AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
___
Mayıl B. Əsgərov
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ
Bakı, 2015, s
.
34
əsas xüsusiyyəti özündə əks etdirir:
1) həm linqvistik vasitələrdən istifadə yolu ilə, həm də
hiss orqanlarının iştirakı ilə ətraf aləmlə
təmas qurur, yəni
ətraf aləmlə bağlı informasiyanı əldə etmək məqsədi ilə həm
linqvistik, həm də psixoloji
üsullardan istifadə edir;
2) əldə edilmiş informasiyanın qarşı-qarşıya qoyulmuş
güzgülərdə əks olunurmuş kimi silsiləli şəkildə təfəkkür
sistemindən dil sisteminə və bunun əksinə olaraq yenidən dil
sistemindən təfəkkür sisteminə transformasiyasını, bu
informasiya daşıyıcılarının qarşılıqlı şəkildə birinin digərinə
çevrilməsini təmin edir;
3) psixoloji obrazların linqvistik obrazlar şəklində və
təkrarən linqvistik obrazların psixoloji obrazlar şəklində
modullaşması nəticəsində əmələ gələn linqvo-psixoloji kod-
larda onların bir bütöv, bir
vəhdət halında birləşməsini bir
zəruriyyətə çevirir.
Əslində bu nəzəriyyəyə Azərbaycan dilində “
Linqvo-
psixoloji təmas, çevrilmə və vəhdət nəzəriyyəsi” adını ver-
mək, bəlkə də daha doğru olardı. Bu ad həmin nəzəriyyənin
mahiyyətini daha dəqiq əks etdirərdi. Amma belə bir ad
lakonik və ya yığcam deyil, onu yadda saxlamaq və başqa
dillərə tərcümə etmək problemlər yarada bilər.
Bu səbəbdən də tam mahiyyəti şərh edilməklə elm alə-
minə rəsmi şəkildə məhz indi təqdim olunan bu nəzəriyyəni
“
Linqvo-psixoloji vəhdət nəzəriyyəsi” adlandırmağı daha
məqsədəuyğun hesab edirik. Vəhdət sözündə potensial
olaraq təmas mənası da var. Çünki təmas qurmadan
birləşmək və vəhdət yaratmaq mümkün deyil.
“Linqvo-psixoloji vəhdət nəzəriyyəsi” təxminən 12 illik
zəhmətimizin nəticəsi olaraq ortaya çıxmışdır. Bu yolda bizi
dəstəkləyənlərə öz təşəkkürlərimizi bildiririk.