Almaz həSƏnqizi aşiq yaradiciliği mühaciRƏt folklorşÜnasliğinda



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə33/36
tarix22.07.2018
ölçüsü4,07 Mb.
#57780
1   ...   28   29   30   31   32   33   34   35   36

VII  FƏSİL

AZƏRBAYCAN  AŞIQ SƏNƏTİNİN 

DİGƏR XALQLARIN  KÜLTÜRÜNƏ TƏSİRİLƏ 

BAĞLI ARAŞDIRMALAR

Əvəzsiz  aşıq  sənəti  yanız  Azərbaycanda  böyük  məhəbbətlə 

sevilməmiş,  qonşu  xalqlar  tərəfindən  də  maraqla  qarşılanmışdır. 

Hətta  bu  təsirin  gücü  digər  millətlərin  içərisindən  bəzən  Azər­

baycan,  bəzən öz doğma dilində yazıb-yaradan sənətkarların mey­

dana  çıxması  ilə  nəticələnmişdir.  H.Araslı  bu  prosesin  yüzil- 

lərdən  bəri  davam  etdiyini  nəzərdə  tutaraq  yazır:  “Hələ  XVI  əsr­

dən  Azərbaycan  dilində  qoşmalar  yaradan  erməni  və  gürcü 

aşıqlarına təsadüf edirik...”  (5,  s.  4)

1942-ci  ildə  İstanbulda  nəşr  edilən  “İslam”  ensiklopedi­

yasının  “Azərbaycan” məqaləsində  XVII  əsr ədəbiyyatından  bəhs 

edilərkən  xalq  ədəbiyyatının  çox  sürətli 

yüksəlişinə  diqqət  çə­

kən  mühacir  alim  Mehmet  Şakir  Ülkütaşır  yazmışdır:  “Bundan 

əvvəlki  əsrlərdə  mövcudiyyətini  az-çox  hiss  etdiyimiz  xalq 

ədəbiyyatına  təmayül  bu  əsrdə  genişlənərək  ümumi  və  şumullu 

bir  cərəyan  halını  aldı...  Maddi  eşqin  tərənnümündən  müxtəlif 

məhəlli  və  ictimai  hadisələrə  qədər  hər  şey  nəzmin  çərçivəsi 

daxilinə  girdi  və  beləliklə,  mövzuda  böyük  bir  vüsət  meydana 

gəldi...  Fəqət  bir  çox  zaman  içərisində  əski  şəkil  içərisində  yeni 

ruh  meydana  gəldi.  Xalq  ədəbiyyatının  təsiri  və  xalqa  enişi  nəti­

cəsində  əski  ədəbiyyatın  ənənəsi  pozulmağa  başladı,  təməlləri 

sarsıldı” (152,  s.754)

Dövrün  ümumi  mənzərəsinin təsvirindən  sonra müəllif xalq 

ədəbiyyatında baş  vermiş  dəyişiklikləri  xarakterizə  etmiş,  bu  əsr­

də  inkişaf  sürəti  nəticəsində  Azərbaycan  dilinin  və  mədəniyyə­

tinin  digər millətlərə təsirini  ayrıca qeyd  etmişdir:  “Bu  əsrdə azəri 

dili  türk  olmayanlar arasında da  yayılmış,  türkcə  danışan  gürcülə­

rin  miqdarı  böyük  bir  yekun  tutduğu  kimi  bəzi  türk  xalq  ədəbiy­

yatı  məhsulları  də  türkcə,  gürcü  hərfləri  ilə  təsbit  edilmişdir.  Bu 

əsrdə  türkcə  şeirlər  yazan  erməni  şairlər  də  mövcud  olmuşdur. 

Əsasən  türk  saz  şairlərinin  gürcü  və  erməni  xalq  ədəbiyyatları 

üzərindəki  təsiri  də  yenə  azəri  sahəsində  olmuş  və  bilxassə  er­

məni aşıqlarının bir çoxu buralarda yetişmişdir” (152,  s.754).

Azərbaycan  aşıq  sənətinin  başqa  millətlərin  nümayəndələri 

içərisində  də geniş  vüsət  almasına  diqqət  yetirən müəllif tədqiqa­

tında Aşıq  Ertünün,  Şikəstə Şirinin  adlarını  xatırlamışdır.

Mehmet  Şakir  Ülkütaşır  Azərbaycan  xalq  ədəbiyyatının 

sonrakı  əsrlərdə  də  qonşu  millətlərə  təsirinin  böyük  olduğuna 

diqqəti  çəkərək  yazır:  “On  səkkizinci  əsrdə  saz  şairləri  bundan 

əvvəlki  əsrə  nəzərən  daha  çoxdur...  Bu  əsrdə  folklor  fəaliyyəti 

də  gözə  çarpmaqdadır.  Bunun  nəticəsi  olaraq  dastan,  atalar  sözü 

kimi  bəzi  xalq  ədəbiyyatı  məhsulları  toplanmışdır.  Bunlardan 

başqa,  bir  çox  şairlər  üzərində  bariz,  bir  şəkildə  görülən  xalq 

ədəbiyyatı  təsiri  və gürcü hərfləri  ilə təsbit  edilən  aşıq  tərzi  şeirlər 

bizə  bu  ədəbiyyatın  şumulü,  eyni  zamanda  nüfuz  və  təsiri  haq­

qında fikir verə  bilər” (152,  s.755).

Beləliklə,  müəllif qonşu  millətlərə  Azərbaycan  xalq  ədəbiy­

yatının  böyük  təsirinə  xüsusi  diqqət  yetirmiş,  saz  sənətinin  nüfu­

zunun daha kəskin olduğu mülahizələrini  irəli  sürmüşdür.

Görkəmli  folklorşünas  Ohmod  Cəfəroğlu  da  Azərbaycan 

aşıq  sənətinin  incəliklərini  tədqiqi  zamanı  saz  sənətinin  digər 

xalqlara  olan  təsirinə  diqqət  yetirmişdir.  Alim  “Azərbaycan  ədə­

biyyatında  istiqlal  mücadiləsinin  izləri”  məqaləsində  xalqın  həya­

tında  baş  verən  hər  bir  hadisənin  ağız  ədəbiyyatına  təsir  gös­

tərdiyindən  bəhs  edərkən,  1905-1906-cı  illərdə  baş  verən  crməni- 

miisəlman  qırğınını  da  xatırlatmışdır:  “ 1905  sənəsi  qətliamı 

aşıqların  ən  canlı  mövzularından  birini  təşkil  etmişdir.  Xalqın  bu 

qətliamdan  nə  qədər  zərər  gördüyünü  bilən  aşıqlar  dərhal  bütün 

qəbahəti  milli  düşmən  -   rusun 

üzərinə  yükləməkdən  çəkin­

məmiş  və  əhalini  sülhə  və  türk-erməni  ittifaqına  dəvət  etmiş­

dirlər” (92,  s.35).



Əhməd  Cəfəroğlu  bu  tədqiqatında  Azərbaycanda  yaşayıb 

fəaliyyət  göstərən  erməni  əsilli  Aşıq  Avak  (Alim  onu  Evek  kimi 

təqdim  etmişdir)  -   Avetis  Arakel  oğlu  Azaryan  (1874-1944) 

haqqında  ətraflı  məlumat  vermişdir:  “Qafqazın  türk  və  erməni 

kütləsinin  bütün  dərdini  öz  dərdindən  ayırmayan  azəri  erməni 

aşıqlarından  Avak  el  üzənndəki  rus  istilasına  qarşı  bir  nifrət  və 

protesto  olmaq  üzrə  əlində  sazıyla  eldən  elə  dolaşaraq  xalqın 

dərdinə  ağlamış  və  birlik  fikrini  əhali  arasında  yaymağa  ça­

lışmışdır” (92,  s.35).

Visbadeııdə  nəşr  etdirdiyi  “Azərbaycan  ədəbiyyatı”  adlı 

tədqiqatında Əhməd  Cəfəroğlu  yenə  Aşıq  Avakı  xatırlamış,  onun 

Gəncəbasar bölgəsinin  Çardaxlı  kəndində  yaşadığını  qeyd  etmiş­

dir (108,  s. 190).

Əhməd Cəfəroğlu Avakın  şeirlərində hər iki  xalqa ayn-ayn- 

lıqda müraciət edərək onları  bir-birinə  qarşı  savaşa qaldıranın rus 

olduğunu bildirdilməklə əsil  düşmənin birbaşa  adı  ilə  çağırdığını, 

son  çarənin  sülhdə  axtardığını  örnəklər  verməklə  əyaniləşdirmiş­

dir:


Ums bizi  tutuşdurup,

Müsəlmanlar,  biz yola gələk.

Cahil  cavanı  qırdırıb,

Ermənilər, biz yola gələk  (92,  s.36).

Əhməd  Cəfəroğlu  bu  erməni  aşığın  iki  xalqı  qızışdıranlara 

qarşı  dərin  nifrət  bəslədiyini,  həmin  ovqatla  kin-küdurətə  görə 

rusları  söyüşlərə  qərq  etdiyini  diqqətə  çatdırmışdır:  “İki  xalqı 

ittifaqa  dəvət  edən  şair  -  aşıq,  eyni  zamanda  bu  qətliamın  səbəb­

karı  rusu  nifrətlə  təqdim  etmişdir.  Hətta  şair  o  qədər  irəli 

vannışdır  kı,  rusların  ən  adi  və  ealıil  “xaxof’dan  başqa  bir  şey 

olmadıqlarını  bütün  təmsil  etdiyi  Azərbaycan  türk  və  ennənilər 

namına söyləməkdən  çəkinməmişdir” (92,  s.35).

Bu  mülahizələrini  təsdiq  etmək  məqsədilə  Ə.Cəfəroğlu 

aşığın  şeirindən örnəkləri  öz tədqiqatına daxil etmişdir:

132

Görün necə, nə qan olub,



Dörd yanımız düşman olub,

Qotur xaxol  xana dönüb.

Dərdim yenə həddən aşdı,

Yandı cismim, bağrım pişdi.

İki  millət bərk  vuruşdu...

Y öl  işlənsin, karvan olsun,

Düşman aradan yox  olsun,

Avak sizə qurban olsun!  (92,  s.35).

Milliyyətca  erməni  də  olsa,  Azərbaycan  dilində  və  bizim 

ənənələrə  müvafiq  əlində  saz  əhali  arasında  dolaşaraq  həqiqəti 

söylədiyinə  görə  Əhməd  Cəfəroğlu  Avakı  hər  iki  xalqın  təmsil­

çisi kimi  təqdim  etmişdir.

Əhməd  Cəfəroğlu  aşıqların  Azərbaycan  xalqı  üzərində  bö­

yük  təsirindən  bəhs  edərkən  maraqlı  bir  xüsusiyyətə  də  diqqət 

yetirmişdir:  “ ...rus  istilası  afətinin  millət  üzərindəki  ağır  əksini 

hər  kəsdən  əvvəl  aşıqlar  sezmiş  olacaqdırlar  ki,  hər  vasitə  ilə 

rusları  ələ  salmaqdan  qalmamışdırlar.  Bir çox  dəfə  aşıqlar əhalini 

əlaqədar  etməyən  vəsilələrdən  do  istifadə  etmişdirlər.  Rus-yapon 

müharibəsi  də bu  vəsilələrdən biridir” (92,  s.35).

Əhməd  bəy  aşıq  Avakın  bu  münasibətlə  xüsusi  olaraq  bir 

şeir  yazdığını,  müharibədə  olmamasına  rəğmən,  yaponları  heç 

vaxt  tanımadığı  halda  bu  vasitə  ilə  də  rusları  təkcə  tənqid  yox, 

həm  də  təhqir  etdiyini  qeyd  etmiş,  həmin  şeiri  bütövlüklə  əsərinə 

daxil  etmişdir.  Rus  və  yaponun  deyişməsi  şəklində  qurulan  bu 

şeirdə  son  sozii  aşıq  özü  söyləyir,  bu  parçanı  Əhməd  Cəfəroğlu 

ayrıca təqdim  edir:  “Avak:

U rus can  verər arağ,  çaxıra,

Yapon od  vurar neçə taxıla.

Avak yerləri  təsdiq  eylər yapon axıra,

Çıx,  xaxol, yerlər onundu.

133



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə