Almaz həSƏnqizi aşiq yaradiciliği mühaciRƏt folklorşÜnasliğinda



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə29/36
tarix22.07.2018
ölçüsü4,07 Mb.
#57780
1   ...   25   26   27   28   29   30   31   32   ...   36

VI  FƏSİL

XALQ  ÜSYANLARI İLƏ  BAĞLI YARANAN ƏSƏRLƏR 

VƏ  ONLARIN MÜƏLLİFLƏRİ  MÜHACİRƏT 

FOLKLORŞÜNASLARININ TƏDQİQATLARINDA

Dünyada  öz  xalqının  istiqlalı  üçün  bütün  həyatını  qurban 

verən,  admı  milli  tarixinə  əbədi  həkk  etdirən  qəhrəman  övladlar 

yüzlərlə  olsa  da,  bütün  Yer  kürəsi 

üçün  azadlıq,  istiqlal,  yenil­

məzlik  simvoluna  çevrilən,  şəxsiyyəti  qürur  və  əzəmətlə  xatırla­

nanlar  olduqca  azdır.  Təkcə  Dağıstanda  deyil,  bütün  Qafqazda 

rus  müstəmləkəçilik  siyasətinə  qarşı  iyirmi  beş  il  müddətində 

cəsarətlə  mübarizə  aparan,  əsrlərlə  vaxt  keçməsinə  baxmayaraq 

bu  gün  də  həm  öz  və  həm  də  dünya  xalqları  üçün  istiqlal  müca­

hidi,  yenilməz bir  qəhrəman  kimi  xatirələrdə  əbədi  məskən salan 

Şeyx  Şamil  (1797-1871)  məhz  belə  şəxsiyyətlərdəndir.  Bu  igid 

insanın  və  ətrafmdakılarm  apardığı  haqq  davası,  onlan  savaşa 

qaldıran  qayə  məhz  istiqlal,  azadlıq,  hər  cür  əsarətə kəskin etiraz 

olduğundan  bu  hərəkat,  həmçinin  onun  yenilməz  lideri  ədəbiy­

yata  da  ciddi  təsir  göstənniş,  o,  yaranan  müxtəlif  ədəbi  nümu­

nələrin baş qəhrəmanına çevrilmişdir.

Demək  olar  ki,  Şeyx  Şamil  hərəkatı  ilə  eyni  ideallan  da­

şıyan,  rus  zülmündən  qurtannağa  çalışan  Azərbaycanda da  onun 

şəxsiyyəti  və  apardığı  istiqlal  mücadiləsi  ilə  bağlı  ayn-ayrı janr­

larda  bədii  əsərlər,  həmçinin  müxtəlif folklor  nümunələri  yaran­

mışdır.  Lakin  onların  əksəriyyəti  iki  yüz  ilə  qədər  keçən  bu  za­

man  kəsimində  əvvəlcə  rus,  sonra  sosializm  təbliğatına  uyğun 

gəlmədiyi,  xalqın  yadellilərə  nifrəti  ilə  yüklənmiş  olduğu  üçün 

sovet  senzura  sisteminin  ciddi  nəzarətindən  qurtara  bilməmiş, 

yalnız  hafizələrdə  yaşamışdır,  nəinki  nəşr  olunmamış,  həm  də 

repressiya  dövründə  adı  belə  dilə  gətirilə  bilinmədiyi  üçün,  mü­

hüm  bir  qismi  artıq  unudulmuşdur.  Bəzən  də  sovet  siyasi  rejı-

114


minin  təzyiqləri  nəticəsində  belə  əsərlər  ideologiyaya  uyğunlaş­

dırmaq  üçün  yalnız  bilərəkdən  təhrif  edildikdən  sonra  işıq  üzü 

görmüşdür.

Belə  ki,  mühacir  tədqiqatçı  Süleyman  Abdülkadir  “Azər­

baycan  yurd  bilgisi”  dərgisinin  elə  ilk  sayında  dərc  olunmuş 

“Türk qövmlərinin  xalq  ədəbiyyatında rus  istilasının  inikası”  adlı 

məqaləsində  (müəllifin  bu  adda  silsilə  məqalələri  dərginin  dörd 

nömrəsində dərc  edilmişdir) müstəmləkə buxovları  daşıyan bütün 

türkdilli  xalqların  folklorunu  nəzərdən  keçirərkən  diqqəti  bu 

problemə  yönəldərək  qeyd  etmişdir:  “..türk  xalq  ədəbiyyatı  və 

xəlqiyyatı  öz  münəvvərlərimiz  tərəfindən  ihmal  olunmuş,  ancaq 

kölə  millətə  mənsub  olan  müstəmləkəçiyə  qeyrətlə  toplana  bil­

mişdir.  Bu  ədəbiyyatı  müstəmləkəçiyə  nəql  edənlər  rus  istilasına 

dair  xalqın  tərənnüm  etdiyi  dastan  və  türkülərin  milli  bir  sin- 

sifətilə  saxlamış,  yaxud  “rus  məmuru”  zənn  etdikləri  müstəm­

ləkəçinin xətrini  qırmayacaq bir surətdə təhrifə məcbur olmuşdur­

lar (78,  s.22).

Azərbaycanın  görkəmli  lideri  Məhəmməd  Əmin  Rəsulzadə 

“Şəkilcə  də,  mühtəvaca  da  ruslaşdırma”  adlı  məqaləsində  bu 

problemə  toxunmuş,  türk  xalqlarının  ədəbi  nümunələrinin  təhrifə 

məruz  qalmasının,  bəzən  hətta  yasaqlanmasının  səbəblərini  ay­

dınlaşdırmışdır.  Müəllifin  fikrincə,  ikiüzlü  siyasət  yeridən  bolşe­

vik  hökuməti  xalqlara  müxtəlif  vədlər  verərək  hakimiyyətlərini 

möhkəmləndirdikdən  sonra onların  mənəvi  sərvətlərini  həm  şəkil, 

həm  də  məzmunca  ruslaşdırınağa  başladı.  Bunun  üçün  əvvəlcə 

dünya  xalqlarını  əksəriyyətinin  istifadə  etdiyi  latın  qrafikasını 

kirillə  əvəz  edərək  şəkilcə  ruslaşdırmanı  yerinə  yetirdilər.  Belə 

bir  münasibətin  xalqın  mənəvi  sərvətlərinin  təhrifinə,  yanlış 

təbliğ  edilməsinə,  bəzən  isə  tamamilə  yasaqlanmasına  gətirib 

çıxardığını  göstərən  Məmmə  Əmin  Rəsulzadə  sovet  hökumətinin 

ikiüzlü  siyasətini  kəskin  tənqid  edir,  tarixən  digər  millətlərin  ya­

ratdıqları  əsərlərin  “yeni  milli  siyasəfi’ə  uyğun  təhlilinin  aparıl­

masına,  xalq  qəhrəmanlarının,  o  cümlədən  Şeyx  Şamilin  “mürtə­

ce”  adlandırılmasına  etiraz  edirdi:  “ ...  bu  mürtəcelər  arasında,




məsələn,  Qafqaz  istiqlal  qəhrəmanı  böyük  Şeyx  Şamilin  adı  baş­

da  gəlir.  Vaxtilə  bizzat bolşevik  yazarlar  tərəfindən  milli  istiqlal 

və  inqilab  qəhrəmanı  deyə  təqdir  olunan  bu  tarixi  sima  indi 

“ingilis  kapitalizminin  agenti”  və  “Osmanlı  sultanın  nökəri”,  -  

deyə təhrif olunur” (145,  s.4).

Azərbaycan  mühacirətinin  digər  nümayəndəsi  M.B.Məm­

mədzadənin  “Dədə  Qorqud”  məqaləsində  sovet  siyasi-ideoloji 

sisteminin  ayn-ayrı  xalq  qəhrəmanlarına,  həmçinin  onlarla  bağlı 

yaranan  əsərlərə  sovet dövlətinin  qeyri-peşəkar münasibəti,  milli- 

mənəvi  dəyərlərin  çox  vaxt  qeyri-obyektiv  təbliği  tənqid  edil­

mişdir.  Qafqaz  xalqlarının  igid  oğlu  Şeyx  Şamil  və  onunla  bağlı 

yaranan  əsərlərə  qarşı  aparılan  ədalətsiz  münasibət müəllifi  ciddi 

narahat  edən  problemlərdən  biri  olmuşdur.  Həmin  məqaləsində 

Mirzə  Bala  yaranan  siyasi  şəraiti  təhlil  edərək  yazır:  “Milli 

keçmişi,  milli  qüruru  və  tarixi  milli  qəhrəmanları  tərənnüm 

etmək  cinayət,  günah  hesab  olunurdu.  Qafqazın  milli  qəhrəmanı 

Şeyx  Şamili  1947-ci  ildə  SSRİ  Elmlər  Akademiyasının  Tarix 

İnstitutunda  professor  Əcəmyan  Türkiyə  və  İngiltərənin  casusu 

elan  etdi.  Halbuki  azərbaycanlı  Heydər  Hüseyn  oğlu  (akademik 

Heydər  Hüseynov  “XIX  əsrdə  Azərbaycanın  ictimai  təfəkkür 

tarixi”  adlı  əsərində  (akademik  Heydər  Hüseynovun  (1908-1950) 

“Azərbaycanda  XIX  əsr  ictimai  fikir  tarixindən”  kitabı  nəzərdə 

tutulur-  A.H.) 

Şeyx  Şamilin  müsbət  cəhətləri  göstərilmişdi” 

(130;  53).

Mirzə  Bala sonra akademik Heydər Hüseynova qarşı  qərəzli 

münasibət,  Mircəfər  Bağırovun bu  alimin  layiq  görüldüyü  Stalin 

mükafatının  ondan  geri  alınması  və  ləğv  edilməsi  ilə  bağlı  qərarı 

haqqında  məlumat  verir,  həmçinin  Şeyx  Şamilə  dair  yaranan 

əsərləri  xatırlayır:  “Rusiyaya  qarşı  apardığı  25  il  davam  edən 

mərdanə  mübarizəsi  ilə  haqqında  qəhrəmanlıq  dastanlarının 

yaranmasına  səbəb  olan  Şeyx  Şamil 

tarixi  qəhrəman  olmaqla 

bərabər,  əfsanəvi  və  simvolik  olan  ölməz  mənəvi  şəxsiyyəti  ilə 

rus  imperializmi  üçün təhlükə yaradırdı  ” (53).

Məqalədən gətirilən bu sitatdan göründüyü kimi,  hələ keçən 

əsrin  50-ci  illərində  M.B.Məmmədzadə  “Şeyx  Şamil”  dastanının 

varlığı  haqqında məlumat  vermişdir.  Lakin  bu  böyük  şəxsiyyətin 

nəinki  haqqında  yaranan  əsərlər,  hətta  adının  xatırlanması  siyasi 

rejim  üçün  qəbuledilməz  idi,  çünki  Şeyx  Şamil  Qafqazda  əyil­

məzlik  simvoluna  çevrilmişdi,  onunla  bağlı  dillərdə  dolaşan 

əfsanə,  rəvayət,  dastan  və  sairdə  bu  bölgədə  yaşayan  bütün 

xalqların  qəhrəmanlıq  keçmişi  öz  bədii  ifadəsini  tapırdı.  Əsarətə, 

köləliyə  qarşı  mübarizə  əzminin  hakim  olduğu,  xalqları  azadlıq, 

ədalət uğrunda mübarizəyə ruhlandıran  “Kitabi-Dədə  Qorqud” və 

Şeyx  Şamillə bağlı  yaranan əsərlərin yasaqlanmasınm  səbəblərini 

M.B.Məmmədzadə  bu  məqaləsində  belə  şərh  etmişdir:  “...Şamil 

haqqındakı  əfsanələrdə  olduğu  kimi,  “Dədə  Qorqud”  dastanla­

rında  da  qəhrəmanlıqlarla  dolu  parlaq  keçmiş  vardır.  Odur  ki, 

millətin  milli  mənliyini,  milli  şüurunu  və  milli  vicdanını  tərən­

nüm  və  ona böyük  milli  ideallar təlqin  edən  belə  bir əsərin  təbliğ 

və tədrisinə Moskva, şübhəsiz ki, razı olmazdı” (53).

Mirzə Bala  Məmmədzadənin  “Dədə  Qorqud” məqaləsi  həm 

bu  eposun  təhlili,  həm  də  Şeyx  Şamil  və  onun  haqqında  yaranan 

əsərlərlə bağlı  çox maraqlı  mülahizələrin əks  olunduğu  dəyərli  bir 

mənbədir.

Qeyd  etmək  lazımdır  ki,  rus  istilası  dövründə  yasaqlanmış 

bir çox  əsərlərin  bərpası,  nəşri  və  təbliğində  mühacirətdə  yaşayan 

tədqiqatçıların  xüsusi  rolu  olmuşdur.  Sovet  senzurasından  kənar­

da  azad  bir  məmləkətdə  yaşadıqları  üçün  yalnız  onların  araşdır­

malarında  həmin  əsərlər  barədə  daha  dəqiq  məlumatlar  əldə  et­

mək  mümkündür,  lakin,  təəssüf ki,  bu da çox  azdır.

Şeyx  Şamil  hərəkatı  ilə  bağlı  yaranan  əsərlər  özünəməx­

susluğu  ilə  seçilir.  Hər  şeydən  əvvəl,  xalq  ədəbiyyatının  müxtəlif 

janrlarında  onunla  bağlı  əsərlər yaransa da,  bizcə,  rəvayətlər daha 

çox  üstünlük  təşkil  edir.  İstər  Şeyx  Şamil,  istərsə  də  onun  anası, 

xanımı,  övladları,  müridləri  ilə  bağlı  Azərbaycanda  müxtəlif 

rəvayətlər  söylənməkdədir  ki,  onların,  demək  olar  ki,  hamısında 

xalq  öz  qəhrəmanının  müdrikliyini  ön  planda  göstərməyə  çalış­

117



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə