19
nümayəndəliyi və konsessiya haqqında Mülki Məcəllənin müddəaları, əgər françayz alan başqa
xidmətlərin göstərilməsini (alqı-satqı, podrat, əmlak kirayəsi və s.) öhdəsinə götürürsə, onda Mülki
Məcəllənin həmin münasibətləri tənzimləyən müddəaları tətbiq olunur. Azərbaycan Respublikası
müstəqillik qazandıqdan sonra xarici investorların respublikamıza marağı tədricən artmağa başladı.
«Əsrin müqaviləsi» imzalandıqdan sonra Azərbaycan bütün dünyada tanındı və bunun nəticəsində
dünyanın bir çox tanınan iri neft şirkətləri, transmilli korporasiyalar Azərbaycana investisiya qoymağa
başladılar. Hazırda Azərbaycanda «Coca-Cola», «Pepsi» şirkətləri, «Holiday İnn», «Hyatt Regency»
mehmanxanaları, «McDonald’s», «Pizza Hut» restoranları françayzinq müqaviləsi əsasında fəaliyyət
göstərirlər. Françayzinq müqaviləsi əsasında fəaliyyət göstərmək, hər hansı sahə üzrə iş qurmaqdan
daha sərfəli olduğuna görə, bu sahə çox böyük sürətlə inkişaf edir. Françayzinqdə hamının tanıdığı,
yenidən reklama ehtiyacı olmayan məhsul istehsal olunur və yaxud satılır.
Françayz verən françayz alanın
gəlir
götürməsində
maraqlıdır.
Belə
ki,
onun
gəliri françayz verənin də gəliri deməkdir. Buna görə də, o, françayzer françayziyə kömək göstərir,
açılışa yardım edir, işçilər üçün ixtisasartırma kursları təşkil edir, işin gedişinə nəzarət edir
və françayz alanı yeni françayz sisteminin tərkib hissələri ilə tanış edir. Bundan başqa, müəyyən
ərazidə françayz alana françayz verən öz məhsullarının satışında və istehsalında inhisar hüququ verir
(konsessiya müqaviləsində olduğu kimi). Bu baxımdan françayzinq iqtisadiyyatın bazar qanunlarına
əsasən formalaşdırılmasında böyük perspektivlərə malikdir.
12.
Dünyada və Azərbaycanda Françayzinq qanunvericilikləri
Françayzinq
haqqında
qanun
Tənzimlənən müvafiq qanunvericilik və normativ sənədlər
ABŞ
Mövcuddur-
1970
ABŞ-də bu sahədə qəbul edilən qanunvericilik aktları aşağıdakılardır:
“Lanham Act” (markalar), “Antitrust Law” (Antiinhisar), “Federal Trade
Commmission Act” (haqsız rəqabətlə mübarizə), “Automobile Dealer
Franchise Act” (avtomobil satıcıları), “Petroleum Marketing Practices Act”
(Yanacaqdoldurma məntəqələri), “California Franchise Investment Act/1970”
(françayzinin müdafiəsi), “Federal Trade Commission Act/1971”
(françayzinqin tənzimlənməsi). 1975-ci ildə “Midwest Securities
Commissioners Association UFOC” (vahid françayzinq məlumat forması)
təkmilləşdirilərək Federal Ticarət Komissiyası tərəfindən qəbul edilib. Bundan
sonra bütün ştatlarda françayzinq müqavilələrinin qanunla qorunduğu bəyan
edilib.
20
Avropa İttifaqı Mövcud deyil
Ayrıca qanun olmasa da, françayzinqin Avropada vahid qanunvercilik bazası 2
əsas sənədə əsaslanır:
1-
Avropa Françayzinq Federasiyası tərəfindən 1991-ci ildə qəbul edilən
“Françayzinq etikası ilə bağlı Avropa Kodeksi” və Avropa İttifaqı İqtisadiyyat
Komissiyasının 1999-cu ildə qəbul etdiyi “Françayzinq Anlaşmaları ilə bağlı
tənzimləmə qaydaları” (EC Block Exemption Regulation for Franchise
Agreements-VEBA).
Türkiyə
Mövcud deyil
Türk Ticarət Qanunu ilə tənzimlənir.
Alqı-Satqı, agentlik, xidmət, vəkalət, nümayyəndəlik müqavilələri,
Mülku Məcəllə/Borçlar Qanunu (184, 248, 313,355-ci maddələr)/Yargıtay
(Məhkəmə) doktrinaları françayzinqin ətraflı tərifinə əsaslanır.
Bundan əlavə, Rəqabət Qurumu (Rekabet Kurulu) françayzinq müqavilələrinə
dair nizamnamə (Avropa Topluluğu Kommisiyasının nizamnaməsi əsasında)
də hazırlayıb.
Rusiya
Mövcud deyil
Rusiya Federasiyasının Mülki Məcəlləsi:
4-cü fəsil: Müəllif və digər əqli mülkiyyət hüquqlarının qorunması,
54-cü fəsil: Kommersiya Konsessiyası.
Qazaxıstan
Mövcuddur-
2002
Qazaxıstan Respublikasının “Françayzinq kompleks sahibkarlıq lisenziyası
haqqında” qanunu
Ukrayna
Mövcud deyil
Ukrayna Respublikasının Mülki Məcəlləsi:
76-cı fəsil: 1115-1129-cu maddələr
Moldova
Mövcuddur-
1997
Qanunda françayzinq ilə bağlı çox ətraflı müddəalara yer veriliib.
Azərbaycan
Mövcud deyil
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 723-731-cü maddələr,
Digər əlaqəli qanunvericilik aktları:
o
"Əmtə nişanları və coğrafi göstəricilər haqqında” qanun
o
“Patent haqqında” qanun
o
“Sahibkarlıq haqqında” qanun
o
“Müəllif hüquqları və əlaqəli hüquqlar haqqında” qanun
21
13.
Əlavələr
13.1 “YURN BRANDS” ŞİRKƏTİNİN FRANÇAYZİ TƏLƏBLƏRİ (NÜMUNƏ)
Luisvill (ABŞ) şəhərində əsası qoyulmuş “Yurn! Brands Inc.” dünyada ən böyük restoran
biznesinə malik şirkətdir. Şirkətin dünyanın 100 ölkəsində 35 000-dən çox restoranı var. Şirkətin
restoran sahəsindəki 4 brendi - KFC, “Long Dohn Silver`s”, “Pizza Hut” və “Taco Bell” toyuq və dəniz
məhsulları “fast food”unda, pizza hazırlanması və Meksika mətbəxi sahəsində dünya liderləridir.
Bununla bərabər, “A&W – All american food” restoranlar şəbəkəsi ən uzun ömürlü
françayzinqdir. Şirkətin illik gəliri françayzi şirkətlərdən gələn gəlirlər də daxil olmaqla 10 milyard
ABŞ dollarıdır. Baxmayaraq ki, “Yurn! Brands Inc.” françayzinqi bir çox sahibkar üçün gözəl şansdır,
lakin hər işadamına uyğun deyil. “Yurn! Brands Inc.” sizə uyğun olub-olmadığını aşağdakı
kriteriyalardan yoxlaya bilərsiniz:
1)
İnkişaf üçün kapitalınız varmı?
-
1 mln. ABŞ dolları dəyərində şəxsi mülk;
-
Gələcək inkişaf üçün təsdiqlənmiş plan.
2)
Göstərilmiş fəaliyyət sahəsində işləmək üçün zəruri şəxsi keyfiyyətlərə sahibsinizmi?
-
İş prosesində daimi məşğul olmaq;
-
Motivasiya, münasib riski üzərinə götürmək bacarığı
-
Kritik vəziyyətdə işləməyi bacarmaq;
-
Vəziyyətin dəyişməsinə uyğun qərarlar qəbul etmək;
-
Özünü təkmilləşdirmə sahəsində bacarıqların artırılması və inkişaf etdirilməsi;
-
Müştərilərin vacibliyini başa düşmək və onlarla davranış qaydalarını bilmək.
3)
İşə məqsədyönlülüyünüz varmı?
-
“Fast food” restoranında işin gedişatının öyrənilməsi;
-
Françayzinq sahəsində sərbəst işləmək bacarığı;
-
Uğurlu və böranlı vəziyyətlərdə işləmək bacarığı.
4)
Biznes sahəsində iş təcrübəsinə maliksinizmi?
-
Hazırkı vəziyyətinizdə uğurlusunuzmu, gəlir və itkilərinizə münasibətiniz;
-
Ümumi idarəçiliyi bilmək;
-
Analitik təhlil bacarığı;
-
Yerli bazarın araşdırmalarını geniş şəkildə nümayiş etdirmək;
-
Qida sahəsində iş təcrübəsinin olması, əgər yoxdursa, siz bu sahədə təcrübəli işçi dəvət etməlisiniz.
5)
Öz işçilərinizin potensiallarını inkişaf etdirmələrini istərdinizmi?
-
İşçilərə zəngin resurs kimi davranmaq;
-
İşçiləri işə cəlb etmək;
-
Dəyərli kadrların tapılması və seçilməsi.
Dostları ilə paylaş: |