Almaz həSƏnqizi aşiq yaradiciliği mühaciRƏt folklorşÜnasliğinda



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə34/36
tarix22.07.2018
ölçüsü4,07 Mb.
#57780
1   ...   28   29   30   31   32   33   34   35   36

Zira bu məğlubiyyətdə rusdan bir dərəcəyə  qədər də  intiqam 

almaq olur.  Heç olmazsa, bu, da bir qənimətdir” (92,  s.  36).

Əhməd  Cəfəroğlunun  verdiyi  örnəklər  bır  neçə  cəhətdən 

diqqəti  cəlb  etməkdədir.  Ə w əla,  aydm  görünür  ki,  bu  ennəni 

aşığı  Azərbaycan  dilinə  incəliklərinə  qədər  bələddir,  çünki  bir 

çox  frazeoloji  birləşmələrdən  yerində  istifadə  edir.  Məsələn, 

“qurban  olsun”,  “yandı  canım”,  “bağrım  bişdi”  və  s.  Digər 

tərəfdən,  bu aşıq haqqında  məlumatlar müasir dövrümüz  üçün  də 

çox  gərəklidir,  çünki  tarix  təkrar  olunur.  Bu  da  keçmişdə  baş 

verən hadisələrdən dərs almağı tələb edir.

Xatırladaq  ki,  Səlim  Rəfıq  “Professor  dr.  Çobanzadəyə  ca­

vab”  kitabında  ozan  sənətinin  Azərbaycan  ərazisində  çox  yayıl­

dığını  və  onun  heç  bir  təsirə  uymayaraq,  xalqı  öz  şirin  dilində 

oxşadığım,  hətta başqa millətlərin  nümayəndələrinin bu  cazibəyə 

düşərək  türkcə  şeirlər  yazdığını  bildirməkdədir:  “Hətta  İran 

kültürünün çox  qüvvətli  təsiri  altında qalan yüzlərlə  yerlərdə belə 

türk  ənənələrini  yaşadan  və  klassik  ədəbiyyata  rəqabət  edənlər 

sırf bu  ozanlar olmuşlar.Yenə  bu ədəbiyyat  gürcü  və  erməni  xalq 

ədəbiyyatı  üzərində  müəssir  olmuş,  hətta  bilxassə  ermənilərdən 

türkcə yazan şairlər yetişmişdir” (141,  s.  10).

Xavər  Aslan  isə  Azərbaycan  aşıq  şeirinin  yüksəlişindən 

bəhs  edərkən,  bu  sənət  sahəsinin  digər  xalqların  ədəbiyyatına 

olan  təsirinə xüsusi  diqqət yetirmiş,  “Azərbaycan  aşıq  ədəbiyyatı” 

məqaləsində,  bu barədə  yazmışdır:  “Qonşu  xalqların  ədəbiyyatını 

da  təsiri  altına  alan  böyük  və  zəngin  aşıq  ədəbiyyatına  sahibiz. 

Əzəmətli  keçmişi,  böyük  ənənələri  olan  Azərbaycan  aşıq  sənəti 

XVII  -   XVIII  əsrlərdə  daha  da  irəliləyərək  ölməz  milli  dastanlar 

yaratmış,  ədəbiyyat  tariximizdə  önəmli  yer  tutan  ustad  aşıqlar 

yetişdirmişdir” (81,  s.  13).

Məlumdur  ki,  Azərbaycan  dilində  yazan  erməni  aşıqların­

dan  ən məşhuru  Sayat  Nova  hesab  edilir və hətta  H.Araslı  bu aşı­

ğın  azərbaycanca  yazdıqlarının  öz  ana  dilindəki  və  gürcücə  şeir­

lərindən  daha  çox  olduğunu  qeyd  etmişdir  (2,  s.74).  Lakin 

mühacirətdə onunla bağlı  məlumata təsadüf etmədik.

134

Professor  İ.Abbaslı  “Ozan-aşıq  sənətinə  tarixi  baxış”  adlı  təd­



qiqatında  XIX-XX  əsrlər  də  daxil  olmaqla  Azərbaycan  dilində  yazan 

dörd  yüzdən  cox  erməni  aşığı  olduğunu  qeyd  etməkdədir  (1,  s.217). 

Lakin  Azərbaycan  dilində  yazaraq  məşhurlaşan  ermənilər  bəzən  bu 

dilə və  sənətə  qısqanclıqla  yanaşmışlar.  A.Kalantaryansm  1873-cü ildə 

“Mışak”  qəzetində  verilən  aşıqlarla  bağlı  fikirlərindən  bunu  görmək 

mümkündür:  “indiki  erməni  nəğməkarı  (aşığı)  topal,  kor,  yaxud  başqa 

nöqsanı olan şəxsdir ki,  o,  öz qüvvəsi  ilə çətinliklə azuqə tapa bilər.  O, 

özünü ennəni  nəğməkarı  adlandırsa,  onun  yüksək  xüsusiyyətlərinə  heç 

də  malik deyildir.  Çox  dəfə onun oxuduqları  türkcə,  yaxud  farsca olur, 

o,  qapı-qapı  gəzərək hər bir qəpik üçün oxuyur” (77,  s.283).

Bu  cəfəng  fikirlərə  cavabı  isə  onların  öz  nümayəndələrinin 

timsalında  cavab  vennək  daha  məqsədəuyğun  olardı  ki,  bu  sahə­

də mühacirət alimlərinin  də xidməti  nəzərə alınmalıdır.

135



NƏTİCƏ

Tarixi  insanlığın  yaşı  qədər  qədim  zamanlara  uzanan  A zər­

baycan əsrlər boyu kəskin əzablara, müharibələrə,  inqilablara,  n ə­

hayət  parçalanmaq  kimi  ən  ağır  işgəncəyə  məruz  qalsa  da,  bu 

müqəddəs  torpaqda  məskunlaşan  insanlar  özlərinin  haqqı  olan 

ədaləti,  istiqlalı qazanmaq  yolunda mübarizədən geri  çəkilməmiş, 

şəhid  qam  ilə  suvarılan  yurdunun  azad  və  bütöv  olacağı  gələcək 

günün  ümidi  ilə  yaşamış,  bu  keşməkeşli  illərin  izlərini  qoruyan 

böyük ağrıların, iztirabların,  eyni zamanda azadlıq arzularının  ifa­

dəsi  olan zəngin bir irs  yaratmışlar.  Bu tədqiqat  işində  siyasi-ide- 

oloji səbəblər üzündən qərib  ellərə pənah aparsa da,  vətənin  dərd­

ləri  kimi  istiqlal  arzularım  da  qəlbində  daim  yaşadan  və  dünya 

ictimaiyyətinə  çatdırmağa  çalışan  Azərbaycan  mühacirət  folklor- 

şünaslarmın  yaradıcılığı  fonunda  həmin  irsin  mühüm  bir  qismi 

təhlilə cəlb edilmişdir.

Azərbaycan mühacirətini  təmsil  edənlər Əhməd bəy Ağaoğ- 

lıg-  Əli  bəy  Hüseynzadə,  Məhəmməd  Əmin  Rəsulzadə,  Mirzə 

Bala  Məmmədzadə,  Əhməd  Cəfəroğlu,  Ceyhun  Hacıbəyli, 

Sə­

lim  Rəfiq  Rəfıoğlu,  Nağı  Keykurun  (Şeyxzamanlı),  Hüseyn  Bay- 



kara,  ƏbdülvahabYurdscvər,  Məmməd  Sadıq  Sənan  (Aran),  Mir- 

zadə  Mustafa  Fəxrəddin,  Mehmet  Şakir  Ülkütaşır,  Hilal  Münşi, 

Məcid  Musazadə,  Mustafa  Haqqı  Türkəqul,  Feyzi  Aküzüm, 

Yunus  Lənkəranlı,  Nəbi  Turablı,  Əli  Volkan  (Usta),  İren  Me- 

likoff,  Xavər  Aslan,  Turxan  Gənceyi,  Həmid  Nitqi,  Qulamrza 

Səbri  Təbrizi,  Behruz  Həqqi,  Nemət  Rahməti,  Əziz  Alpaut 

(Mirəbdüləziz  Seyid),  Zeynal  Saray,  Çingiz  Gökgöl,  Əli  Minayi, 

Lətif Elsevər  və  başqaları  uzun  illər  boyu  Azərbaycan  mədəniy­

yəti,  ədəbiyyatı  ilə bağlı  fəaliyyət göstərmiş, o  cümlədən yaradıcı­

lıqlarında  folklorşünaslıqla  əlaqədar  araşdırmalara  müntəzəm  yer 

vermişlər.  Bu  ziyalılardan  Ə.Cəfəroğlu,  S.Rəfiq,  İ.Melikoff, 

B.Həqqi,  X.Aslanın  tədqiatları  folklorla daha sıx bağlı olmuşdur.

“Yeni  Qaf’qazya”  (1923,  İstanbul),  “Azəri  türk”  (1928, 

İstanbul),  “Odlu  yurd”  (1929,  İstanbul),  “Bildiriş”  (1930,  İstan­

136

bul),  “Azərbaycan  yurd bilgisi” (1932,  İstanbul),  “İstiqlal”  (1934, 



Berlin),  “Qurtuluş”  (1934,  Berlin),  daha  sonralar  isə  “Ana  dili”, 

“Bayquş”,  “Azər”,  “Savalan”,  “Yol”  (Almaniya),  “Səhənd”, 

“Duma”,  “Tribun”,  “Araz”  (İsveç),  “Odlar  ölkəsi”,  “Aydınlıq”, 

“Araz”  (Böyük  Britaniya),  “Xudafərin”  (Polşa),  “Dədə  Qorqud” 

(İspaniya)  və  s.  kimi  mühacirət  mətbuat  orqanları  folklor  örnək­

lərinin  təbliğində  mühüm  işlər  görmüş,  bu  mövzudakı  araşdır­

malara səhifələrində geniş yer ayırmışlar.

Mövzu  istiqamətinə,  metodologiyasına görə mühacirət  folk­

lorşünaslığı  özünəməxsus  xüsusiyyətlərə  malikdir.  Mühacirətdə 

xalq  ədəbiyyatının  bütün  janrları  bu  və  ya  digər  dərəcədə  çox 

vaxt  bədii-estetik  sənət  nümunəsi  kimi  sırf  ədəbi-nəzəri  yöndən 

təhlil  edilmişdir,  lakin  bəzən  də  bu  örnəklərdən  xalqın  istiqlal 

arzularının  ifadəsi  kimi  ictimai-siyasi  məzmunlu  tədqiqatlarda 

müəllifin  mülahizələrinin  daha  dolğun,  obrazlı  ifadəsi  üçün  isti­

fadə olunmuşdur.

Aşıq  yaradıcılığı  Azərbaycan  mühacirət  folklorşünaslarının 

ən  çox  önəm  verdiyi  mövzulardan  olmuşdur,  xüsusən  Qurbani, 

Aşıq  Abbas  Tufarqanlı,  Dədə  Qasım,  Sarı  Aşıq,  Aşıq  Oləsgər 

kiıni  ustad  sənətkarlar  haqqında  geniş  tədqiqatlar  aparılmışdır. 

Bundan  əlavə,  mühacirətdə  adları  bu  gün  də  aydınlığa  qovuş­

mamış  qalan  Bağdad  xanım,  Sona  xanını,  Göyçək  xanım,  Biçarə 

Osman,  Müəzzin  Türab,  Baxşı  Naxçıvanlı  və  başqa  aşıqlarla 

bağlı  tədqiqatlar aparılmış,  yaradıcılıqlarından  örnəklər  nəşr  edil­

mişdir.


Qürbət  önırii  sürən  ziyalılar  özlərilə  eyni  taleni  böliişən 

mühacir  aşıqlar  haqqında  məlumat  vermiş,  onların  yaradıcılıq­

larını  araşdırmış,  şeirlərini  nəşr  etdirmişlər.  Adı  hələ  də  vətən­

lərində  məchul  qalan  bu  didərgin  sənətkarların  yaradıcılığının 

daha  geniş  öyrənilməsinə,  əsərlərinin  doğma  torpaqlarında  nəşri­

nə  ehtiyac  vardır.

Mühacirət  folklorşünaslan  toplama  fəaliyyətlərini  daim  da­

vam  etdirmiş,  yazıya  aldıqları  materialların  nəşrinə  və  təbliğinə 

çalışmışlar.  Onlar  hətta  həbsxanalarda  ədəbi  örnəkləri  yazıya  al-

137



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə