Almaz həSƏnqizi aşiq yaradiciliği mühaciRƏt folklorşÜnasliğinda



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə30/36
tarix22.07.2018
ölçüsü4,07 Mb.
#57780
1   ...   26   27   28   29   30   31   32   33   ...   36

mış, onun şücaətinin, yenilməzliyinin,  qələbələrinin əsas  səbəbini 

məhz  iti  zəkasında  və  düşüncəsində,  həmçinin  vətəninə,  torpa­

ğına  sonsuz  məhəbbətində  olduğunu  ifadə  etmişlər.  Elə  bu  duy­

ğular  da  yaxm  keçmişdə  yaşamış  Şeyx  Şamili  və  onun  ətrafm- 

dakılann  xalq  tərəfindən bəzən  əfsanəviləşdirilməsinə  səbəb  olsa 

da,  onun  arzularına  və  mübarizəsinə  olan  sonsuz  məhəbbət  bu  

yenilməz  insanın  adının  yasaqlara baxmayaraq  əbədi  yaşamasına 

gətirib çıxarmışdır.

Şeyx  Şamillə  yaxından  tanış  olan,  bu  xalq  qəhrəmanı  və 

oğlu  ilə  hətta  mübarizəsini  dayaııdırandan  sonra  da  ünsiyyət 

saxlayan  görkəmli  Azərbaycan  alimi  Mirzə  Kazım  bəy  (1802- 

1870)  özünün  “Müridizm  və  Şamil”  əsərində  onun  yenilməzliyi, 

şücaəti,  cəsarəti  və  mərdliyinin  sirlərini  aydınlaşdırarkən  döyüş 

meydanında baş  verən,  sonralar dillərdə  dolaşan  əhvalatlardan  da 

bəhs etmişdir.  Belə  ki, mürşidi  Qazı  Molla ilə döyüş meydanında 

vuruşarkən rusların  silahı  ilə  onun  müəllimi  həlak  olur.  Şamil  öz 

mürşidinin  cənazəsini  düşmən  qabağında  qoyub  qaçmır,  əksinə, 

cansız  bədəni  qoruyaraq  vuruşmaqda  davam  edir,  bu  zaman 

düşmənlərdən  biri  silahını  onun  özünün  sinəsinə  batırır.  Lakin 

aldığı  ölümcül  yaraya baxmayaraq,  Şamil  hamını  heyrətə  salaraq, 

nəinki  yıxılmır,  həmin  silahı  dartıb  çıxarır  və  elə  onunla  da 

qarşısındakı  düşmənini  öldürür.  M.Kazımbəy  şahidlərin  dilindən 

eşitdiyi  bu  hadisənin  Şamilin  şöhrətinin  bütün  Qafqazda  yayıl­

masına  və  sevilməsinə,  “İmam”  səviyyəsində  xalqın  rəğbətim 

qazanmasına  gətirib  çıxardığını  sonsuz  rəğbətlə,  sevgi  ilə  qeyd 

etmişdir (164,  s.  46)

İkinci  bir  cəhətdən,  Şeyx  Şamillə  bağlı  folklor  nümunələ­

rinə  daha  çox  Azərbaycanın  Zaqatala,  Qax,  Şəki  zonalarında 

təsadüf  etmək  mümkündür  ki,  bu  da  təbiidir.  Həm  Dağıstanla 

həmsərhəd  olmaları,  yəni  Şeyx  Şamilin  uğrunda  uzun  illər 

mübarizə  apardığı  torpaqlara  yaxınlığı,  həm  də  bu  regionlarda 

yaşayan əhalinin onun özü,  yaxud silahdaşları  ilə  birbaşa bağlılığı 

yaranan əsərlərə də öz təsirini  göstərmişdir.

Azərbaycanda  Şeyx  Şamil  hərəkatına  marağın  səbəblərin­

dən biri  də dinlə -  islam  faktoru ilə bağlıdır.  Belə ki,  bu mövzuda 

yaranan  əsərlərdə  rus  istilaçıları  həm  də  “kafir”  və  müsəlman 

dünyasının  düşməni  kimi  qələmə  verilmiş,  Şeyx  Şamil  isə  bütün 

islam aləminin qəhrəmanı  simasında tərənnüm edilmişdir.

“Azərbaycan  ədəbiyyatında  istiqlal  mücadiləsi  izləri” 

(1932)  məqaləsində  (92)  və  “Azərbaycan  ədəbiyyatında  istiqlal 

mücadiləsi”  (1932)  əsərində  (93).  Əhməd  Cəfəroğlu  bu  mübariz 

insanın  davası  və  onun  qonşu  ölkələrə,  xüsusən  müstəmləkə 

buxovlan  içində  eyni  taleyi  bölüşən  azərbaycanlılara  təsiri  ilə 

bağlı  yazır:  “...  1870  sənəsinə  qədər  davam  edən,  yəni  25  səna 

kimi  tarixin  çox  nadir  bir  millətə  bəxş  etdiyi  uzun  bir  istiqlal 

mücadiləsi  dövrü  (Əslində  Şeyx  Şamil  1834-1859-cu  illərdə  fəal 

mübarizədə  olmuşdur  -   A.H.),  şübhəsiz,  bu  gün  hürr  yaşamaq 

istəyən  hər  bir  qafqazlının  köksünü  qabardacaq  milli  bir  dava  -  

müqəddəs  bir  istiqlal  davası  -   xatirəsidir.  Onu  nə  tarix  və  nə  də 

hürr  yaşamaq  istəyən  heç  bir  millət  inkar  edə  bilməz.  Qafqaz 

istiqlaliyyəti  düşməni  rus müvərrihləri  belə  bu həqiqi  istiqlal  mü- 

cadiləsini  inkardan  pək  uzaqdırlar.  Zira  Şeyx  Şamilin  açdığı 

miicadilə  və hərəkat  dar bir mühit  içərisində  cərəyan etmiş,  nə  bir 

üsyan  və  nə  də  quldurluq  şəklini  almış  bir  basqından  ibarətdir. 

Biləks,  bu,  layuat  dilli  Şimali  Qafqazın  Dağıstan  istiqlal  aşiq­

lərini  birləşdirən  vətəni  bir  vəzifə,  istiqlal  təşnəsi  sönmək  bilmə­

yən  azəri  türklərinin  istiqlal  mücadiləsini  qüvvətləndirən  müştə­

rək və milli  bir qayədir” (93,  s.26-27).

Əhməd  Cəfəroğlu  bu  qəhrəman  insanla  bağlı  yaranan  əsər­

lərdən  bəhs  edərkən  bəzi  el  şairlərinin  də  adlarını  xatırlamış, 

onların  əsərlərindən  örnəklər  verərək  geniş  təhlillər  aparmışdır. 

Onlardan  bin  alimin  qeyd  etdiyi  kimi  əslən  Şəkidən  olan  Biçarə 

təxəllüsü  ilə  tanınan  Osmandır.  Bu  el  sənətkarı  özünün  “Şeyx 

Şamil”  adlı  şeirində  Azərbaycan  torpaqlarının  da  bir  rus  istila­

sından  qurtannası  üçün  Qafqazın  qəhrəman  oğluna  və  onun 

silahdaşlarına  Allahdan  kömək  arzulayır:




Qadir allah yet dadma, gəldi Dərbənd üstünə 

İnşaallah, hifzindədır, sonra Quba üstünə.

İlisuda,  Qarabağda dəxi durmaz qəsdinə.

Qubadan keçər, gələr Şirvan, Gəncə üstünə.

Şəkinin mahalların dəxi alır dəstinə,

Yəni təsxir edüb hökmü Süleyman eylədi

(93,  s.  362).

Azərbaycanı  müstəmləkə  buxovlanndan  azad  görməyi 

arzulayan  şair  Dərbənd  qurtularsa,  Quba,  Gəncə,  Şirvan,  Şəki, 

Qarabağ  torpaqlarının  da  müstəmləkə  istibdadından  xilasının 

mümkünlüyünə  inamını  ifadə  etmişdir.  Şair  “cahanı  fəramuş 

eyləyən” Şeyx Şamilin bu haqq davası  sayəsində  “mürşidi-kamil” 

mərtəbəsinə  yüksəldiyinə  diqqəti  yönəldərək,  “kafir  dinin  puç 

eylədiyi” üçün hər kəsi ona dua etməyə səsləyir:

Əl götürüb sidqi-dildən Şamilə dua eyləyən, 

Mürşidi-kamil olur, cahanı  fəramuş eyləyən, 

Aşiqi-sadıq olur eşqi min nuş eyləyən,

Aqibəti xeyir gəlir, kafir dinin puç eyləyən,

Dinin yıxub kafirin mağmun eyləyən,

Gəlüb  Şamil  şanma  şanını  bəyan  eylədi  (93,  s.362).

Şair  hər  kəsi  bu  zülmdən  qurtarmaq  naminə  mübarizəyə, 

məhz  bu  yolda  vuruşan  Şeyx  Şamilə  kömək  olmağa,  vətənin  is­

tiqlalı  yolunda  canından  keçərək  şəhidlik  zirvəsinə  ucalmağa 

səsləyir:

Qazavatı  kafir içində şəhid eylə başını,

Görən desün,  Şamil yolunda canını

qurban eylədi  (93, s. 362).

120


Əhməd  Cəfəroğlu  “Azərbaycan  ədəbiyyatında  istiqlal  mü- 

cadiləsi”  əsərində  Müəzzin  Türab  və  Mahmud  adlı  şairlərin  də 

adını çəkmiş, onların əsərlərindən örnəkləri təhlil  etmişdir.

Nə  yaxşı  ki,  alim  əsərində  Biçarə  Osman,  Müəzzin  Türab, 

Mahmudu  xatırlamış,  onların  Şeyx  Şamil  hərəkatı  ilə  bağlı  şe­

irlərindən örnəkləri  təhlil  etmiş,  adlannı  yaşatmışdır,  çünki  Azər­

baycandakı  el  şairləri  və  aşıqlarla  bağlı  nəşrlərdə  onlar  haqqında 

məlumata təsadüf edilmir (4;  5;  6;  10;  11;  17  və s.).

Bunun  səbəbi  isə  həmin  şairlərin  rus  istilası  əleyhinə  in­

sanları  istiqlala  səsləyən,  yüksək  vətənpərvərlik ruhunda yazılmış 

şeirləridir.  Məhz Əhməd  Cəfəroğlunun əsərinə daxil  etdiyi  örnək­

lərdə  də  rus  əsgərlərinin  zülmü,  vəhşəti  ilə  yanaşı,  xalqın  Şeyx 

Şamilə olan sonsuz ümidi,  hürriyyət və azadlıq  arzulan,  həmçinin 

müstəmləkəçilərə  və  əsarətə  qarşı  dərin  nifrəti  öz  əksini  tapmış­

dır.

Yalnız sovet hakimiyyətinin  çökməsi,  müstəqilliyin  yenidən 



bərpası  həmin  dövrün  yasaqlanmış  mövzularının  tədqiqi  üçün 

imkan  yaratdı.  Belə  ki,  “Azərbaycan  aşıq  məktəbləri”  mono­

qrafiyasında  Şirvan  aşıq  mühitinin  görkəmli  nümayəndasi  Xal- 

lanlı  Tağının  (1790-1890)  yaradıcılığını  incələyərkən  professor 

Azad  Nəbiycv  onun  Şeyx  Şamillə  bağlı  şeirlərini  tədqiqata  cəlb 

etmişdir.  Bu cl  sənətkarının zəmanəsinin  qəhrəman  oğluna müna­

sibətinə  aydınlıq  gətirən  alim  yazır:  “Xaltanlı  Tağının  son  dövr 

yaradıcılığında  dünya  həqiqətlərinə  bələd  müdrik  bir  insanın 

nəsihətcdici  şəxsiyyəti  nəzəri  cəlb  edir.  O, qanlı  müharibələr törə­

dən,  insanlara  fəlakət  gətirən  çar  ordusunun,  rus  generallarının 

özbaşınalığına  etiraz  səsini  ucaldır,  düşmənə  qcyıi-bərabər  dö­

yüşlərdə  dağlı  hərəkatının  böyük  sərkərdəsi  Şeyx  Şamilə  yeri 

gəldikcə  nəsihətlər  verir,  hər  kəsin  təqsirini  öz  boynuna  qoymağı 

və  beləliklə,  cəmiyyətdə  ədaləti  bərpa  etməyi  tövsiyə  edir”  (62, 

s. 126).

Professor  Azad  Nəbiycv  “Azərbaycan  xalq  ədəbiyyatı” 

dərsliyində  də  XIX  yüzilin  folklor  nümunələrindən  bəhs  edərkən 

Şeyx  Şamil  və  onun  müqəddəs  davası  ilə  bağlı  yaranan  əsərlər




Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə