Almaz həSƏnqizi aşiq yaradiciliği mühaciRƏt folklorşÜnasliğinda



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə28/36
tarix22.07.2018
ölçüsü4,07 Mb.
#57780
1   ...   24   25   26   27   28   29   30   31   ...   36

bağlıdır.  Ona  “ozan”  deyərək  xitab  edən  Nizaməddin  Onk  yazır: 

“Müseyib  Zəyəm  bütün  ömrü  boyu  həsrət  duymuşdur doğulduğu 

diyara...  Bu həsrəti  bəzən fələyə qəhr etməyə qədər getmişdir.  İştə 

yanaraq bir deyişi:

Aman fələk, üzmə məni,

Mən ürəkdən yaralıyam.

Yaralıyam,  çox yaralı,

Həm Vətəndən aralıyam.

Bunu yazdım qürbət eldə,

Qələm yazmaz,  ağlar əldə.

Sürgün olub  cavanlan,

Analann gözü yolda.

Müseyibin yanar canı,

Güllə dəyib,  axar qanı.

Qorxuram  öləm qürbətdə,

Görməyəm gözəl  vətəni” (139,  s.28).

Onu  da  qeyd  etməliyik  ki,  aşığın  iyirmiyə  qədər  şeiri  Niza­

məddin  Onk  və  Əziz  Alpaut  tərəfindən  nəşr  edilmişdir.  Bundan 

başqa,  Əziz  Alpaut  Müseyibin  şeirlərini  toplayaraq  nəşrinə  ha­

zırlaşması  barədəki  sözlərinə  əsaslanaraq,  ehtimal  edir  ki,  aşığın 

ayrıca kitabı  da nəşr  olunmuşdur.  Lakin,  təəssüf ki.  bu  istiqamət­

də apardığımız axtarışlar hələlik  nəticə  vennəmişdir.

Aşıq  Müseyibin ’’Dumalar”,  “Ayrı”  kimi  vətən  həsrətli,  qür­

bət  qoxulu  şeirləri  ilə  yanaşı,  “Bayrağım”,  “Əsgər  olaydım”, 

“Gəncə  qəhrəmanı  Sarı  Ələkbərin  ölümünə”  və  s.  kimi 

xal­


qımızı  mübarizəyə,  əsarətə  qarşı  üsyana  səsləyən,  həmçinin  onu 

qoynuna  alan  torpağa  minnətdarlıq  duyğuları  ifadə  edən  “İqdır”, 

“Mələkli” kimi əsərləri  də vardır.

Müseyibin  bütün  mühacirlərin  ürəyindən  səs  verən  “Bay­

rağım”  şeirini  Əziz  Alpaut  1961-ci  ildə  “Mücahid”in  41-42-ci

110


sayında,  Nizaməddin  Onk  1970-ci  ildə  “Azərbaycan”  (Ankara) 

dərgisində  nəşr  etdirmişdir.  Əziz  bəy  Müseyibin  bir  dəftərindən 

bəhs  etmiş,  həmin  şeirin  altında  29.IX.1928  yazıldığım  və 

qarşısında  Azərbaycanın  ay-ulduzlu,  üçrəngli  bayrağının  şəkli 

(80,  s.16) olduğunu bildirmişdir:

Sənsiz bu qəlbimin gülərmi üzü?

Sənsən onun parlaq  şəfəq, yıldızı.

Bir yücəl, sevgilim,  şad eylə bizi,

Bilirsən, aşığız sənə, bayrağım!

Nədən sənin rəngin  sarardı,  soldu?

Gözəl  ölkələrin  kimlərə qaldı?

Nə oldu üç rəngin qırmızı  oldu?

Kim  boyadı  səni  qana, bayrağım? (139,s.25)

“Gəncə  qəhrəmanı  Sarı  Ələkbərin  ölümünə”  adlı  üzərində 

15.12.1955  yazı  olan  şeiri  Müseyib  Zəyəm  mərhumun  oğlu 

İsmayıl  Saııyala  müraciət  şəklində  qələmə  almışdır  və  burada 

ömrü  mübarizələrdə  keçən  bir  Azərbaycan  oğlunun  itkisindən 

doğan  dərin  hüznlə  yanaşı,  bütün  mühacirlərin  əsir  vətənə  olan 

sevgisi,  kədəri,  təəssüf hissləri  öz əksini  tapmışdır:

Sürüldük  vətəndən,  eylədik  səfər,

Fələk,  sürgün  edilən  dönməzmiş məgər...

Hanı  bizimlə sürgün gələn  Oləkbər,

Özü getdi,  sözü qaldı  dünyada (160).

Xatırladaq  ki,  Oləkbər  Sarıyal  (1875-1938)  sovet  sisteminə 

qarşı  mübarizəyə  qalxan  Gəncə  və  Tərtər  üsyançılarının  təşkilat­

çılarından  biri  olmuşdur.  Bu  xalq  qəhrəmanı  fəaliyyətinə  görə 

həbs  edilmiş,  ailəsilə  birlikdə  Sibirə  sürgün  olunmuşdur,  1933-cü 

ildə  böyük  təhlükələrdən  keçərək,  çətinliklə  oradan  qaçaraq, 

Türkiyəyə  Qarsa keçə bilmişdir.



Müseyib  Zəyəmin  şeirləri  Azərbaycan  dilinin  şirinliyini 

saxlamaqdadır,  illərlə  vətəndən  ayrı  düşsə  də,  aşıq  öz  ana  dilinin 

cazibəsindən çıxmamış,  onu öz poeziyasında yaşatmağa çalışmış­

dır.


Aşığın adı  və təxəllüsü bəzən Əziz Alpaut tərəfindən “Musa 

Eyyub  Zəyəmli”  (“Mücahid”  sayı  29,  s.31)  şəklində  verilsə  də, 

şeirlərinə  əsaslanaraq,  onun  Müseyib  Zəyəm  olduğu  qənaətinə 

gəlmək mümkündür.

Bu  mühacir  aşığın  ölüm  tarixi  haqqında  da  əlimizdə  dəqiq 

bilgilər  yoxdur.  Nizaməddin  Onk  aşığm  1.3.1957-ci  il  tarixində 

vəfat  etdiyini  məqaləsində  xatırladır  (139,  s.28).  Əziz  Alpaut  isə 

“Mücahid” dərgisinin  1960-cı  il  may ayındaki  29-cu sayında Mü­

seyibin  dünyasını  dəyişməsi  ilə bağlı  “Vida söz”ü (80)  yazmışdır. 

Lakin  Nizaməddin  bəyin  dəqiq  tarixi  (ay  və  günü)  göstərməsi, 

Əziz Alpautun isə  “Bu yaxınlarda ...öyrəndik” etirafı  aşığm  1957- 

ci  ildə vəfat etdiyi  qənaətinə gəlməyə  imkan verir.

Mühacir  həyatı  yaşayan  el  sənətkarlarından  biri  də  adı  Əh­

məd  Cəfəroğlunuıı  bir  neçə  məqaləsində  xatırlanan  Aşıq  Namaz 

Sazçı  hesab  edilə bilər.  Onun haqqında bilgiləri  də  yalnız Əhməd 

Cəfəroğlunun  ayıl-ayrı  tədqiqatlarına  əsasən  müəyyənləşdinnək 

mümkündür.  Beləliklə,  “Tərəkəmə  ağzı  ilə  hüdutboyu  saz  şair­

lərimizdən  Qurbani  və  şeirləri”  məqaləsində  Əhməd  Cəfəroğ­

lunun  verdiyi  məlumata  görə,  Aşıq  Namaz  əslən  Azərbaycan 

türkü 


olub,  Gəncə  (indiki  dövrdə  Qazax)  mahalının  Daşsalahlı 

kəndində  doğulmuşdur.  Lakin  gənc  yaşlarından  əvvəl  Axıskaya, 

1933-cü  ildən  Türkiyəyə  köçən  aşıq  Muş  ilçəsinın  Bulanıq 

kəndində məskən  salmışdır (101,  s.87).

Tədqiqatçı  Elşən  Əbiilhəsənli  elə  həmin  məqaləyə  istinad 

edərək,  aşığın  Gəncədən  olduğunu  bildirir  və  nədənsə  mənbənin 

səhifəsini  göstərmədən  yazır:  “...  əslən  azərbaycanlı  (gəncəli) 

olan Aşıq Namazla tanış olur,  ondan Qurbani və onun yaradıcılığı 

barədə  müfəssəl  məlumat  toplayır...  Ə.Cəfəroğlu  Aşıq  Namazın 

dilindən  eşitdiklərini  olduğu  kimi  qələmə  almış,  o  cümlədən, 

onun  təhkiyəsindəki  tərəkəmə  şivəsini  saxlamağa  çalışmışdır

1 1 2


(26, s.67).

Əhməd  Cəfəroğlu  “Tərəkəmə  ağzı  ilə  hüdudboyu  saz 

şairlərimizdən  Qurbani  və  şeirləri”  tədqiqatına  daxil  etdiyi  “Qur­

bani”  dastanını  Namaz  Sazçının  dilindən  qələmə  alarkən,  onun 

təxminən  qırx  yaşlarında  olduğunu  bildirmişdir  ki,  bu  fakta 

əsaslanaraq,  aşığm XX  əsrin  ilk  onilliyində  doğulduğunun  müəy­

yənləşdirmək mümkündür.

“Hüdudboyu saz  şairlərimizdən  Bağdad  xanım”  (104)  adlı 

tədqiqatında  Əhməd  Cəfəroğlu  yenə  Aşıq  Namazı  xatırlatmış, 

ondan  bu  xanımla  bağlı  bilgilər  almaq  istədiyini  bildirmişdir  ki, 

bu da alimin həmin sənətkarın sözünə olan etimadı  ilə bağlıdır.

Göründüyü  kimi,  Əhməd  Cəfəroğlu  daha  bir  söz  ustasının 

adının əbədiləşməsinə nail  olmuşdur,  lakin,  təəssüf ki,  aşığın özü, 

həmçinin  əsərlərilə  bağlı  əlavə  heç  bir  məlumatımı/,  yoxdur. 

Güman  etmək  olar  ki,  Namaz  Sazçı  ifaçı  aşıq  kimi  fəaliyyət 

göstənnişdir,  Əhməd  Cəfəroğlunun  tərtib  etdiyi  “Anadolu  elləri 

ağızlarından  dərləmələr.  Van,  Bitlis,  Muş,  Karaköşə,  Eskişehır,  Bolu 

ve  Zonquldak  elləri  ağızları”  kitabında  “Tərəkəmə  ağzı”  adlı  böl­

mədə  toplanan  folklor  materiallarının  informatorları  (söylə- 

yiciləri)  arasında  onun  adma  tez-tez  rast  gəlmək  mümkündür 

(111,  s.  87-106).  Belə  ki,  Aşıq  Namazın  informatorluğu  ilə  Qur­

bani,  Dədə  Qasım,  Xəstə  Həsən  və  başqalarının  yaradıcılığından 

örnəklərlə  yanaşı,  Niyazi  imzası  ilə  onun  özünə  həsr  olunmuş 

“Namazın  şeiri”  adlı  bir  parça  “Anadolu  elləri  ağızlarından  dər­

ləmələr,  Van,  Bitlis,  Muş,  Karaköşə,  Əskişəhir, 

B o lu  


və  Xonqulılaq 

elləri  ağızları” kitabına (111,  s. 105) daxil  edilmişdir.

Beləliklə,  Vətəninin  kölə  vəziyyətinə  düşməsinə,  əsarətinə 

dözməyib,  didərgin  düşərək  başqa  ölkələrdə  istiqlal  mücadiləsini 

davam  etdirənlər  arasında  saz  və  söz  ustalarının  olması  şübhə 

doğurmur.  Doğma  yurdundan  uzaqlarda  yaşamaq  məcburiy­

yətində  qalan  siyasi  şəxsiyyətlərin,  şairlərin,  yazıçıların  fəaliyyəti 

müəyyən  qədər  tədqiq  edilsə  də,  Azərbaycan  folklorşünaslığında 

mühacir  aşıqlar  və  onların  yaradıcılığının  öyrənilməsi  gələcək 

araşdırıcısını  gözləməkdədir.

1 1 3



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə