  söz  sənətində 

əbədi  yaşamaq hüququ bəxş  etmişdir,  lakin  sovet  ideologiyasının 

təməl 


prinsiplərinə  zidd 

olan  belə  bir  əsərin  sosialist 

Azərbaycanında  meydana  çıxanlması  mümkün  ola  bilməzdi. 

Əlbəttə,  mühacirət  folklorşünaslan  və  mətbuatı  bu  önəmli 

hadisələr  və  şəxsiyyətlərin  unudulmaması  üçün  əllərindən  gələni 

etmişdirlər.  Bunun  ən  böyük  nümunəsini  “Azərbaycan  yurd 

bilgisi”  dərgisində  görmək  mümkündür.  Belə  ki,  Süleyman 

Abdiilqadirin  “Türk  qövmlərinin  xalq  ədəbiyyatında  rus  isti­

lasının  inikası”  məqaləsində  “Cavad  xan”  dastanı  və  bu  əsərin 

Şimali  Azərbaycandan  başqa,  İran  adlanan  ərazidə  yaşayan  azəri 

türkləri  tərəfindən  yaşadılması, həmçinin  sevilməsi  haqqında m ə­

lumat  verilmişdir:  “Cavad  xana  dair  dastan  yalnız  rus  istilası 

altındakı  Azərbaycanda  deyil,  İran  Azərbaycamndakı  türk  qövm­

ləri  arasında da çox  yayıldığını  və şöhrət qazandığını  görürük.  Bu 

günə  qədər  nəşr  edilmiş  olan  “Cavad  xan”  dastanında  təsadüf 

edilməyən  bir  “Cavad  xan”  dastanı  İnaliı  tayfasına  mənsub 

Marağalı  Əziz  adlı  bir  türkməndən  dinləmişdim.  Vaxtım  müsaid 

olmadığından ancaq  bir parçasını  qeyd edə bildim” (78, s.  23).

Məqalədən  gətirdiyimiz  sitatdan  məlum  olur ki,  Cavad  xan­

la  bağlı  nəşr  edilənlərdən  başqa,  ağızdan  ağıza  keçərək  yaşayan 

şeirlər,  rəvayətlər  və  hətta  dastan  mövcud  olmuşdur.  Müəllif 

məqaləsində  Marağalı  Əzizdən  eşitdiyi  mətnin  özünün  nəşr 

etdirdiyi  parçaların  variantı  olduğunu,  onlardan  müəyyən  qədər 

fərqləndiyini  də  diqqətə  çatdırmışdır:  “Marağalı  Əzizin  nəql 

etdiyi  dastan  ümumi  mündəricat etibarı  ilə  eyni  dastanın bir  va­

riantı  olduğu  məlum  isə  də,  vəzn  və  lisan  etibarı  ilə  ayrı  xüsu­

siyyətlərə malikdir” (78,  s.23).

“Azərbaycan  yurd  bilgisi”nin  1954-cü  ildəki  37-ci  sayında 

Mirzə  Bala  Məmmədzadənin  “Gəncənin  150-ci  süqut  ildönümü 

(1804-1959)”  adlı  məqaləsində  Ziyadoğullarından  Cavad  xanın

124

şücaətindən  ayrıca  bəhs  edilmişdir.  Mirzə  Bala yazır:  “Qəhrəman 



Cavad  xanın  şəhadətindən  sonra  Gəncə  başsız  qalmışdı.  Bu 

fəlakətin dastanım yazan  Gəncəli  Həsənə görə:

O zaman ki  Cavad xam  vurdular,

Sanasan qırıldı  beli  Gəncənin, -

Əvət, Gəncənin beli qırılmışdı” (137,  s.14).

Beləliklə, həmin məqaləsində  Mirzə Bala Cavad  xanla bağlı 

əsərlərin  mövcudluğunu  təsdiq  etməklə  yanaşı,  xalqının  qəhrə­

man  övladının  unutdurulması  istiqamətində  apanlan  ədalətsiz 

basqılara öz etirazını  bildirmişdir.

Gəncə  üsyanının  gürcü  əsilli  Pavel  Dmitriyeviç  Sisianovun 

(1754-1806)  başçılıq  etdiyi  rusların ordusu tərəfindən  vəhşicəsinə 

yatırılmasının  150-ci  ildönümü  münasibətilə  belə  bir  məqaləni 

qələmə  almaqla  Mirzə  Bala  həmin  günün  daim  xatirələrdə  yaşa­

ması,  gündəmdə qalması  məqsədini  izləmişdir.  Məqalənin  sonun­

da  yenidən  ədəbiyyatda  Cavad  xanla  bağlı  el  şairləri  tərəfindən 

yaranan  əsərləri  xatırlatması  da  müəllifin  sovet  senzura  siste­

minin  “unutdurmaq”  siyasətinə qarşı  narahatlığından  irəli  gəlmiş­

dir:  “Süqutu  və  fəlakəti  dərin  əkslər  oyandıran  Gəncənin  bundan 

150  il  öncə  məruz  qaldığı  fəlakət  o  dövrün  şairləri  tərəfindən 

dastanlaşdırmaq  surətilə  unudulmaz  milli  bir acı  halına gəlmişdir. 

Bu  xüsusda  Gəncəli  İləsən  və  qazaxlı  Dilbazoğlu  Əbdürrəhman 

ağanın  dillərə  dastan  olan  mənzumələrinə  işarət  etmişdik”  (137, 

s.14).

“Azəri  ədəbiyyatında  istiqlal  mücadiləsi”  əsərində  Əhməd 



Cəfəroğlu  1804-cü  ildə  Gəncənin  ruslar  tərəfindən  işğalına  qarşı 

mübarizəyə  qalxan  və  bu  yolda  şəhid  olan  Cavad  xan  haqqında 

şeir  və  dastanlar  yarandığını,  lakin  onları  tam  halda  deyil,  yalnız 

bəzi  parçalar  şəklində  əldə  etdiyini  qeyd  etmişdir:  “Cavad  xanın 

müdafiəsi  ilə  başlayan  milli  istiqlaliyyət  dastanları  maatəssüf 

əlimizdəki  mövcud  mcvadın  nöqsanlığı  dolayısıyla  bütün  istiqlal 

hərəkatını  təııvirdən  uzaqdır.  Zira  xalq  tərəfindən  dastani  və

125



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə