AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
___
Mayıl B. Əsgərov
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ
Bakı, 2015, s
.
30
Nitqin yaranmasını vahid, bölünməz bir akt, proses kimi
qəbul edənlər onun hansısa bir yaranma mexanizminin
olduğunu belə inkar edirlər. Nitqin yaranma mexanizminin
varlığını inkar etmək, əslində, həmin çətin prosesin izahın-
dan qaçmaq, yaxa qurtarmaqdır. Buna baxmayaraq nitqin
yaranmasında ardıcıl şəkildə cərəyan edən proseslərin olma-
sı fikrini qəbul edənlər də vardır. Doğrudur, onların verdiyi
şərh və izahlar bizim verdiyimiz şərh və izahlardan çox fərq-
lənir. Məsələn, F.X.Alario, A.Costa, V.S.Ferreira, M.J.Pic-
kering bir tərəfdən nitqin yaranması ilə bağlı ardıcıl şəkildə
cərəyan edən proseslər silsiləsinin varlığını qəbul edirlər, di-
gər tərəfdən isə bu silsilənin analizinin linqvistik və psixo-
linqvistik tədqiqatlar üçün çox vacib olduğunu qeyd edirlər:
“Nitqyaratma prosesi fikrin nitqə çevrilməsi deməkdir və
burada fikrin əmələ gəlməsinə, formalara (sözlərə) çevrilmə-
sinə, ifadəsinə (istifadəsinə) xidmət edən bir çox təfəkkür
aktları icra olunur.... İcra olunan hər bir akt nitqin əmələ gəl-
məsinin konkret bir mərhələsinə nəzarət edir, o cümlədən,
fonetik və fonoloji aktivləşməyə, nitqin qurulmasında heca-
ların seçilməsinə, leksik aktivləşməyə və seçimə, intonasiya
və
tonun müəyyənləşməsinə, əməli istifadəyə. Bu
fakt və nü-
munələr silsiləsi, eləcə də onların nəzəri şərhi nitqin yaran-
ması problemi ilə məşğul olan tədqiqatçılar üçün, eləcə də
onunla həmhüdud sahələr, o cümlədən psixolinqvistika və
linqvistika sahəsində çalışan mütəxəssislər üçün son dərəcə
faydalıdır”
1
. Biz də dilin psixoloji məsələləri ilə bağlı yeni
bir nəzəriyyə irəli sürmüşük. “Linqvo-psixoloji vəhdət nəzə-
riyyəsi” adlanan bu nəzəriyyənin tezliklə hamı tərəfindən
birmənalı şəkildə qəbul olunacağını düşünmürük. Amma
1
Alario, F.-X., Costa, A., Ferreira, V. S., & Pickering, M. J. (2006). Architectures,
representations and processes of language production.
Language and Cognitive
Processes,
21, 777–789.