Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə33/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   29   30   31   32   33   34   35   36   ...   77

129
lənət qazananlara rəhmət yeri görünmür. Belələri şeytanın 
aqibətini yaşar.
İki cür lənət vardır: 1) Ümumi lənətlər; 2) Fərdi lənətlər.
Ümumi lənətdə ad çəkilməz, lənətlənən əməllər sadala-
nar. Bunlar ayə və hədislərdə bildirilmişdir. Belə əməlləri 
işləyib  tövbə  etmədən  ölənlərin  aqibəti,  ən  yaxşı  halda, 
şübhəlidir.  Şübhənin  dünyada  olduğu  kimi  Axirətdə  də 
müqəssirin lehinə olacağını deyə bilmərik. Çünki O dünya-
da məxluq deyil, Xaliq hökm verir. Onun üçün isə hər şey 
şübhəsizdir. 
Kafirlərin, zalımların lənətləndiyi ayələri öncədən qeyd 
etmişdik. Lənətlik əməllərin siyahısı hədislərdə daha geniş 
və müfəssəldir. Onlardan bəzisini burda xatırlatmaq yerinə 
düşər:
“Cəbrail yanıma gəlib dedi: “Ya Muhəmməd, Allah Təala 
içkiyə, onu emal edənə, etdirənə, satana, alana, içənə, içdi-
rənə, qazancını yeyənə, daşıyana, daşıtdırana lənət etdi.”
“Rüşvət verənə də, alana da, rüşvətə vasitəçi olana da 
Allah lənət etsin.”
“Allah  faiz  yeyənə,  yedirənə,  faizə  şahidlik  edənə,  faiz 
yazana lənət etsin.”
“Allah  Təala  qadınlardan  kişilərə  bənzəməyə  çalışan-
lara, kişilərdən də qadınlara bənzəməyə çalışanlara lənət 
etsin.”
“İnsana çox lənət qazandıran iki şeydən çəkinin: Bun-
lar  insanların  yolu  üzərində  və  dincəldiyi  kölgəliklərdə 
dəstəmaz pozmaqdır.”
“Adam zövcəsini yatağına dəvət edər və o qadın getməzsə 
mələklər sabaha qədər o qadına lənət edər.”
Siyahını artırmaq da olar. Lakin daha vacibi təqvanı ar-
tırmaqdır. Çünki istənilən ağıllı adam nəyin pis olduğunu 
öyrənməsə  belə,  dərk  və  hiss  edir.  Əgər  pis  əməllərdən 
çəkinərsə yaxud əvvəllər çəkinmədiyi üçün tövbədə bulu-
narsa, Allahın bağışlayan və tövbələri qəbul edən olduğu-
nu görər.


130
İBRƏT Qul bir günah işləyər. Ardınca dua edər: “Allahım, 
günahımı məğfirət eylə.”
Bu zaman Allah Təala mələklərinə: “Qulum bir günah 
işlədi,  fəqət  günahı  bağışlayacaq  və  günahına  görə  onu 
cəzalandıracaq bir Rəbbi olduğuna inandı” buyurar və onu 
bağışlayar.
Sonra  bu  qul  təkrar  günah  işləyər.  Yenə:  “Ey  Rəbbim! 
Mənim günahımı bağışla” deyə dua edər.
Allah Təala buyurar: “Qulum yenə günah işlədi. Ancaq 
günahını bağışlayacaq yaxud günahına görə cəza verəcək 
bir Rəbbi olduğunu bildi. Ey qulum, Mən səni əfv etdim.”
HƏDİSİ­QÜDSİ  “Ey  Adəm  oğlu!  Sən  Mənə  heç  bir 
şey ortaq qoşmadıqdan sonra yer üzü dolusu xətalarla da 
gəlsən, Mən də səni yer üzü dolusu məğfirətlərlə qarşılaya-
ram.”
“Ey Adəm oğlu! Sən Mənə dua edib məğfirətimə ümid 
etdiyin müddətdə böyüklüyünə-kiçikliyinə baxmadan bü-
tün günahlarını bağışlayaram.”
Can boğazdan çıxmamış tövbə edən doğuşdadı
Sorğusu olsa da sərt, sonda doğma ağuşdadı.
Hər xəta bir quyudu, hər günah amma uçurum
Tövbəsiz can verənlər bir əbədi yoxuşdadı.
Mal və mövqe hərisi öz hirsinin girovudur
Zahirən milyonçu, zatənsə qəpik-quruşdadır.
Məğlub o kimsədi ki, Rəbbi ilə rəqabətdə
Qalib o kimsədi ki, nəfsi ilə boğuşdadı.
Oyun, ey qul, olsa da, bəxt oyunu deyil dünya
Bir oyundur ki, ancaq oynamayan uduşdadı.


131
Ümumi  lənətlərdə  ad  vurğulanmasa  da,  lənətlənən 
əmə lin  sahiblərinə  aid  əlamətlər  Quranda  və  sünnədə 
açıq  göstərilmişdir.  İstənilən  şəxs  onların  işığında  özü-
nün məlun olub-olmadığını asanlıqla müəyyən edə bilər. 
Məsələn,  zülmün  ən  lənətlik  əməl  olduğu  məlumdur. 
Qurani-Kərimin bir neçə yerində Allah zalimlərə lənət et-
miş və fərqli ayələrdə bu zümrənin nişanələrini açıqlamış-
dır. Onlardan bəzisini xatırlayaq:
“Allahın hədlərini kim aşarsa, məhz onlar zalimdirlər” 
(əl-Bəqərə, 229).
“Həqiqətən, yetimlərin malını zülmlə yeyənlər qarın-
larına od yemişlər və onlar Cəhənnəm atəşində yanacaq-
lar” (ən-Nisa, 10).
“Ey iman gətirənlər! Bir qövm başqa qövmə məsxərə 
etməsin. Bəlkə də onlar özlərindən xeyirlidirlər. Qadın-
lar  da  başqa  qadınlara  (məsxərə  etməsin).  Bəlkə  onlar 
özlərindən  xeyirlidirlər.  Bir­birinizi  rüsvay  etməyin  və 
pis ləqəblərlə çağırmayın. İmandan sonra fasiqlik nə pis 
addır. Kim də tövbə etməzsə, məhz onlar zalimdirlər!” (əl-
Hücurat, 11).
“Ey iman gətirənlər! Allaha qarşı gəlməkdən çəkinin və 
möminsinizsə, faizdən qalanı tərk edin. Belə etməsəniz 
Allah  və  Rəsulu  ilə  hərbə  girdiyinizi  bilin.  Tövbə 
edərsinizsə  malınızın  sərmayəsi  sizədir.  Zülm  etməyin, 
sizə də zülm edilməz” (əl-Bəqərə, 278-279).
“Ey iman gətirənlər! Mallarınızı aranızda haqsızlıqla 
yeməyin. Ancaq  öz  rizanızla  etdiyiniz  ticarət  istisnadır. 
Bir­birinizin  canına  qıymayın.  Həqiqətən,  Allah  sizə 
mərhəmətlidir.  Kim  qəsdən  və  zülm  ilə  bunları  edərsə, 
Biz onu oda atarıq və bu, Allaha asandır” (ən-Nisa, 29-30).
“Kim  Allahın  nazil  etdiyi  ilə  hökm  etməzsə,  məhz 
belələri zalimdirlər” (əl-Maidə, 45).
Kimlərin zalimlərdən, yəni lənətə uğrayanlardan oldu-
ğunu hədislər də bildirməkdədir:


132
“Borcunu  ödəməyə  imkanı  olan  kimsənin  borcunu 
ödəməməsi zülmdür.”
“Sizdən biri məzlum bir adamın döyüldüyü yerdə dayan-
masın. Çünki lənət onu müdafiə etmədikləri zaman orada 
bulunanlar üzərinə enər.”
“Kim  ərzdən  bir  qarış  yeri  haqsız  zəbt  edərsə  Qiyamət 
günündə yerin yeddi qatı halqa kimi onun boynuna keçirilir.”
“Beş adam var ki, Allah onlara qəzəb etmişdir. Dilərsə 
onlara  dünyada  qəzəbini  icra  edər,  dilərsə  axirətdə  atəşə 
atılmalarını buyurar:
1)  Təbəəsindən  öz  haqqını  nöqsansız  alıb  onlara  qar-
şı insaflı davranmayan və onlara zülmdən vaz keçməyən 
dövlət başçısı və idarəçiləri;
2) Güclülərlə zəiflər arasında bərabər davranmayan və 
öz nəfsinin istəyinə uyğun danışan və buna rəğmən qövmü 
tərəfindən sayılan qəbilə başçısı;
3) Ailə  üzvlərinə Allaha  itaəti  əmr  etməyən  və  onlara 
vəzifələrini öyrətməyən ailə başçısı;
4) İşçini çalışdırdıqdan sonra muzdunu ödəməyən iş sa-
hibi;
5) Qadının mehrini verməyən kişi.”
İBRƏT  Tavuz  əl-Yəmani  həzrətləri  bir  gün  Əməvi 
xəlifəsi Hişam ibn Abdulməlikin hüzuruna girərək deyir:
“Nida günündə Allahdan qorx!”
Xəlifə: “Nida günü nədir?” deyə soruşur.
Tavus Allah Təalanın bu ayəsini oxuyur: “Bu zaman ara-
larında bir münadi: “Allahın lənəti zalimlərin üzərinədir” 
deyə nida edər.” (əl-Əraf, 44)
Hişam  ayəni  eşidincə  bayılır.  Tavus  deyir:  “O  dəhşətli 
anın vəsf edilməsi insanı bu zillətə düşürürsə, o anı birbaşa 
müşahidə etmənin nəticəsi nə olar?”
Ey qul, padşahsan əgər, səmavi fərmanə yanaş
Şahlıq dərd, qulluq dərman, dərdə yox, dərmanə yanaş.


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə