Амеа фолклор институту



Yüklə 1,41 Mb.
səhifə8/9
tarix05.02.2018
ölçüsü1,41 Mb.
#24531
1   2   3   4   5   6   7   8   9

ZİKRİNDƏ GUYA
Sifətin seyrül-asiman, ki rütbən hamıdan əla,

Dilin idi məgər rəhman, dilin haq zikrində guya,
Üzü «vəş-şəmsi» təfsiri, üzünün babında gəlmiş,

Ki «məzəəl-bəsər» şərhi gözün övsafında peyda.
Yumub açınca gözün mənzili-əlanı tay qıldı,

Burağın qıldı bir dəmdə fələk vadilərin qəta.
Xudaya həmnişin idin miyani-qövs, ya qövseyn,

Yenə bir mənada derlər, olub yek qəbzə, «əbədna»,
Pənahım ya rəsulüllah, nəbilər tacı sənsən, sən,

Şahənşahi-qəbailsən, sənin tacın olar əla.
Hüsn bazarında Yusif deyil hüsnün kimi əhsən,

Cahan bağında sərvlər deyil qəddin kimi rəna.
Üzündən bağ ara güllər, ki hər rəng iştiqaq etmiş,

Nədən gül eşqində olub, ki bülbüllər qılar nalə.
Necə vəsfinə acizəm, yetişməz fəhmi-idrakım,

Niyə şərhin bəyan qılsın tüfeylindən olur cümlə.
bilər əvvəli həm, axırı həm əfzəlidir, sən,

Nəfəs tək asi qulların şafiqi, ya rəsulüllah.

SƏN MƏNİM



Eyya qaziyül-həcat, puşti-pənahım sən mənim,

Sirr deməyə yox kişim, adil güvähım sən mənim.
Heç xeyir-taqət yoxdur, dərgaha ruyi-siyahdan,

Sansız cürmi-günah birlə ötər üzü qara mundan.
Küfr ilən həmsöhbət oldum gecə-gündüz, subhi-şəm,

Qılmadım rovzə, namaz, ömrüm keçirdim, zülkərəm.
lmadım heç bəndəyə bir yaxşılıqdan zərrə tək,

Ya rəb, ol gün rusiyah necə olar, halı nətək?
Gözlərim gözlər gözəl, dillər müdam qeybət ilən,

Nəfsi-şeytan ərkim aldı çox üqubətlər ilən.
Dünya şahı bir günah qılsam əzab eylər mənə,

Sansızın cürm ilə ya rəb, mən necə varım sənə.
Çox xətalar əfv edib yövmül-cəza bəndəm söylə,

Ol rəsulun haqqı üçün lutf eyleyib, qulum söylə.
Bəndədən zari-təzərrüq birlə yalvarmaq olar,

Nəfəs der ol kərəm-kandan, əfvlə yaxarmaq olar.


MƏHƏMMƏD
Anı-şanı ilən peyda eylədi,

Dəsti-qüdrətindən oldu Məhəmməd.

Dilin haq zikrinə şeyda eylədi,

Yetmiş mün il səna qıldı Məhəmməd.


Tavus quş surətli bitilmiş canı,

Durmadan haq deyib, çəkdi cəfanı,

Min ildə bir titrər, silkinib sanı,

Gövhər gözlərindən sildi Məhəmməd.


Dünya gəldi-keçdi pakizə gövhər,

Tüfeylindən cahan oldu münəvvər,

Mələyi min fərəh süruri-ənbər,

Cahan bazarına saldı Məhəmməd.


Yüz iyirmi dört mün peyğəmber keçdi,

Olar keçdi, muna nobat yetişdi,

Anası qarnından zəminə düşdü,

«Vay, ümmətim» deyib, qaldı Məhəmməd.


«Kon» deyib əmr etdi dünya fəyekun,

Bütün canlar peyda oldu oşol gün,

Kimsələr bəy oldu, kimsələr zəbun,

Hamısından məxfi qaldı Məhəmməd.


Bir günü Məhəmməd fərzəndin sevdi,

Mübarek adını İbrahim qoydu,

«Ya oğlundan, ya ümmətdən keç» dedi,

Xələf ümmətlərin aldı Məhəmməd.


Əlmüdam din öyün imarət etdi,

Kəbə-Beytullanı ziyarət etdi,

Şəhadət barmağın işarət etdi,

Ayı dü tərəfə böldü Məhəmməd.


Əbu Cəhl ilən çox-çox savaşdı,

Kafirin canına odlar tutaşdı,


Kafirə tiğ urdu, din yolun açdı,

İslamın qılıncın çaldı Məhəmməd.


Haq fərman göndərdi rəsul Əminə,

Qüvvət versin dedi islam dininə,

Altmış üç il padşah oldu zəminə,

Dünya məşhur olub doldu Məhəmməd.


Ümmətim deb canın fəda eylədi,

Özünü işrətdən cida eylədi,

Əziz ömrün qurban əda eylədi,

Can verər halətə gəldi Məhəmməd.


Qırx oğlan anadan bir gündə oldu,

Içində Məhəmməd aləmə doldu,

Qırxlar xan götürdü, padişah oldu,

Fəth edib cahanı aldı Məhəmməd.


Qırx oğlan «xansan» deb ayağna düşdü,

«Məndə ənam yox» deb qolların açdı,

Oşol saət tut həm göyərdi, bişdi,

Möcizin aşkara qıldı Məhəmməd.


Nəfəs der oxuram həmdü sənanı,

Peyğəmbərə yolla yüz min duanı,

Ümmətində dağdan ağır günahı,

Meracda suçunu sildi Məhəmməd.



FƏDA EYLƏDİ

Sənətin əvvəl Məhəmməd Mustafa,

Ümmətım deb canın fəda eylədi.

Ruzi-şəb bidardı, çəkərdi cəfa,

Səhər vəqti Allah nida eylədi.
Bir zaman Məhəmməd qəflətdə oldu,

Yaradan zülcəlal bir nida qıldı,

Eşidib nidanı yerində qaldı,

Bihuş olub, ağlın heyran eylədi.
Haq dedi: «Ya rəsul, qılırsan qəflət,

İndi ümmtinə diləmə rəhmət»,

Rəhm edib bir zərrə qılmadı şəfqət,

Ümmətin duzəxə fərman eylədi.
Çıxıb ruyi-səhra, qılmışlar ol dəm,

Mübarək könlünə doldu həsrət-qəm,

Çəkdiyi ahü zar, qayğılı ələm,

Ağalar-ağlar ruyi-səhra eylədi.
«Vay ümmətim» deyib, düşdü yollara,

Nəzər qılmaz heç bir sağü sollara,

Gözyaşın çevirib acı sellərə,

Səhərlər çox zarü əfğan eylədi.
Üç gün oldu rəsulülla gedibdir,

Sahaba doğru bir xəbər tapıbdır,

Ümmət üçün çox həsrətlər udubdur,

Gül çöhrəsin badi-xəzan eylədi.
Varıb ümmül-möminindən sordular,

«Nə vaxta bəs oldu» deyib durdular,

Həzrəti Ayişə xəbər verdilər,

Ağlayaraq hədis əyan eylədi.
m olub ağlaşdı tamami-yaran,

Ürəyində bir od, həm bağrı biryan,
«Qalmışıq bu sözə hamımız heyran»,

Hammıları çox pərişan eylədi.
Səhabələr üz səhraya tutdular,

............................................... 1,

İraqdan bir çoban nagah gördülər,

............................... şitab eylədi.
«Hanı, çoban, Mustafanı gördünmü?

Ümmət üçün can qılanı gördünmü?

Axtarırıq, bəndivanı gördünmü?

Söylə, hansı yeri məkan eylədi».
Çoban dedi «Onun görmədim zatın,

Eşitdim mən bu ay Məhəmməd adın,

Bu gün üç gün oldu, ümmətin odun,

Çəkib bəzilərin nalan eylədi.
Canavarlar otlamaqdan qalıbdır,

Oşol dağ sarıya qulaq salıbdır,

Ordan bir ün gələr üç gün olubdır,

Hicranı aləmi duman eylədi».
Çoban işbu sözün cəvabın verdi,

Səhabələr üzün dağa göndərdi,

Dağda Mustafanın camalın gördü,

Ümmətim deb, bihədd əfğan eylədi.
Başın səcdə qoyub, haq həzrətində,

Axıdıb gözündən çox yaş bu gündə,

Müdam görsən işbu güftar dilində,

Ümmət deb göz yaşın seyran eylədi.
Səhabələr bir-bir ərzin dedilər,

.......................... matəm tutdular,

Tutmazlar sözlərin ora getdilər,

Dərgahına ərzin əyan eylədi.
Siddiq gəlib əvvəl ərzin eylədi,

Ömər ağlar, fikirlərin söylədi,

Osman durub, zari-giryan eylədi,

Münacatın haqqa dastan eylədi.
Səhabələr sözü qəbul olmadı,

Zar-zar ağlar, hərgiz yerdən qalxmadı,

Buncağaz bir zaman təskin qılmadı,

«Vay ümmət» deb, nərə rəvan eylədi.
Yer ilə göy bixud oldu naləyə,

Mələklər biqərar oldu səzaya,

Yeyər-içər özün salar uzağa,

Münacatın biri nalan eylədi.
Varıb gətirdilər çox-çox zənanı,

Olar da saç yolub, qıldı fəğanı,

Götürməz başların yerdən zamanı,

Buların hamısın heyran eylədi.
......................................................,

Haq ödəsin ümmətlərin borcunu,

Haq yolunda qılan nəfil, fərzini,

Ümmətinə xeyrı-ehsan eylədi.
Dedi rəsul: «Keçdim ata-anadan,

Bu müşkil açılmaz işbu binadan,

Ümmətim diləyim, qoyun, xudadan,

............................................ eylədi.
Bu müşkil suallar başıma düşdü,

Əzab üçün........................... yetişdi,

Ciyərbəndim, canım qovruldu, bişdi,

Özün qara yerə yeksan eylədi.
Fatma atasının əhvalın gördü,

Məlul, heyran olup, ol yerdə durdu,

Nazik üzün ol həm yerlərə vurdu,

Ol həm qara bağrın büryan eylədi.
«Ya haq, sınıq könlüm abad eyləgil,

Bir aciz kənizəm, sən şad eyləgil,

Atamnın ümmətin azad eyləgil,

Bu itaf dostuna nöqsan eylədi.
Bu duasın dərgahına yetirdi,

Səhabələr cəmi «amin» oxurdu,

Cəbrayıl Allahdan müjdə gətirdi,

Xəzan vuran gülün bostan eylədi.
Eşidin qissəsin rəsulüllahın,

Görün qüdrətini qadır Allahın,

Yoxsa ruzi-məhşər yanacaq canın,

Sizlər üçün onça lərzan eylədi.
Keçib ümmət üçün, fərzənd-əzizdən,

Doyub yemədilər dünya-ləzizdən,

Ki heç vaxt düşmədi «ümmət» ağzından,

Diləyib həcatın rəvan eylədi.
Binayi-mövcudat onun üçündür,

Şafiqi-rəhmətin lil-aləmindir,

Günahi-asi ümmət sərnəgündür,

Şəriət yolunu əyan eylədi.
Kişi ümmətliyə gər qılsa dava,

Binayi-islamı qılmasa bərca,

Tənaküz deyildir ki rahi-fətva,

................................................
Nəfəs deyər şük etməyi biləsən,

...............................................

Nəsihətim duyub qulaq verəsən,

Bu dünya neçəni sərsan eylədi.


GÖRDÜM
Qadir Allah, bizi yoxdan var etdi,

Cismimə ruh saldı, bu canı gördüm.

Abü atəş, xakdan, yeldən yaratdı,

Ələstü rəbbiküm rəhmanı gördüm.


Qulaq verdim Birivarın sözünə,

İman əta qıldı, bitdim özünə,

Qüdrət ilə endim dünya yüzünə,

Gözüm açdım, nurlu cahanı gördüm.


Dəhanın dəng açar iki əjdərha,

Birinin rəngi ağ, birinin qara,

Peydərpey dolanar dəyirman ara,

Boğazında məxluq-xudanı gördüm.


Mehman içrə olmuş bir əcəb şəcər,

Dörd şaxəsı vardır min əlvan səmər,

Onun hər yarpağı şəms vəl-qəmər,

Haqqın feyzi, qüdrət nəmanı gördüm.


Əsli fayda olmuş yerin altında,

Budaqları ərşi-səma üstündə,

Ruzi qılsa mömin qulun dəstində,

Xəzan dəyməz bağı, bostanı gördüm.


Əyalını talaq qılıb bir bəndə,

Anasına zina qılmış hər gündə,

Qardaşın öldürmüş, qanı boynunda,

Haqqın sevən dostu cananı gördüm.


Ol necə canavar otuz min başı,

Otuz-otuz mindir ağzı, dilxoşı,

Onun hər ağzında otuz min dişi,

Dörd ayaqlı mari-siyahı gördüm.


Dünyanın zövqüdür bəndə mətləbi,

Əcəl kasasında adamın ləbi,


Cahanı tutmuşdur zülmətin şəbi,

İçində bir rövşən nişanı gördüm.


Vucudum cəm olub gəlmiş bir taydan,

Yüz on dörd darvaza şəhri-saraydan,

Yay kimi çəkılıb, atıldım yaydan,

Məhbəs adlı bədboy məkanı gördüm.


Nəfəs deyər bəyan etdim bu sözü,

Bir zərrə qüdrətdir cahanın üzü,

Rəhimdir, rəhmandır, kərəmbəxş özü,

Bəxş eylədi nuru, imanı gördüm.



EDƏN CƏLİL
Söylərəm həmdü səna, həmməni yoxdan var edən cəlil,

On səkkiz min aləmi özünə zar edən cəlil,

Rənci-möhnət neçələrə, bişümar edən cəlil,

Kimsələrə niki-bəxt-səadət yar edən cəlil,

Ərk əlində, hər nə qılsa ixtiyar edən cəlil.
Əl-müdam hazır durar yanında, pünhan özüdür,

Süngi-rəbbül-aləmin, can özü, canan özüdür,

Qismətin bəxş eyləyən vəhhab, rəhman özüdür,

Mülk onundur, malik özü, xan özü, sultan özüdür,

Ləhzədə aləm üzünü laləzar edən cəlil.
«Kon» deyib, bu dünyanı bir dəmdə qılmışdır saray,

Ərş, kürs, lövhi-qələm birlə zəmin, fələk, gün, ay,

Hər nəsnəyə «ol» dedi, heç urmadı nə dəst, nə pay,

Min biri sünginə fəhmi-idrak yox, qadir xuday,

Yetməyən əqlimi bütün ixtisar edən cəlil.
Hanı ol haqqın həbibi mürsəli-sahib hünər,

Bir işarət qıldı barmaq birlə ol, ayrıldı qəmər,

Qüdrətindən Lut qövmün eylədi zirü zəbər,

Sərsəridən eylədi Nuh qövmünü sərbəsər,

Ənbiyalar şanına möcizat verən cəlil.
Kimsənin geyən libası min tümənlik simu zər,

Kimsələr yortub-yürüb yeməyə nan tapmaz, gəzzr,

Kimsələri cəm edib, neçələridir dərbədər,

Cümlə məxluqlara an eyləyib, qıldım nəzər,

Kimi qəmgin, kimi xoşnut, kimi xar edən cəlil.
Kimsəyə altın tabaqda gülgün mey, rahat verib,

Kimsələrə ................... rənc ilə möhnət verib,

Kimsələrə şirin bal verib, kimsəyə firqət verib,

Kimsələrə hər tərəfdən insi-cin qüvvət verib,

Kimsələri ........... kimi bimüdar edən cəlil.


Kimsələr fərzənd tapmaz, gözləri giryanıdır,

Kimsələrə verildi (çox) nan, geyim, heyranıdır,

Bir kişi gər sözləsə dil meylinin göyənidir,

Bəzisi rəhmanıdır, bəzilər şeytanıdır,

Bəzi düz, bəzi çəp yol mühəyya edən cəlil.
Ey Nəfəs Şəddadı gör, Adda salmış baği-İrəm,

(Qədrin?) özü Tanrı yox deyib, vəz qılmış dəmbədəm,

Ömrü kafirlikdə ötdü, bipeşiman sübhü şəm,

................................. duzəx sarı urmuş qədəm,

Zəhr ilə zəqqum olara ruzigar edən cəlil.

DEYİŞMƏ
Səraxslı şair

Molla, sən vergil xəbər, sözlə süxənvər hansıdır?

Başı asmana yetən ol şahi-ərər hansıdır?

Özünün bənzəri yox, pakizə gövhər hansıdır?

Bəhri-rəhmətdə açılan müşki-ənbər hansıdır?
Molla Nəfəs

Əvvəla, sözlə süxənvər bir xudanın özüdür,

Başı asmanda – şəriət rahnəmanın özüdür,

Özünün bənzəri yox, nuri-imanın özüdür,

Bəhri-rəhmətdə Mühəmməd Mustafanın özüdür.
Səraxslı şair

Yenə bir quş görmüşəm türfə, əcaib pərlidir,

Bətinində cəm olan altın mürəssə zərlidir,

Yazılı yeri tutan qanadları ləngərlidir,

Quşların sərkərdəsi balayi-şahpər hansıdır?
Molla Nəfəs

Ol əcaib pərli Cəbrail-əminulla olar,

Bətinində cəm olan Quran-kəlimulla olar,

Yazılı yeri tutan «xalisan lillə» olar,

Quşların sərkərdəsi elə onun özüdir.
Səraxslı şair

Əvvəla, həqqin kəlamın barısın bilən nədir?

Çox təkəbbürlük edib, özün ulu qılan nədir?

Neçələrin azdırıb, öz yanına alan nədir?

Gərdanına yüklənən əlayi-harvar hansıdır?
MollaNəfəs

Həqq kəlamın barısın bilən ləin şeytan olar,

Çox təkəbbürlük – ulu qılan ləin şeytan olar,

Neçələrin azdırıb, alan ləin şeytan olar,

Gərdanına yüklənən harvar günahın özüdür.


HANSIDIR
Ey Murad, bu şəhr içində daxili-dış hansıdır?

Dövrəsi altın tamam, zərrin münəqqəş hansıdır?

Pənci-divari-zəhəb, əlayi-sərkəş hansıdır?

Babı yetmiş, bağlı həmmə, birisi boş hansıdır?

Nagəhandan vasil oldum, gördüyüm düş hansıdır?
Görmüşəm bu şəhr içində bir quşu dustaq olar,

Bars ilı bimar olub, ilxı ilində sağ olar,

Cüma gün qəmgin olub, şənbə günündə çağ olar,

Yüz otuz batman dəmir, boynunda zincir bağ olar,

Mərkəbi-atəş onun, əsbabi-dilkəş hansıdır?
Yenə bir quş görmüşəm mən, gəzər ol quş qəsdində,

Yeddi yüz dev məskən etmiş ol ki quşun üstündə,

Qış günü dağa çıxıb, yaz gün gəzər yer pəstində,

Çün qədəm qoysa qıya bitməz ayağı altında,

Kim anı görsə udar bir dəmdə, ol quş hansıdır?
Gözləri adam sifətdir, misli kirpi tək bədən,

Payları rəcül, əsəd tək, bir dəhanda beş zəban,

Yüz otuz gəzdir arası firqəti-kəmi-zədən,

Çünki avaz babında hər sözü tuti-süxən,

Biməcazət tərbiyət danayı-dilkəş hansıdır?
Bu sözün itmamına hərblər gərəkdir, «sad» gərək,

Loğmanın bişməyinə alət gərəkdir, ot gərək,

Gəminin getməyinə yelkən gərəkdir, bad gərək,

Bunu bilən arifə, elmi-lədün ustad gərək,

Çünki sən miskin Nəfəs fəhm et, ağıl-huş hansıdır?

VƏQTİDİR
Ey könül, pəndim sənə: mərdanə olsan, vəqtidir,

Yanaraq həqq şəminə pərvanə olsan, vəqtidir.

Qeyri-həqqi tərk edib, biganə olsan, vəqtidir,

Cindeyi-fəqrin geyib, divanə olsan, vəqtidir,

Can çəkib cabbarına, cananə olsan, vəqtidir.
Bəndəsən, dur uyğudan, vəqtin ki ötməzdən öncə,

Köksün üzrə pis əcəlin xarı bitməzdən öncə,

Tut, giribanın yaxaya dəsti yetməzdən öncə,

Əjdəri ağzın açıb, cismini udmazdan öncə,

Bu qara torpaq ilə həmxanə olsan, vəqtidir.
Yaşın altmışa yetibdir, novca çağlardan keçib,

Şər işə baş qoyarsan, kari-rəhmətdən qaçıb,

Qəhri-həqdən qorxuban, hər gündə göz yaşın saçıb,

Hər səhərlər «hu» deyib, vəhdət şərabından içib,

Məşrəbü Mənsur kimi məstanə olsan, vəqtidir.
Bu cahan rənasının faydası yoxdur canına,

Pis əcəl yayın çəkib, tirini atar şanına,

Həq deyib tapsan qəza allah zamindir qanına,

Gecə-gün xidmət qılıb, zinət verib imanına,

Dövləti-iman ilə dövranə olsan, vəqtidir.
Ey Nəfəs, ötdü bu ömrün nəbz üçün möhnət çəkib,

Yaxşıdan üz döndərib, gəzdin yaman sarı baxıb,

Arsız dünya cilvə eylər gündə göz-qaşın dartıb,

Hüsni-ciyərsuzlar ilə sən həm ciyər-bağrın yaxıb,

Həq qaşında gövhəri-yeganə olsan, vəqtidir.

MOLLA NƏFƏS
Qəflət uyğusunda qaldın,

Oyan indi, Molla Nəfəs!

Gəh saralıb, gəhi soldun,

Oyan indi, Molla Nəfəs!


Hicran bağrını dağlayar,

Həsrət sinəndə çağlayar,

Sevən yarın çox ağlayar,

Oyan indi, Molla Nəfəs!


Bu dünyaya dürlər doldu,

Aylar ötdü, günlər qaldı,

Dur ayağa, vaxt oldu,

Oyan indi, Molla Nəfəs!


Yad eylə gəl sevən yarı,

Ağ köksündə alma, narı,

Dolanmışdır zülfi-tarı,

Oyan indi, Molla Nəfəs!


Nəfəs, gəlgil sən huşuna,

Çox oyun gələr başına,

Yetmək üçün sirdaşına,

Oyan indi, Molla Nəfəs!




BU MƏKANA GƏLMİŞƏM
Ey könlümdə xoşgahım, əcəb Quranım sənsən,

İki cahan çırağım, dinim-imanım sənsən,

Eşq əhlinin sultanı, qaşı kamanım sənsən,

Yas günümün xürrəmı, könlü xəndanım sənsən,

Yanan bağrım atəşi,

Eşq karımın sirdaşı,

Sal rəhm nəzərini, mən hicrana gəlmişəm.
Əcəb sünbül saçların, eşq darının bağıdır,

Könlüm üstünə çökən Fərhad yıxan dağıdır,

Bəndi-reyhan üstündə ayrı ölkə zağıdır,

Əndəlibim çırpınır, fərağın dustağıdır,

Qəfəs içində daim

Ötürüb günüm-ayım,

Ərz eyləyib, üz tutub, sən sultana gəlmişəm.
Qoynun buyi saçılıb, bihuş eylər yandırar,

Müjgan oxun kəskindir, qanı günəş qandırar,

Suyi-asman tavusun, zarı ilə qondurar,

Eşqin yükü ağırdır, aciz belim sındırar,

Mən tapmadım pəlvanı,

Xərç edib xanimanı,

Gəda olub eşqində, mən ehsana gəlmişəm.
Ömür qısa, ol xuda vermiş ulu fərmanın,

Fərman qəzəb donunda, bilməz yaxşı-yamanın,

İnsanlara andırmaz çəkən ahi-fəğanın,

Həsrət odu yaxıbdır, zəmzəm çeşmi-dəhanın,

Yalnız qoyub dəndanı,

Viran edib zəbanı,

Naxoş qulam, sürünüb ol əmirə gəlmişəm.
Dedi Mövlam: «Əzrail, ol dilbərin canın al,

Bir çibindən dərd verib, qoygil sərinə zaval,

De ki Loğman həkimə: «Qılma dərdinə amal»,

Qəza dolan çağında zarlar beytül bir mahal,

Behişt rəvanə olsun,

Cəsəd zəminə qalsın,

Laməkanın içində mən fərmana gəlmişəm».
Vah, bixəbər dilbəra, şana vurub sünbülə,

Firdövs zünnarın taxıb sərvi qaməti ilə,

Qabaqları gül dəstə, əzm vurub bülbülə,

Seyrana məşğul olub, varar baği-məchula,

Nazil oldu Əzrail,

Yarın boyuna qail

Olub, əqlin itirib, der: «Amana gəlmişəm».
Məcnun olub Əzrail, qədəm vurub laməkan,

Çöli-Kərbəla düşdü Xıdır əleyhissəlam,

Dedi peykər xəstəsi: «Bu dərdimə qıl dərman,

Mən almazam canını, hətta öz canım qurban»,

Deyər: «Əqlim itirdim,

Həqqə fəğan gətirdim,

Eşq toruna bağlanıb, matəmxana gəlmişəm».
Xıdır gəzib biyaban, sataşıbdır yarıma,

Əqlin-huşun itirib, əl uzatmış narıma,

Firqət yeli əsərək, dəyibdir yarpağıma,

Ruyin sürtüb ağlayar ol payı-torpağıma,

Deyər: «Yanan qulun mən,

Ümman içrə salın mən,

Qeyri karım yox deyə mən cananə gəlmişəm».
Qəvvas ümmanı üzüb, düçar olub salına,

Həvəs edib ürəyi, çıxıbdır yar yoluna,

Aşna sərv boyuna, əsir olub halına,

Ümman yaqutun verib ol pəri camalına,

Gəda miskin olubdur,

Eşqə əsir qalıbdır,

Deyər: «Həqqin alnında mən üsyana gəlmişəm».
İbrahim nar içində eşqinə olub həmdəm,

Bir tarına bağlanıb, bənd qalıbdır dəmbədəm,

Tün-gecəsin qərq eylər, gülzara dönüb aləm,

Ol reyhanın şöləsi bərq vurub bağa hər dəm,

Nurun saçıb asmana,

İşıq verib cahana,

Namut yalan dünyadan, mərdut cahana gəlmişəm.
Aşiqlərin sultanı Yusif görüb üzünü,

Züleyxanı unudub, yaşa bağlar gözünü,

Məcnuna oxşar ol dəm, nara vurub özünü,

Vəsf eylər yar camalın, peşkəş eylər sözünü,

Həqdən cüda düşübdür,

Eşq oduna bişibdir,

Deyər: «Dərdə dərman yox, mən Loğmana gəlmişəm».
Bilqeys qəhri-qəzəbdə, Süleymanı istəyib,

Eşqdən dərdli yarına ol dərmanı istəyib,

Behişt yerin axtarar, xuramanı istəyib,

Tapa bilməz heç yerdən, ol Loğmanı istəyib,

Loğman yarın qaşında

Pərvaz vurub dışında,

Deyər: «Özüm dərdliyəm, bir dərmana gəlmişəm».
Davud keçib fərzənddən, deyər: «Gəldim qaşına,

Malım, mülküm, imanım qurban sənin başına,

Nuhun ömrün istərəm, əcəb gözəl yaşına,

Güzidələr ağılı bağlı olsun huşuna,

Təxtı-Süleyman sənin,

Bu bülənd məkan sənin,

Qalıb bunda binəva, mən divana gəlmişəm».
Yəqub müştaq ruyinə, ağlayıb ol xari-zar,

Hər dəm çəkib dərdini, daim qalmış biqərar,

Külli-aləmdən ötüb, deyər: «Görkəzgil didar,

Bir tarına bağlanıb, sərvi boya intizar

Qalıb, girməyən bağa,

Fərhad tək çıxıb dağa,

Məcnun sazını çalıb, dağ-nihana gəlmişəm».
Kakilləri şanalar tel-tel edib tökübdür,

Qumru kimi daranıb, biyabana çıxıbdır,

Məhvəş eylər gülləri, xoş ruy ilə baxıbdır,

Ərzin deyib Süleyman, yar alnında çökübdür,

Deyər: «Eşqində yandım,

Malı-mülkümdən döndüm,

Həqdən mənim arzumdur, sən rənaya gəlmişəm».
Ləbi-ləli, zəbanı bala, şəkərə bənzər,

Barmaqları gümüşdən, cabbar çəpərə bənzər,

İncə beli, boyları sərvi-şəcərə bənzər,

Çıxsa buluddan ayım, dilim çıxara bənzər.

Ərzi budur İsanın

Alnında gör sultanın,

Deyər: «Eşqinə qızıb, mən pərvanə gəlmişəm».
Göllərə nəzər salsam, oyun qılar qazları,

Meyxanələr içində qulluq eylər qızları,

Yeddi fələyə çıxar hər dəm tutan sazları,

Kafiri qılar mömin yarın eşqi-nazları,

Mehdi gəlib nişana,

Düşüb hali-zəbuna,

«Beytül-əhzandan çıxıb, - der, - məstanə gəlmişəm».
İlyas onda sataşıb, dilbər əlində badə,

Eşq dəryası coş vurub, dərdi artıb ziyadə,

Sərxoş olub zar eylər, deyər: «Yetir muradə»,

Asman lərzəyə gəlib İlyas çəkən fəryadə,

Zəmin eyləyər cünbüş,

Deyər: «Allah, nədir iş,

Ya ki halım, əlvandan sər cövlana gəlmişəm».
Aşiq olmuş bir baxıb ona Əyyub peyğəmbər,

Tənin aşiyan eylər, qurdlar qılar sərbəsər,

«Hu-həqq!» deyib dolanıb eşq oduna dərbədər,

Ol eşq ilə cəhənnəm, vallah, olub münəvvər,

Behişt halına dönmüş,

Bütün acizlər dinmiş,

Deyər xilas olanlar: «Gör, xəndana gəlmişəm».
Üç yüz altmış ərənlər köçüb gələr yurdundan,

Üzlərinə sürərlər yarın payi-gərdindən,

Danalığı unudub «hu» deyib eşq dərdindən,

Fəna ağlar, zarlarlar, Məcnun – eşqin mərdindən,

Yar qaşında saralıb,

Yetim tək boyun burub,

Derlər: «Eşqin sultanı, bir ay hüsnə gəlmişəm».
Fəriştələr cəng qurar, istər əcəb nihalı,

Yar oturmış ədəblə, üzə tutub dəsmalı,

Buludlardan çıxar ay, dəysə bahar şəmalı,

Kövkəblərə eşq verər, yarın gözəl camalı,

Fəriştələr pərvanə,

Düşüb atəş rizvanə,

Xoş olub bu günə, der: «Mən ərkana gəlmişəm».
Ömər zarın gətirər, sərviyə dəyib yellər,

Deyər yarım: «Eşitməm, bu nə bişirin dillər»,

Boy-gərdanın tutubdur siyah sünbül kakillər,

İki əjdər altında qalıb ol mürçə bellər,

Olub çölün qayası,

Sinə düşüb sayası,

Məstanə qılıb cahan, zərəfşana gəlmişəm.
Osman deyər dilbərə: «Dünya görkü var səndə»,

Deyər yarım naz ilə: «Sahibcamal var məndə»,

«Görkəz mənə üzünü, canım civədir təndə»,

Deyər yarım: «Ol gövhər daim oturmuş gündə»,

Deyər Osman: «İraqdır,

Kələmələr fəraqdır,

Ədalətli sultansan, sahibgirana gəlmişəm».
Veysəl Qərani söylər: «Aşnalıqdır xəyalım»,

«Hindi beçələr üzdə». Yarım deyədir: «Xalım»,

«Əcəb gərdanmı, nədir?» Dilbər deyədir: «Qolum»,

Deyər: «Nə şəkər dəhan?» Yar deyər ki: «Eşq balım»,

Veysəl: «Zəbanım gəldi,

Dilə dastanım gəldi,

Həqqə deyib almadım, mən dəndana gəlmişəm».
Bağışlayar dastanın, xidmət qılar Yəsəvi,

Bir dəm salmaz nəzərin yarım könli-məsavi,

İntifayət əlində, versə dərdliyə davı,

Quşlar aşiyana qonub, səyyadlar qılıb avı,

Bihuşlar tutub humay,

Harun olub Hatəm Tay,

Malın verib miskinə der: «Peşmana gəlmişəm».
Deyər Mövlam: «Cəbrail, nə hadisə cahanda?

Peyğəmbərlər atəşli, cahan əhli fəğanda,

Bənd qalıbdır cəhənnəm, firdövs hasil məstanda,

Nə əcaib surətdir, şəmsi-qəmər dumanda?

Əyan qılın bu işi,

Artar aləm təşvişi,

Deyər: «Sərim çıxmayır, mən heyrana gəlmişəm».
Cəbrail nəzər salar, qafil oturmuş Osman,

Bihuş, yerdə təprənər Xıdır, İlyas, Süleyman.

Yusif, Əyyub, ərənlər, Yəqub, Davud, həm Loğman,

Veys, Əhməd Yəsəvi, İbrahim çəkib ərman,

İsa özün unudub,

Bir dilbəri yad edib,

Derlər: «Eşq yandırdı, həqq, lərzana gəlmişəm».
Eşqi coşub Əminin, dilbərə salıb nəzər,

İxtiyarın aldırıb, çəkər oldu ahi-zar,

Yavuz qaldı Rəhman, bilmir nə gəlməz xəbər,

Görsə Cəbrail onda, eşqin narına yanar,

Həqq qalıbdır heyrana,

Fəriştələr pərvanə,

Yar qaşında oturub, der: «Suzana gəlmişəm».
Deyər Mürtəza pirim: «Gör cahanın hədisin»,

Zülfüqarın altında bilməzsən amü xasın,

Nə lənətli əlamət, peyğəmbər eşq həvəsin

Alıb cüda olubdur, qoyub dinin, namısın,

Kimdir bu hala qoyan?

Qılgil bu işi əyan,

Yavuzluqda oturub, mən zəbuna gəlmişəm».
Çıxdı evdən dışarı, şölə salıb aləmə,

Əli halı zəbundır, eşqi yetib kəlama,

Deyər: «Ulus gəlməsin mənim çıxan naləmə,

Şölə verər ol peykər, vallah, mahi-salimə».

Əli donüb yolundan,

Zulfüqarı qolundan

Düşüb indi torpağa, der: «Pəlvana gəlmişəm».
Qəhhar ilə ol Mövlam yürür oldu dəmbədəm,

Deyər yarıma mənim: «Nurdan oldunmu, sənəm?»,

Deyər yarım: «Torpaqdan hasil qıldınız, mənəm,

Dəhanımda kövsərin, zəbanımda var şəbnəm,

Bu torpaqdan yaratdın,

Qüdrət ilə var etdin»,

Mövlam deyər: «Bilməzdən zənəxdana gəlmişəm».
Deyər Mövlam biqərar: «Qaldı eşqə bu başım,

Daim yavuzluq ilə olar mənim sirdaşım,

Cahan karından keçdim, eşqə verən atəşim,

Şol atəşin içində,

Eşqi-huşun içində

Laməkanı unudub, bu cahana gəlmişəm».


Çəkdi sünbül saçların nazlı dilbər üzündən,

Gün tutulub, bu aləm şölə aldı gözündən,

Mövlam taqət gətirməz, getdi şol dəm özündən,

Dedi yarım: «Həqq aşiq dönə bilməz sözündən,

Hökmü rəvan Birivar,

Mən Nəfəsə xiridar,

Bir şol deyib əzəldən, bu məkana gəlmişəm».
Çıxdı suyi-asmana gecələr çıxan ahım,

Aşna oldu canana, nəzər qılsın xudahım,

Vallah, həqqin alnında olmaz mənim günahım,

Məşuq varın saxlayır, eşq müqəddəs pənahım,

İnsan Nəfəsin yarı,

Külli aləm qərarı,

Mən əndəlib xoşbəxt, nov reyhana gəlmişəm.


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə