Almaz həSƏnqizi aşiq yaradiciliği mühaciRƏt folklorşÜnasliğinda



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə27/36
tarix22.07.2018
ölçüsü4,07 Mb.
#57780
1   ...   23   24   25   26   27   28   29   30   ...   36

lu  böylə  müqəddəs  və  şərəfli  davada  səf  tutan  türk  analarına, 

bacılarına” (115, s.87).

“Azərbaycan” dərgisinin ауп-ауп  saylannda milli  sərvəti 

sahiblənərək  qorumaq  məqsədilə  mühacirətdə  keçirilən  tədbirlər 

və  bu  zaman müxtəlif folklor  örnəklərini  -   xalq  oyunları,  saz ha­

vaları,  mahnılar,  rəqslər  (onalann  içərisində  “Nazlı  bahar”, 

“Xala-bacı”,  “Gündəvur”,  “Diringi” və s.  kimi  artıq  unudulmaqda 

olanlar  da  var)  təqdim  etməklə  Azərbaycan  mədəniyyətinin  ta- 

nıtdırılması haqqında xəbərlər öz əksini  tapmışdır (79,  s. 19-20).

Qənaətlərimizə  görə,  mühacirət  folklorşünaslarının  qadın- 

aşıqlarla bağlı  fəaliyyəti  daha geniş tədqiq edilməlidir.  Biz burada 

yalnız  müəyyən  qədər  bu  mövzuya  diqqəti  yönəltmək  istədik. 

Bundan  əlavə,  folklor  nümunələrinin  əyani  təbliğilə  bağlı  müha­

cir  qadınların  fəaliyyəti,  Novruz  bayramı,  yaxud  müxtəlif  festi­

vallar zamanı  onların  ifa  etdikləri  xalq  mahnıları,  rəqslərlə yanaşı 

canlandırdıqları  toy mərasimləri  və  s.  haqqında  mühacirət mətbu­

atında  kifayət  qədər  məlumatlar  yer  almışdır.  Onların  da  xüsusi 

təhlili  gələcək tədqiqatçısını  gözləməkdədir.

106

V  FƏSİL

MÜHACİR AŞIQLAR

Mühacirətdə  aşıq  yaradıcılığının  tədqiqindən  bəhs  edərkən 

bir  məqamı  da  xatırlamaq  vacibdir.  Azərbaycan  istiqlaliyyətini 

itirdikdən sonra siyasi  şəxsiyyətlərlə  yanaşı,  bəzən  aşıqlar da mü­

hacirət  etməyə  məcbur  qalmışlar.  Azərbaycan  folklorşünaslığı 

indiyədək  bu  məsələyə  diqqət  yetirməsə  də,  mühacirətdəki  tədqi­

qatlardan bu barədə müəyyən qədər məlumat almaq mümkündür.

Belə  ki,  Əhməd  Cəfəroğlunun  “Azərbaycan  dil  və  ədəbiy­

yatının  dönüm  nöqtələri”  əsərində  mühacirətə  üz  tutan  aşıqlarla 

bağlı  diqqəti  cəlb  edən  çox  maraqlı  bır  məqam  vardır.  Alim 

xalqın  qəhrəman  övladlarının  hünərinin  aşıqlar  tərəfindən  vəsf 

edildiyini  və  beləliklə,  əbədi  yaşadıldığından  danışarkən,  bu  gün 

folklorşünaslığımız üçün  çox  əhəmiyyət daşıyan bir anı  xatirlayır: 

’’Vaxtı  ilə  Sivasın  Kanqal  qəzasına  Qaçaq  Mehralı  ilə  sığınan 

dərdli  bir azəri  aşığının  “Gəncənin  bağından  görünür  Nargitı  ada­

sı”  dediyi  kimi,  biz  də bu  gün,  bu  vəsilə  ilə  aşıqlarımızın  əsrləreə 

tərənnüm  edəcəkləri  qəhrəmanları  görməkdəyi/” (103,  s. 18).

Burada  xatırlanan  bircə  misra  belə  həmin  rejimə  etiraz  edə­

rək  qürbətə  üz  tutan  və  xalqının  istiqlaliyyəti  uğrunda  mübarizə 

aparanlar arasında aşıqların  olduğu  qənaətini  yaradır,  bundan  əla­

və,  “ölüm  adası”  Narginin  Gəncədən  görünməsi  də  o  dövrün  dəh­

şət  saçan  mənzərəsini  göz  önünə  gətirir.  “Osrləreə  tərənnüm 

edilələcək  qəhrəmanlar”  dedikdə  isə  Ohməd  Cəfəroğlu  Azərbay­

canın  əsarətilə  barışmayaraq  Vətəndə  mücadiləsini  davam  etdirən 

igid  oğulları  nəzərdə  tutmuşdur  və  tədqiqatlarının  mötəbərliyi  ilə 

dünyada  şöhrət  qazanan  mühacir  alim,  yəqin  ki,  mətləbdən  uzaq 

düşməmək  üçün  bu  aşıqla  bağlı  əlavə  heç  bir  məlumat  vermə­

mişdir.


Müasir  dövrümüzdə  həmin  aşığın  varlığı  artıq  yalnız 

ehtimallarda  düşünülsə  də,  Ohməd  Cəfəroğlunun  bu  kiçik  qeydi 

əslində  müstəmləkə  zülmünə  dözməyərək  vətənindən  didərgün

107



düşməyə  məcbur  olanlar  arasında  Azərbaycan  aşıqlarının  da  yer 

alması  faktını  ortaya  qoymuşdur.  Adı  naməlum  qalan  didərgin 

aşığın  yaradıcılığı  isə  tam  qaranlığa  bürünsə  də,  onun  dilindən 

söylənən  bircə,  yeganə  misra  folklorşünaslığımız  üçün  mühüm 

əhəmiyyət daşıyır.  Mühacir aşıq  bir cümlə ilə  repressiyaya məruz 

qalan,  ağır  günlər  yaşayan  xalqına  diqqəti  yönəldə  bilmişdir.  Bir 

tərəfdən,  bu  misra  el-obasının  dərdlərini  şeirində  yaşadan  saz 

sənətkarlarının  hər  zaman  olduğu  kimi  həmin  ağır  günlərdə  də 

xalqını  düşündüyünü,  onun  iztirablarına  yandığını  göstərirsə, 

digər tərəfdən,  onu  xatırlatmaqla  Əhməd  Cəfəroğlu  sovet repres­

siya  illərində  əzablı  mövzularda  da  əsərlərin  yarandığını,  lakin 

yayılma imkanının qeyri-mümkün olduğunu oxucusuna bildirmək 

istəmişdir.

Mühacirətə  üz  tutmağa  məcbur  qalan  aşıqlardan  həyatı  və 

yaradıcılığı  daha  çox  tədqiq  edilənlərdən  biri  Müseyib  Zəyəmdir 

(bəzi  mənbələrdə  Zəyəmli).  Onun  həyatı  və  fəaliyyəti  haqqında 

məlumat  aşıqla  dəfələrlə  görüşən  dostu  Nizaməddin  Onkun 

“Müseyib  Zəyəm”  (139)  və  vaxtaşırı  onun  yaradıcılığından  Ör­

nəkləri  nəşr etdirən “Mücahid”(Ankara) dərgisindoki  Əziz Alpau- 

tun  (çox  vaxt  A.A.  imzası  altinda  yazır)  “Vətən  şairi  Zəyəmli” 

(80)  adlı  silsilə  məqalələrindən öyrənmək mümkündür.

Beləliklə,  Müseyib  Şəmkir  rayonunun  Zəyəm  kəndində 

1900-cu  ildə  doğulmuşdur,  onun  atasının  adının  Sultaııəli  olduğu 

məlumdur.  Lakin  Müseyib  on  yaşında  ikən  valideynlərini  itirərək 

yetim  qalmış,  başqa  bir  kənddə  yaşayan  qohumlarının  himayə­

sində böyümüşdür.  “Miieahid”  dərgisi  Müseyibin  hələ on  yaşında 

olarkən  yazdığı  “Yaralı  canım”  şeirini  1960-cı  ildə  nəşr  etmişdir. 

Bu poetik  örnəkdən  aşığın  yaşadığı  ağır uşaqlıq  illərinin  acılarını 

duymaqla  yanaşı,  həyatının  bəzi  məqamları  haqqında  bilgilər  də 

almaq mümkündür:

Bir quş  idim,  gəzmiş idim havada,

Atan  öldü,  nceə qaldım cəfada.

Anan öldü,  yetim  qaldın yuvada,

Düşdüm qərib  elə,  yaralı  canım (159).

108

Çox  çətin bir dövr -  erməni-müsəlman qırğım illəri,  sonrakı 



müharibələr,  Vətənin ruslar tərəfindən  işğalı,  nəhayət,  Gəncədəki 

sovet  quruluşu  əleyhinə  üsyanın  vəhşicəsinə  yatırılması  Müse­

yibin  Azərbaycanı  tərk  etməsinə  gətirib  çıxarmışdır:  “Üsyanlar, 

savaşlar  bütün  Azərbaycan  şəhərlərini  sardığı  kimi,  qəhrəman 

gəncəlilərin  üsyanını  təqib  edən  qətliamlar  insanlıq  tarixinin  üz 

qarasıdır.  O günləri görən Müseyib Zəyəm,  21  yaşında  ...  yurdunu 

tərk  etmək  zorunda  qalmışdır,  Batum  yolundan  bir  çox  eldaşları 

kimi  Anadoluya keçmişdir” (139,  s.24).

Beləliklə,  aşıq  əhalisinin  əksəriyyəti  azərbaycanlı  olan 

İqdırın Mələkli  kəndində yaşamağa başlamışdır.

“Mücahid”  dərgisinin  1959-cu  il  21-22-ci  sayında  kiçik  bir 

şərhdən  sonra  aşığın  əslində  1927-ci  ildə  qələmə  aldığı  “Sevgili 

bacı”  (158)  adlı  şeiri  verilmişdir.  Şərhdən  məlum  olur  ki,  Müse­

yibin  bacısı  mühacirətə  üz  tutan  bir  nəfərlə  ona  məktub  göndərə 

bilmiş,  “Bacısı  məktubunda dərd  yazır,  orada qalan  üç  qardaşının 

üçünün  də  Sibirə  sürüldüyünü,  artıq  kimsəsiz,  yiyəsiz  qaldığını 

anladır və geri  dönməsi  üçün ona yalvarır” (158,  s .21).

Müseyibin  bacısına cavabı  kimi  yazılan bu  şeir ürəkləri  par­

çalayan  həsrət və kədər notlarına köklənmişdir:

Yoxsa,  bacı, həsrət qaldın bir günə,

Bir yıldıza, bərrak  Aya, bir günə.

Qardaşların yoxsa  getdi  sürgünə?

Yüz tutub  asimana,  ağlasın könlüm.

Ocəl gəlib  baş yastığa yetəndə,

Ruh gedib  qalınca bədən kəfəndə,

Vətən diyarına yellər əsəndə,

Salamlar göndərsin  sorana könlüm  (158).

Ümumiyyətlə, hüzn,  kədər, həsrət motivləri  Aşıq  Müseyibin 

bütün  yaradıcılığına  hakimdir  ki,  bu  da  onun  əsarətdə  qalmış 

Vətəni  və  əzablar  içərisində  keçən  şəxsi  həyatı  ilə  birbaşa

109



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə