AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
___
Mayıl B. Əsgərov
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ
Bakı, 2015, s
.
35
Xüsusi olaraq bu nəzəriyyənin yaranmasında bizi öz
amansız tənqidləri ilə məsələyə daha ciddi və daha dərindən
yanaşmağa sövq edən, bəlkə də buna məcbur edən
akademik
Kamal Abdullayevə,
Təklif etdiyimiz nəzəri mülahizələrin müstəqil elmi
konsepsiya mahiyyəti daşıdığını ilk dəfə qeyd edən və onu
müstəqil elmi nəzəriyyə səviyyəsində işləməyi məsləhət
görən
Rusiya Federasiyası dövlət mükafatı laureatı, filolo-
giya elmlər doktoru, professor Zalevskaya Aleksandra
Aleksandrovnaya,
Nəzəriyyənin tanıdılması ilə bağlı məsləhətlərinə görə
filologiya elmlər doktoru, professor Qəzənfər Kazımova,
Verdikləri rəylərdə bu nəzəriyyənin orjinallığını və elmi
faydasını obyektiv şəkildə dəyərləndirdiklərinə görə
filolo-
giya elmlər doktoru, professor Həbib Zərbəliyevə, psixologi-
ya elmlər doktoru, professor Ramiz Əliyevə və filologiya
elmlər doktoru, professor Bahar Cəfərovaya
Mətndəki xətalarının düzəldilməsində bizə yaxından
kömək etdiyinə görə aparıcı elmi işçisi, filologiya üzrə
fəlsəfə doktoru, dosent
Gülsüm Hüseynovaya, böyük elmi
işçisi, filologiya
üzrə fəlsəfə doktoru Gülrux Həsənovaya,
Monoqrafiya mətnini kompüterdə yığdığına və verdiyi
dizayna görə kompüter operatoru
Jalə Əsgərzadəyə dərin
təşəkkürümüzü bildirməyi özümüzə borc bilirik.
AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
___
Mayıl B. Əsgərov
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ
Bakı, 2015, s
.
36
FƏSĠL 1
LĠNQVO-PSĠXOLOJĠ VƏHDƏT
NƏZƏRĠYYƏSĠNĠN MAHĠYYƏTĠ
Ən qədim dövrlərdən başlamış psixolinqvistikanın ya-
ranması tarixinə qədər, eləcə də bu istiqamətin rəsmən
yaranmasından sonra keçən müddət ərzində sözün, nitqin
və ümumiyyətlə, dilin əmələ gəlməsi, qəbulu və mənimsə-
nilməsi ilə bağlı aparılan tədqiqatlar “Linqvo-psixologiya
və ya dilin psixologiyası” adlı əsərimizdə hərtərəfli şəkil-
də tənqidi analizə
cəlb olunmuşdur
1
.
Həmin fikirləri burada təkrar etməyə ehtiyac duy-
muruq. İndiyə qədər mövcud olan psixolinqvistik nəzə-
riyyələrin qısa xülasəsini və onların başlıca çatışmazlıq-
larını, yəni bizi bu nəzəriyyəni yaratmağa sövq edən əsl
səbəbləri qeyd etməklə kifayətlənirik. Belə ki, bizi
“Linqvo-psixoloji vəhdət nəzəriyyəsi” adlı bu nəzəriyyəni
yaratmağa sövq edən başlıca səbəb həmin nəzəriyyələrdə
gördüyümüz çatışmazlıqlar və onları aradan qaldırmaq
istəyimizdir. Psixolinqvistika sahəsində bir-birindən az və
ya çox dərəcədə fərqlənən 3 (və ya 5) istiqamət və ya
məktəb mövcud olmuşdur (son iki istiqamətin müstəqilliyi
ilə bağlı daha sonra danışacağıq). Minimal vahidlər, ilkin
əsaslar və başlıca meyarlar baxımından həmin istiqamət
və ya məktəblərin qısa xarakteristikası aşağıdakı kimidir.
Biheviorizm adlandırılan və yaradıcısının Ç.Osqud
2
1
Daha ətraflı bax: Əsgərov M.B. Linqvopsixologiya və ya dilin psixologiyası. Bakı,
“Elm və təhsil”, 2011, s. 26-81.
2
Psycholinguistics. A survey of theory and research problems. Ed. By Ch.E.
Osgood and T.A. Sebeok. Baltimore, 1954.